Teqvim-2015. pdf


Siyasət.Hüquq.Hərbi iş 145



Yüklə 42,04 Kb.
Pdf görüntüsü
səhifə48/173
tarix13.11.2017
ölçüsü42,04 Kb.
#10093
1   ...   44   45   46   47   48   49   50   51   ...   173

105
Siyasət.Hüquq.Hərbi iş
145 
illiyi
Nəriman Nərimanov  
1870-1925
APREL
Nəriman Kərbalayı  Nəcəf oğlu 
Nərimanov 1870-ci il aprel ayının 14-də 
Tiflis şəhərində anadan olmuşdur. Do-
ğulduğu və  gənclik  illərini  keçirdiyi  
Tiflis  mühiti  onun əqli  və  mənəvi in-
kişafında  böyük rol oynamışdır. 1890-
cı ildə Qori seminariyasını bitirmiş, elə 
həmin il Borçalı qəzasının Qızıl Hacılı 
kənd məktəbində pedaqoji  fəaliyyətə  
başlamışdır. 1891-ci ildə  Bakı şəhərinə 
köçmüşdür.
1894-cü ildə Azərbaycan ziyalıları-
nın qabaqcıl dəstəsinin yaxından  iştira-
kı ilə Bakıda ilk milli kütləvi kitabxana-
qiraətxananın əsasını qoymuşdur. 
1902-ci ildə Odessa Universitetinin  
tibb fakültəsinə daxil olmuş və burada 
inqilabı işlə məşğul olmuşdur. 1905-ci 
ildə  inqilab günlərində Odessada ilk in-
qilabi  sınaqdan  keçmiş  və həmin  ildə 
“Hümmət” partiyasına üzv yazılmış, 
Rusiyanın sosial-demokrat partiyasının 
(RSDRP) proqramını türk dilinə çevir-
mişdir.
1908-ci ildə universiteti bitirərək 
Bakıya gəlmiş,  şəhər xəstəxanasında 
işləməyə başlamışdır.
1909-cu ilin əvvəllərində geniş 
ictimai-siyasi və inqilabi fəaliyyətə  
başladığı üçün, elə  həmin ilin fevra-
lında çar hökuməti  tərəfindən nəzarətə  
alınan  N.Nərimanov Tiflisdə    həbs  
olunmuş, 7 ay Metex qalasında saxlan-
dıqdan sonra  2 il müddətinə Qafqazdan  
xaricə, Həştərxana sürgün edilmişdir.
Sürgün illərində  qəzetlərdə çox-
lu məqalələrlə  çıxış etmiş, inqilabi və 
həkimlik fəaliyyətini davam etdirmiş-
dir. 5 illik sürgün həyatını başa vur-
duqdan sonra, 1913-cü ildə Bakıya  
qayıtmış, dövri mətbuatda qiymətli 
məqalələr  dərc etdirmişdi. 
1917-ci ildə bolşevik “Hümmət” 
təşkilatının sədri, həmin təşkilatın ey-
niadlı  qəzetinin redaktoru olmuş  və 
bolşeviklərlə birlikdə Azərbaycanda  
sosialist  inqilabının qələbəsi uğrunda  
mübarizə aparmışdır.
1919-cu ildə Moskvaya çağırıl-
mış, xalq komissarlığının xarici işlər 
bölməsində Yaxın Şərq məsələləri üzrə 
xalq komissarının müavini vəzifəsinə 
təyin edilmişdir.
1920-ci ildə  Bakıya gələn  Nərimanov 
əvvəlcə müvəqqəti Hərbi inqilab komi-
təsinin, sonra İnqilab Komitəsinin və 
Azərbaycan  hökumətinin sədri olmuş-
dur. 
Azərbaycanda yaradılan Sovet Res-
publikasının idarəetmə orqanlarına 
qiyabi olaraq seçilsə  də, ona Bakıya 
qayıtmağa icazə verilmirdi. Yalnız rep-
ressiyaların birinci dalğası başa çat-
dıqdan sonra Bakıya gələn Nərimanov 
Azərbaycan Xalq Cümhuriyyəti xadim-
lərinin bir çoxunun xaricə getməsinə 
imkan yaratmış  və bununla da onla-
rı sovet repressiya maşınının ağzın-
dan xilas etmişdir. Lakin Lenin bütün 
səlahiyyətləri S.Kirov və S.Orconikidze 
kimi qatillərə vermişdi. Nərimanov 
“millətçilikdə” günahlandırılmış, ide-
yaları isə  həqarətlə “nərimanovçuluq” 
adlandırılmışdır.
Rusiya ilə Türkiyə arasında dost-
luq  əlaqələrinin qurulmasında onun 
müstəsna xidmətləri olmuşdur. Belə 
ki, Moskvadan İstanbula yollanan 
hər bir dövlət heyəti, səlahiyyətli 
şəxs Bakıda Nərimanov tərəfindən 
14
İctimai xadim


