Teqvim-2015. pdf


Rəssamlıq.Heykəltəraşlıq.Memarlıq 110



Yüklə 42,04 Kb.
Pdf görüntüsü
səhifə47/173
tarix13.11.2017
ölçüsü42,04 Kb.
#10093
1   ...   43   44   45   46   47   48   49   50   ...   173

103
Rəssamlıq.Heykəltəraşlıq.Memarlıq
110 
illiyi
Sadıq Dadaşov  
1905-1946
APREL
Sadiq Ələkbər oğlu Dadaşov 1905-
ci il aprel ayının 15-də Bakıda anadan 
olmuşdur. 
1929-cu ildə Bakı Politexnik İnstitu-
tunun İnşaat fakültəsini bitirmişdir. 
O, 1944-cü ildə Azərbaycan SSR 
Xalq Komissarlığı Soveti yanında Me-
marlıq İşləri İdarəsinin ilk rəisi olmuş-
dur.
Sadiq Dadaşov 1941-ci ildə SSRİ 
Memarlıq Akademiyasının müxbir 
üzvü, 1945-ci ildə yeni yaradılmış 
Azərbaycan SSR Elmlər Akademiya-
sının (indiki Azərbaycan Milli Elmlər 
Akademiyası) akademiki seçilmişdir. 
O, Azərbaycan memarlığı tarixi-
nin öyrənilməsinin  əsasını qoymuş, 
memarlıq abidələrinin bərpası  işinin 
elmi  əsaslarını yaratmış  və ilk əməli 
nümunələrini həyata keçirmişdir. 
1934-1940 və 1944-1946-cı illərdə 
Azərbaycanın bir sıra rayonlarına elmi 
səfərlər təşkil etmişdir.
Sadiq Dadaşov memarlıq və  nəzəri 
əsərlərini görkəmli Azərbaycan mema-
rı  və memarlıq tarixçisi Mikayıl Hü-
seynovla birgə yaratmışdır. Həyatdan 
vaxtsız getmiş Sadıq Dadaşov eyni 
zamanda bacarıqlı  təşkilatçı idi. Res-
publikada Memarlar İttifaqı bilavasitə 
onun təşəbbüsü ilə yaradılmışdı.  Sadıq 
Dadaşovun layihəsi ilə Bakıda və res-
publikanın digər  şəhərlərində tikilmiş 
çoxlu yaşayış, ictimai və mədəni-məişət 
binaları Azərbaycan memarlığının inki-
şafında böyük rol oynamışdır.
Sadıq Dadaşov 1929-1933-cü illərdə 
23 tikilinin layihəsini vermişdir. Bunla-
ra Bakıdakı fabrik mətbəx (Bayılda), 
Azərbaycan Sənaye  İnstitutunun yeni 
binası (indiki Azərbaycan Dövlət Neft 
Akademiyası; hər ikisi 1932), İncəsənət 
işçiləri evi, bir sıra yaşayış binaları 
kompleksi, Qazaxdakı Pedaqoji Texni-
komun binası (hamısı 1933) aiddir.
Onun əsas işləri: Azərbaycan Texni-
ki Universitetinin binası (1931-1933), 
“Nizami” kinoteatrı (1937), Bakı Mu-
siqi Akademiyasının binası (1938), Ni-
zami Gəncəvi adına Milli Azərbaycan 
Ədəbiyyatı Muzeyinin binası (1940),  
indiki Nazirlər Kabinetinin binası  və 
başqalarıdır.
Sadıq Dadaşov Nizami Gəncəvinin 
1946-cı ildə  Gəncədə, 1949-cu ildə 
Bakıda qoyulmuş abidələrinin layihə 
müəllifidir.
Xidmətlərinə görə 1940-cı ildə ona 
“Azərbaycanın əməkdar incəsənət  xa-
dimi” fəxri adı verilmiş, 1941-ci ildə 
SSRİ Dövlət mükafati laureatı adına la-
yiq görülmüş, “Lenin” ordeni, “Qırmı-
zı Əmək Bayrağı” ordeni və medallarla 
təltif edilmişdir. 
Professor Sadıq Dadaşov 1946-cı il 
dekabr ayının 24-də Moskvada vəfat et-
miş, Bakıda dəfn olunmuşdur.
Ə d ə b i y y a t
Dadaşov Sadıq Ələkbər 
oğlu //Azərbaycan Sovet 
Ensiklopediyası:10 cilddə.-Bakı, 
1979.- C.III.- S.312-314.
Dadaşov Sadıq Ələkbər oğlu         
//Fəxri Xiyaban; Heydər Əliyev 
Fondu.- Bakı, 2007.- S.40.
Dadaşov Sadıq Ələkbər oğlu    
//Azərbaycan Milli Elmlər Aka-
demiyasının üzvləri haqqında: 
məlumat kitabı.- Bakı, 2005.- 
H.I.- S.123.
Əliyev, N. “Sadıq Dadaşov 
və Mikayıl Hüseynov”.- Bakı: 
“Şərq-Qərb” Nəşriyyat Evi, 
2013.- 40 s.
İ n t e r n e t d ə
www.anl.az
www.az.wikipedia.orq
www.uaa.az
15
Akademik


104
Rəssamlıq.Heykəltəraşlıq.Memarlıq
110 
illiyi
Mikayıl Hüseynov
 
1905-1992
APREL
Mikayıl  Ələsgər oğlu Hüseynov 
1905-ci il aprel ayının 19-da anadan ol-
muşdur. O, Azərbaycan Politexnik İns-
titutunun inşaat mühəndisi fakültəsini 
bitirdikdən sonra həmin institutda işə 
başlamış, respublikada inşa edilən 
mədəni-məişət binalarının layihəsini 
çəkməklə məşğul olmuşdur.
Az vaxtda onun layihələri əsasında 
respublikamızın hər yerində - Bakıda, 
Gəncədə, Naxçıvanda, Şəkidə... neçə-
neçə mədəni-məişət binaları tikildi.
  İlk memarlıq və  nəzəri  əsərlərini 
(1946-cı ilədək) Sadıq Dadaşovla birgə 
yaratmışdır. 
M.Hüseynov doğma Azərbaycanı 
ürəkdən sevərdi. Memarlıq sənəti ru-
huna, varlığına hopmuşdu.  İşləmək 
onun üçün bütün ağrılarının məlhəmi 
idi. O, özünün  düşündüyü kimi ya-
radıb yaşatmaq istəyirdi. Akademik 
Mikayıl Hüseynov XX əsrin müasir 
Azərbaycan memarına yol açdı.
Yaratdığı, lahiyələşdirdiyi möhtə-
şəm tikililər milli memarlıq üslubu 
ilə seçilirdi. Şərq və  Qərb memarlıq 
məktəbinin sintezindan yararlanan 
Mikayıl Hüseynov əzəmətli yaşayış 
və ictimai binaların lahiyələrini hazır-
layıb. Bakının yaraşığı olan “Alimlər 
evi”, “Monolit”, Bakı Musiqi Akade-
miyası, “Abşeron” və “Azərbaycan” 
mehmanxanaları  Şərq memarlığından 
qidalanan təxəyyülünün məhsuludur. 
Onun memarlıq dühasının yadigarla-
rı olan və doğma Bakının gözəlliyinə 
xüsusi zinət verən, milli memarlıq 
inciləri sayılan neçə-neçə möhtəşəm 
binalar, o cümlədən M.F.Axundov 
adına Azərbaycan Milli Kitabxanası-
nın binası Mikayıl Hüseynovun adını 
özündə yaşadır. 
Ölkəmizdə ucaltdığı yüksək- 
mərtəbəli binalarla kifayətlənməyən 
memar Düşənbədə, Moskvada Şərq 
milli koloritli və ornametlərlə seçilən 
bənzərsiz işlər görüb. Nizami Gəncəvi 
adına Milli Azərbaycan  Ədəbiyyatı 
Muzeyi Mikayıl Hüseynovun şah əsəri 
hesab edilir. “Nəriman Nərimanov”, 
“Nizami”, “Elmlər Akademiyası” met-
ro stansiyalarının yaraşıqlı üslubları 
hal-hazırda öz əzəmətini saxlayır.
Görkəmli memar, alim, pedaqoq 
Mikayıl Hüseynovun
 
