Teqvim-2015. pdf



Yüklə 42,04 Kb.
Pdf görüntüsü
səhifə51/173
tarix13.11.2017
ölçüsü42,04 Kb.
#10093
1   ...   47   48   49   50   51   52   53   54   ...   173

111
Texnika
70 
illiyi
İsa Abdullayev   
1945-2008 
APREL
Abdullayev İsa Mədəd oğlu 1945-ci 
il aprel ayının 12-də Azərbaycan SSR-
in Qazax rayonunun I Şıxlı  kəndində 
anadan olmuşdur. 
1963-1968-ci illərdə Azərbaycan 
Neft və Kimya İnstitutunun istehsa-
lat proseslərinin avtomatlaşdırılması 
fakültəsində oxumuşdur. 
1973-cü ildə texnika elmləri 
namizədi alimlik dərəcəsini almışdır. 
1979-1980-ci illərdə ABŞ-ın Pen-
silvaniya Universitetində Fulrayt fon-
dunun təsis etdiyi İREX (Beynəlxalq 
elmi tədqiqatlar mübadiləsi) proqramı 
üzrə, 1986-1987-ci illərdə isə ÇXR-in 
Xarbin Texniki Universitetində xari-
ci  həmkarları  ilə elmi-tədqiqat işləri 
aparmışdır. 
1992-ci ildə informasiya-ölçmə 
sistemləri ixtisası üzrə doktorluq disser-
tasiyasını müdafiə edərək 1993-cü ildə 
professor elmi rütbəsinə yiyələnmişdir.
1993-cü ildə istehsalat proseslərinin 
avtomatlaşdırılması fakültəsinin elmi 
şurası  tərəfindən fakültə dekanı se-
çilmişdir. Dekan vəzifəsində çalışdı-
ğı müddətdə kafedradakı  fəaliyyətini 
professor və “Avtomatikanın lokal 
sistemləri” problem laboratoriyasının 
elmi rəhbəri olaraq davam etdirmişdir. 
1998-ci ildən ömrünün sonuna qədər 
“Dənəvər materialların parametrlərinə 
nəzarət və idarəetmə” üzrə Beynəlxalq  
Federasiyanın (ÇXR) Rəyasət 
Heyətinin üzvü, müvafiq konfransların 
Beynəlxalq proqram komitəsinin üzvü 
olmuşdur. 
1999-cu ildə LütfiZadə adına 
Beynəlxalq Müasir Elmlər Akademiya-
sının həqiqi üzvü seçilmişdir. AMEA-
nın Kibernetika İnstitutu nəzdində 
fəaliyyət göstərən dissertasiya şurası-
nın üzvü kimi namizədlik və doktorluq 
dissertasiyalarının müdafiələrındə  fəal 
iştirak etmişdir. 
2003-cü ildən ömrünün sonuna 
qədər Azərbaycan Dövlət Neft Akade-
miyasının biotexniki və tibbi cihazlar 
kafedrasının müdiri vəzifəsində çalış-
mışdır.
İsa Abdullayevin elmi-pedaqoji 
fəaliyyətinin nəticələri 150-dən çox 
elmi əsər, 26 müəlliflik şəhadətnaməsi, 
3 monoqrafiya və 5 dərs vəsaitində öz 
əksini tapmışdır. Onun rəhbərliyi altın-
da 21 elmlər namizədi hazırlanmışdır.
Azərbaycan Respublikası Preziden-
tinin Fərmanı ilə 2000-ci ilin dekabr 
ayında “Əməkdar elm xadimi” fəxri 
adına layiq görülmüşdür. 
O, kompyuter texnikasının informa-
siya-ölçmə vasitələrində geniş  tətbiqi 
və bunun əsasında müasir ölçmə-
hesablama sistemlərinin yaradılma-
sı sahəsində  tədqiqat aparmış ilk 
alimlərdən olmuşdur.
Görkəmli alim  2008-ci il iyul ayının 
15-də vəfat etmişdir.
Ə d ə b i y y a t
Avtomatika və tele-
mexanikanın mikro-
posessorlu qurğuları: 
arxitekturası və proqram-
laşdırma: dərs vəsaiti 
/İ.Nəbiyev, İ.Abdullayev, 
C.Əlizadə [və b.]; red. 
A.Məmmədov; rəy.: 
X.İsmayılov, M.Mehdiyev; 
AzSSR Ali və Orta 
İxtisas Təhsili Nazirliyi, 
M.Əzizbəyov ad. Azərb. 
Neft və Kimya İn-tu.- 
Bakı: [Azərb. NKİ], 
1985.-57 s.
İzzət Əhməd oğlu 
Nəbiyev: bibloqrafiya         
/tərt. ed.: İ.Abdullayev, 
S.Yusifov; red. 
R.Hümmətov; Azərbaycan 
Dövlət Neft Akademiyası.-
Bakı: Azərbaycan Ensiklo-
pediyası NPB, 1999.- 88 s.
Əliyev, T. İnformatika 
və avtomatlaşdırma 
sahəsinin tanınmış alimi 
/T.Əliyev //Respublika.- 
2010.- 15 iyul.- S. 7.
Xramçaylı, V. Böyük alim, 
gözəl insan /V.Xramçaylı 
//Şərq.- 2011.- 14 iyun.- 
S.12.
İ n t e r n e t d ə
www.adam.az
www.anl.az
www.az.wikipedia.org     
12
Alim