təlimatlandırılırdı. Bakıda saxlanılan ingilis 
əsirlərinin Maltada saxlanılan türk əsirlərinə 
dəyişdirilməsi də onun səyləri nəticəsində baş tut-
muşdur. Türkiyəyə  və Atatürkə  rəğbət bəsləyən 
Nərimanovun fəaliyyəti türk mətbuatında geniş 
işıqlandırılırdı. Türkiyə Böyük Millət Məclisinin 
qərarı ilə ona fəxri qılınc təqdim olunmuşdu.
1921-ci ildə  Nərimanovun səyi ilə imzala-
nan Qars müqaviləsinə  əsasən, Naxçıvana olan 
təzyiqlər aradan qaldırılmış və bunun qarantı kimi 
Türkiyə çıxış etmişdir.
1922-ci ildə SSRİ yarandıqdan sonra, Lenin 
və partiya qarşısında xidmətləri nəzərə alınaraq, 
Mərkəzi  İcra Komitəsinin sədrlərindən biri təyin 
olunmuşdur.
1922-ci ildə o, sovet nümayəndə heyəti tərki-
bində Genuya konfransında iştirak etmiş, yenicə 
yaradılmış SSRİ dövlətini idarə edəcək qurumun – 
Mərkəzi İcraiyyə Komitəsinin dörd sədrindən biri 
seçilmişdir. Faktik olaraq milyonlarla insanların 
son ümid yeri o idi. Moskvada onun rəhbərliyi ilə 
“Yeni Şərq” jurnalı və Şərqşünaslıq Elmi Cəmiyyəti 
fəaliyyət göstərirdi. 1925-ci ildə məhz onun təklifi 
ilə Böyük Sovet Ensiklopediyasının yazılmasına 
başlanılmışdır. “Ucqarlarda inqi-labımızın tarixinə 
dair” iri məktub-məqaləsində  Nərimanov sovet 
hakimiyyətinin törətdikləri vəhşilikləri cəsarətlə 
göstərmiş  və yazmışdır: “Bu sənədin işıq üzü 
görməyə imkanı yoxdur, lakin vaxt gələcək ki, ta-
rix müqəssirləri axtaracaqdır.”
Azərbaycanın müsəlman  şərqində nail olduğu 
bir çox ilklər, o cümlədən ilk konstitusiya onun 
adıyla bağlıdır. Nərimanov hakimiyyəti dövründə 
Azərbaycan xalqının adət və  ənənələrinə  dərin 
hörmət edilmiş, bütün dini və  ənənəvi bayramlar 
rəsmi olaraq qeyri-iş günü hesab olunmuşdur. O, 
siyasətçidən əlavə bir maarifpərvər və dramaturq-
yazıçı kimi Azərbaycan tarixində mühüm rol oyna-
mış, ilk qiraətxananı açmışdır.  Ədəbiyyatçı kimi 
milli romanımızın (“Bahadır və Sona”) və ilk tari-
xi faciənin (“Nadir şah”) banisidir.  
N.V.Qoqolun “Müfəttiş” komediyası-
nı Azərbaycan dilinə  tərcümə etmiş, (1899), 
Azərbaycan və rus dillərini öyrənənlər üçün 
dərsliklər hazırlamışdır.
Görkəmli ictimai-siyasi xadim Bakıda I Türko-
loji qurultayın çağırılmasında da böyük rol oyna-
mışdır. 
N.Nərimanov Azərbaycan məktəb və pedaqoji 
fikir tarixində özünəməxsus orijinal fikirlərə ma-
lik bir sima idi. O, zəhmətsevər xalqın içərisindən 
çıxmış, zəhmətkeşlər adından çıxış etmiş, zəhmət-
keşlərdən bəhs etmiş  və ömrünün sonunadək on-
ların azadlığı, xalq maarifi  və  mədəniyyətinin 
tərəqqisi naminə çalışmışdır.  
1925-ci il  mart ayının  19-da  Moskva  vaxtı ilə  
axşam saat 8-də SSRİ MİK-nin  sədri  N.Nərimanov  
müəmmalı  şəkildə  vəfat etdi və  Qızıl meydanda,  
Kreml divarları yanında dəfn edildi. Onun tabutu  
üzərinə qoyulan əklildə “Şərq  xalqlarının  inqilabi 
rəhbərinə  və imperializm zülmü altında olanların 
tam azadlığı uğrunda çarpışmış mübarizə” sözləri  
yazılmışdı.
N.Nərimanovun vəfatı ilə  əlaqədar ölkənin  
bütün dövlət idarələrində  iş dayandırıldı. Dəfn 
günü – martın 23-ü matəm elan edildi. Hökumət  
binalarında, xaricdəki diplomatik və ticarət  
nümayəndəliklərinin binalarında, hərbi və ticarət  
donanmasının gəmilərində dövlət bayraqları beş  
dəqiqəliyə endirildi.
Nəriman Nərimanovun xatirəsi əbədiləşdirilmiş, 
yaşadığı  mənzildə 1977-ci il noyabr ayının 6-da, 
keçmiş Nikolayevski küç.17-də (indiki İstiqlaliyyət 
küç.35) yerləşən binanın 2-ci mərtəbəsində xatirə 
muzeyi açılmışdır.  Azərbaycanda N.Nərimanovun 
adını daşıyan rayon,  metro stansiyası, küçələr, 
abidələr, məktəblər vardır. 
Ə d ə b i y y a t
Hacı Zeynalabdın Tağıyevin 50 illiyi: Məişətə və cəmaətə xidmətləri /N.Nərimanov; red. və ön sözün müəl. T.Əhmədov; AEA. Milli 
Münasibətlər İnstitutu.-Bakı: Önər, 1994.- 48 s.
Məktublar və Qarabağ məsələsinə dair sənədlər /N.Nərimanov; red. R.Mehdiyev; tərt. ed. T.Əhmədov.- Bakı: Nurlar, 2002.-104 s. 
Seçilmiş əsərləri /N. Nərimanov; red. R.Mehdiyev; tərt. edən və ön sözün müəl. T.Əhmədov.- Bakı: Lider, 2004.- 496 s. 
Seçilmiş əsərləri: dram əsərləri, roman, povest, hekayələr, məqalələr, fellyetonlar /N.Nərimanov; tərt. ed. T.Əhmədov.- Bakı: Azərnəşr, 
1985.-386 s. 
Əhmədov, T. Nəriman Nərimanovun yaradıcılıq yolu /T. Əhmədov; AMEA, Nizami ad. Ədəbiyyat İn-tu; elmi red. M. İbrahimov; rəyçi M. 
C. Cəfərov, F.Q.Köçərli.-Bakı: Nurlar, 2005.-384 s. 
Teymuroğlu, Ə. Nəriman Nərimanov və türk xalqları /Ə.Teymuroğlu; AMEA Akad. Z.M.Bünyadov adına Şərşünaslıq İnstitutu.-Bakı: 
Nurlar, 2006.- 160 s. 
www.adam.az
www.anl.az
www.az.wikipedia.org


Yüklə 42,04 Kb.

Dostları ilə paylaş:
1   ...   44   45   46   47   48   49   50   51   ...   173




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə