ifadələrdən məharətlə istifadə olunmuşdur. “Kitabi-
Dədə Qorqud” Azərbaycan
türkcəsinin tarixini
öyrənmək baxımından zəngin mənbədir.
Müasir dövrdə “Kitabi-Dədə Qorqud” dastanının
öyrənilməsi, dünyada geniş tanıdılması və təbliği ümum-
milli lider Heydər Əliyevin adı ilə bağlıdır. Ümummilli
lider Heydər Əliyev 1997-ci il aprelin 20-də “Kitabi-
Dədə Qorqud”un 1300 illik yubileyinin keçirilməsi
ilə əlaqədar Fərman imzalamışdır. Bu fərmandan
sonra görülən bir sıra dövlət tədbirləri, yubiley ha-
zırlıqları sistemə salındı və “Dədə Qorqud kitabı”nın
öyrənilməsində bir canlanma yaratdı. Ulu öndər rəsmi
sənədlərdə, yığıncaqlardakı çıxışlarında, habelə verdiyi
müsahibələrində dönə-dönə Dədə Qorqud mövzularına
qayıdaraq, dastanın tarixi, mədəni dəyərindən danış-
mış, onu ədəbiyyatımızın ən dəyərli abidələrindən biri
kimi qiymətləndirmişdir. 1300 illik yubiley üzrə Dövlət
Komissiyasının iclaslarında H.Əliyev alimlər, yaradıcı
ziyalılar, eləcə də dövlət qurumları qarşısında məsələlər
qaldırmış,
yeni elmi, bədii, təsviri sənət əsərləri yaradıl-
masını tövsiyə etmiş, kino, televiziya, radio və mətbuat
işçiləri üçün perspektiv tapşırıqlar vermiş, Dədə Qor-
qud dastanı ilə bağlı park kompleksinin hazırlanması-
nı gündəliyə gətirmişdi. Ulu öndər bu məsələni xüsusi
vurğulayırdı ki, dastanın öyrənilməsi yubileylə dayan-
mayıb, fasiləsiz davam etsin.
“Dədə Qorqud” dastanının 1300 illik tarixi-
nin o dastanın öz mətnindən çıxan məntiqi vardır.
1300 il “Peyğəmbərimizin zamanına yaxın - “Rəsul-
əleyhissəlam dövrünə yaxın Bayat boyundan Qorqud
Ata deyilən bir ər qopdu” cümləsindən çıxmışdı. Ulu
öndər bu cümlənin məntiqindən çıxış edərək bu yaşı
müəyyən etmişdi. Onun ən böyük arzusu həm də o idi
ki, biz bu dastanın əlyazmasının dünyaya təqdimedilmə
tarixini unutmamalıyıq və o tarixi gözləməliyik. Bu,
1815-ci ildir. Böyük alman filoloqu
Fridrix fon Dits
ilk dəfə olaraq dünyaya “Dədə Qorqud” dastanının
əlyazmasının bir hekayətini tərcümə edərək təqdim
etdi. Gözəl, rəğbət dolu, məhəbbət dolu bir “Ön söz”lə
təqdim etdi. Bu dastanı qədim, dünyaya yaxşı tanış olan
yunan mifləri ilə müqayisə etdi. 1815-ci il və 2015-ci
il. 2015-ci ildə “Kitabi-Dədə Qorqud”un dünya elm
aləminə tanıdılmasının 200 illiyi tamam olur. 200 il
kifayət qədər yuvarlaq rəqəmdir ki, bu yenə də dün-
yanın mədəni mərkəzlərindən biri olan Azərbaycanın
filoloji, mədəni bir bayramına çeviriləcək. İndi bü-
tün qorqudşünaslar, filoloqlar xarici ölkələrdən də bu
rəqəmin ətrafına yığışıb “Dədə Qorqud”u və dünya
mədəniyyətinin bir çox nümunələrini tədqiq etməyə,
qeyd etməyə hazırlaşırlar.
