111
Texnika
70
illiyi
İsa Abdullayev
1945-2008
APREL
Abdullayev İsa Mədəd oğlu 1945-ci
il aprel ayının 12-də Azərbaycan SSR-
in Qazax rayonunun I Şıxlı kəndində
anadan olmuşdur.
1963-1968-ci
illərdə Azərbaycan
Neft və Kimya İnstitutunun istehsa-
lat proseslərinin avtomatlaşdırılması
fakültəsində oxumuşdur.
1973-cü ildə texnika elmləri
namizədi alimlik dərəcəsini almışdır.
1979-1980-ci illərdə ABŞ-ın Pen-
silvaniya Universitetində Fulrayt fon-
dunun təsis etdiyi İREX (Beynəlxalq
elmi tədqiqatlar mübadiləsi) proqramı
üzrə, 1986-1987-ci illərdə isə ÇXR-in
Xarbin Texniki Universitetində xari-
ci həmkarları
ilə elmi-tədqiqat işləri
aparmışdır.
1992-ci ildə informasiya-ölçmə
sistemləri ixtisası üzrə doktorluq disser-
tasiyasını müdafiə edərək 1993-cü ildə
professor elmi rütbəsinə yiyələnmişdir.
1993-cü ildə istehsalat proseslərinin
avtomatlaşdırılması fakültəsinin elmi
şurası tərəfindən fakültə dekanı se-
çilmişdir. Dekan vəzifəsində çalışdı-
ğı müddətdə kafedradakı fəaliyyətini
professor və “Avtomatikanın lokal
sistemləri” problem laboratoriyasının
elmi rəhbəri olaraq davam etdirmişdir.
1998-ci ildən ömrünün sonuna qədər
“Dənəvər materialların parametrlərinə
nəzarət və idarəetmə”
üzrə Beynəlxalq
Federasiyanın (ÇXR) Rəyasət
Heyətinin üzvü, müvafiq konfransların
Beynəlxalq proqram komitəsinin üzvü
olmuşdur.
1999-cu ildə LütfiZadə adına
Beynəlxalq Müasir Elmlər Akademiya-
sının həqiqi üzvü seçilmişdir. AMEA-
nın Kibernetika İnstitutu nəzdində
fəaliyyət göstərən dissertasiya şurası-
nın üzvü kimi namizədlik və doktorluq
dissertasiyalarının müdafiələrındə fəal
iştirak etmişdir.
2003-cü
ildən ömrünün sonuna
qədər Azərbaycan Dövlət Neft Akade-
miyasının biotexniki və tibbi cihazlar
kafedrasının müdiri vəzifəsində çalış-
mışdır.
İsa Abdullayevin elmi-pedaqoji
fəaliyyətinin nəticələri 150-dən çox
elmi əsər, 26 müəlliflik şəhadətnaməsi,
3 monoqrafiya və 5 dərs vəsaitində öz
əksini tapmışdır. Onun rəhbərliyi altın-
da 21 elmlər namizədi hazırlanmışdır.
Azərbaycan Respublikası Preziden-
tinin Fərmanı ilə 2000-ci ilin dekabr
ayında “Əməkdar elm xadimi” fəxri
adına layiq görülmüşdür.
O, kompyuter texnikasının
informa-
siya-ölçmə vasitələrində geniş tətbiqi
və bunun əsasında müasir ölçmə-
hesablama sistemlərinin yaradılma-
sı sahəsində tədqiqat aparmış ilk
alimlərdən olmuşdur.
Görkəmli alim 2008-ci il iyul ayının
15-də vəfat etmişdir.
Ə d ə b i y y a t
Avtomatika və tele-
mexanikanın mikro-
posessorlu qurğuları:
arxitekturası və proqram-
laşdırma: dərs vəsaiti
/İ.Nəbiyev, İ.Abdullayev,
C.Əlizadə [və b.]; red.
A.Məmmədov; rəy.:
X.İsmayılov, M.Mehdiyev;
AzSSR Ali və Orta
İxtisas Təhsili Nazirliyi,
M.Əzizbəyov ad. Azərb.
Neft və Kimya İn-tu.-
Bakı: [Azərb. NKİ],
1985.-57 s.
İzzət Əhməd oğlu
Nəbiyev: bibloqrafiya
/tərt. ed.: İ.Abdullayev,
S.Yusifov; red.
