Teqvim-2015. pdf


Milli ədəbiyyat  Xətib Təbrizi



Yüklə 42,04 Kb.
Pdf görüntüsü
səhifə158/173
tarix13.11.2017
ölçüsü42,04 Kb.
#10093
1   ...   154   155   156   157   158   159   160   161   ...   173

350
Milli ədəbiyyat 
Xətib Təbrizi 
1030-1109 
985  
illiyi
2015
Əbu Zəkəriyyə  Yəhya  İbn  Əli  İbn 
Məhəmməd İbn Həsən İbn Məhəmməd 
İbn Musa İbn Bistam əl Şeybani 1030-
cu ildə  Təbriz  şəhərində doğulmuş-
dur. Lakin o özünü Xətib Təbrizi kimi 
təqdim etmişdir.
Ərəb  ədəbiyyatının  ən məşhur si-
malarından biri Əbül-əla-əl Məərri ya-
nında təhsil almışdır. Tarixçilər  Əbül-
əlanın yanında təhsilini bitirdikdən 
sonra Xətibin müxtəlif Şərq ölkələrində 
dövrünün məşhur alimlərinin yanında 
da biliyini artırdığını yazırlar. 
Oxumaq həvəsi onu Suriyaya çəkib 
aparmışdır. O, burada tanınmış  ərəb 
alimlərindən ilahiyyat, leksikoqrafiya 
və poetika dərsləri almışdır. 1064-cü 
ildə  Xətib Dəməşqə getmiş  və burada 
onun tanınmış tarixçi Xətib Bağdadi 
(1002-1071) ilə dostluğu başlamışdır. 
Bundan sonra Misirə yola düşən Təbrizi 
orada saray alimi Tahir ibn Babaşazdan 
ərəb qrammatikasını öyrənmişdir.
1067-ci il sentyabr ayının 22-də 
Bağdadda türk-səlcuq hakimlərinin 
vəsaiti hesabına məşhur vəzir, iranlı 
Nizamülmülkün şərəfinə “Nizamiyyə” 
adlandırılan və sonralar bütün Şərqdə 
şöhrət tapan mədrəsə açılmışdır.  Xətib 
Təbrizi “Nizamiyyə” mədrəsəsinin açı-
lış günündən ömrünün sonuna qədər, 
təxminən 40 il burada filologiyanı 
tədris etmiş, mədrəsədəki məşhur ki-
tabxananın təşkilatçısı  və  rəhbəri ol-
muşdur. Azərbaycan kitabxanaçılığının 
inkişafında misilsiz xidmətləri olmuş 
şəxsiyyətlərdən biri olmuşdur.
Xətib yaradıcılığında əsas fəaliyyət 
sahəsi ədəbiyyatşünaslıq idi.  Bu möv-
zuya o, iyirmiyə yaxın risalə  həsr et-
mişdir. Bundan başqa Xətib Təbrizi 
“Qurana dörd-cildlik şərhlər”in,  ədəbi 
əsərlərin və leksikoqrafiyaya, qrammati-
