360
Siyasət.Hüquq.Hərbi iş
140
illiyi
Həsən bəy Ağayev
1875-1920
2015
Həsən bəy Məşədi Hüseyn bəy oğlu
Ağayev 1875-ci ildə Gəncədə anadan
olmuşdur. Gəncə klassik gimnaziya-
sında təhsilini başa vurduqdan sonra
1901-ci ildə Hacı Zeynalabdin Tağıye-
vin xeyriyyəçiliyilə Moskva Universi-
tetinin tibb fakültəsində oxuyaraq oranı
bitirmişdir. Vətənə qayıdaraq həkimlik
etmişdir. Rusiya Sosial Demokrat Fəhlə
Partiyasının müsəlmanlardan təşkil olu-
nan “Hümmət” qrupunun tapşırığı ilə
Həsən bəy “Silk, sinif, firqə” kitabçasını
Azərbaycan türkcəsinə çevirərək 1906-
cı ildə Tiflisdəki “Qeyrət” mətbəəsində
çap etdirmişdir. Lakin kitabçanın nəşri
hökumət dairələri tərəfindən
heç də
yaxşı qarşılanmamışdı.
Təqib və təzyiqlərin gündən-günə
artdığını görən Həsən bəy 1906-1907-
ci illərdə Güney Azərbaycanda yaşa-
mağa məcbur olmuşdur. H.B.Ağayevin
İrana mühacirət etməsi və bir müddət
orada yaşaması Məşrutəçilərə kömək
məqsədi daşıyıb. 1907-ci ildə Bakıda
keçirilən Qafqaz müsəlman müəllimləri
qurultayı mərkəzi komitəsinin sədri se-
çilmişdir. “Difai” təşkilatının üzvü ol-
muşdur.
1914-cü ilin sonlarında o, Xuda-
dat bəy Rəfibəyli ilə birlikdə Gəncədə
ilk səhiyyə cəmiyyətini yaratmış-
dır. Əslində, bu ictimai təşkilatlar
gələcəkdə yaradılacaq siyasi partiyalar
üçün zəmin hazırlamaq məqsədi daşı-
yıb.
Gəncədə, Nəsib bəy Yusifbəylinin
rəhbərliyi altında Azərbaycan tarixində
ilk
dəfə olaraq Avropa mədəni
dəyərlərinə istinad məramlı bir par-
tiyanın - “Türk Ədəmi-mərkəziyyət
firqəsi”nin əsasını qoymuşdur (1917).
Bu partiya Müsavatla birləşəndən son-
ra onun Mərkəzi Komitəsinin üzvü se-
çilmişdir.
1918-ci il may ayının 28-də Tiflisdə
Azərbaycan Milli Şurasının iclasında
Azərbaycanın İstiqlal Bəyannaməsi
qəbul edilərkən Həsən bəy Ağayev
Milli Şuranın sədri Məhəmməd Əmin
Rəsulzadənin müavini olmuş və bu ta-
rixi hadisədə birbaşa iştirak etmişdir.
Azərbaycanın müstəqilliyi haqqında
İstiqlal bəyannaməsini ilk olaraq Həsən
bəy Ağayev imzalamışdır.
Dekabrda Parlament sədrinin müa-
vini seçilmiş, sədr Əlimərdan bəy Top-
çubaşov Bakıda olmadığına görə 2 fev-
ral 1920-ci
ilədək sədr vəzifəsini icra
etmişdir. Onun rəhbərliyi, təşəbbüsü və
fəal iştirakı ilə parlament müstəqilliyi
və ərazi toxunulmazlığını qorumaq,
milli və siyasi hüquqları müdafiə etmək,
qonşu ölkələrlə dostluq əlaqələri yarat-
maq, bu əlaqələri möhkəmləndirmək,
hüquqi-demokratik dövlət quruluşunu
bərqərar etmək, ölkəni müdafiə edə
biləcək güclü ordu yaratmaq, geniş so-
sial islahatlar həyata keçirmək haqqın-
da bir sıra qərarlar qəbul edilib.
