Teqvim-2015. pdf



Yüklə 42,04 Kb.
Pdf görüntüsü
səhifə45/173
tarix13.11.2017
ölçüsü42,04 Kb.
#10093
1   ...   41   42   43   44   45   46   47   48   ...   173

98
Kimya. Biologiya.Tibb
Tibb elmləri doktoru, professor İbrahimov Elman İbrahim oğlunun 
(04.04.1930-11.09.2003) anadan olmasının 85 illiyi
İctimai xadim, tibb elmləri doktoru, professor Əliyev Məmmədbağır Cavad 
oğlunun (08.04.1955) anadan olmasının 60 illiyi
Professor, oftalmoloq Adıgözəlova-Polçayeva Qəmər  Əbdülrəhim qızının 
(12.04.1915-1992) anadan olmasının 100 illiyi
Əməkdar elm xadimi, professor, görkəmli həkim-pediatr Qarayev Əbülfəz 
Fərəc oğlunun (20.04.1885-24.10.1952) anadan olmasının 130 illiyi
Tarixdə bu gün 
Ümumdünya Gülüş Günü (01.04.1564)
Kəlbəcər rayonunun işğalı günü (02.04. 1993)
Ümumdünya Sağlamlıq Günü (07.04.1950)
Ümumdünya Aviasiya və Kosmonavtika Günü (12.04.1962)
Beynəlxalq Mədəniyyət Günü (15.04.1935)
Ümumdünya Hemofiliya Günü (17.04.1964)
Tarixi Abidələrin Mühafizəsi Günü (18.04.1983)
Ümumdünya Yer Günü (22.04.1970)
Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri şirkətinin Qapalı səhmdar 
cəmiyyətə cevrilməsinin 15 illiyi (23.04.2005)
Qobustan rayonunun yaranmasının (24.04.1990) 25 illiyi
Beynəlxalq Kitab və Müəllif Hüquqları Günü (23.04.1996)
Sovet Rusiyasının XI Qızıl Ordusu Azərbaycanı  işğal edərək Milli 
Hökuməti devirmiş  və Azərbaycanda Sovet Hakimiyyətini elan etmişdir 
(27-28.04.1920)
Beynəlxalq Əqli Mülkiyyət Günü (26.04.2000)
Ümumdünya Əməyin Mühafizəsi Günü (28.04.2003)
Beynəlxalq Rəqs Günü (29.04.1982)
115
112
113
114
116
116
117
118