kaya, habelə ərəb poetika nəzəriyyəsinə 
dair bir sıra risalələrin müəllifidir. 
Məhəmmədəli Tərbiyət onun ərəb 
ədəbiyyatına həsr olunan əsərlərinin 
əhəmiyyətini qiymətləndirərək Xətib 
Təbrizini ərəb dilinin “anası” adlandı-
rır.
Xətib Təbrizi 1109-cu il yanvar 
ayının 3-də  vəfat etmiş, “Bab Abraz” 
qəbiristanlığında dəfn edilmişdir.
Xətib Təbrizinin Təbriz  şəhərində 
zəngin şəxsi kitabxanası olmuşdur. İlk 
Azərbaycan  ədəbiyyat nəzəriyyəçisi 
kimi tanınan Xətib Təbrizi  Ə.Müərrinin 
yanına gedərkən hədiyyə olaraq ərəb 
aliminə şəxsi kitabxanasından bir neçə 
kitab da aparmışdır. O, Bağdadda dəfn 
edilərkən həmin kitabların (17 adda) və 
bütün əsərlərinin sərgisi təşkil edilmiş-
dir.
Xətib Təbrizinin  əlyazmaları bir 
çox tanınmış muzey və kitabxanalarda 
saxlanır. Bunlardan ən qiymətlisi, şai-
rin özü tərəfindən üzü köçürülmüş  və 
Tunis milli kitabxanasında saxlanan 
şərhin  əlyazmasıdır. Həmin  şərh  şair 
Müfəzzəl Dabinin “Müfəzzəliyyat” 
adlı antologiyasına yazılmışdır.
Ə d ə b i y y a t
Kitab əl-kafi fi-l-əruz və-
l-qəvafi /X.Təbrizi; tərc. 
ed. Q.Allahverdiyev; red. 
İ.Həmidov.-Bakı: Tural, 
2005.-428 s. 
Allahverdiyev, Q. 
XI əsr Azərbaycan 
ədəbiyyatşunaslığı 
məsələləri Xətib Təbrizinin 
“Şərh Əl-Həmasə” kitabı 
əsasında /Q.Allahverdiyev; 
Şərq Araşdırmaları 
Mərkəzi-2.- Bakı, 2004.-
286 s.
Mahmudov, M. Xətib 
Təbrizinin həyat və yara-
dıcılığı /M.Mahmudov;  
AzSSR EA Yaxın və Orta 
Şərq Xalqları İn-tu.-Bakı: 
Elm, 1972.-203 s.
“Ədəbiyyatşünasların 
rəhbəri” Xətib Təbrizi: 20 
yaşlı gəncin qeyri-adi iste-
dadı //Azadlıq.- 2012.- 17 
noyabr.- S.14.
Xətib Təbrizi //Qafarova S., 
Gərayzadə E. Azərbaycan 
ədəbiyyatının tədrisi tarixi: 
dərs vəsaiti.- Bakı, 2010.-
S.38-41.
Qasımov, X. Xətib Təbrizi    
//Qasımov X. Orta əsrlərdə 
Azərbaycan mədəniyyəti.-
Bakı, 2008.- S.114-117.
İ n t e r n e t d ə
www..anl.az
www.az.wikipedia.org
Ədəbiyyatşünas