2000-ci ildə Bakıda dastanın 1300
illik yubileyi
təntənəli şəkildə keçirilmişdir. Bütün türkdilli ölkələrin
dövlət başçılarının, UNESCO-nun baş direktorunun iş-
tirakı ilə böyük təntənəli mərasim keçirilmişdir. “Dədə
Qorqud” ensiklopediyası nəşr olunmuşdur. Ümummilli
lider Heydər Əliyevin 2000-ci ildə imzaladığı Fərmana
əsasən Bakıda Dədə Qorqud heykəlinin ucaldılması və
“Dədə Qorqud dünyası” tarixi-etnoqrafik kompleksi-
nin yaradılması qərara alınmışdır. Bu tarixi abidənin
qorunmasına dövlət səviyyəsində göstərilən diqqətin
nəticəsidir ki, Prezident İlham Əliyev 2004-cü ildə
Brüsseldə Dədə Qorqud abidəsinin təntənəli açılışında
iştirak etmişdir. Dövlətimizin başçısının 2007-ci ildə im-
zaladığı “Azərbaycandakı monumental heykəltəraşlıq
abidələri, xatirə-memorial və memarlıq kompleksləri
haqqında” Sərəncama əsasən,
Dədə Qorqud heykəli və
“Dədə Qorqud dünyası” tarixi-etnoqrafik kompleksi-
nin yaradılması ilə bağlı müvafiq tədbirlərin görülməsi
haqqında tapşırıq verilmişdir. Geniş tikinti və abad-
lıq işləri nəticəsində Bakının Nərimanov rayonunda 6
hektar ərazidə Dədə Qorqud parkı salınmışdır. Parkın
mərkəzində “Kitabi-Dədə Qorqud” abidəsi ucaldılmış-
dır.
Ötən dövr ərzində abidənin tədqiqi istiqamətində
çoxsaylı elmi araşdırmalar aparılmış, eposu təşkil edən
boyların süjet və motivləri əsasında ədəbi əsərlər ya-
zılmış, təsviri sənət nümunələri meydana gətirilmişdir.
Hələ 1975-ci ildə Heydər Əliyevin tapşırığına əsasən,
Azərbaycanda tanınmış sənət xadimlərinin iştirakı
ilə “Dədə Qorqud” boylarına həsr olunan ikiseriya-
lı bədii film çəkilmişdir. Ondan sonra, müstəqillik
dövründə - 1993-2003-cü illərdə artıq bu dastanı dünya
ictimaiyyətinə çatdırmaq üçün çox böyük işlər görül-
müşdür. “Dədə Qorqud” dastanlarının azərbaycançılıq
məfkurəsi baxımından müstəsna əhəmiyyətini, gənc
nəslin vətənpərvərlik ruhunda tərbiyə olunmasında
əvəzsiz rolunu nəzərə alaraq Azərbaycan
Respublika-
sı Prezidenti 28 dekabr 2013-cü ildə “Dədə Qorqud”
dastanları əsasında çoxseriyalı bədii televiziya filminin
çəkilməsi haqqında Sərəncamı vermişdir.
Bütün bunlar bir daha onu göstərir ki, Dədə Qorqud
Azərbaycan xalqının qəlbində daim yaşayırdı, yaşayır
və yaşayacaqdır. “Kitabi-Dədə Qorqud” dastanı, eyni
zamanda, bütün Türk dünyasını daha da sıx birləşdirir.
367
Tarixdə bu gün
595
illiyi
Şirvanşahlar sarayı
1420-1460
2015
İçərişəhərdə orta əsr memarlığı-
nın şah əsərlərindən biri olan Şirvan
hakimlərinin iqamətgahı - “Şirvanşahlar
Saray Ansamblı” bu günə qədər öz tarixi-
memarlıq üstünlüyünü saxlamaqdadır.
Şamaxıda baş verən zəlzələdən sonra
paytaxt Bakıya köçürüldükdə, şəhərin ən
yüksək nöqtəsində Şirvanşahlar Sarayı
ucaldılır. Sarayın ansamblı 9 tikilidən:
Saray binasından, Divanxanadan, Dərviş
türbəsindən, Şərq darvazasından (por-
tal), saray məscidindən,
Key-Qubad
məscidindən, saray türbəsindən, hamam
və ovdandan ibarətdir.
Kompleks binalarının biri digərindən
5,6 metr hündürlükdə yerləşən 3 həyətdən
ibarətdir. Sarayın yerləşdiyi ərazi
mürəkkəb relyefli olduğu üçün, saray
vahid memarlıq planına malik deyildir.
