89
Çanaqqala döyüşü
1915-1916
MART
Çanaqqala döyüşü -
Birinci Dünya müharibəsi
əsnasında 1915-1916-cı illər arasında Osmanlı
dövləti ilə Antanta dövlətləri (İngiltərə, Fransa, An-
zaklar) arasında baş verən dəniz və quru döyüşü-
dür. İttifaq dövlətləri Osmanlı dövlətinin paytaxtı
İstanbulu alaraq boğazların idarəsini ələ keçirmək,
Rusiyayla etibarlı bir qida və hərbi ticarət yolu
açmaq, alman müttəfiqlərindən birini zəiflətmək
məqsədləri ilə ilk hədəf olaraq Çanaqqala boğazı-
na girmişlər. Vaxtilə böyük ərazilərə sahib olan Os-
manlı imperiyası artıq öz keçmiş qüdrətini itirmiş
və indi ən çətin vəziyyətə düşmüşdü. Daxildə və
xaricdə baş verən siyasi çəkişmələr dövləti çökdü-
rür, taleyini zamanın ixtiyarına buraxırdı. Balkan
yarımadasında ardıcıl məğlubiyyətlər Osmanlı
dövlətini böyük torpaq
itkiləri ilə üz-üzə qoymuş-
du. Bu ələdüşməz fürsətdən imperialist dövlətlər
öz mənafeləri üçün istifadə etmək və Osmanlının
torpaqlarını öz aralarında bölüşdürüb bu dövlətin
varlığına son qoymaq istəyirdilər.
Mart ayının 18-də ingilis-fransız gəmiləri
şiddətli bir atəşə başladılar. Ancaq hücumla-
rı müvəffəqiyyətsiz olmuşdur və iki tərəfin də
çox ağır itkilər verməsiylə İttifaq dövlətləri geri
çəkilmişlər. Osmanlı ordusu ingilis və fransız do-
nanmalarına qarşı Çanaqqala boğazında aylarla
sürən silsilə dəniz və quru döyüşləri aparmışdır.
Bu döyüş məhvolma vəziyyətində olan bir ölkənin
möhtəşəm qələbəsi kimi olaraq əfsanələşib, hər
vətəndaşın xatirəsində qalmışdır. Çanaqqala eyni
zamanda Türk şəhidlərinin
dünya tarixinə öz qan-
ları ilə yazdığı bir qəhrəmanlıq salnaməsidir.
Müttəfiqlər üçün isə bu döyüş, əsgəri bacarıq-
sızlıq və fəlakət simvolu olaraq sayılmışdır.
Beləliklə, düşmənin birləşmiş qüvvələri
geri çəkilmək məcburiyyətində qalaraq döyüş
məkanını tərk etmişdi və 1916-cı ilin baharında
böyük ümidlərlə gəldiyi bu torpaqlardan həmin
ilin qışında qaçmağa başlamışdılar.
Bu gün bəzi dövlətlərin Türkiyəyə qarşı
olan qısqanclıq və xəbislik niyyətlərinin əsas
səbəblərindən biri də, bəlkə də Çanaqqala vuruş-
masıdır. Çünki bu vuruşmada tarix boyu Türk-
İslam Dünyasına qənim kəsilmiş və öz işğalçılıq
planlarını hər zaman yeritməyə çalışan Avropa
dövlətlərinin məqsədləri alt-üst olmuş,
nəticədə
onlar gözləniləndən qat-qat artıq itki vermişlər.
Bu savaşda Osmanlı 251.309 nəfər itki vermiş-
di. Döyüşdə əsas canlı qüvvə və texnika ilə işti-
rak edən ingilislər 205.000, fransızlar isə 47000
itgi verdi. Ümumilikdə düşmən tərəf 300.000-ə
yaxın canlı qüvvəsini itirmişdi və bundan əlavə
çoxlu sayda hərbi-texniki qüvvələri məhv edil-
mişdi. Bir millətin gücünü ortaya çıxararaq nələr
edə biləcəyini göstərmiş olan bu döyüş Türk Qur-
tuluş Döyüşünə də təsir etmişdir. Dəniz və quru
qoşunlarını əhatə edən və bütün çətinliklərə bax-
mayaraq Türk hərb tarixinin şərəfli səhifələrindən
birinə çevrilən Çanaqqala savaşı Atatürk kimi bir
dahini yetişdirmiş, gələcək qurtuluş savaşında
onun liderliyinə əsas zəmin olmuşdur.
Qəhrəman
türk milləti, böyük öndər Mustafa Kamal Paşanın
18
100
illiyi
Tarixdə bu gün
Ə d ə b i y y a t
Kuğu’nun son ötüşü: Çanakkale destanı /proje ve metin. E.Göze; foto. S.Taşkın; ingilizceye çev. K.Çiftçi, A.Turgut.- İstanbul: Boğaziçi
Yayınları, 2005.- 319 s.
Osmanlı Belgelerinde Çanakkale muharebeleri.- Ankara, 2005.-53 s.
Əbdülrəhmanlı, N. Çanaqqala: Keçmişlə gələcək arasında yaddaş körpüsü //Ekspress.- 2012.- 31 mart-2 aprel.- S.14
Əhədova, K. Bir ölkənin taleyini dəyişən insan /K.Əhədova //Hərbi and.- 2011.- 21 may. - №20.- S.7.
Qaliboğlu, E. Atatürkün sərkərdəlik qüdrətini sübut edən döyüş: Çanaqqala zəfərindən 95 il ötür /E.Qaliboğlu //Xalq cəbhəsi.- 2010.- 18
mart.- №49.- S.14 .
