323
Sənətşünas
Musiqi.Opera.Balet
80
illiyi
İmruz Əfəndiyeva
1935
DEKABR
İmruz Məmməd Sadıx qızı
Əfəndiyeva 1935-ci il dekabr ayının
16-da Bakı şəhərində, görkəmli dövlət
xadimi, teatrşünas-alim, maarifçi və
dramaturq Məmməd Sadıx Əfəndiyevin
ailəsində anadan olmuşdur. İlk təhsilini
Bakı şəhərindəki 189 saylı orta məktəbdə
almışdır. 1951-1955-ci illərdə A.Zeynallı
adına Bakı Musiqi Texnikumunda
təhsilini davam etdirmişdir. 1955-ci ildə
Ü.Hacıbəyov adına Azərbaycan Dövlət
Konservatoriyasına daxil olmuşdur.
1960-cı ildə konservatoriyanın tarix-
nəzəriyyə fakültəsini bitirmiş və ora-
da işləməyə başlamışdır. 1962-ci ildə
Azərbaycan EA-nın (indiki MEA-nın)
Memarlıq və İncəsənət İnstitutunun as-
piranturasına daxil olmuş, 1965-ci ildə
oranı bitirmişdir. 1974-cü ildə ilk kitabı
– “Новое в Азербайджанской песне”
çapdan çıxmışdır. 1982-ci ildə Tbilisidə
namizədlik, 2005-ci ildə isə Bakıda dok-
torluq dissertasiyasını müdafiə etmişdir.
1983-cü ildən BMA-nın Tələbə Elmi
Cəmiyyətinin sədri və elmi rəhbəridir.
1985-ci ildən Bakı Musiqi Akademiya-
sının dosenti, 1993-cü ildən müsabiqə
yolu ilə professor vəzifəsində çalışır.
İ.Əfəndiyeva 1968-ci ildən
Azərbaycan Bəstəkarlar İttifaqının üz-
vüdür. O, Moskva, Peterburq, Kiyev,
Tbilisi, Minsk, Tallin, Bakı və digər
şəhərlərdə keçirilən ümumittifaq ple-
numlarda, konfranslarda, beynəlxalq
simpoziumlarda maraqlı məruzələrlə
çıxışlar edir, habelə elmi-nəzəri və pub-
lisistik məqalələləri həmin ölkələrin
mətbu orqanlarında dərc edilir. O, milli
harmoniya, Azərbaycan milli musiqisi-
nin müxtəlif janrları əsasında bəstələnmiş
200 sekvensiyanın, “Azərbaycan mah-
nılarında yenilik”, “Telman Hacıyev”,
“Azərbaycan sovet mahnısı”, Rəşid
Behbudovun 80 illiyinə həsr edilmiş
“Гордость Азербайджанского народа”,
“Детская музыка в творчестве Севды
Ибрагимовой” və “Vasif Adıgözəlov”
monoqrafiyalarının müəllifidir. Musi-
qişünas habelə, bəstəkarlarımız haq-
qında müxtəlif səpkili oçerklər, elmi-
publisistik məqalələr yazmış, ayrı-ayrı
sənətkarların, ifaçıların yaradıcılıq
portretlərini yaratmışdır. Əlli ildən artıq-
dır ki, o, səmərəli pedaqoji fəaliyyətini
uğurla davam etdirir. Müxtəlif konfrans-
lar, müsabiqələr təşkil edərək tələbələri
bu işə cəlb edir.
O, BMA-nın Elmi Şuranın İxtisas-
laşmış Müdafiə Şurasının üzvü, kafedra
müdiri və dekan vəzifələrinin tutulması
ilə bağlı müvafiq komissiyanın sədridir.
İ.Əfəndiyeva 1968-ci ildən etibarən
milli televiziya və radioda maraqlı
verilişlərin aparıcısıdır.
Professor
İ.Əfəndiyevanın
fəaliyyəti dövlət tərəfindən yüksək
qiymətləndirilmiş, o, 2008-ci ildə
Azərbaycan Respublikasının “Əməkdar
incəsənət xadimi” fəxri adına layiq gö-
rülmüşdür. 2012-ci ildə yüksəkixtisaslı
musiqiçi kadrların hazırlanması
sahəsində uzun müddət səmərəli peda-
qoji fəaliyyətinə görə və anadan olma-
sının 75 illiyi münasibətilə Azərbaycan
Respublikası Təhsil Nazirliyinin Fəxri
Fərmanı ilə təltif edilmişdir.
16
Ə d ə b i y y a t
Axtarış yollarının
bəhrəsi: [məqalələr
toplusu] /İ.Əfəndiyeva;
tərt. L.Məmmədova-
Fərəcova; M.Əhmədova;
red. G.Abdullazadə,
C.Mahmudova.- Bakı:
Zərdabi LTD, 2014.- 524 s.
Dahi alim və peda-
qoq: Arnold Soxor-85
/İ.Əfəndiyeva //Musiqi dün-
yası.- Bakı, 2009.- №1-2.-
S.23-26.
Musiqidə keçən ömür:
biblioqrafiya; tərt. ed.
S.Əsədova; burax. məs.
və ixt. red. K.Tahirov; red.
M.Vəliyeva; M.F.Axundov
adına Milli Kitabxana.-
Bakı, 2013.- 216 s.