351
Milli ədəbiyyat
225 
illiyi
                                                         
Heyran xanım Dünbüli
1790-1860   
2015
Heyran xanım Kərim xan qızı Dün-
büli 1790-cı ildə Naxçıvanda Dünbuli 
Kəngərli xanları ailəsində doğulmuş-
dur. Naxçıvanda təhsil almış,  ərəb və 
fars dillərini, klassik Azərbaycan və 
fars  ədəbiyyatını öyrənmişdir. XIX 
əsrin  əvvəllərində Rusiya-İran toq-
quşmaları dövründə çoxlu xoylu nax-
çıvanlılar ilə birlikdə onun da ailəsi 
Naxçıvandan  İrana köçürülmüşdür. 
Füzuli ədəbi məktəbinin davamçıların-
dan, klassik Azərbaycan poeziyasının 
tanınmış nümayəndələrindəndir.
Azərbaycan və fars dillərində, 
əsasən, aşiqanə  şeirlər yazmışdır. 
Rudəki,  İzzəddin Həsənoğlu, Sədi  Şi-
razi, Hafiz  Şirazi,  İmadəddin Nəsimi, 
Əlişir Nəvai, Məhəmməd Füzuli, Qöv-
si Təbrizi və başqa  şairlərə  nəzirələri 
var.  Əruzun heca vəzninə yaxın 
bəhrlərində, sadə xalq dilində yazmış-
dır. Bəzi şeirləri şifahi xalq ədəbiyyatı 
nümunələrinə yaxındır.  Əsərlərinin 
3  əlyazması (Bakı, Tehran və Tbili-
si nüsxələri) məlumdur; bunlardan ən 
mükəmməli  şairənin sifarişi ilə ya-
zılmış Bakı nüsxəsidir. Həmin nüsxə 
Azərbaycan Respublikası  Əlyazmalar 
İnstitutunda saxlanılır.
Doğma yurdundan və yaxın adam-
larından ayrı düşən Heyran xanımın 
həyatı  kədərli keçmişdir. O, həmişə 
zəmanədən, adamların vəfasızlığından, 
özünün qürbətdə tək-tənha qalmasından 
gileylənmiş, yaşadığı  Təbriz  şəhərini 
“guşeyi-zindan” adlandırmışdır. Ömrü 
iztirablar içində keçən şairənin gənclik 
təravəti və gözəlliyi tez solmuş, zahirən 
tamam qocalmışdır.
Şairənin ömrünün sonları daha 
kədərli keçmişdir. Ailə ixtilafları  və 
narazılıqları onun iztirablarını daha 
da çoxaltmış, dərd-qəmini artırmışdır. 
Təbii ki, bunlar ona ağır təsir göstərmiş, 
getdikcə  səhhəti pisləşmişdir. Heyran 
xanım 1848-ci ildə Təbrizdə  vəfat et-
miş və orada dəfn olunmuşdur.
Yaradıcıllığında klassik poeziya 
üslubunu davam etdirən Heyran xa-
nım  əsərlərini  İmadəddin Nəsimi, 
Məhəmməd Füzuli, Əlican Qövsi kimi 
klassik Azərbaycan  şairlərinin  ədəbi 
təsiri ilə yazmışdır.
Təmiz, insani məhəbbətin tərən-
nümü, ayrılıq dərdi, hicran aləmi, 
vüsal arzusu onun şeirlərinin  əsas 
mövzusudur. Böyük sələflərinin yara-
dıcıllıq yolunu davam etdirən Heyran 
xanım gözəlliyi ehtirasla tərənnüm edir, 
müasirlərini mənəvi-əxlaqi təmizliyə 
çağırır. Şairənin fikrincə həqiqi gözəllik 
ağılla ölçülür. Gözəlliyin birinci meya-
rı ağıldır. Camalı gözəl olanların ağlı, 
kamalı da gözəl olmalıdır.
İstedadlı şairənin əsərləri janr, üslub, 
bədii sənətkarlıq keyfiyyətləri baxımın-
dan zəngindir. O, klassik poeziyyanın 
qəzəl, müxəmməs, müstəzad, rübai, 
tərcibənd janrlarında, habelə  məsnəvi 
formasında  əsərlər yaratmış, lirik 
qəhrəmanın daxili aləmini, sevinc və 
kədərini dərindən açmaq üçün təşbeh, 
istiarə, təzad, təkrir, mübaliğə kimi 
bədii təsvir və ifadə vasitələri işlətmiş, 
ədəbiyyatımızı yeni keyfiyyətlərlə 
zənginləşdirmişdir.
Heyran xanım 1860-cı ildə vəfat et-
mişdir. 
Ə d ə b i y y a t
Seçilmiş əsərləri /Hey-
ran xanım; tərt. ed.: 
M.Soltan, Q.Məmmədli; red. 
C.Nağıyeva.- Bakı: Şərq-
Qərb, 2006.- 232 s.
Divan /Heyran xanım.-   
Təbriz: Hadi, 1990.- 180 s.
37 qəzəl və bir tərci-bənd         
/Heyran xanım.- Bakı:   
Gənclik , 1981.-37 s.
Naxçıvanlı şairə Hey-
ran xanım Kəngərlinin 
təxəllüsündəki “Dünbüli” 
sözü haqqında //Yol (Bilim 
Kültür Araşdırma Dərgisi).-
Ankara,  2009.- S.242-244.
Heyran xanım //Rəhimova A. 
Qulam Məmmədli Təzkirəsi 
“Azərbaycanlı alim, yazı-
çı, şair və başqa görkəmli 
xadimlər haqqında biblioq-
rafik materiallar”.- Bakı, 
2012.-S.8-14.
Teymurbəyli-Rəhimli, S. 
Heyran xanım //Naxçıvan 
Muxtar Respublikasında 
yaşayıb-yaradan qadınlarımız 
/S.T.Rəhimli.-Naxçıvan, 2011.- 
S.8-14.
www.anl.az
www. az.wikipedia.orq
www. kitabevi.ws
www.misra.az
Şairə


Yüklə 42,04 Kb.

Dostları ilə paylaş:
1   ...   154   155   156   157   158   159   160   161   ...   173




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə