325
Kinorejissor
Teatr.Kino
Həsən Seyidbəyli
1920-1980
DEKABR
Həsən Mehdi oğlu Seyidbəyli 1920-
ci il dekabr ayının 22-də Bakı şəhərində
anadan olmuşdur.
1938-1939-cu illərdə Leninqrad Kino
Mühəndisləri İnstitutunda, 1943-1951-
ci illərdə Moskvada Ümumittifaq Dövlət
Kinematoqrafiya İnstitutunun kinore-
jissorluq fakültəsində təhsil almışdır.
“Azərbaycanfilm” kinostudiyasında ki-
norejissor kimi fəaliyyət göstərmişdir.
Kino tariximizin bir sıra ən par-
laq səhifələri, onun adı ilə bağlıdır.
H.Seyidbəylinin ssenarisi əsasında
“Doğma xalqımıza” bədii-sənədli, “Qız-
mar günəş altında”, “Uzaq sahillərdə”,
(İ.Qasımovla birgə) bədii, “Əyri yol-
la qazanc”, “Yolda əhvalat” (hər ikisi
İ.Qasımovla birgə) qısametrajlı bədii,
“Toral və Zəri”, “Sağ ol, dostum ” ani-
masiya, “Kamillik” və s. sənədli filmləri
çəkilmişdir. “Ömrün səhifələri” kino-
almanaxında intermediyanın müəllifi,
“Onun bəlalı sevgisi” filminin bədii
rəhbəri olmuşdur. Yazıçının “Xidmət lif-
ti” hekayəsinin motivləri əsasında “Lift-
çi qız” filmi lentə alınmışdır. “Nəsimi”
(1973) filmi 7-ci Ümumittifaq Kinofes-
tivalda “Ən yaxşı tarixi film üçün” mü-
kafatına layiq görülmüşdür. “İmtahan”,
“Qızılaxtaranlar”, “Bağlı qapılar” adlı
dram əsərləri Azərbaycanda və xaricdə
səhnəyə qoyulmuşdur.
O, həm də yazıçı kimi fəaliyyət
göstərmiş, “Kür sahillərində” (1953),
“Telefonçu qız” (1960) povestlərini,
“Cəbhədən-cəbhəyə” (1961), “İllər
keçir” (1973), (İ.Qasımovla birgə),
“Tərsanə” (1975), “Çiçək” (1978) ro-
manlarını, “Dəniz cəsurları sevir”
(1954), “Sən nə üçün yaşayırsan” (1959
(hər ikisi İ.Qasımovla birgə) pyeslərini
və digər əsərlərini qələmə almışdır. So-
vet İttifaqı Qəhrəmanı M.Hüseynzadəyə
həsr olunmuş məşhur “Uzaq sahillərdə”
(1954, İ.Qasımovla birgə) roma-
nı əsasında eyniadlı film çəkilmişdir.
“Qiymətli damcılar” (1952), “Cəbhədən
cəbhəyə” (1979), “Çiçək” (1980) kitab-
ları nəşr olunmuş, əsərləri bir sıra xarici
dillərə tərcümə edilmişdir.
H. Seyidbəyli ictimai xadim kimi də
Azərbaycan kinosunun inkişafına bö-
yük təkan vermiş, 1963-1975-ci illərdə
Azərbaycan Kinematoqrafçılar İttifaqı
İdarə heyətinin I katibi, 1975-1980-ci
illərdə sədri vəzifələrində çalışmışdır.
Azərbaycan Ali Sovetinin (IX-X ça-
ğırış) deputatı olmuşdur.
Kinorejissor, yazıçı, ssenarist
H.Seyidbəylinin xidmətləri dövlət
tərəfindən yüksək qiymətləndirilmiş, o,
“Əməkdar incəsənət xadimi”, “Xalq ar-
tisti” fəxri adlarına layiq görülmüşdür.
“Qırmızı Əmək Bayrağı”, “Şərəf nişanı”
ordenləri və medallarla təltif edilmişdir.
Həsən Seyidbəyli 1980-ci il iyun ayı-
nın 25-də Bakıda vəfat etmiş, II Fəxri
Xiyabanda dəfn edilmişdir.
Bakı şəhərindəki küçələrindən biri
sənətkarın adını daşıyır.
22
16
Ə d ə b i y y a t
Cəbhədən cəbhəyə: [po-
vest] /H.Seyidbəyli.- Bakı:
Gənclik, 1988.- 269 s.
