115
Tarixdə bu gün
Kəlbəcər rayonunun
işğalı günü
Kəlbəcər rayonu 1993-cü il aprel ayının 2-də
Ermənistan təcavüzkar qüvvələri tərəfindən işğal
olunmuşdur. Kəlbəcər rayonunun ərazisi 3054
km², əhalisinin sayı isə 85228 nəfərdir. Rayon
sakinləri hazırda Azərbaycanın 59 bölgəsində
məskunlaşmışlar.
Kəlbəcərin işğalı nəticəsində 511 nəfər həlak ol-
muş, 321 nəfər itkin düşmüş və girov götürülmüş-
dür, rayona 761 milyon ABŞ dolları məbləğində
ziyan dəymişdir. Ermənistan hərbi birləşmələrinin
martın 27-də başlanan genişmiqyaslı hücumu
Kəlbəcər rayonunun işğalı ilə başa çatmışdır.
Kəlbəcər Azərbaycanın işğal olunmuş rayonları
arasında ərazicə ən böyüyüdür. İşğal nəticəsində
rayon mərkəzi, 150-ə yaxın kənd, həmçinin onlarla
tarixi-mədəniyyət abidəsi, bir muzey, “İstisu” sana-
toriyası və s. Ermənistan silahlı qüvvələri tərəfindən
məhv edilmişdir. Kəlbəcər rayonunun işğalı o vaxt
üçün Qarabağ müharibəsində Azərbaycanın ən
böyük hərbi-strateji məğlubiyyəti idi. Kəlbəcərin
süqutu ermənilərin sonrakı işğalçılıq planlarının
həyata keçməsinə - Azərbaycanın ayrılmaz, əzəli
torpağı olan Dağlıq Qarabağ və onun ətrafındakı
digər rayonların - Ağdam, Cəbrayıl, Füzuli, Qubad-
lı və Zəngilanın, ümumən 17 min kvadratkilometr
ərazidə ən məhsuldar torpaqlarımızın Ermənistan
silahlı qüvvələri tərəfindən zəbt olunmasına
şərait yaratmışdır. Dağlıq Qarabağın Ermənistana
birləşdirilməsi faktiki olaraq başa çatmışdı.
Kəlbəcərin işğalından sonra 3205 saylı iclas-
da BMT Təhlükəsizlik Şurası 822 saylı Qətnamə
qəbul etmiş, qətnamədə bütün işğalçı qüvvələrin
Kəlbəcər və Azərbaycanın digər işğal olunmuş ra-
yonlarından dərhal çıxarılması tələb olunmuşdur.
Lakin indiyədək həmin qətnamədən irəli gələn hər
hansı öhdəlik yerinə yetirilməmişdir. Sonradan
BMT Təhlükəsizlik Şurasının Ağdam rayonunun
azad edilməsi ilə bağlı 854-cü, Füzuli rayonu-
nun azad edilməsi ilə bağlı 874-cü və digər işğal
edilmiş rayonların azad edilməsi ilə bağlı 884-cü
qətnamələri qəbul edilmiş, lakin həmin qətnamələr
kağız üzərində qalmaqdadır. BMT-nin və ATƏT-in
prinsiplərinə zidd olaraq 1999-cu ildən Kəlbəcər ra-
yonu ərazisində ermənilərin məskunlaşdırılmasına
başlanılmışdır. Ermənistan beynəlxalq sənədlərdə
təsbit olunmuş müddəaları kobudcasına pozaraq,
bütün dünyanın gözü qarşısında Azərbaycanın
bənzərsiz mədəni sərvətlərini talamaqda, kütləvi
şəkildə məhv etməkdə davam edir.
İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə
1988-ci ildə Ermənistanın Azərbaycana qarşı
ərazi iddiası irəli sürməsi zəminində yaranmışdır.
Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağ-
lıq Qarabağ ərazisi və bu əraziyə daxil olan yeddi
rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altın-
dadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair
razılaşma əldə etmiş və o vaxtdan bəri ATƏT-in
Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa
və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh
danışıqları aparılır.
BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ
və ətraf rayonların azad edilməsinə dair qəbul et-
diyi dörd qətnaməni Ermənistan bugünə qədər
yerinə yetirməmişdir.
Ermənistanın yürütdüyü bu işğalçılıq və
terrorçuluq siyasəti uzun illərdən bəri dünya
ictimaiyyətinin gözü qarşısında baş verir. Halbuki,
beynəlxalq hüququn normalarına və prinsiplərinə
əsasən dövlətlərin sərhədlərinin toxunulmazlığına
hörmət edilməli, ərazi bütövlüyünün, suverenliyin
pozulmasına yol verilməməlidir.
APREL
2
Ərazisi: 3054 km²
Əhalisi: 85 228
İşğal tarixi: 02.04.1993
www. kelbecer-ih.gov.az
116
Tarixdə bu gün
Tarixi Abidələrin Mühafizəsi Günü
1983
APREL
Bu gün YUNESKO-nun abidələrin
və diqqətəlayiq yerlərin mühafizəsi
məsələləri üzrə Beynəlxalq Şurası-
nın 1983-cü ildə qəbul edilmiş qərarı
əsasında qeyd olunur. Məqsəd dün-
ya ictimaiyyətinin diqqətini maddi-
mədəniyyət abidələrinin qorunması-
na yönəltməkdir.
Hər bir ölkənin tarixi qədimliyi
onun maddi-mədəniyyət yadigar-
larının çoxluğu və qədimliyi ilə öl-
çülür. Bu cəhətdən ölkəmizin bəxti
gətirmişdir. Qobustan, İstisu qayaüstü
təsvirləri, Əlincə, Gələrsən-Görərsən
kimi qalalarımız, Möminə xatın, Şah
Abbas məscidi, Təzəpir məscidi kimi
dini ibadətgahlarımız, Şirvanşahlar,
Şəki xan sarayı kimi nadir memarlıq
abidələrimiz bu qəbildəndir.
Hazırda işğal altında olan dün-
ya
əhəmiyyətli mədəni-tarixi
abidələrimiz - Azıx və Tağlar mağara-
ları dünyanın ən qədim insan yaşayan
məskənlərindəndir. YUNESKO-nun
siyahısına düşmüş bu mağaralar-
dan tapılmış maddi mədəniyyət
nümunələri hələ 1981-ci ildə Pari-
sin İnsan muzeyində “Avropanın ilk
sakinləri” adlı sərgidə nümayiş etdi-
rilmişdir.
2002-ci ildə respublikamız Abi-
dələrin Bərpası və Tədqiqi Beynəl-
xalq Mərkəzinə üzv qəbul olunmuş-
dur. Azərbaycan tarixində ilk dəfə
olaraq Şirvanşahlar saray-komplek-
si və Qız qalası da daxil olmaqla
İçərişəhər Dövlət Tarixi-memarlıq
kompleksi YUNESKO-nun “Dünya
mədəniyyəti irsi” siyahısına daxil
edilmişdir.
Əsası C.Sterlinq Mortan tərəfin-
dən qoyulan Yer gününün bayram
edilməsi XIX əsrin 40-cı illərindən
başlayır. 1872-ci ildə C.Morton Neb-
raska ştatının il ərzində bir gününün
ətraf ərazinin yaşıllaşmasına həsr
edilməsi təklifi ilə çıxış edir və birinci
ağac əkmə günü milyona yaxın ağac
əkilir.
1882-ci il 22 aprel tarixindən
başlayaraq “Ağac günü” Nebras-
ka hökuməti tərəfindən ştatın rəsmi
bayramı kimi qeyd olunur. 1970-
ci ildən başlayaraq ətraf mühitin
əhəmiyyətinin təbliği, onun ilkin for-
mada qorunub saxlanılması, plane-
tin təbii ehtiyatlarının tükənməsi və
s. sahələri əhatə etməsi ilə əlaqədar
olaraq bayram “Yer günü” adlandırıl-
mışdır.
Ümumdünya Yer Günü
1970
22
18
İ n t e r n e t d ə
www.voanews.com
www.mix.az
Ə d ə b i y y a t
İlyasov, Z. Tarixi
abidələrin ensiklopediyası
hazırlanır /Z.İlyasov
//İqtisadiyyat.-2012.- 27
aprel-3 may.- S.8.
Nərimanoğlu, M.
Minilliklərin yadigarla-
rı, yaxud da daşlaşmış
mədəniyyət nümunələri:
18 aprel Abidələrin
Beynəlxalq Mühafizə
Günüdür /M.Nərimanoğlu
//Azərbaycan.- 2012.- 18
aprel.- S.7.
Dostları ilə paylaş: |