Азербайджанская
советская песня:
монография
/И.Эфендиева.- Баку:
Язычы, 1981.- 150 с.
Васиф Адигезалов:
монография
/И.Эфендиева.- Баку:
Шур, 1999.- 323 с.
İ n t e r n e t d ə
www.anl.az
www.az.wikipedia.org
www.elibrary.az
324
Bəstəkar
245
illiyi
Lüdviq Van Bethoven
1770-1827
DEKABR
Lüdviq Van Bethoven 16 dekabr
1770-ci il dekabr ayının 16-da Almani-
yada anadan olmuşdur.
O, dünyanın ən nəhəng simalarından
biridir. Böyük Fransa inqilabının ideyala-
rından ilham alan bəstəkar öz yaradıcılı-
ğında, ilk növbədə insanın qəhrəmanlıq,
mübarizlik əzmini tərənnüm etmişdir.
Tarixi şəraitdən, yaşadığı mühitdən sa-
vayı, Bethovenin şəxsi problemləri,
xüsusilə sağlamlığı ilə bağlı çətinlikləri
də onun dünyagörüşünə ciddi təsir
göstərmişdir.
28 yaşında ikən o, ağır xəstəliyin,
musiqiçi üçün əsil faciə olan karlığın
ilk əlamətlərini hiss etmişdir. Xəstəlik
şiddətləndikcə çalmaq, sonra isə dirijor-
luq qabiliyyətini get-gedə itirmişdir. Ən
dəhşətlisi isə bu idi ki, bəstəkar yarat-
dığı musiqini tamamilə eşitmirdi. Lakin
nə xəstəlik, nə də tənhalıq Bethovenin
mətin iradəsini qıra bilməmişdir.
Dünya şöhrətli bəstəkar cəmi 9
simfoniya yazmışdır. İlk baxışdan bu,
Haydn və Mosart irsi ilə müqayisədə
çox deyildi. Lakin nəzərə alınmalıdır
ki, Bethoven simfoniyanın həcmini
və dramatikliyini artıraraq bu jan-
rı xeyli genişləndirmişdir. Bəstəkar,
hətta Haydnın müəyyənləşdirdiyi or-
kestrin tərkibinə yeni alətlər daxil et-
miş və beləliklə, onun daha qüvvətli
səslənməsinə nail olmuşdur.
Böyük bəstəkar ən məşhur
əsərlərindən biri olan 3-cü Simfoni-
yasını əvvəlcə Napoleona həsr etməyi
nəzərdə tutubmuş. Lakin Napoleonun
özünü imperator elan etməsini bəstəkar
olduqca mənfi qarşılamış, nəzərdə tut-
duğu ithaf fikrindən daşınmış və Simfo-
niyanı “Qəhrəmanlıq” adlandırmışdır.
Bəstəkarın məşhur 5-ci Simfoni-
yasının ən yaddaqalan musiqi parçası
əsəri başlayan qısa, zəhmli mövzudur.
Həmin musiqini Bethoven “tale qapını
döyür” bədii ifadəsi ilə şərh etmişdir.
9-cu Simfoniyada isə bəstəkar dövrü
üçün cəsarətli bir yenilik tətbiq etmiş-
dir; əsərin son hissəsində alman şairi
Şillerin “Sevincə doğru” şeiri əsasında
nəhəng xor səhnəsi vermişdir. Bu ölməz
musiqi indiyədək xoşbəxtliyə, səadətə,
dostluğa qardaşlığa alovlu çağırış ola-
raq dünya xalqlarının birlik rəmzi kimi
qavranılmaqdadır.
Bethoven musiqisində incə lirika,
dərin fəlsəfi düşüncələr də mühüm yer
tutur. “ Pastoral” adlandırdığı 6-cı Sim-
foniyasındakı “ Aylı sonata”da təsvir
olunan gözəl təbiət mənzərələri insanın
daxili aləmi, onun fikir və düşüncələri
ilə həmahəng səslənir.
Lüdviq Van Bethoven 1827-ci ildə
vəfat etmiş, onun dəfn mərasimində
otuz mindən artıq insan iştirak etmiş-
dir. Dahi bəstəkarı con mənzilə yola sa-
lanların arasında Şubert də var idi. Bu,
çox simvolik bir hadisə idi; ilk roman-
tik sonuncu klassiklə vidalaşırdı. Bun-
dan sonra Avropa klassisizmi cərəyanı
romantizmlə əvəz olunurdu.
Ə d ə b i y y a t
Sonatina fa major forte-
piano üçün /L.V. Betho-
ven; red.: L.İ.Royzman.
B.Məmmədova.- Bakı:
Azərnəşr, 1958.-7 s.
Sonata G-dır: fortepiano
üçün /L.V. Bethoven; red.
B.Məmmədova.- Bakı:
Azərnəşr, 1958.- 7 s.
3-Moll [notlar]: fortepi-
ano üçün /L.V. Bethoven;
red. B.Məmmədova.-
Bakı: Azərb. Döv. Nəşr
(Azmusnəşr) 1958.- 10 s.
İ n t e r n e t d ə
www.anl.az
www.az.wikipedia.org
www.bahlulzade.az
www.medeniyyet.az
16
Musiqi.Opera.Balet
Dostları ilə paylaş: |