Azərbaycan 
memarlığının inkişaf tapmasında bö-
yük xidmətləri olub. O, memarlıq 
sahəsində elmlər doktoru və akademik 
səviyyəsinə ucalmış  ən məşhur me-
marlarımızdan biri olub. 
Azərbaycan EA təsis edildikdən son-
ra (1945) onun ilk һəqiqi üzvlərindən 
olan M.Hüseynov yeni təşkil olunmuş 
Azərbaycan EA İncəsənət İnstitutunda 
direktor müavini işləmiş, 1948-ci ildən  
Memarlıq və İncəsənət İnstitutunun di-
rektoru olmuşdur.
“Əməkdar incəsənət xadimi” (1940), 
Azərbaycan EA akademiki (1945), 
Memarlıq doktoru (1950), “SSRİ 
Xalq memarı” (1970), Azərbaycanın, 
keçmiş SSRİ-nin  ən yüksək müka-
fatlarına, orden və medallarına, SSRİ 
(1941) və Azərbaycan (1967) Dövlət 
mükafatları laureatı adlarına layiq gö-
rülmüşdür. O, Böyük Britaniya, Asiya 
kral cəmiyyətinin həqiqi üzvü idi.
 Mikayıl Hüseynov 1992-ci il okt-
yabr ayının 2-də vəfat etmiş, Fəxri Xi-
yabanda dəfn edilmişdir. 
Memarın şərəfinə Simurq cəmiyyəti 
tərəfindən Mikayıl Hüseynov mükafatı 
təsis olunmuşdur.
Ə d ə b i y y a t
Əliyev, N. “Sadıq Dadaşov və 
Mikayıl Hüseynov”.- Bakı: “Şərq-
Qərb” Nəşriyyat Evi, 2013.- 40 s. 
İncəsənət və mədəniyyətin 
problemləri: Akademik 
M.Hüseynovun anadan olmasının 
100 illiyinə həsr olunmuş məqalələr 
toplusu /red. hey. R.Əfəndiyev, 
Ş.Fətullayev, C.Qiyaslı, 
Ə.Salamzadə; AMEA, Memarlıq və 
İncəsənət İnstitutu.- Bakı: [Səda], 
2005.- bur. XIV.- 148 s.
M.Ə.Hüseynov: biblioqrafiya                  
/tərt. ed. N.Bağırbəyova; red. 
M.Həsənova, N.Teymurova; Azərb. 
SSR EA, Əsaslı kitabxana, Memar-
lıq və İncəsənət İn-tu.- Bakı: Elm, 
1979.- 119 s. 
Üseynov Mikayıl Ələsgər oğlu 
Azərbaycan Milli Elmlər Akademi-
yasının üzvləri haqqında: məlumat 
kitabı /AMEA; red. M.Kərimov; 
tərt. ed. A.Əsədova.- Bakı, 2005.- 
H.II.- S.217.
İ n t e r n e t d ə
www.anl.az
www.az.wikipedia.orq
www.adam.az
www.uaa.az
www.memarliq.wordpress.com
www.uzeyirbook.musigi-dunya.az
19
Akademik


Yüklə 42,04 Kb.

Dostları ilə paylaş:
1   ...   43   44   45   46   47   48   49   50   ...   173




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə