117
Tarixdə bu gün
Beynəlxalq Kitab və Müəllif
Hüquqları Günü
1996
APREL
Müəllif hüquqları anlayışı ilk dəfə
Almaniyada aktuallaşmışdır. Əvvəllər
yalnız ədəbiyyat sahəsinə aid edilən
bu ifadə 1870-ci il iyun ayının 11-
dən imperatorun verdiyi qanunla
mülkiyyətin bütün formalarını özündə
birləşdirmişdir. Yaxın xaric hesab edilən
Rusiyada isə bu anlayış indinin özündə
də daha çox ədəbiyyat sahəsinə ehtiva
edilir. UNESCO-nun 1996-cı il tarixli
qərarı ilə hər il bütün dünyada 23 aprel
Beynəlxalq Kitab və Müəllif Hüquqları
Günü kimi qeyd edilir.
UNESCO məhz bu günü dünya
şöhrətli
dramaturqlar Uilyam Şekspi-
rin (1564-1616), Migel de Servante-
sin (1547-1616) və yazıçı-tarixçi İnka
Qarsilaso de la Veqanın (1539-1616)
şərəfinə müəyyənləşdirmişdir. Belə
ki, hər üç yazıçını onların ölüm tarixi
- 23 aprel 1616-cı il rəqəmi birləşdirir.
“Müəlliflik hüququ və əlaqəli hüquq-
lar haqqında” Qanun 8 oktyabr 1996-
cı il tarixindən qüvvədədir. “Müəlliflik
hüququ və əlaqəli hüquqlar haqqında”
Azərbaycan Respublikası Qanununun
tətbiq edilməsi barədə” Azərbaycan
Respublikası Prezidentinin 8 oktyabr
1996-cı il tarixli Sərəncamının böyük
əhəmiyyəti olmuşdur. Azərbaycanın
bugünkü müəllif hüququ müasir infor-
masiya, ilk növbədə rəqəmli texnologi-
ya və multimedia
kompyuter sisteminə
əsaslanır. İlk dəfə olaraq Azərbaycan
müəlliflərinə könüllü olaraq öz
əsərlərini əlyazmasından başlayaraq CD
ROM-lara qədər hər hansı maddi daşı-
yıcıda qeydiyyatdan keçirmək, Dövlət
reyestrinə daxil etmək, kompyuterdə
saxlamaq və arxivləşdirmək imkanı
yaradılmışdır. Əsərlərini qeydiyyatdan
keçirən müəlliflərə “Qeydiyyat haq-
qında Şəhadətnamə” verilir. Agentliyin
kompyuter-TV-video-akustik
sistem-
skaner şəklində komplektləşdirilmiş
multimediya sistemi radio-televiziya
efirinin monitorinqini həyata keçirməyə,
intellektual mülkiyyətin statistikası və
müəllif - hüquq pozuntularının diaq-
nostikasının müxtəlif məsələlərini həll
etməyə imkan verir.
Son illər Azərbaycan rəhbərliyinin
uzaqgörən daxili və xarici siyasəti
nəticəsində müəllif-hüquqları sahəsində
ölkəmizin beynəlxalq
əlaqələri
genişlənmiş, o, bir sıra Konvensiya və
beynəlxalq təşkilatların üzvü olmuşdur.
Azərbaycan 1996-cı ildən
Ümumdünya
Əqli Mülkiyyət Təşkilatının üzvüdür.
Ədəbi-bədii əsərlərin qorunması haq-
qında Bern Konvensiyasına və Müəllif
hüququ haqqında Ümumdünya Konven-
siyasına daxil olmuşdur. Bir sıra digər
ikitərəfli və çoxtərəfli müqavilələrin iş-
tirakçısıdır.
Dünyada “Ümumdünya kitab və
müəllif hüquqları günü” mövzusunda
tədbirlər 1996-cı ildən, Azərbaycanda
isə 2001-ci ilin 23 aprel tarixindən ke-
çirilir.
23
Ə d ə b i y y a t
Əliyeva, M. Kitaba
hörmət müqəddəs
borcdur: 23 aprel Dünya
Kitab və Müəllif Hüquq-
ları Günüdür /M.Əliyeva
//Mədəniyyət.- 2014.- 23
aprel.- S.15.
Kitablar milli
mədəniyyətin dirçəliş re-
sursudur //Azərbaycan.-
2012.- 24 aprel.- S.11.
Mehparə. 23 aprel
“Dünya kitab və müəllif
hüquqları günü”dür
/Mehparə //Mədəniyyət.-
2012.- 20 aprel.- S.5.
İ n t e r n e t d ə
www.anl.az
www.az.wikipedia.org
118
Azərbaycanın XI Qırmızı Ordu
tərəfindən işğalı günü
1920
Tarixdə bu gün
28
APREL
Ötən yüzildə cəmi 23 ay yaşamış ADR süqut
etdikdən sonra yurdumuzda bolşevik Rusiya-
sı 70 illik bir sovet rejimi qurdu. 1920-ci illərdə,
xüsusən 30-cu illərdə bolşevizm kabusu yur-
dumuzun sayseçmə oğul-qızlarını ucdantutma
məhv etdi. 1920-ci il aprel ayının 27-də müstəqil
Azərbaycan dövləti bolşevik-rus ordusu tərəfindən
işğal olunub. İşğal nəticəsində 23 ay fəaliyyət
göstərmiş Azərbaycan
Xalq Cümhuriyyəti devri-
lib, müstəqil dövlətin bütün atributları ləğv olu-
nub və Azərbaycan ərazisi Sovet imperiyasına
birləşdirilib.
Qeyd edək ki, 1920-ci ilin mart ayında ermənilər
Azərbaycanın Qarabağ bölgəsində qiyam qaldır-
mış, Azərbaycan Xalq Cümhuriyyəti hökuməti
məcburiyyət üzündən ordunu Qarabağa, soyqırıma
məruz qalan vətəndaşlarını qorumağa göndərmişdi.
Bu səbəbdən Bakı faktiki olaraq müdafiəsiz qal-
mışdı. 1920-ci il aprelin 26-dan 27-nə keçən gecə
Xaçmaz-Yalama istiqamətindən Azərbaycana da-
xil olan XI Qırmızı Ordu hissələri Bakıya girmişdi.
Azərbaycan parlamentinin aprelin 27-də keçirilən
son iclasında bolşeviklərin hakimiyyəti təhvil
vermək barədə ultimatumu müzakirəyə çıxarıl-
mış, M.Ə.Rəsulzadə və digərləri işğalın əleyhinə
çıxış etmişdi. Lakin tarixi şərait və qüvvələrin
qeyri-bərabər olması səbəbindən Azərbaycan Xalq
Cümhuriyyəti hökuməti 6 maddəlik razılaşma im-
zalamaqla hakimiyyəti
bolşeviklərə təhvil vermək
məcburiyyətində qalmışdı. Razılaşmaya əsasən,
siyasi partiyalar fəaliyyətini davam etdirməli,
Azərbaycan Cümhuriyyətinin siyasi xadimlərinə
toxunulmamalı idi. Lakin işğaldan sonra siya-
si partiyalar qapadılmış, Müsavat Partiyasının
fəaliyyəti qadağan olunmuş, üzvləri repressiyala-
ra məruz qalmışdı. Eyni zamanda Gəncə quber-
natoru Xudadat bəy Rəfibəyov güllələnmiş, baş
nazirlər Nəsib bəy Yusifbəyli
və Fətəli xan Xoyski
müəmmalı şəkildə öldürülmüş, M.Ə.Rəsulzadə
həbs edilmişdi.
İşğaldan sonra Azərbaycanda bolşeviklərə qar-
şı 150-yə yaxın üsyan baş vermişdir. Onlardan ən
böyüyü 1920-ci il may ayının 26-da Gəncədə baş-
lamışdı. İyunun 4-dək davam edən üsyan zama-
nı Azərbaycan Ordusunun döyüşçüləri və Gəncə
sakinləri 8 min rus əsgərini öldürmüşdülər. Son-
radan Gəncəyə göndərilən əlavə diviziyalar üsyanı
qan içində boğaraq şəhəri yerlə yeksan etmiş, 10
min nəfərə yaxın Gəncə sakini qətlə yetirilmişdi.
Aprelin 28-də rəsmiləşən işğal Sovet imperi-
yasının mövcud olduğu 70 il ərzində rəsmi bay-
ram kimi qeyd olunmuşdur. Yalnız 1991-ci ildə
- Azərbaycan yenidən müstəqillik qazandıqdan
sonra, 27 aprel həqiqəti xalqa açıqlanmış və tarixdə
öz həqiqi yerini almışdır. O vaxtdan 27
aprel tarixi
işğal günü kimi, 28 may isə İstiqlal (Respublika)
günü kimi qeyd olunur.
28 Aprel fəlakəti ardınca repressiya fəlakətini
gətirdi. Xalqımızın ruhu ardıcıl olaraq sarsıdıldı.
Onun məhv edilməsi üçün bəşər tarixində misli
görünməyən vəhşi üsullara əl atıldı.
95
ili