98
Kimya. Biologiya.Tibb
Tibb elmləri doktoru, professor İbrahimov Elman İbrahim oğlunun
(04.04.1930-11.09.2003) anadan olmasının 85 illiyi
İctimai xadim, tibb elmləri doktoru, professor Əliyev Məmmədbağır Cavad
oğlunun (08.04.1955) anadan olmasının 60 illiyi
Professor, oftalmoloq Adıgözəlova-Polçayeva Qəmər Əbdülrəhim qızının
(12.04.1915-1992) anadan olmasının 100 illiyi
Əməkdar elm xadimi, professor, görkəmli həkim-pediatr Qarayev Əbülfəz
Fərəc oğlunun (20.04.1885-24.10.1952) anadan olmasının 130 illiyi
Tarixdə bu gün
Ümumdünya Gülüş Günü (01.04.1564)
Kəlbəcər rayonunun işğalı günü (02.04. 1993)
Ümumdünya Sağlamlıq Günü (07.04.1950)
Ümumdünya Aviasiya və Kosmonavtika Günü (12.04.1962)
Beynəlxalq Mədəniyyət Günü (15.04.1935)
Ümumdünya Hemofiliya Günü (17.04.1964)
Tarixi Abidələrin Mühafizəsi Günü (18.04.1983)
Ümumdünya Yer Günü (22.04.1970)
Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri şirkətinin Qapalı səhmdar
cəmiyyətə cevrilməsinin 15 illiyi (23.04.2005)
Qobustan rayonunun yaranmasının (24.04.1990) 25 illiyi
Beynəlxalq Kitab və Müəllif Hüquqları Günü (23.04.1996)
Sovet Rusiyasının XI Qızıl Ordusu Azərbaycanı işğal edərək Milli
Hökuməti devirmiş və Azərbaycanda Sovet Hakimiyyətini elan etmişdir
(27-28.04.1920)
Beynəlxalq Əqli Mülkiyyət Günü (26.04.2000)
Ümumdünya Əməyin Mühafizəsi Günü (28.04.2003)
Beynəlxalq Rəqs Günü (29.04.1982)
115
112
113
114
116
116
117
118
99
Milli ədəbiyyat
Xalidə Hasilova
1920-1996
APREL
Xalidə Məmməd qızı Hasilova
1920-ci il aprel ayının 19-da Zaqatala
rayonunda anadan olmuşdur.
Pedaqoji texnikumu bitirdikdən
sonra Zaqatala rayonundakı Qımır
kəndində müəllimlik etmişdir.
1939-1941-ci illərdə Xalidə Hasilo-
va Leninqrad Universitetinin filologiya
fakültəsində təhsil almış, Bakıya qayıt-
dıqdan sonra təhsilini ADU-nin filolo-
giya fakultəsində davam etdirmişdir.
1943-1944-cü illərdə Zaqatala şəhər
orta məktəbində müəllim, 1944-1945-ci
illərdə Moskvada xarici dillər kursunda
türk şöbəsinin dinləyicisi, 1948-1952-
ci illərdə “Uşaqgəncnəşr”in redaktoru,
1952-1953-cü illərdə “Azərbaycan qa-
dını” jurnalı redaksiyasında ədəbi işçi
olmuş, 1966-1972-ci illərdə “Göyərçin”
jurnalının baş redaktoru, 1972-ci ildən
isə “Azərbaycan qadını” jurnalının baş
redaktoru vəzifəsində işləmişdir.
1952-ci ildən Azərbaycan Yazıçılar
Birliyinin üzvü olmuşdur.
X.Hasilova uzun müddət bədii
yaradıcılıqla məşğul olmuş, həm
uşaqlar, həm də böyüklər üçün bir
sıra gözəl əsərlər yazmışdır. Yazıçı,
həmçinin, tərcüməçilik fəaliyyəti ilə də
məşğul olmuş, türk və rus dillərindən
V.Q.Korelenko, N.Tixonov, İ.P.Soto,
Ə.Nesin və başqalarından tərcümələr
etmişdir.
Sovet Qadınları Komitəsinin Rəyasət
Heyətinin, Azərbaycan KP MK yanın-
da Qadınlar Şurası Rəyasət Heyətinin,
Azərbaycan Yazıçılar İttifaqı plenu-
munun üzvü olmuşdur. Bakı şəhər So-
vetinin deputatı, Qadınların Əməyi və
Analığı Mühafizə Komissiyasının sədri
seçilmişdir.
