87
Tarixdə bu gün
95
illiyi
Azərbaycan Dövlət Teleqraf Agentliyi
1920
MART
Azərbaycan Dövlət Teleqraf Agent-
liyi - AzərTAc respublikanın aparıcı
informasiya agentliyi, yerli və xarici
KİV-lər üçün yeganə rəsmi dövlət in-
formasiya mənbəyidir.
1920-ci il mart ayının 1-də Azərbaycan
Xalq Cümhuriyyəti hökuməti tərəfindən
yaradılmış AzərTAc sonralar, Sovet
hakimiyyəti illərində müxtəlif adlarla
fəaliyyət göstərmisdir.
Azərbaycan yenidən dövlət
müstəqilliyi bərpa etdikdən sonra
agentlik özünün tarixi adını bərpa et-
mişdir. 1995-ci il mart ayının 3-dən
Nazirlər Kabineti yanında Dövlət Te-
leqraf Agentliyi, 2000-ci il yanvar ayı-
nın 17-dən Azərbaycan Dövlət Teleqraf
Agentliyi adlandırılmışdır.
AzərTAc rəsmi dövlət xəbərləri ilə
yanaşı, ictimai-siyasi, iqtisadi mövzu-
larda, elm, təhsil, mədəniyyət, səhiyyə,
idman, ətraf mühit və s. haqqında
fasiləsiz olaraq bütün sutka ərzində
Azərbaycan, ingilis, rus, fransız, alman
və ərəb dillərində dəqiq və operativ in-
formasiya verir.
AzərTAc İTAR-TASS (Rusiya),
Anadolu agentliyi (Türkiyə), Sinxua
(Çin), AGERPRES (Rumıniya), Uk-
rinform (Ukrayna), BTA (Bolqarıstan),
ANSA (İtaliya), İRNA (İran), TANYUQ
(Serbiya), BELTA (Belarus), Mold-
pres (Moldova), ATA (Albaniya), MTI
(Macarıstan), MENA (Misir), PETRA
(İordaniya), ANTARA (İndoneziya),
MONTSAME (Monqolustan), Yonhap
(Koreya Respublikası), LETA (Latvi-
ya), Kabar (Qırğızıstan), Kazinform
(Qazaxıstan), KUNA (Küveyt), Xovar
(Tacikistan), KYODO (Yaponiya), Bu-
aNews (Cənubi Afrika Respublikası),
AGİ (İtaliya), QNA (Qətər) informasi-
ya agentlikləri ilə əməkdaşlıq haqqında
sazişlər imzalamışdır.
2004-cü ildə Asiya və Sakit Oke-
an Ölkələri İnformasiya Agentlikləri
Təşkilatına (OANA), 2008-ci ildə Av-
ropa Xəbər Agentlikləri Alyansına
(EANA) üzv qəbul edilmişdir.
AzərTAc Müstəqil Dövlətlər Birliyi-
nin üzvü olan ölkələrin Milli İnformasiya
Agentlikləri Assosiasiyasının (ANİA),
Türkdilli Xəbər Agentlikləri Birliyinin
(TKA), Qara Dəniz İqtisadi Əməkdaşlıq
Təşkilatının üzvü olan ölkələrin Milli
İnformasiya Agentlikləri Assosiasiyası-
nın (PANİA) təsisçilərindən biridir.
AzərTAc 2008-ci ildən “AsiaPulse”
- Asiya xəbər agentlikləri konsorsiumu-
nun üzvüdür.
AzərTAc-ın ABŞ, İngiltərə, Fransa,
Almaniya, Avstriya, Latviya, Macarıs-
tan, Rusiya, Ukrayna, Misir, Türkiyə,
Gürcüstan, İran, Orta Asiya, Çin və Ya-
poniyada, respublikanın bölgələrində
müxbir məntəqələri fəaliyyət göstərir.
AzərTAc foto və yazılı informasiya-
larla yanaşı, ölkənin sosial, siyasi, iqti-
sadi, idman həyatından videoxəbərlər
hazırlayır, onları internet resursunda və
sosial şəbəkələrdə yayır. Agentliyin mul-
timedia və videoxəbər xidməti “Gəzdim
Azərbaycanı”, “Abidələrimiz”, “Dünya
şəhərləri”, “Sənət korifeylərimiz” və
digər bir sıra layihələr həyata keçirir.
2013-cü ilin sentyabrından AzərTAc-
ın Uşaq Bilik Portalı fəaliyyət göstərir.
Ə d ə b i y y a t
Azərbaycan Dövlət
Teleqraf Agentliyinin
(AzərTAc-ın) fəaliyyətinin
təkmilləşdirilməsi
haqqında: Azərbaycan
Respublikası Prezidentinin
Sərəncamı, 22 aprel 2010-
cu il //Azərbaycan.- 2010.-
23 aprel.- S.1.
Azərbaycan Dövlət Teleq-
raf Agentliyinin - AzərTAc-
ın 90 illik yubileyi təntənəli
şəkildə qeyd edilmişdir
//Azərbaycan.- 2010.- 2
mart.- S.4.
Azərbaycan Dövlət
Teleqraf Agentliyində ulu
öndər Heydər Əliyevin
anadan olmasının 90-cı
ildönümü münasibətilə
yubiley tədbiri keçirilmiş-
dir //Azərbaycan.- 2013.-
5 may.- S.3.
İ n t e r n e t d ə
www.anl.az
www.azertag.com
www.az.wikipedia.org
www.elibrary.az
1
88
Tarixdə bu gün
Daxili Qoşunlar Günü
1995
MART
Daxili Qoşunlar 1991-ci ildə
Azərbaycan Respublikası Prezidenti-
nin Fərmanı ilə yaradılmışdır.
Daxili Qoşunların funksiyaları,
vəzifələri, fəaliyyətinin əsas prinsipləri
“Daxili Qoşunların statusu haqqında
Azərbaycan Respublikasının 1994-cü
il tarixli Qanunu” ilə müəyyən olun-
muşdur. Həmin Qanuna əsasən Daxili
Qoşunlar aşağıdakı vəzifələri yerinə
yetirir:
• digər daxili işlər orqanları ilə
birlikdə şəhərlərdə və digər yaşayış
məntəqələrində post-patrul xidməti
vasitəsilə ictimai asayişin qorunmasın-
da, habelə kütləvi tədbirlər keçirilərkən
ictimai təhlükəsizliyin təmin olunma-
sında iştirak edir;
• mühüm dövlət obyektlərini, kom-
munikasiya qurğularını, xüsusi yükləri
mühafizə edir;
• mühafizə olunan əraziyə soxul-
muş şəxslərin axtarılmasında və tutul-
masında iştirak edir;
• Azərbaycan Respublikası Daxili
İşlər Nazirliyinin Təchizat İdarəsinin
anbarlarını
və
hərbi bazalarını
mühafizə edir;
• mühafizə olunan obyektlərdə və
qurğularda qəzaların, yanğınların,
təbii fəlakətlərin və buna bənzər başqa
halların nəticələrinin ləğvində iştirak
edir;
• yaşayış məntəqələrində kütləvi
iğtişaşların qarşısının alınmasında iş-
tirak edir;
• qəzalar, bədbəxt hadisələr, yanğın-
lar, təbii fəlakətlər və başqa fövqəladə
hallar zamanı, habelə fövqəladə
vəziyyətin hüquqi rejimi təmin
edilərkən adamların xilas edilməsi,
sahibsiz qalmış əmlakın mühafizəsi,
ictimai asayişin qorunması üçün
təxirəsalınmaz tədbirlər görməklə da-
xili işlər orqanlarına kömək göstərir;
• cəzaçəkmə müəssisələrində küt-
ləvi iğtişaşların qarşısını almağa
kömək göstərir;
• mühafizədən qaçmış məhkumla-
rın və həbs edilmiş şəxslərin axtarıl-
masında və tutulmasında iştirak edir;
• zərurət olduqda Azərbaycan Res-
publikasının ərazisinin müdafiəsində
iştirak edir.
Daxili Qoşunlara başqa vəzifələr
ancaq qanunla həvalə edilə bilər.
Hərbi qanunvericilik, nizamna-
mələr, hərbi qulluqçuların xidmət keç-
məsi məsələləri üzrə Daxili Qoşunla-
rın fəaliyyəti Silahlı Qüvvələr üçün
müəyyən edilmiş hərbi-normativ akt-
larla nizamlanır.
Daxili Qoşunların Komandanı bir-
başa Daxili İşlər nazirinə tabedir və
onun müavinidir.
Azərbaycan Respublikası Preziden-
tinin 9 mart 1995-ci il tarixli Fərmanı
ilə Qoşunların Azərbaycanın ərazi bü-
tövlüyü uğrunda Ermənistanın hərbi
təcavüzünə qarşı döyüşə başladığı gün
- martın 12-si “Daxili Qoşunlar Günü”
elan edilmişdir.
Ə d ə b i y y a t
Daxili Qoşunlar
//Azərbaycan Milli Ensik-
lopediyası: Azərbaycan.-
Bakı, 2007.- S.369.
Daxili Qoşunlar daim
Azərbaycan xalqı-
na və dövlətçiliyinə
sədaqətlə xidmət etmişdir
//Azərbaycan.- 2011.- 13
mart.- S.3.
Həsənov, Z. Daxili Qoşunlar
yüksəliş mərhələsini yaşayır
/Z.Həsənov //Azərbaycan.-
2011.- 12 mart.- S.4.
Məzahiroğlu, C. Daxi-
li qoşunlar: islahatlar
və perspektivlər. Yaxın
vaxtlarda bu qurumda
mülki şəxslərin sayı iki dəfə
artırılacaq /C.Məzahiroğlu
//Ayna.-2012.- 17 mart.-
S.10-16.
İ n t e r n e t d ə
www.anl.az
www. az.wikipedia.org
www. e-qanun.az
www. mia.gov.az
12
Dostları ilə paylaş: |