Çiçək: [povest]
/H.Seyidbəyli; red.
P.Salamova.- Bakı:
Gənclik, 1978.- 132 s.
Gördüyüm yerlər: (yol
qeydləri) [Amerika,
Yaponiya, Yuqoslaviya]
/H.Seyidbəyli.- Bakı:
Gənclik, 1980.- 208 s.
Tərsanə: [roman]
/H.Seyidbəyli; red.
Ə.Mehdiyeva.- Bakı:
Azərnəşr, 1975.- 232 s.
Vəfalı it və oğru pişik:
[kiçikyaşlı uşaqlar üçün].-
Bakı: Gənclik, 1986.-
12 s.
Babayev, B. Həsən
Seyidbəylinin bədii
nəsri /B.Babayev; red.
B.Nəbiyev; AMEA,
Nizami ad. Ədəbiyyat
İn-tu.- Bakı: Müəllim,
2011.- 150 s.
İ n t e r n e t d ə
www.anl.az
www.az.wikipedia.org
www.e-qanun.az
95
illiyi
326
1
Milli Qəhrəmanlar
50
illiyi
Füzuli Rüstəmov
1965-1990
DEKABR
Füzuli Salah oğlu Rüstəmov 1965-ci
il dekabr ayının 25-də Tərtər rayonunun
Hüsənli kəndində anadan olmuşdur.
1978-ci ildə Xocalıda orta məktəbə
getmiş, səkkizillik təhsilini orada başa
vurmuşdur.
O, əvvəlcə Xocalı üzümçülük sov-
xozunda, 1990-cı ildə isə Xocalı To-
xuculuq fabrikində çalışmışdır. Qara-
bağ hadisələri başlayan zaman vətənə
xidməti borcunu yerinə yetirmək
məqsədilə cəbhəyə yollanmışdır.
1990-cı ildə ermənilərin Xankəndinə
gedişinin qarşısını almaq üçün əməliyyat
planı hazırlayan 4 nəfərin içərisində
Füzuli də vardı. O, Xocalı faciəsi za-
manı əhalinin təhlükəsizliyinin təmin
edilməsində xüsusi şücaət göstərmişdir.
Neçə-neçə insanı ölümün pəncəsindən
xilas etmiş və həmin vaxt aldığı ağır ya-
radan Ağdam Mərkəzi Xəstəxanasında
dünyasını dəyişmişdir.
Doğulduğu Tərtər rayonunun Hüsənli
kəndində dəfn edilmişdir.
Subay idi.
Azərbaycan Respublikası Preziden-
tinin 25 fevral 1995-ci il tarixli 553 say-
lı Fərmanı ilə Rüstəmov Füzuli Salah
oğlu ölümündən sonra “Azərbaycanın
Milli Qəhrəmanı” fəxri adına layiq gö-
rülmüşdür.
Ə d ə b i y y a t
Fizuli Salah oğlu Rüstəmova “Azərbaycanın Milli Qəhrəmanı” adı verilməsi haqqında: [Xocalı özünümüdafiə dəstəsinin döyüşçüsü –
Azərbaycan Respublikasının ərazi bütövlüyünün qorunmasında, erməni qəsbkarlarına qarşı mübarizədə, Xocalı soyqırımı zamanı dinc
əhalinin xilas edilməsində xüsusilə fərqlənərək şücaət və mərdlik göstərdiyinə, Vətən qarşısında borcunu şərəflə yerinə yetirdiyinə görə]:
Azərbaycan Respublikası Prezidentinin Fərmanı, 25 fevral 1995-ci il //Azərbaycan.- 1997.- 26 fevral.- S.1.-(Ölümündən sonra).
Əsgərov, V. Rüstəmov Füzuli Salah oğlu /V.Əsgərov //Azərbaycanın Milli Qəhrəmanları.-Bakı, 2005.- S.185
Rüstəmov Füzuli Salah oğlu//Azərbaycanın Milli Qəhrəmanları: biblioqrafiya / Azərbaycan Milli Kitabxanası; tərt. H.Həmidova.- Bakı,
2008.- S.31.
Seyidzadə, M. Milli Qəhrəmanlar zirvəsi /M.Seyidzadə.- Bakı, 2010.- S.186.
İ n t e r n e t d ə
www.anl.az
www.adam.az
www.az.wikipedia.org
www.milliqahraman.az
www.e-qanun.az
25
Milli Qəhrəman
Dostları ilə paylaş: |