Uğur.Çanaqqala zəfərindən 99 il ötür. Mustafa Kamal Atatürk əsgərlərinə demişdi: “Mən sizə təcavüz əmrini vermirəm, ölməyi əmr
edirəm” /Uğur //Xalq cəbhəsi.- 2014.- 18 mart.- S.14.
www.anl.az
www.az.wikipedia.org
www.ataturk.net
rəhbərliyi ilə qeyri-bərabər döyüşdə qələbə qazan-
mışdı.
Çanaqqala döyüşləri müharibələr tarixinə
özünün misilsiz adını yazmışdır. Bu savaşlar
nəticəsində türklər dünyaya öz döyüş əzmlərini
sübut etmişlər. Min illik döyüş təcrübəsi olan bö-
yük türk millətinin Birinci
Cahan müharibəsindəki
zəfəri bu ulusun bir daha yenilməz olduğunu
təsdiqləmiş oldu. Bu qalibiyyət savaşın taleyində
əhəmiyyətli dönüş yaratmış və onu daha bir neçə il
uzatmışdır. Çanaqqala döyüşləri, əsrimizin ən bö-
yük döyüşlərindən biridir.
Həqiqətən də, Çanaqqala savaşında babaları-
mızın göstərdiyi şücaət və igidliklər bu gün örnək
olaraq anılmaqdadır və 100 il öncəyə nəzər salan-
da sanki nümunəvi qəhrəmanlıq portretinə tamaşa
edirsən. Bu portretdə qadın nişançılardan, sağ əlini
itirib,
sol əli ilə vuruşandan tutmuş, 276 kq-lıq
mərmini inanılmaz formada topa qoyub atəş açan
və düşmən gəmisini pərən salan Seyid Çavuşa
qədər hər kəs əks olunmuşdur. Fəxrlə demək olar
ki, bu portretdəki simalar və şücaətlər Çanaqqala
savaşını qeyd-şərtsiz olaraq böyük qəhrəmanlıq
dastanına çevirmiş və bu dastan sonrakı nəsillərin
və təbii ki, bizlərin milli ruhda, cəsurluq ruhunda
tərbiyə almağımıza bir məktəb olmuş və olacaq-
dır.
Çanaqqaladа Osmanlı əsgərlərinin göstərdikləri
igidliklər düşmən gеnеrаllаrını,
siyаsi və dövlət
xаdimlərini bеlə hеyrətə gətirmişdi. XX əsrin ən
böyük siyаsətçilərindən biri hеsаb еdilən Çör-
çil: “Türklər Çanaqqaladа ən müаsir silаhlаrlа
silаhlаnmış güclər qаrşısındа bir qаlа kimi
dаyаnmışdılаr”, ingilis gеnеrаlı Оqlаndеr isə: “Türk
əsgərlərinin döyüşdə göstərdikləri igidliklərin
nəzərə аlınmаmаsı ingilislər üçün fəlаkət оldu”, –
dеmişlər. Gеnеrаl Tаvshеnd isə türk əsgərinə bеlə
qiymət vеrmişdi: “Аvrоpаdа еlə bir əsgər yоxdur
ki, türklərlə müqаyisə еdilə bilsin. Misаl üçün,
Gеlibоlunu göstərmək istəyirəm. Оrаdа bizim
gəmilərdən аçdığımız аtəş nəticəsində səngərlər
yеrlə yеksаn оldu.
Türklər dеyil, bаşqа millətdən
оlаn əsgərlər оlsаydılаr, bunа dözməyərək səngərləri
tərk еdərdilər. Аmmа türk əsgərləri sоnа kimi bu
cəhənnəmdəki mövqеlərini tərk еtmədilər”.
Şanaqqala döyüşlərdə Azərbaycandan da çox-
saylı insan döyüşmüş və həlak olmuşdur. Ora-
da dəfn olunan soydaşlarımızın qəbir daşlarının
üzərində onların Azərbaycanın hansı bölgəsindən
olduğu yazılıb. Demək olar ki, Azərbaycanın bü-
tün rayonlarından Çanaqqalada şəhid olanlar var.
Türkiyə Cümhuriyyəti qurulduqdan sonra ingilis
və fransız donanmalarının geri çəkilməyə məcbur
edildiyi gün - 18 mart,
Çanaqqala Şəhidlərini
Anma Günü olaraq elan edilmişdir.
Üstündən yüz illik bir müddət keçməsinə baxma-
yaraq insanlar Çanaqqala adını eşidəndə qəhrəman
Türk millətinin əzmkarlığına
heyran olur və bu
şərəfli mücadilə hər bir kəsi düşündürməklə yanaşı
onlara əsl vətənpərvərlik irsini tərbiyə edir.
Biz bu hadisələrdən nəticə çıxartmaqla
gənclərimizi Çanaqqala döyüşlərinin hissləri altın-
da hərbi-vətənpərvərlik ruhunda böyütməliyik.
Azərbaycanda Çanaqqala hadisələri tam da
olmasa lazımi səviyyədə tədqiq edilmişdir. Hətta
bu döyüşlərə ithaf edilən əsərlər də yazılmış-
dır. Bunlardan biri görkəmli bəstəkarımız Vasif
Adıgözəlovun “Çanaqqala 1915” oratoriyasıdır.
Bu əsər öz ruhuna görə insana döyüş əzmi aşıla-
yır.