103
Rəssamlıq.Heykəltəraşlıq.Memarlıq
110
illiyi
Sadıq Dadaşov
1905-1946
APREL
Sadiq Ələkbər oğlu Dadaşov 1905-
ci il aprel ayının 15-də Bakıda anadan
olmuşdur.
1929-cu ildə Bakı Politexnik İnstitu-
tunun İnşaat fakültəsini bitirmişdir.
O, 1944-cü ildə Azərbaycan SSR
Xalq Komissarlığı Soveti yanında Me-
marlıq İşləri İdarəsinin ilk rəisi olmuş-
dur.
Sadiq Dadaşov 1941-ci ildə SSRİ
Memarlıq Akademiyasının müxbir
üzvü, 1945-ci ildə yeni yaradılmış
Azərbaycan SSR Elmlər Akademiya-
sının (indiki Azərbaycan Milli Elmlər
Akademiyası) akademiki seçilmişdir.
O, Azərbaycan memarlığı tarixi-
nin öyrənilməsinin əsasını qoymuş,
memarlıq abidələrinin bərpası işinin
elmi əsaslarını yaratmış və ilk əməli
nümunələrini həyata keçirmişdir.
1934-1940 və 1944-1946-cı illərdə
Azərbaycanın bir sıra rayonlarına elmi
səfərlər təşkil etmişdir.
Sadiq Dadaşov memarlıq və nəzəri
əsərlərini görkəmli Azərbaycan mema-
rı və memarlıq tarixçisi Mikayıl Hü-
seynovla birgə yaratmışdır. Həyatdan
vaxtsız getmiş Sadıq Dadaşov eyni
zamanda bacarıqlı təşkilatçı idi. Res-
publikada Memarlar İttifaqı bilavasitə
onun təşəbbüsü ilə yaradılmışdı. Sadıq
Dadaşovun layihəsi ilə Bakıda və res-
publikanın digər şəhərlərində tikilmiş
çoxlu yaşayış, ictimai və mədəni-məişət
binaları Azərbaycan memarlığının inki-
şafında böyük rol oynamışdır.
Sadıq Dadaşov 1929-1933-cü illərdə
23 tikilinin layihəsini vermişdir. Bunla-
ra Bakıdakı fabrik mətbəx (Bayılda),
Azərbaycan Sənaye İnstitutunun yeni
binası (indiki Azərbaycan Dövlət Neft
Akademiyası; hər ikisi 1932), İncəsənət
işçiləri evi, bir sıra yaşayış binaları
kompleksi, Qazaxdakı Pedaqoji Texni-
komun binası (hamısı 1933) aiddir.
Onun əsas işləri: Azərbaycan Texni-
ki Universitetinin binası (1931-1933),
“Nizami” kinoteatrı (1937), Bakı Mu-
siqi Akademiyasının binası (1938), Ni-
zami Gəncəvi adına Milli Azərbaycan
Ədəbiyyatı Muzeyinin binası (1940),
indiki Nazirlər Kabinetinin binası və
başqalarıdır.
Sadıq Dadaşov Nizami Gəncəvinin
1946-cı ildə Gəncədə, 1949-cu ildə
Bakıda qoyulmuş abidələrinin layihə
müəllifidir.
Xidmətlərinə görə 1940-cı ildə ona
“Azərbaycanın əməkdar incəsənət xa-
dimi” fəxri adı verilmiş, 1941-ci ildə
SSRİ Dövlət mükafati laureatı adına la-
yiq görülmüş, “Lenin” ordeni, “Qırmı-
zı Əmək Bayrağı” ordeni və medallarla
təltif edilmişdir.
Professor Sadıq Dadaşov 1946-cı il
dekabr ayının 24-də Moskvada vəfat et-
miş, Bakıda dəfn olunmuşdur.
Ə d ə b i y y a t
Dadaşov Sadıq Ələkbər
oğlu //Azərbaycan Sovet
Ensiklopediyası:10 cilddə.-Bakı,
1979.- C.III.- S.312-314.
Dadaşov Sadıq Ələkbər oğlu
//Fəxri Xiyaban; Heydər Əliyev
Fondu.- Bakı, 2007.- S.40.
Dadaşov Sadıq Ələkbər oğlu
//Azərbaycan Milli Elmlər Aka-
demiyasının üzvləri haqqında:
məlumat kitabı.- Bakı, 2005.-
H.I.- S.123.
Əliyev, N. “Sadıq Dadaşov
və Mikayıl Hüseynov”.- Bakı:
“Şərq-Qərb” Nəşriyyat Evi,
2013.- 40 s.
İ n t e r n e t d ə
www.anl.az
www.az.wikipedia.orq
www.uaa.az
15
Akademik
104
Rəssamlıq.Heykəltəraşlıq.Memarlıq
110
illiyi
Mikayıl Hüseynov
1905-1992
APREL
Mikayıl Ələsgər oğlu Hüseynov
1905-ci il aprel ayının 19-da anadan ol-
muşdur. O, Azərbaycan Politexnik İns-
titutunun inşaat mühəndisi fakültəsini
bitirdikdən sonra həmin institutda işə
başlamış, respublikada inşa edilən
mədəni-məişət binalarının layihəsini
çəkməklə məşğul olmuşdur.
Az vaxtda onun layihələri əsasında
respublikamızın hər yerində - Bakıda,
Gəncədə, Naxçıvanda, Şəkidə... neçə-
neçə mədəni-məişət binaları tikildi.
İlk memarlıq və nəzəri əsərlərini
(1946-cı ilədək) Sadıq Dadaşovla birgə
yaratmışdır.
M.Hüseynov doğma Azərbaycanı
ürəkdən sevərdi. Memarlıq sənəti ru-
huna, varlığına hopmuşdu. İşləmək
onun üçün bütün ağrılarının məlhəmi
idi. O, özünün düşündüyü kimi ya-
radıb yaşatmaq istəyirdi. Akademik
Mikayıl Hüseynov XX əsrin müasir
Azərbaycan memarına yol açdı.
Yaratdığı, lahiyələşdirdiyi möhtə-
şəm tikililər milli memarlıq üslubu
ilə seçilirdi. Şərq və Qərb memarlıq
məktəbinin sintezindan yararlanan
Mikayıl Hüseynov əzəmətli yaşayış
və ictimai binaların lahiyələrini hazır-
layıb. Bakının yaraşığı olan “Alimlər
evi”, “Monolit”, Bakı Musiqi Akade-
miyası, “Abşeron” və “Azərbaycan”
mehmanxanaları Şərq memarlığından
qidalanan təxəyyülünün məhsuludur.
Onun memarlıq dühasının yadigarla-
rı olan və doğma Bakının gözəlliyinə
xüsusi zinət verən, milli memarlıq
inciləri sayılan neçə-neçə möhtəşəm
binalar, o cümlədən M.F.Axundov
adına Azərbaycan Milli Kitabxanası-
nın binası Mikayıl Hüseynovun adını
özündə yaşadır.
Ölkəmizdə ucaltdığı yüksək-
mərtəbəli binalarla kifayətlənməyən
memar Düşənbədə, Moskvada Şərq
milli koloritli və ornametlərlə seçilən
bənzərsiz işlər görüb. Nizami Gəncəvi
adına Milli Azərbaycan Ədəbiyyatı
Muzeyi Mikayıl Hüseynovun şah əsəri
hesab edilir. “Nəriman Nərimanov”,
“Nizami”, “Elmlər Akademiyası” met-
ro stansiyalarının yaraşıqlı üslubları
hal-hazırda öz əzəmətini saxlayır.
Görkəmli memar, alim, pedaqoq
Mikayıl Hüseynovun
Azərbaycan
memarlığının inkişaf tapmasında bö-
yük xidmətləri olub. O, memarlıq
sahəsində elmlər doktoru və akademik
səviyyəsinə ucalmış ən məşhur me-
marlarımızdan biri olub.
Azərbaycan EA təsis edildikdən son-
ra (1945) onun ilk һəqiqi üzvlərindən
olan M.Hüseynov yeni təşkil olunmuş
Azərbaycan EA İncəsənət İnstitutunda
direktor müavini işləmiş, 1948-ci ildən
Memarlıq və İncəsənət İnstitutunun di-
rektoru olmuşdur.
“Əməkdar incəsənət xadimi” (1940),
Azərbaycan EA akademiki (1945),
Memarlıq doktoru (1950), “SSRİ
Xalq memarı” (1970), Azərbaycanın,
keçmiş SSRİ-nin ən yüksək müka-
fatlarına, orden və medallarına, SSRİ
(1941) və Azərbaycan (1967) Dövlət
mükafatları laureatı adlarına layiq gö-
rülmüşdür. O, Böyük Britaniya, Asiya
kral cəmiyyətinin həqiqi üzvü idi.
Mikayıl Hüseynov 1992-ci il okt-
yabr ayının 2-də vəfat etmiş, Fəxri Xi-
yabanda dəfn edilmişdir.
Memarın şərəfinə Simurq cəmiyyəti
tərəfindən Mikayıl Hüseynov mükafatı
təsis olunmuşdur.
Ə d ə b i y y a t
Əliyev, N. “Sadıq Dadaşov və
Mikayıl Hüseynov”.- Bakı: “Şərq-
Qərb” Nəşriyyat Evi, 2013.- 40 s.
İncəsənət və mədəniyyətin
problemləri: Akademik
M.Hüseynovun anadan olmasının
100 illiyinə həsr olunmuş məqalələr
toplusu /red. hey. R.Əfəndiyev,
Ş.Fətullayev, C.Qiyaslı,
Ə.Salamzadə; AMEA, Memarlıq və
İncəsənət İnstitutu.- Bakı: [Səda],
2005.- bur. XIV.- 148 s.
M.Ə.Hüseynov: biblioqrafiya
/tərt. ed. N.Bağırbəyova; red.
M.Həsənova, N.Teymurova; Azərb.
SSR EA, Əsaslı kitabxana, Memar-
lıq və İncəsənət İn-tu.- Bakı: Elm,
1979.- 119 s.
Üseynov Mikayıl Ələsgər oğlu
Azərbaycan Milli Elmlər Akademi-
yasının üzvləri haqqında: məlumat
kitabı /AMEA; red. M.Kərimov;
tərt. ed. A.Əsədova.- Bakı, 2005.-
H.II.- S.217.
İ n t e r n e t d ə
www.anl.az
www.az.wikipedia.orq
www.adam.az
www.uaa.az
www.memarliq.wordpress.com
www.uzeyirbook.musigi-dunya.az
19
Akademik
Dostları ilə paylaş: |