1920-ci il aprel ayının 17-də par-
lamentin son iclası keçirilib və
bolşeviklər Azərbaycanı işğal edərək
onun vətənpərvər oğullarına divan tu-
tublar. AXC-nin rəhbər işçilərinin bir
çoxunu
da Gürcüstana getməyə məcbur
ediblər. Gürcüstana gedənlər sırasında
Azərbaycan parlamentinə rəhbərlik et-
miş Həsən bəy Ağayev, Baş nazir Fətəli
xan Xoyski və başqaları da vardı.
Tiflisə mühacirət edən Həsən
bəy Ağayevi və Fətəli xan Xoyski-
ni Tiflisdə muzdlu erməni terrorçusu
qətlə yetirmiş, 1920-ci il iyul ayının
19-da onun cənazəsi Tiflisin müsəlman
qəbiristanlığında torpağa tapşırılmış-
dır.
Ə d ə b i y y a t
Ağayev Həsən bəy
Məşədi Hüseyn bəy
oğlu //Azərbaycan
Xalq Cümhuriyyəti
Ensiklopediyası:2 cilddə.-
Bakı, 2004.- C.I.- S.104-105.
Ağayev Həsən bəy
Məşədi Hüseyn bəy oğlu
//Azərbaycan Milli Ensiklo-
pediyası.- Bakı, 2009.- C.I.-
S.170.
Həsən bəy Ağayev
//Azərbaycan Demokratik
Respublikası: Azərbaycan
hökuməti: (1918–1920).-
Bakı, 1990.- 96 s.
Vətən naminə çalışmaq,
əqidə naminə ölmək... O,
bu həyat prinsipini seçən
insanlardan idi //Azadlıq.-
2012.- 17 mart.- S. 14.
İ n t e r n e t d ə
www.anl.az
www.az.wikipedia.org
www.genceinformasiya.com
www.muallim.edu.az
www.preslib.az
İctimai-siyasi xadim
361
Fəlsəfə.İqtisadiyyat
605
illiyi
Seyid Yəhya Cəlaləddin Bakuvi
1410-1462
2015
Seyid Yəhya Cəlaləddin Bakuvi 1410-
cu ildə Şamaxıda anadan olmuşdur. Tam
adı, əs-Seyid Cəmaləddin Yəhya ibn əs-
Seyid Bəhaəddin əş-Şirvani əş-Şamaxi
əl-Bakuvidir. Daha çox “Şirvani” və
“Bakuvi” nisbəsi ilə məşhur olmuşdur.
Şirvani nisbəsi vətəninin Şirvan olması
səbəbilədir. Bakuvi deyilməsinin səbəbi
isə həyatının ən uzun və ən səmərəli döv-
rünü Bakıda yaşamış olmasındandır.
Yəhya Şirvaninin doğum tarixi haq-
qındakı məlumatların azlığı,
həmçinin
onun uşaqlığının da necə keçdiyini
müəyyənləşdirməyi çətinləşdirir. Seyid
nəslindən olub, soyu Hz.Peyğəmbərə
(s.ə.s) qədər gedib çıxır. Yəhya Şirvani
İmam Museyi-Kazımın nəvələrindəndir.
Xəlvətiyyə təriqətinin inkişaf etməsində
göstərdiyi böyük xidmətə görə ona
təriqətin “piri-sani”si (ikinci piri) ləqəbi
verilmişdir. İkinci ləqəbi isə mənbələrdə
II Pir Seyyidul-Taifətil-Xəlvətiyyə
əş-Şeyx Seyid Cəlaləddin Yəhya ibn
əs-Seyid Bəhaəddin əş-Şirvani əl-
Bakuvidir.
O, Şirvanşahlar dövlətinin mərkəzi
olan Şamaxıda, sonra da Bakıda Şah
Xəlilullahın sarayında yaşamışdır. О, Ba-
kıya gəldikdən sоnra burada I Xəlilullah
xanın da yardımı ilə xəlvətiliyin ilk
böyük xanəgahını açmışdı. Bakıdakı
xanəgahın inşasında I Xəlilullah xa-
nın yardımçı оlmasını Seyid Yəhyanın
qəbrinin ətrafında Şirvanşah tərəfindən
inşa
edilən məscid, türbə və digər bina-
lardan anlamaq mümkündür. I Xəlilullah
xan ilə aralarındakı yaxşı münasibəti
göstərən əlamətlərdən biri də Seyid
Yəhyanın “əşfül-qülub” adlı əsərini Şir-
vanşaha ithaf etməsidir. Onun Bakıda
qurduğu ilahiyyat-fəlsəfə məktəbinin
Bərdədə, Təbrizdə və digər bölgələrdə
şöbələri vardı. Azərbaycanın böyük ma-
arifçisi Abbasqulu Ağa Bakıxanov onun
haqqında belə deyirdi: “Seyid Yəhya Ba-
kuvi VIII əsrdə (hicri) bu diyarın böyük
din müəllimi idi. Onun adı bir çox gizli
elmlərdə məşhurdur.” (Sara Aşurbəyli,
Şirvanşahlar Dövləti.- Bakı: Azərnəşr,
1997.- S.408.)
Yəhya Şirvaninin doğumu kimi,
ölümü haqqındakı məlumatlar da
ziddiyyətlidir. Bəzi Osmanlı müəllifləri
onun ölüm tarixinin 1457, bəziləri də
1463 olduğunu qeyd etmişlər. Qəbri Ba-
kıda, İçərişəhərdədir.
Seyid Yəhya Cəlaləddin Bakuvi
orta əsr
Azərbaycan alimi, mütəfəkkiri,
filosof-ilahiyyatçı, astroloqdur. Se-
yid Yəhya Bakuvinin Azərbaycan,
fars və ərəb dillərində yazdığı 18
əsəri zəmanəmizədək gəlib çıxmış-
dır. Həmin əsərlər Türkiyənin İstanbul
(“Muradiyyə” kitabxanası), Konya, Ma-
nisa şəhərlərində saxlanılır.
Avrasiya İqtisadi Əlaqələr Dərnəyinin
təşəbbüsü ilə Seyid Yəhya Şirvaninin
həyat və yaradıcılığına həsr edilmiş
“Xəzərin piri Seyid Yəhya Şirvani” adlı
film çəkilir.
UNESCO-nun Baş Konfransının 36-
cı sessiyasında islamda xəlvətilik sufi
məktəbinin qurucularından sayılan Se-
yid Yəhya Bakuvinin vəfatının 550-ci
ildönümü münasibətilə 2013-cü il Seyid
Yəhya Şirvani ili elan edilmiş və ildönü-
münün dünya səviyyəsində qeyd edilməsi
haqqında qərar qəbul edilmişdir.
Ə d ə b i y y a t
Şəfa əl Əsrar: sufiliyin
sirləri adlı əsəri /S.Y.Əş-
Şirvani Əl Bakuvi;
elmi red. Z.Quluzadə,
A.Musayeva; azərb.
dilinə uyğ. N.Abuzərov,
A.Sultan, Ə.Fərhadov,
D.Əhmədov.- Bakı: Elm,
2010.- 407 s.
Seyid Yəhya Şirvani
mövzusunda seminar
//Mədəniyyət.- 2013.-
10 aprel.- S.12.
Zərbəliyev, C. Seyid
Yəhya Bakuviyə həsr
olunmuş konfrans
Livan mətbuatında
/C.Zərbəliyev
//Mədəniyyət.- 2013.-
9 oktyabr.- S.11.
İ n t e r n e t d ə
www.anl.az
www.anl.az
www.azerislam.com
www.miras.az
www.seyidyahyashir-
vani.az
Filosof