R.Hümmətov; Azərbaycan
Dövlət Neft Akademiyası.-
Bakı: Azərbaycan Ensiklo-
pediyası NPB, 1999.- 88 s.
Əliyev, T. İnformatika
və avtomatlaşdırma
sahəsinin tanınmış alimi
/T.Əliyev //Respublika.-
2010.- 15 iyul.- S. 7.
Xramçaylı, V. Böyük alim,
gözəl insan /V.Xramçaylı
//Şərq.- 2011.- 14 iyun.-
S.12.
İ n t e r n e t d ə
www.adam.az
www.anl.az
www.az.wikipedia.org
12
Alim
112
Kimya.Biologiya.Tibb
100
illiyi
Qəmər Adıgözəlova-Polçayeva
1915-1992
APREL
Qəmər
Əbdülrəhim qızı
Adıgözəlova-Polçayeva 1915-ci il
aprel ayının 12-də Dağıstanın Axtı
kəndində anadan olmuşdur.
O, Azərbaycan Elmi-Tədqiqat
Oftalmologiya İnstitutunda 1960-
cı ildən başlayaraq, 30 ildən artıq
müddətdə elmi işlər üzrə direktor
müavini vəzifəsini icra etmişdi.
Qəmər xanım 1957-1960-
cı illərdə institutun terapevtik
şöbəsinin müdiri vəzifəsində çalış-
mış, sonralar
isə institutun iki elmi
şöbəsinin - uşaqların görməsinin
mühafizəsi və gözün virus patolo-
giyası şöbələrinin elmi rəhbəri ol-
muşdur.
1972-ci ildə Azərbaycan Oftal-
moloqlar Cəmiyyətinin sədr müa-
vini işləmişdir. Onun elmi araşdır-
maları gözün fiziologiyasına həsr
olunmuşdur.
O,
görmə üzvünün optik qüsur-
larının ametropiyaları, çəpgözlük,
astiqmatizm, ambliopiyanın, anizo-
metropiyanın haqqında anlayışlara
bir çox elmi yeniliklər gətirmişdir.
Professor Ü.C.Musabəyli ilə
birlikdə o, oftalmologiyada ilk
dəfə olaraq uzağa akkomodasi-
yanın konsepsiyasını yaratmış-
dı. Bundan əlavə gözün müxtəlif
mənşəli iltihabi xəstəliklərinin, gö-
zün
yeni törəmələrinin, uveal ka-
taraktanın, traxomanın patogenezi
problemlərinin işlənməsi də bir
neçə onillik ərzində institutda onun
rəhbərliyi altında aparılırdı.
Q.Ə.Adıgözəlova-Polçayeva of-
talmologiyanın müxtəlif məsələlə-
rinə dair 300-ə qədər elmi əsərin, o
cümlədən bir neçə monoqrafiyanın
müəllifidir. Onun “Ametropiyalar
zamanı gözün refraksiyasına ak-
komodasiya spazmının təsiri” və
“Anizometropiya” adlı monoqrafi-
yaları görmə üzvünün fiziologiya-
sının
öyrənilməsində əhəmiyyətli
mənbələrdən hesab olunur.
1959-cu ildə tibb elmləri dokto-
ru elmi dərəcəsini, 1961-ci ildə isə
professor elmi rütbəsini almışdır.
O, nəinki istedadlı alim, həm
də gözəl diaqnost və hərtərəfli
oftalmocərrah olmuşdur. O, elmi
və təcrübi oftalmoloq kadrlarının
böyük bir dəstəsini hazırlamışdı,
onun rəhbərliyi altında 10-dan artıq
namizədlik dissertasiyası müdafiə
edilmişdir.
Qəmər Adıgözəlova-Polçayeva
1992-ci ildə vəfat etmişdir.
Ə d ə b i y y a t
Traxoma və ona qarşı
mübarizə /Q.Adıgözəlova-
Polçayeva; Azərb.
SSR Səhiyyə Nazirliyi
Respublika Sanitari-
ya Maarifi Evi; red.
M.Məmmədəliyev.-
Bakı:[s.n.], 1966.- 12 s.
Qəmər Əbdülrəhim qızı
Adıgözəlova-Polçayeva
//Oftalmologiya: Elmi-
praktik jurnal.- 2010.-
№4.- S.15.
İ n t e r n e t d ə
www.anl.az
www.az.wikipedia.org
www.gender-az.org
www.eye.az
www.oftalmologiya.az
12
Oftalmoloq