Xarici ölkələrdə dostluq cəmiyyəti
nümayəndə heyətinin tərkibində Maca-
rıstan, AFR, İsveçrə, İran və Yaponiya
ölkələrində səfərdə olmuşdur.
Yazıçının “Həsrət”, “Həyat özü bir
nəğmədir”, “Bir sahilin adamları”,
“Hamı doğmadır mənə”, “Nəğməli
könül” pyesləri müxtəlif teatrların
səhnəsində tamaşaya qoyulmuş, əsərləri
rus və türk dillərinə tərcümə olunmuş-
dur.
Xalidə Hasilova bir sıra nəzəri
məqalələrin də müəllifidir ki, on-
ların əksəriyyəti uşaq ədəbiyyatı
problemlərilə əlaqədardır. Bunlardan
“Uşaq ədəbiyyatında ədəbi tənqid haq-
qında” “Gözəl duyğular”, “Uşaqla-
ra yüksək keyfiyyətli əsərlər verək”,
“Ədəbiyyat və tərbiyə” və s. göstərmək
olar.
O, 1974-cü ildə “Azərbaycanın
Əməkdar mədəniyyət işçisi” fəxri adını
almış, “Şərəf nişanı” və “Qırmızı Əmək
Bayrağı” ordenləri ilə və bir sıra medal-
larla təltif edilmişdir.
Görkəmli yazıçısı Xalidə Hasilova
1996-cı il dekabr ayının 5-də Bakıda
vəfat etmişdir.
20
20
19
Ə d ə b i y y a t
Ana fəryadı /X.Hasilova.-
Bakl: Yazıçı, 1989.- 280 s.
Xatirənin sorağında
/X.Hasilova.- Bakı: Yazıçı,
1983.- 240 s.
Xoruzlu dəsmal: hekayələr
/X.Hasilova.- Bakı:
Azərbaycan, 1994.- 95 s.
Ləpəli sahilin xatirələri
/X.Hasilova.- Bakı:
Gənclik, 1983.- 300 s.
Məmmədbəyli, S. Sizi
kimlərdən soruşum...:
Xalidə Hasilovanın yara-
dıcılığı /S.Məmmədbəyli;
elmi red. Q.Namazov.-
Bakı: Azərnəşr, 2003.-
169 s.
Xəlilzadə, F. Unudul-
maz yazıçı /F.Xəlilzadə
//Azərbaycan.- 2010.- 17
aprel.- S.7.
İsmayılov, H. Xalidə
Hasilova //İsmayılov H.
Zaqatala.- Bakı, 2009.-
Kitab XII, hissə I.- S.15.
İ n t e r n e t d ə
www.anl.az
www.az.wikipedia.org
www.beyaz.az
www.gencekitab.az
www.elibrary.azlib.net
95
illiyi
Yazıçı
100
APREL
Xanımana Sabir qızı Əlibəyli 1920-
ci il aprel ayının 20-də Bakının Keşlə
kəndində anadan olmuşdur.
O, hələ yeniyetmə vaxtlarından
ədəbiyyata maraq göstərir, şeirlər ya-
zır, Azərbaycan və rus dillərində uşaq
ədəbiyyatı nümunələrini oxuyurdu.
Xanımana Əlibəyli Bakıda Tibb İnsti-
tutuna daxil olmuş, 1942-ci ildə institutu
bitirərək təyinatla Masallıya göndərilmiş,
orada Qızılavar kənd tibb məntəqəsində
fəaliyyətə başlamışdır. Müharibə
illərində Xanımana Əlibəyli hərbi hos-
pitalda çalışmış, professor Ginzburqun
assistenti kimi Azərbaycanın müxtəlif
bölgələrindən olan yaralı əsgərləri
müalicə etmişdir. Müharibədən sonra
Bibiheybətdəki 13 saylı məsləhətxanada
uşaq həkimi kimi çalışmışdır.
O, ikinci ali təhsil almaq üçün ADU-
nun filologiya fakültəsinə qəbul olunmuş
və fakültəni müvəffəqiyyətlə bitirmişdir.
O, uzun illər Bakının orta məktəblərində
dərs demiş, məktəb direktoru, rayon xalq
maarif şöbəsinin müdiri vəzifələrində
çalışmış, bu sahədə səmərəli fəaliyyətinə
görə “Əməkdar müəllim” fəxri adına la-
yiq görülmüşdü.
O, ixtisasca həkim olsa da, uşaq-
lara olan sevgisi onu şair etmişdi.
X.Əlibəylinin ilk şeirləri 1938-ci ildən
dövri mətbuatda dərc olunmağa başla-
mış, “Balaca həkim” adlı birinci kitabı isə
1955-ci ildə “Uşaqgəncnəşr” tərəfindən
30 min nüsxə tirajla çap olunmuşdur.
1953-cü ildə o, SSRİ Yazıçılar İttifa-
qına üzv qəbul edilmişdir. X.Əlibəyli
bütövlükdə həyatını uşaq ədəbiyyatına
həsr etmişdir. Onun indiyə qədər 30-
dan çox kitabı, 10-a yaxın uşaq pyesi
nəşr edilib. X.Əlibəyli müxtəlif illərdə
“Gözəllər gözəli”, “Nişanlı quş”, “Ay-
can”, “Dovşanın ad günü”, “Cunquş”,
“Kənd həkimi”, “Durnalar lələk salır”,
“Meyvələrin şahı” və s. dram əsərləri
yazmış, onların bir çoxu ölkəmizin
gənclər və kukla teatrlarında göstərilmiş,
müəllifinə Azərbaycan uşaq dramaturgi-
yasının görkəmli nümayəndəsi şərəfini
gətirmişdir. Onun “Cunquş” adlı əsəri
vaxtilə respublikanın Dövlət mükafatına
layiq görülmüşdü. Kukla Teatrı 1980-
ci ildə Hindistanda qastrol səfərində
olarkən, Dehli və Bombey şəhərlərində
X.Əlibəylinin “Cunquş” pyesi əsasında
hazırlanmış tamaşa böyük rəğbətlə qarşı-
lanmışdı. O, uşaqlar üçün yüzlərlə şeirin,
onlarla poema və səhnə əsərinin, 30-dan
artıq kitabın müəllifidir.
X.Əlibəylinin sənəti həmişə
diqqət mərkəzində olmuş, yüksək
qiymətləndirilmişdir. “Aycan” pyesi-
nin uğurlu tamaşası münasibətilə şairə
tamaşanın yaradıcı heyəti ilə birlikdə
Azərbaycan SSR-in Dövlət mükafatı-
na layiq görülmüşdür. 1991-ci ildə ona
“Əməkdar incəsənət xadimi” fəxri adı
verilmişdir. 1998-ci ildə o, “İlin qadı-
nı” adına layiq görülmüşdür. 1999-cu
ildə ümummilli lider Heydər Əliyev
X.Əlibəyliyə Prezident təqaüdü təyin
etmiş, bu münasibətlə xatirə olaraq ona
gözəl bir büllur şamdan da bağışlamışdı.
Şairənin anadan olmasının 90 illiyi ilə
əlaqədar Mədəniyyət və Turizm Nazirli-
yi tərəfindən onun əsərlərinin ikicildliyi
nəşr olunmuşdur.
Xanımana Əlibəyli 2007-ci il may
ayının 7-də vəfat etmiş, Bakıda dəfn
edilmişdir.
Xanımana Əlibəyli
1920-2007
20
Ə d ə b i y y a t
Əsərləri: 2 cilddə
/X.Əlibəyli; tərt.ed.
G.Abdullabəyli.- Bakı:
Avrasiya Press, 2008.-
C.I.- 240 s.; C.II.- 240 s.
Mərcanqulu əfsanəsi:
[məktəb yaşına çat-
mamış uşaqlar üçün]
/X.Əlibəyli; red.
Məmməd Namaz;
[rəssam. Z.Abbasov].-
Bakı: Gənclik, 1990.- 40
s.
Axundova, Ş. Axı-
ram ürəklərə [Not]
/Ş.Axundova; söz.
X.Əlibəyli. Bakı, 2006.-
7 s.
Mən öləndə deməyin
uşaqlara (Şairə Xanı-
mana Əlibəyli ilə söhbət
//İsabəyli Q. Bu şəhər
mənə göz dağı olub.-
Bakı, 2011.- S.21-24.
Uşaq ədəbiyyatının unu-
dulmaz imzası-Xanımana
Əlibəyli: Hərbi hospita-
lın həkimi... //Azadlıq.-
2012.- 18 dekabr.- S.14.
İ n t e r n e t d ə
www.anl.az
www.az.wikipedia.org
95
illiyi
Şairə
Milli ədəbiyyat
Dostları ilə paylaş: |