107
Ə d ə b i y y a t
Xatirələrim /Ə.Şıxlinski;
qeydlər və izahlar.
Ş.Nəzirli.- Bakı: Azərnəşr,
1984.- 216 s.
Nəzirli, Ş. General Əli
ağa Şixlinski və silah-
daşları /Ş.Nəzirli.- Bakı,
2012.- 494 s.
Nəzirli, Ş. General Əliağa
Şıxlinski ömrü /Ş.Nəzirli.-
Bakı, 2005.-135 s.
Nəzirli, Ş. Rus artil-
leriyasının Allahı :
general Əliağa Şıxlins-
ki haqqında /Ş.Nəzirli
//Savalan.- 2012.- 20-23
aprel.- S.3.
Uğur. Azərbaycan Xalq
Cümhuriyyətinin gene-
ralları: Şəmistan Nəzirli:
“Əliağa Şıxlinski Tiflisdə
azərbaycanlılardan ibarət
milli korpus yaratmaqla
Azərbaycan ordusunun
təməl daşını qoyub”
/Uğur //Xalq cəbhəsi.-
2013.- 15 mart.- S.11.
İ n t e r n e t d ə
www.az.wikipedia.org
www.anl.az
www.vetenim.umi.ru
www.regiment.ru
www.shixlinski.az
www.qazax.net
Hərbi xadim
Əli ağa Şıxlinski
1865-1943
Əli ağa Hacı İsmayıl ağa oğlu Şıx-
linski 1865-ci il aprel ayının 23-də
Yelizavetpol (Gəncə) quberniyasının
Qazax qəzasının Qazaxlı kəndində ana-
dan olmuşdur. 1875-ci ildə Tiflisdəki
ikiillik şəxsi
gimnaziyada, 1876-cı ildə
Tiflis hərbi gimnaziyasında, 1883-cü
ildə Peterburqdakı Mixaylov Artilleri-
ya Məktəbində təhsil almışdır. 1886-cı
ildə Peterburq artilleriya məktəbini əla
qiymətlərlə bitirmiş, Qafqazdakı 39-
cu Topçu briqadasına hərbi xidmətə
göndərilmişdi.
1905-ci ildə Port-Artur döyüşlərində
göstərdiyi qəhrəmanlığa görə podpol-
kovnik rütbəsini almışdır. Müharibədən
sonra topçu zabitlər hazırlayan
məktəbdə yüksəkixtisaslı hərbçi kimi
dərs deməyə başlayan Şıxlinski 1908-
ci ildə polkovnik rütbəsi almışdı. Onun
yazdığı, dərs vəsaiti kimi istifadə edilən
“Səhra toplarının cəbhədə işlədilməsi”
əsəri 1910-cu ildə çap olunmuşdu. Bun-
dan əlavə, onun “Şıxlinski üçbucağı”,
“Şıxlinski formulu” adlı hərbi-elmi ix-
tiraları topçu zabitlər üçün hazırlanmış
dərsliklərə daxil edilmişdi. Bütün bu
xidmətlərinə görə gənc hərbçiyə 1913-
cü ildə general-mayor rütbəsi veril-
mişdi.
Beləcə o, çar ordusunun aparıcı
mütəxəssislərindən birinə çevrilmişdi.
1914-cü ildə başlanan I Dünya
müharibəsi zamanı Petroqradın artilleri-
ya müdafiəsi general Əliağa Şıxlinskiyə
tapşırılmışdı. Sonralar Qərb cəbhəsi ar-
tilleriya qoşunlarının rəisi, 1917-ci ilin
sentyabrından isə 10-cu ordunun ko-
mandanı təyin olunmuşdu. Elə həmin il
ona general-leytenant rütbəsi verilmiş-
dir.
Öz xahişi ilə İmperiya ordusundan
tərxis olunmuş, Vətənə qayıtmış, ADR-
in hərb nazirinin
müavini təyin edilmiş-
di. 1919-cu ildə Azərbaycan Demokra-
tik Cümhuriyyətinin əmri ilə ona tam
artilleriya generalı rütbəsi verilmişdi.