99
Milli ədəbiyyat
Xalidə Hasilova 
1920-1996  
APREL
Xalidə  Məmməd qızı  Hasilova     
1920-ci il aprel ayının 19-da Zaqatala 
rayonunda anadan olmuşdur. 
Pedaqoji texnikumu bitirdikdən 
sonra Zaqatala rayonundakı  Qımır 
kəndində müəllimlik etmişdir. 
1939-1941-ci illərdə Xalidə Hasilo-
va Leninqrad Universitetinin filologiya 
fakültəsində təhsil almış, Bakıya qayıt-
dıqdan sonra təhsilini ADU-nin filolo-
giya fakultəsində davam etdirmişdir.
1943-1944-cü illərdə Zaqatala şəhər 
orta məktəbində müəllim, 1944-1945-ci 
illərdə Moskvada xarici dillər kursunda 
türk  şöbəsinin dinləyicisi, 1948-1952-
ci illərdə “Uşaqgəncnəşr”in redaktoru, 
1952-1953-cü illərdə “Azərbaycan qa-
dını” jurnalı redaksiyasında  ədəbi işçi 
olmuş, 1966-1972-ci illərdə “Göyərçin” 
jurnalının baş redaktoru, 1972-ci ildən 
isə “Azərbaycan qadını” jurnalının baş 
redaktoru vəzifəsində işləmişdir. 
1952-ci ildən Azərbaycan Yazıçılar 
Birliyinin üzvü olmuşdur.
X.Hasilova uzun müddət bədii 
yaradıcılıqla məşğul olmuş, həm 
uşaqlar, həm də böyüklər üçün bir 
sıra gözəl  əsərlər yazmışdır. Yazıçı, 
həmçinin, tərcüməçilik fəaliyyəti ilə də 
məşğul olmuş, türk və rus dillərindən 
V.Q.Korelenko, N.Tixonov, İ.P.Soto, 
Ə.Nesin və başqalarından tərcümələr 
etmişdir. 
Sovet Qadınları Komitəsinin Rəyasət 
Heyətinin, Azərbaycan KP MK yanın-
da Qadınlar Şurası  Rəyasət Heyətinin, 
Azərbaycan Yazıçılar  İttifaqı plenu-
munun üzvü olmuşdur. Bakı şəhər So-
vetinin deputatı, Qadınların  Əməyi və 
Analığı Mühafizə Komissiyasının sədri 
seçilmişdir.
Xarici ölkələrdə dostluq cəmiyyəti 
nümayəndə heyətinin tərkibində Maca-
rıstan, AFR, İsveçrə, İran və Yaponiya 
ölkələrində səfərdə olmuşdur.
Yazıçının “Həsrət”, “Həyat özü bir 
nəğmədir”, “Bir sahilin adamları”, 
“Hamı doğmadır mənə”, “Nəğməli 
könül” pyesləri müxtəlif teatrların 
səhnəsində tamaşaya qoyulmuş, əsərləri 
rus və türk dillərinə tərcümə olunmuş-
dur.
Xalidə Hasilova bir sıra nəzəri 
məqalələrin də müəllifidir ki, on-
ların  əksəriyyəti uşaq  ədəbiyyatı 
problemlərilə  əlaqədardır. Bunlardan 
“Uşaq ədəbiyyatında ədəbi tənqid haq-
qında” “Gözəl duyğular”, “Uşaqla-
ra yüksək keyfiyyətli  əsərlər verək”, 
“Ədəbiyyat və tərbiyə” və s. göstərmək 
olar.
O, 1974-cü ildə “Azərbaycanın 
Əməkdar  mədəniyyət işçisi” fəxri adını 
almış, “Şərəf nişanı” və “Qırmızı Əmək 
Bayrağı” ordenləri ilə və bir sıra medal-
larla təltif edilmişdir. 
Görkəmli yazıçısı Xalidə Hasilova 
1996-cı il dekabr ayının 5-də Bakıda 
vəfat etmişdir.
20
20
19
Ə d ə b i y y a t 
Ana fəryadı /X.Hasilova.- 
Bakl: Yazıçı, 1989.- 280 s.
Xatirənin sorağında 
/X.Hasilova.- Bakı: Yazıçı, 
1983.- 240 s.
Xoruzlu dəsmal: hekayələr 
/X.Hasilova.- Bakı: 
Azərbaycan, 1994.- 95 s. 
Ləpəli sahilin xatirələri 
/X.Hasilova.- Bakı: 
Gənclik, 1983.- 300 s.
Məmmədbəyli, S. Sizi 
kimlərdən soruşum...: 
Xalidə Hasilovanın yara-
dıcılığı /S.Məmmədbəyli; 
elmi red. Q.Namazov.-
Bakı: Azərnəşr, 2003.-  
169 s.
Xəlilzadə, F. Unudul-
maz yazıçı /F.Xəlilzadə            
//Azərbaycan.- 2010.- 17 
aprel.- S.7.
İsmayılov, H. Xalidə 
Hasilova //İsmayılov H. 
Zaqatala.- Bakı, 2009.- 
Kitab XII, hissə I.- S.15.  
İ n t e r n e t d ə
www.anl.az
www.az.wikipedia.org
www.beyaz.az
www.gencekitab.az
www.elibrary.azlib.net
95 
illiyi
Yazıçı


100
APREL
Xanımana Sabir qızı  Əlibəyli 1920-
ci il aprel ayının 20-də Bakının Keşlə 
kəndində  anadan olmuşdur. 
O, hələ yeniyetmə vaxtlarından 
ədəbiyyata maraq göstərir,  şeirlər ya-
zır, Azərbaycan və rus dillərində  uşaq 
ədəbiyyatı nümunələrini oxuyurdu.
Xanımana Əlibəyli Bakıda Tibb İnsti-
tutuna daxil olmuş, 1942-ci ildə institutu 
bitirərək təyinatla Masallıya göndərilmiş, 
orada Qızılavar kənd tibb məntəqəsində 
fəaliyyətə başlamışdır. Müharibə 
illərində Xanımana  Əlibəyli hərbi hos-
pitalda çalışmış, professor Ginzburqun 
assistenti kimi Azərbaycanın müxtəlif 
bölgələrindən olan yaralı  əsgərləri 
müalicə etmişdir. Müharibədən sonra 
Bibiheybətdəki 13 saylı məsləhətxanada 
uşaq həkimi kimi çalışmışdır.
O, ikinci ali təhsil almaq üçün ADU-
nun filologiya fakültəsinə qəbul olunmuş 
və fakültəni müvəffəqiyyətlə bitirmişdir. 
O, uzun illər Bakının orta məktəblərində 
dərs demiş, məktəb direktoru, rayon xalq 
maarif  şöbəsinin müdiri vəzifələrində 
çalışmış, bu sahədə səmərəli fəaliyyətinə 
görə “Əməkdar müəllim” fəxri adına la-
yiq görülmüşdü.
O, ixtisasca həkim olsa da, uşaq-
lara olan sevgisi onu şair etmişdi. 
X.Əlibəylinin ilk şeirləri 1938-ci ildən 
dövri mətbuatda dərc olunmağa başla-
mış, “Balaca həkim” adlı birinci kitabı isə 
1955-ci ildə “Uşaqgəncnəşr” tərəfindən 
30 min nüsxə tirajla çap olunmuşdur. 
1953-cü ildə o, SSRİ Yazıçılar  İttifa-
qına üzv qəbul edilmişdir. X.Əlibəyli 
bütövlükdə  həyatını  uşaq  ədəbiyyatına 
həsr etmişdir. Onun indiyə  qədər 30-
dan çox kitabı, 10-a yaxın uşaq pyesi 
nəşr edilib. X.Əlibəyli müxtəlif illərdə 
“Gözəllər gözəli”, “Nişanlı quş”, “Ay-
can”, “Dovşanın ad günü”, “Cunquş”, 
“Kənd həkimi”, “Durnalar lələk salır”, 
“Meyvələrin  şahı” və s. dram əsərləri 
yazmış, onların bir çoxu ölkəmizin 
gənclər və kukla teatrlarında göstərilmiş, 
müəllifinə Azərbaycan uşaq dramaturgi-
yasının görkəmli nümayəndəsi  şərəfini 
gətirmişdir. Onun “Cunquş” adlı  əsəri 
vaxtilə respublikanın Dövlət mükafatına 
layiq görülmüşdü. Kukla Teatrı 1980-
ci ildə Hindistanda qastrol səfərində 
olarkən, Dehli və Bombey şəhərlərində 
X.Əlibəylinin “Cunquş” pyesi əsasında 
hazırlanmış tamaşa böyük rəğbətlə qarşı-
lanmışdı. O, uşaqlar üçün yüzlərlə şeirin, 
onlarla poema və səhnə əsərinin, 30-dan 
artıq kitabın müəllifidir. 
X.Əlibəylinin sənəti həmişə 
diqqət mərkəzində olmuş, yüksək 
qiymətləndirilmişdir. “Aycan” pyesi-
nin uğurlu tamaşası münasibətilə  şairə 
tamaşanın yaradıcı heyəti ilə birlikdə 
Azərbaycan SSR-in Dövlət mükafatı-
na layiq görülmüşdür. 1991-ci ildə ona 
“Əməkdar incəsənət xadimi” fəxri adı 
verilmişdir. 1998-ci ildə o, “İlin qadı-
nı” adına layiq görülmüşdür. 1999-cu 
ildə ümummilli lider Heydər  Əliyev 
X.Əlibəyliyə Prezident təqaüdü təyin 
etmiş, bu münasibətlə xatirə olaraq ona 
gözəl bir büllur şamdan da bağışlamışdı.
Şairənin anadan olmasının 90 illiyi ilə 
əlaqədar Mədəniyyət və Turizm Nazirli-
yi tərəfindən onun əsərlərinin ikicildliyi 
nəşr olunmuşdur. 
Xanımana  Əlibəyli 2007-ci il may 
ayının 7-də  vəfat etmiş, Bakıda dəfn 
edilmişdir.
Xanımana Əlibəyli   
1920-2007
20
Ə d ə b i y y a t 
Əsərləri: 2 cilddə 
/X.Əlibəyli; tərt.ed. 
G.Abdullabəyli.- Bakı: 
Avrasiya Press, 2008.-
C.I.- 240 s.; C.II.- 240 s. 
Mərcanqulu əfsanəsi: 
[məktəb yaşına çat-
mamış uşaqlar üçün] 
/X.Əlibəyli; red. 
Məmməd Namaz; 
[rəssam. Z.Abbasov].-
Bakı: Gənclik, 1990.- 40 
s.
Axundova, Ş. Axı-
ram ürəklərə [Not] 
/Ş.Axundova; söz. 
X.Əlibəyli. Bakı, 2006.-  
7 s. 
Mən öləndə deməyin 
uşaqlara (Şairə Xanı-
mana Əlibəyli ilə söhbət 
//İsabəyli Q. Bu şəhər 
mənə göz dağı olub.-
Bakı, 2011.- S.21-24.
Uşaq ədəbiyyatının unu-
dulmaz imzası-Xanımana 
Əlibəyli: Hərbi hospita-
lın həkimi... //Azadlıq.-
2012.- 18 dekabr.- S.14.
İ n t e r n e t d ə
www.anl.az
www.az.wikipedia.org
95 
illiyi
Şairə
Milli ədəbiyyat


Yüklə 42,04 Kb.

Dostları ilə paylaş:
1   ...   41   42   43   44   45   46   47   48   ...   173




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə