101
210
illiyi
Andersen Hans Kristian
1805-1875
Hans Kristian Andersen 1805-ci il
aprel ayının 2-də Danimarkanın Fyun
adasının Odense şəhərində anadan ol-
muşdur.
Kasıb bir ailədə doğulmuş Hans ki-
çik yaşlarından pyeslər yazmışdır. İlk
şeirləri 1826-1827-ci illərdə nəşr olun-
muşdur. Əsl ədəbi fəaliyyətə “Holmen
kanalından Amager adasının Şərq bur-
nuna qədər piyada səyahət” (1829)
əsəri ilə başlamışdır. “İmprovizator”
(1835), “Yalnız skripka çalan” (1837)
romanlarında xalq içərisindən çıxmış
istedadlı adamların acınacaqlı tale-
yi təsvir edilmişdir. “Mulat” (1840)
pyesi irqi bərabərsizlik əleyhinə
yönəldilmişdir. Lakin Andersen dün-
ya ədəbiyyatında uşaqlar üçün yazdığı
nağılları ilə şöhrət qazanmışdır.
XIX əsrin 30-cu illərin ikinci ya-
rısından başlayaraq “Uşaq nağılları”
(1835-1837), “Yeni nağıllar” (1845-
1848), “Rəvayətlər” (1852-1853) ki-
tablarını nəşr etdirmişdir.
Andersenin demokratik, humanist
dünyagörüşü nağıllarında daha dol-
ğun əks olunmuşdur. Onun “Uşaqla-
ra söylənilmiş nağıllar” kitabını oxu-
yan dünyanın görkəmli fizik alimi
H.K.Ersted heyranlıqla qəti sözünü
beləcə ifadə etmişdi: “İmprovizator”
sizi məşhurlaşdırdı, nağıllar isə adınızı
əbədiləşdirəcəkdir!”.
Andersen “Çirkin ördək balası”nda
əsl istedadın bütün maneələri dəf
edərək, özünə yol açacağı fikrini irəli
sürmüş, “Bülbül” nağılında isə həqiqi
sənəti süni gözəlliyə qarşı qoymuşdur.
“Dəyanətli qalay əsgərcik”, “Qar krali-
ça” və s. nağıllarda sadə, yoxsul adam-
ların mənəvi zənginliyindən danışılır.
“Noxud üzərində yatan şahzadə qız”,
“Donuzotaran” nağıllarında aristokra-
tiya nümayəndələrinin xudpəsəndliyi,
zövqsüzlüyü və şıltaqlığı təsvir olu-
nur.
Dünyanın bir sıra ölkələrinə, o
cümlədən Fransa, Almaniya, Çexiya,
Polşa, İtaliya, İsveç, İsveçrə, Afrika,
Serbiya, Rumıniya, Macarıstan, Avs-
triyaya olan səfərləri A.K.Andersenin
dünyabaxışına, mənəvi zənginliyinə
yeni dəyərlər gətirmişdi. Hans Kris-
tian uşaq psixologiyasını dərindən
duymuş və incəlikləri ilə əks etdirmiş-
dir. Onun nağılları böyüklər üçün də
ibrətamizdir.
Andersen folklordan yaradıcılıqla
istifadə etmişdir. Dinamik süjet, danı-
şıq dilinin sadəliyi və canlılığı, dərin
emosionallıq, incə yumor nağılların
xarakterik xüsusiyyətidir.
Yazıçının əsərləri bir çox dilə, o
cümlədən Azərbaycan dilinə tərcümə
olunmuşdur.
Danimarkanın nağıl şahzadəsi Hans
Kristian Andersen 1875-ci il avqustun
4-də Kopenhagendə vəfat etmişdir.
1975-ci ildə Ümumdünya Sülh
Şurasının qərarı ilə anadan olmasının
170 və vəfatının 100 illik yubileyi ke-
çirilmişdir.
Ə d ə b i y y a t
Düyməcik: nağıl
/H.K.Andersen; rəssamı
A.Ələkbərov.- Bakı: Çaşıoğ-
lu, 2006.-16 s.
Sehrli nağıllar
/H.K.Andersen.- [Bakı]:
[Qanun]: [Əli və Nino],
[2012].-48 s.
Nağıllar /H.K.Andersen;
tərc. ed. M.Rzaquluzadə,
C.Məcnunbəyov,
S.Hüseynova,
Ə.Haqverdiyev.-Bakı:
Qanun, Əli və Nino.- 2013.-
295 s.
Rəfiq, G.Hans Xristian
Andersen: Məşhur nağıl-
baz uşaqları heç sevmirdi
/G.Rəfiq //Bizim yol.- 2010.-
9 noyabr.- S.13.
Ерхов, Б. Андерсен
/Б.А.Ерхов; [ред.
Е.В.Смирнова].-Москва:
Молодая гвардия, 2013.-
255 с.
İ n t e r n e t d ə
www.anl.az
www.anl.az
www. az.wikipedia.org
2
Yazıçı
APREL
Dünya ədəbiyyatı
102
APREL
3
95
illiyi
Hacı Məmmədov
1920-1981
APREL
Hacı Məmməd oğlu Məmmədov
1920-ci il aprel ayının 28-də Şamaxı
şəhərində anadan olmuşdur. 1927-ci
ildə ibtidai təhsilə başlamış, 1928-
ci ildən təhsilini Bakıda davam et-
dirmiş, eyni zamanda tar ifaçılığını
öyrənmişdir. 1937-ci ildə orta məktəbi
başa vurmuş, həmin ildən Dövlət Filar-
moniyasında çıxış etməyə başlamışdır.
1938-ci ildə Moskvada keçirilən 1-ci
ədəbiyyat və incəsənət ongünlüyündə
iştirak etmişdir. 1943-cü ildə Tibb
Universitetinə daxil olmuşdur.
1948-ci ildə Azərbaycan Dövlət
Tibb Universitetini bitirmiş, müxtəlif
xəstəxanalarda həkim-cərrah, baş
həkim müavini, baş həkim işləmişdir.
Uzun müddət Naxçıvan
şəhər
xəstəxanasında, Sumqayıtda və Bakıda
insanların sağlamlığının keşiyində da-
yanmışdır.
Hacı Məmmədov hələ on yaşın-
da ikən onu Azərbaycan Dövlət Şərq
Orkestrinə qəbul ediblər. Kollektivə
hamıdan sonra gələn bu oğlan uşağının
qeyri-adi istedad sahibi olması Üzeyir
Hacıbəylinin də diqqətini çəkmiş, o, bu
çəlimsiz uşağı yoldaşlarına göstərərək
söyləmişdi: “Baxın, gördüyünüz
sarıbəniz oğlan gec-tez sizləri tamam
ötüb keçərək birinci pilləyə çıxacaq”.
Tarda çalmağı müstəqil öyrənmişdi.
1930-1948-ci illərdə Azərbaycan Xalq
Çalğı Alətləri Orkestrində işləmiş,
1949-cu ildən Azərbaycan Dövlət Fi-
larmoniyasının solisti olmuşdur.
H.Məmmədov klassik rus və Qərb
bəstəkarlarının əsərlərinin tarda ilk ifa-
çılarından idi.
Muğamların və bəstəkar əsərlərinin
orijinal və mahir ifaçısı idi. Hacı
Məmmədovun sənətkarlığının əsas
xüsusiyyəti emosionallıq və virtuozluq
kimi keyfiyyətlərin qovuşmasından
ibarət idi. Onun ifasında “Orta Mahur”,
“Segah”, “Çahargah”, “Zabul”, “Şur”
muğamları, xalq musiqisi və bəstəkar
əsərləri AzTR Fondunda qorunub sax-
lanılır.
Hacı Məmmədov Bülbül, Se-
yid Şuşinski, Zülfi Adıgözəlov kimi
xanəndələri müşayiət etmiş, bir çox
xarici ölkələrdə - Belçika, Polşa, Ma-
carıstan, İran, Suriya, Əlcəzair və baş-
qa ölkələrdə qastrol səfərlərində ol-
muşdur.
Hacı Məmmədov 1957-ci ildə
“Əməkdar artist”, 1963-cü ildə isə
“Xalq artisti” fəxri adlarına layiq gö-
rülmüşdür. “Şərəf” nişanı ordeni ilə
təltif edilmişdir.
1981-ci ildə vəfat etmiş, Fəxri Xi-
yabanda torpağa tapşırılmışdır.
Ə d ə b i y y a t
Məmmədov Hacı Məmməd
oğlu //Azərbaycan sovet
ensiklopediyası:on cilddə.-
Bakı, 1982.- C.VI.- S.504.
Nizamiqızı, H. Bir səsin
min sehrində və ya ruha
yatan musiqinin ahəngində
sənət söhbəti /H.Nizamiqızı
//Mədəniyyət.- 2012.- 25
may.- S.12.
“Oxu tar, səni kim unu-
dar?..”: Unudulmaz tarzən
Hacı Məmmədov //Azadlıq.-
2013.- 18 aprel.- S.14.
Savalan, F. Xatirələr
işığında: Hacı Məmmədov
//Mədəniyyət.- 2012.- 27
aprel.- S.5.
İ n t e r n e t d ə
www.anl.az
www.az.wikipedia.orq
www.youtube.com
www.mugamradio.az
28
Tarzən
Musiqi.Opera.Balet
Dostları ilə paylaş: |