1920-ci ildə bolşeviklər Azərbaycanı
işğal edəndə hər ikisi - S.Mehmandarov
və Ə.Şıxlinski həbs olunsalar da,
N.Nərimanovun təşəbbüsü ilə general-
lar güllələnmədən xilas olunmuşdular.
Bir müddət Əli ağa Şıxlinski Mosk-
vada Hərbi İnqilab Sovetinin səhra
Qərargahında çalışmışdır. 1921-ci ilin
yayında isə o, Azərbaycan Sovet Qo-
şunları Qərargahına göndərilmişdi. Bir
müddət Bakı Qarnizonu Hərbi Elmi
Cəmiyyətinin
sədr müavini işləyən ge-
neral, 1924-cü ildə isə Birləşmiş Hərbi
Komanda Heyəti Məktəbinə rəis müa-
vini təyin edilmişdi.
1928-ci ildə “Rusca-Azərbaycanca
qısa hərbi lüğət” çap etdirən Şıxlinski
məhz buna görə SSRİ Hərbi İnqilab
Şurasının Fəxri Fərmanı ilə təltif edil-
mişdi. 1929-cu ildə səhhətinə görə is-
tefaya çıxan tam artileeriya generalı
Əli ağa Şıxlinski bir çox orden və me-
dallarla (I-IV dərəcə Anna, I-III dərəcə
müqəddəs Stanislav, II-IV dərəcə Vla-
dimir,
IV dərəcə Müqəddəs Georgi
ordenləri), o cümlədən Fransanın Fəxri
legion ordeni ilə təltif olunmuşdur.
O, dərin zəkası ilə hərb elmində əldə
etdiyi nailiyyətlərə görə “Artilleriyanın
Allahı” adını qazanmışdı.
Əli ağa Şıxlinski 18 avqust 1943-cü
ildə Bakıda vəfat etmişdir.
Azərbaycan Respublikasının Prezi-
denti cənab İlham Əliyev 2014-cü il 20
noyabr tarixində general Əliağa Şıxlins-
kinin 150 illik yubileyinin keçirilməsi
haqqında Sərəncam imzalamışdır.
150
illiyi
Siyasət.Hüquq.Hərbi iş
23
APREL
108
110
illiyi
Mikayıl Rəfili
1905-1958
APREL
25
Mədəniyyət.Maarif.Elm
Ə d ə b i y y a t
Mirzə Fətəli Axundov:
həyatı, mühiti və yara-
dıcılığı /M.Rəfili; tərt.
ed. N.Qəhrəmanov,
S.İsmayılova; red.
Ş.Salmanov; AzSSR EA,
Nizami ad. Ədəbiyyat
İnstitutu.- Bakı: Elm, 1990.-
252 s.
Balzak, O. de Seçilmiş
əsərləri /O.de Balzak; tərc.
ed. M.Rəfili.-Bakı: Şərq-
Qərb, 2006.-408 s.
Hüqo, V. Paris Notr-Dam
kilsəsi /V.Hüqo; tərc.
M.Rəfili.- Bakı: Şərq-Qərb,
2007.- 488 s.
Ələkbərli, N. Mikayıl Rəfili:
həyatı və yaradıcılığı /Nazif
Ələkbərli; elmi red. və ön
sözün müəl.: V.Arzumanlı;
Azərbaycan EA Milli
Münasibətlər İnstitutu.-
Bakı: Qartal, 1998.- 100 s.
Ədəbiyyatda əbədi sözü və
izi qalan alim: Görkəmli
ədəbiyyatşünas Mikayıl
Rəfili //Azadlıq.- 2013.-
29 aprel.- S.14.
İ n t e r n e t d ə
www.anl.az
www.az.wikipedia.org
www.elibrary.az
www.milliqehremanlar.az
Ədəbiyyatşünas
Mikayıl Həsən oğlu Rəfili 1905-ci
il aprel ayının 25-də Qasım İsmayılov
rayonunun (indiki Goranboy) Borsunlu
kəndində doğulmuşdur.
Yelizavetpol klassik gimnaziyasın-
da təhsil almışdır. Bu dövrdə bədii ya-
radıcılığa başlamışdır. Onun “Mikayıl
Rəfizadə” imzası ilə ilk qələm təcrübələri
- “Mücadileyi-həyat” hekayəsi, “Elmə
doğru” şeiri və “Qərb mədəniyyəti”
məqaləsi “Əfkari-mütəəllimin” jur-
nalında (1919, 2,3 nömrələrində) dərc
olunmuşdur.
Bakıda Azərbaycan Politexnik İnsti-
tutuna daxil olmuş, həm də Azərbaycan
Dövlət
Universitetinin Şərq dilləri
fakültəsində məşğələlərin dinləyicisi,
1924-cü ildə müdavim olmuşdur. “Ma-
arif və mədəniyyət” jurnalı redaksiya-
sında işləmişdir.
1927-ci ildə Moskva Dövlət
Universitetində təhsil almışdır. Bu
dövrdə Kremldə qanunların Azərbaycan
mətnlərinin redaktoru işləmişdir.
1929-cu ildə Moskvaya I Ümumit-
tifaq proletar yazıçılarının qurultayına
nümayəndə seçilmişdir. Azərbaycan
Dövlət Pedaqoji İnstitutunda rus
ədəbiyyatı kafedrasında müəllim, son-
ra dosent (1930-1935) işləmiş, eyni
zamanda “Bakinski raboçi” qəzeti re-
daksiyasında mədəniyyət şöbəsinin
müdir müavini olmuşdur. SSRİ Elmlər
Akademiyasının Azərbaycan filialında
elmi işçi işləmişdir (1934-1935). Sovet
yazıçılarının I Ümumittifaq qurultayına
nümayəndə seçilmişdir.
1935-1936-cı illərdə SSRİ EA-nın
(Leninqrad) aspiranturasında təhsil al-
mış, dissertasiya müdafiə etmişdir. Sonra
“Puşkinin həyat və yaradıcılığı”, “Puş-
kin və Azərbaycan”, “M.F.Axundov”
əsərlərini yazmışdır (1935-1937).
M.Rəfili beş şeir kitabının müəllifidir
və bunları 1929-1936-cı illərdə nəşr
etdirmişdir. “Pəncərə” adlı ilk şeirlər
kitabı iyirimi dörd yaşında Azərnəşrdə
işıq üzü görmüşdür. 1930-cu ildə “Li-
rik şeirlər”, 1936-cı ildə isə rus şairi
A.Tarkovskinin
tərcüməsində şeir və
poemalarından ibarət “Pesni o qoro-
dax” kitabı Moskvada işıq üzü gör-
müşdür. Mikayıl Rəfilinin 150-yə yaxın
məqaləsi və ondan artıq kitabı var.
1938-ci ildən Azərbaycan Pe-
daqoji İnstitutunda və Azərbaycan
Dövlət Universitetində professor ol-
muş, Azərbaycan ədəbiyyatı tari-
xi kursunu aparmışdır. İkinci Dünya
müharibəsi illərində radioda, Qızıl
Ordu hissələrində,
hərbi xəstəxanalarda
çıxışlar etmiş, “Səbuhi” ssenarisini,
“Şirvanşah İbrahim” pyesini yazmışdır.
SSRİ Yazıçıları idarəsinin üzvü olmuş-
dur. 1944-cü ildə doktorluq dissertasi-
yası müdafiə etmişdir.
Xidmətlərinə görə “Şərəf nişanı” or-
deni və medallarla təltif olunmuşdur.
Mikayıl Rəfili 1958-ci il aprel ayının
25-də vəfat etmişdir.