Lakin ən müxtəlif nöqtələrdən baxarkən
onların saray ansamblının tərkib hissələri
olduğu aydın görünür.
Kompleksin bütün tikintiləri əhəng
daşı olan yerli bədamdam daşından inşa
olunmuşdur. Kompleksin bütün tikililəri
arasında ən çox dağılmaya
məruz qalan
saray binası olmuşdur.
1500-cü ildə Şirvanşahlarla Səfəvilər
arasındakı döyüş zamanı Fərrux Yassar
öldürüldükdən sonra saray talan olun-
muşdur. Şirvanşahlardan sonra sarayda
kimlərin yaşadığı məlum deyil.
1723-cü ildə I Pyotr qoşunlarının
Bakıya top atəşi açması zamanı sa-
ray məscidinin şimal-şərq fasadı ziyan
çəkmişdir.
Saray binası - Saray ikimərtəbəli
düzgün olmayan düzbucaqlı formaya
malik bir binadır. Sarayı yaxşı işıqlan-
dırmaq üçün binanın cənubi-şərq bu-
cağı girintili-çıxıntılı hazırlanmışdır.
İlk vaxtlar sarayda 52 otaq varmış, on-
lardan 27-si I, 25-ci isə II mərtəbədə
yerləşirmiş. Otaqlar simmetrik şəkildədir.
II mərtəbədə tağ tavanla örtülmüş Şa-
hın özü və ailəsinin otaqları yerləşir. II
mərtəbənin pəncərələri Bakı buxtası-
nın gözəl mənzərəsinə açılır. Onları daş
şəbəkələr daha da gözəlləşdirir. Girişdə
XV əsr Azərbaycan memarlığının bütün
elementlərini özündə cəmləşdirən və heç
bir bəzək
elementi olmayan əzəmətli
portal diqqəti cəlb edir. Girişin sağ və sol
tərəfində dərin divar oyuğu vardır.
Divanxana kompleksi yuxarı həyətdə
yerləşir və onun şimal tərəfi ilə bir tini
yaşayış binasına bitişmişdir. Divanxa-
na 8 guşəli rotondadan ibarət olub, 12
tərəfli günbəzlə tamamlanır. O, 8 guşəli
zaldan açıq eyvanla birləşir. Tağların
xarici hissəsində azadlıq rəmzi olan
göyərçin şəkilli daş və 2 ədəd su axarı
üçün daş növ vardır. Belə bir ehtimalı da
təkzib etmək olmaz ki, Şirvanşah Fərrux
Yasər Divanxana kompleksini özü üçün
məqbərə olaraq tikdirmişdir. Lakin tikin-
ti işləri başa çatmamış, yarımçıq qalmış-
dır. Divanxana gözəlliyinə və incəliyinə
görə nəinki Azərbaycanın, həm də Yaxın
Şərqin uyğun memarlıq abidələrənin şah
əsəri sayılır.
Dərviş türbəsi - Xalq arasında “Dərviş
Ə d ə b i y y a t
Mirzəliyev, C. “Bakı
üzüyü”nün qaşında
gövhər, dünyanın
incisi - İçərişəhər
/C.Mirzəliyev; elmi
red. C.Qiyasi.-Bаkı:
Azərbaycan,2005.-
128 s.
Cabbarov, M. “Şirvan-
şahlar sarayına gələnlər
şah sarayının ab-
havasını hiss edəcək”
/M.Cabbarov //Palitra.-
2012.- 24 fevral.- S.15.
İsayeva, R. Şirvanşah-
lar sarayı - Bakının
möhtəşəm memarlıq
nümunəsi /R.İsayeva
//Mədəniyyət.- 2012.- 18
aprel.- S.15.
Rzayeva, R. Şirvan-
şahlar Sarayı - dünya
əhəmiyyətli memarlıq
incisi /R.Rzayeva //Yeni
Azərbaycan.- 2010.- 12
iyun.- S.11.
Тагиев, И. Дворец
Ширваншахов или
Ханака С.Я.Бакуви
/И.Тагиев.- Баку: Çaşı-
oğlu, 2003.- 96 с.
İ n t e r n e t d ə
www.anl.az
az.wikipedia.org
www.icherisheher.gov.az
www.avciya.az