112
Kimya.Biologiya.Tibb
100 
illiyi
Qəmər Adıgözəlova-Polçayeva 
1915-1992
APREL
Qəmər 
Əbdülrəhim qızı 
Adıgözəlova-Polçayeva 1915-ci il 
aprel ayının 12-də Dağıstanın Axtı 
kəndində anadan olmuşdur.
O, Azərbaycan Elmi-Tədqiqat 
Oftalmologiya  İnstitutunda 1960-
cı ildən başlayaraq, 30 ildən artıq 
müddətdə elmi işlər üzrə direktor 
müavini vəzifəsini icra etmişdi. 
Qəmər xanım 1957-1960-
cı illərdə institutun terapevtik 
şöbəsinin müdiri vəzifəsində çalış-
mış, sonralar isə institutun iki elmi 
şöbəsinin - uşaqların görməsinin 
mühafizəsi və gözün virus patolo-
giyası  şöbələrinin elmi rəhbəri ol-
muşdur. 
1972-ci ildə Azərbaycan Oftal-
moloqlar Cəmiyyətinin sədr müa-
vini işləmişdir. Onun elmi araşdır-
maları gözün fiziologiyasına həsr 
olunmuşdur.
O, görmə üzvünün optik qüsur-
larının ametropiyaları, çəpgözlük, 
astiqmatizm, ambliopiyanın, anizo-
metropiyanın haqqında anlayışlara 
bir çox elmi yeniliklər gətirmişdir. 
Professor Ü.C.Musabəyli ilə 
birlikdə o, oftalmologiyada ilk 
dəfə olaraq uzağa akkomodasi-
yanın konsepsiyasını yaratmış-
dı. Bundan əlavə gözün müxtəlif 
mənşəli iltihabi xəstəliklərinin, gö-
zün yeni törəmələrinin, uveal ka-
taraktanın, traxomanın patogenezi 
problemlərinin işlənməsi də bir 
neçə onillik ərzində institutda onun 
rəhbərliyi altında aparılırdı.
Q.Ə.Adıgözəlova-Polçayeva of-
talmologiyanın müxtəlif məsələlə-
rinə dair 300-ə qədər elmi əsərin, o 
cümlədən bir neçə monoqrafiyanın 
müəllifidir. Onun “Ametropiyalar 
zamanı gözün refraksiyasına ak-
komodasiya spazmının təsiri” və 
“Anizometropiya” adlı monoqrafi-
yaları görmə üzvünün fiziologiya-
sının öyrənilməsində  əhəmiyyətli 
mənbələrdən hesab olunur.
1959-cu ildə tibb elmləri dokto-
ru elmi dərəcəsini, 1961-ci ildə isə 
professor elmi rütbəsini almışdır. 
O, nəinki istedadlı alim, həm 
də gözəl diaqnost və  hərtərəfli 
oftalmocərrah olmuşdur. O, elmi 
və  təcrübi oftalmoloq kadrlarının 
böyük bir dəstəsini hazırlamışdı, 
onun rəhbərliyi altında 10-dan artıq 
namizədlik dissertasiyası müdafiə 
edilmişdir.
Qəmər Adıgözəlova-Polçayeva 
1992-ci ildə vəfat etmişdir.
Ə d ə b i y y a t
Traxoma və ona qarşı 
mübarizə /Q.Adıgözəlova-
Polçayeva; Azərb. 
SSR Səhiyyə Nazirliyi 
Respublika Sanitari-
ya Maarifi Evi; red. 
M.Məmmədəliyev.-
Bakı:[s.n.], 1966.- 12 s.
Qəmər Əbdülrəhim qızı 
Adıgözəlova-Polçayeva    
//Oftalmologiya: Elmi-
praktik jurnal.- 2010.-
№4.- S.15.
İ n t e r n e t d ə
www.anl.az
www.az.wikipedia.org
www.gender-az.org
www.eye.az
www.oftalmologiya.az
12
Oftalmoloq


Yüklə 42,04 Kb.

Dostları ilə paylaş:
1   ...   47   48   49   50   51   52   53   54   ...   173




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə