91
Tarixdə bu gün
Novruz Bayramı
MART
Novruz bayramı baharın gəlişi
şərəfinə qeyd edilir və yeni ilin qar-
şılanmasını bildirir. Baharın ilk günü
təqvimdə Günəşin illik dövr etməsinin
başa çatdığını göstərir.
Novruz bayramının tarixi kökləri çox
qədim dövrlərə - Zərdüşt peyğəmbərin
zəmanəsinə aiddir. Bu isə təqribən
3700-5000 il deməkdir.
Ən qədim yazılı abidələrdə göstərilir
ki, Novruz bayramı bizim eradan əvvəl
505-ci ildə qeyd edilmişdir.
Novruz ruhun təmizlənməsi rəmzi-
dir. Novruzdan əvvəlki axır çərşənbə
ərəfəsində tonqallar yandırılır və ya-
şından, cinsindən asılı olmayaraq, hər
kəs bu bərəkətli odun üstündən yed-
di dəfə tullanmalıdır. Eyni bir tonqa-
lın üstündən yeddi dəfə və ya yeddi
tonqalın hərəsinin üstündən bir dəfə
tullanmaq lazımdır. Bu ritualı yerinə
yetirərkən “Mənim sarılığım sənə, sənin
qızartın mənə keçsin” demək lazımdır.
Novruz tonqalının üstünə heç vaxt su
tökmürlər. Tonqal özü sönəndən sonra
oğlanlar və qızlar onun külünü yığıb
evdən uzağa aparırlar. Bu o deməkdir
ki, bütün pisliklər həmin külə qarışaraq
gedir.
Su ilə təmizlənmə, suyun təmizlə-
yici qüvvəyə malik olması barədə
təsəvvürlərlə bağlıdır. Novruz gün-
lərində arx üstündən tullanmaq ötən
ildə edilmiş günahları yumaq deməkdir.
Belə bir adət də var: ilin son gecəsində
adamlar bir-birinin üstünə su çiləyirlər.
Xalq inamına görə, axır çərşənbə gecəsi
çaylar və arxlar dayanır, hamı və hər
şey, hətta ağaclar da yerə əyilərək suya
təzim edirlər. Yeni il axşamında kim bu
sudan içərsə, o, xəstələnməz.
Qədimdən yaranmış ənənələrə görə,
həmin vaxtda Novruzun şərəfinə toplar-
dan və tüfənglərdən atəş açırlar. Novruz
süfrəsində adları “S” hərfi ilə başlayan
yeddi xörək, habelə sumax, sirkə, süd,
səməni, səbzi və sair olmalıdır. Süfrəyə
güzgü və şamlar, güzgünün qabağına
boyanmış yumurtalar qoyulur. Bütün
bunların hər birinin rəmzi mənası var:
şam – insanları bədnəzərdən qoruyan
od, işıq, güzgü isə aydınlıq deməkdir.
Ənənəyə görə, bayramın birinci
günündə hər kəs öz evində olmalıdır.
Xalq içində deyərlər: “Əgər Novru-
zun birinci günündə öz evində olma-
san, yeddi il evinə həsrət qalacaqsan”.
Keçmişdə Novruz bayramı günündə
evin bayır qapısı, bir qayda olaraq, bağ-
lanmırdı. Novruzun birinci günü bütün
gecə işıq yanır, çünki işığın sönməsi
bədbəxtlik əlamətidir.
Ənənəyə görə, Novruzun birinci
günü bahar, ikinci günü yay, üçüncü
günü payız və dördüncü günü qış hesab
edilir. Əgər birinci gün hava küləksiz
və aydın olsa, deməli, il məhsuldar ola-
caqdır.
Novruz - Azərbaycan xalqının milli-
mənəvi dəyərlərini özündə əks etdirən
bayramıdır.
Ə d ə b i y y a t
Azərbaycanda Novruz.-
Bakı: Çıraq, 2012.- 271 s.
Azərbaycanın xalq bayramı
Novruz: bələdçi kitab
/layih. rəhb. Ə.Qarayev;
mətnin müəl. Ə.Vəliyev,
V.Bəhmənli.- Bakı: Təhsil,
2011.-208 s.
Əhmədov, Ə. Novruz
süfrəsi /Ə.Əhmədov.- Bakı:
Azərnəşr, 2011.- 80 s.
Навруз как явление
мировой культуры:
[исследование] /ред.-
сост. А.Раджабов,
М.Карим-заде; отв. ред.
А.Раджабов АН Респ.
Таджикистан, Ин-т
истории, археологии
и этнографии им.
Ахмада Дониша, Гос.
учреждение “Нац.
б-ка Таджикистана”,
Междунар. науч. центр
муз. культуры народов
Востока (Борбад) ;
[предисл. М. Илолов].-
Душанбе: [Контраст]
2012.- 335 с.
İ n t e r n e t d ə
www. az.wikipedia.org
www. deyerler.org
20
92
Tarixdə bu gün
Milli Təhlükəsizlik Orqanları
İşçilərinin Peşə Bayramı Günü
1997
MART
1918-ci ildə yaradılmış Azərbaycan
Demokratik Respublikasında 1919-cu
il martın 28-də müdafiə naziri Səməd
bəy Mehmandarovun 157 saylı əmrinə
əsasən kəşfiyyat və əks-kəşfiyyat
xidməti təşkil olunmuşdu. Bu təşkilatın
vəzifəsi terrorizmə, casusluğa,
təxribatlara qarşı mübarizə aparmaq
idi. Lakin cümhuriyyətinin süqutu və
1920-ci ildə sovet ordusu tərəfindən
Azərbaycanın işğalı
nəticəsində
təşkilatın üzvləri repressiyalara məruz
qalmış, M.Şeyxzamanlı başda olmaqla
əksər rəhbər heyət güllələnmişdi.
Sovet dövründə qurum əvvəlcə
Fövqəladə Komissiya (“ÇK”) adlan-
mış, bir müddət Daxili İşlər Xalq Ko-
missarlığının (“NKVD”) tərkibində
fəaliyyət göstərmiş, sonra Dövlət
Təhlükəsizlik Komitəsi təşkil olun-
muşdur.
50-ci illərin sonlarından etibarən
respublika təhlükəsizlik orqanların-
da milliləşmə və tarixi ədalətin bərpa
edilməsi, repressiyaya məruz qalmış
bir çox insanların hüquqi və mənəvi
bəraət alması istiqamətində xeyli işlər
görüldü. Bu proses bilavasitə ömrü-
nün böyük bir hissəsini təhlükəsizlik
orqanlarına həsr etmiş görkəmli
dövlət xadimi Heydər Əliyevin adı
ilə bağlıdır. Onun Azərbaycan Dövlət
Təhlükəsizlik Komitəsində
əks-
kəşfiyyata rəhbərlik etdiyi illər ərzində,
xüsusilə də komitə rəhbərliyinə irəli
çəkildiyi 1964-ci ildən sonrakı dövrdə
orqana milli kadrların cəlb olunma-
sı, onların yetişdirilib, həlledici iş
sahələrində rəhbər vəzifələrə təyin
olunması nəzərəçarpacaq şəkildə geniş
vüsət almağa başladı. 1967-ci ilədək
respublikanın təhlükəsizlik orqanla-
rına qeyri-azərbaycanlılar rəhbərlik
ediblər. Həmin il general Heydər
Əliyev Azərbaycan DTK-nın sədri
təyin olunmuşdur.
Azərbaycan müstəqilliyini bərpa
etdikdən sonra, 1991-ci il noyabrın
1-də Milli Təhlükəsizlik Nazirliyi ya-
ranıb. Milli Təhlükəsizlik Nazirliyinin
qarşısında duran vəzifələr Azərbaycan
Respublikasının suverenliyinə, kons-
titusiya quruluşuna, iqtisadi, müdafiə,
elmi-texniki potensialına, digər həyati
əhəmiyyətli maraqlarına qarşı xarici
dövlətlərin xüsusi xidmətlərinin və
təşkilatlarının, cinayətkar qrupların və
ayrı-ayrı şəxslərin kəşfiyyat və digər
təxribat-pozuculuq fəaliyyətinin qarşı-
sını almaqdan ibarətdir.
“Azərbaycan Respublikası Milli
təhlükəsizlik orqanları əməkdaşlarının
peşə bayramı gününün təsis edilməsi
haqqında” Azərbaycan Respublikası-
nın Prezidenti Heydər Əliyevin 1997-
ci il 23 mart tarixli Fərmanı ilə 28
mart - Milli Təhlükəsizlik Orqanları
İşçilərinin Peşə Bayramı Günü elan
olunmuşdur.
28
28
Ə d ə b i y y a t
Azərbaycanın milli
təhlükəsizlik orqanlarının
şəxsi heyəti peşə bayramını
qeyd etmişdir //Azərbaycan.-
2011.- 29 mart. - S. 2.
Milli Təhlükəsizlik or-
qanlarının qəhrəmanları
/baş məsl. E.Mahmudov;
məsl.F.Vahabov; red.
A.Babayev; tərt.: X.Tağıyeva,
N.Allahverdiyev.- Bakı: MTN-
nin İctimai Əlaqələr Mərkəzi:
İndiqo, 2008.- 324 s.
Milli təhlükəsizliyin keşiyində
//Azərbaycan.- 2012.-28
mart.- S.5.
Zülfüqaroğlu, Ə.Milli
təhlükəsizlik orqanlarının
yaranmasından 93 il ötür. Bu
münasibətlə bayram tədbiri
keçirilib /Ə.Zülfüqaroğlu
//Həftə içi.- 2012.- 29 mart.-
S.2.
İ n t e r n e t d ə
www.anl.az
www.mns.gov.az
www. ebooks.preslib.az
MART
Dostları ilə paylaş: |