134
Teatr.Kino
Adil İsgəndərov
1910-1978
MA
Y
Adil (Ədil) Rza oğlu İsgəndərov
1910-cu il may ayının 5-də Gəncədə
anadan olmuşdur. O, Teatr Texnikumunu
bitirmiş, sonra isə A.V.Lunaçarski adına
Moskva Dövlət Teatr Sənəti İnstitutun-
da təhsil almış, Moskvadakı Bədaye Te-
atrında rejissorluq təcrübəsi keçmişdi.
Buna baxmayaraq, bütün yaradıcı ru-
huna milli klassik teatr ənənələri hakim
idi. 1936-cı ildə Akademik Dövlət Teat-
rına qədəm basan Adil İsgəndərov çox
keçmədi ki, bu sənət məbədinə baş re-
jissor, sonra isə direktor seçildi və 25 ilə
yaxın bir dövrdə bu teatrda öz məktəbini
yaratdı. Heç təsadüfi deyildi ki, o vaxt-
lar bu sənət ocağını “Adil İsgəndərov
teatrı” adlandırırdılar. Rejissor debü-
tü olan “Polad qartal” (1936) tamaşası
sənət adamlarında, tamaşaçılarda əsl
heyrət doğurmuşdu. Aydın hiss olunur-
du ki, teatra əsl sənətkar gəlib. Ona görə
də, Adil İsgəndərov bir-birinin ardınca
“Platon Kreçet”, “Həyat”, “Vaqif” ta-
maşalarına quruluş verdi. “Vaqif” milli
teatr tariximizdə ən uğurlu tamaşalar-
dan idi. Bu tamaşa bizim teatr tarixində
əlamətdar hadisəyə çevrildi.
Adil İsgəndərovun tamaşaları öz ori-
jinallığı, monumentallığı ilə fərqlənirdi.
“Xanlar”, “Fərhad və Şirin”, “Aydın”,
“1905-ci ildə”, “Dumanlı Təbriz”,
“Şərqin səhəri”, “Otello” və s. əsərləri
tamaşaya qoyan bu istedadlı rejissor
səhnəyə yeni nəfəs, yeni ruh gətirirdi.
Adil İsgəndərovun rejissor kimi başlı-
ca xüsusiyyətlərindən biri də tamaşalara
aktyor seçmək məharəti idi. Aktyorların
yaradıcılıq potensialına çox yaxşı bələd
idi.
Bu böyük sənətkar həm də güclü
təşkilatçı idi. İnsanlarla dil tapmağı ba-
carırdı. Teatrda direktor işlədiyi illərdə
tamaşaların keyfiyyəti yüksəldi, reper-
tuarı zənginləşdi. O dövrün aktyorları
xatırlayırdılar ki, Adil İsgəndərovun di-
rektor olduğu illərdə Akademik Dram
Teatrı saat mexanizmi kimi işləyirdi.
Aktyor filmlərdə də rollar almış,
1958-ci ildə “Uzaq sahillərdə” (rej. To-
fiq Tağızadə) filmində sahibkar Ros-
selininin rolunu böyük istedadla ya-
ratmışdır. “Qara daşlar”, “Məhəbbət
dastanı” filmlərində də onun ifa etdiyi
qəhrəmanlar öz milli koloriti ilə tamaşa-
çı diqqətindən yayınmır.
1966-1974-cü illərdə C.Cabbarlı
adına “Azərbaycanfilm” kinostuduya-
sına direktor təyin edilir. 1966-cı ildə
Ə.İbrahimovun “26 Bakı komissarı”
filmində çəkilir. Ancaq kinoda aktyor
kimi onun ən uğurlu işi “Axırıncı aşı-
rım” filmində yaratdığı Kərbalayı İsma-
yıl obrazı idi.
Sənət nailiyyətlərinə görə 1938-ci ildə
“Azərbaycan Respublikasının Əməkdar
incəsənət xadimi”, 1943-cü ildə “Xalq
artisti”, 1959-cu ildə isə “SSRİ Xalq ar-
tisti” fəxri adlarına və SSRİ Dövlət mü-
kafatına layiq görülmüşdür.
Adil İsgəndərov 1978-ci il sentyabr
ayının 18-də Bakıda vəfat etmiş, II Fəxri
Xiyabanda dəfn edilmişdir.
5
Ə d ə b i y y a t
Azərbaycanın
görkəmli teatr və
kino xadimi Ədil
İsgəndərov: biblioqra-
fiya /tərt.: G.Quliyeva,
G.Misirova.- Bakı:
M.F.Axundov adına
Milli Kitabxana, 2010.-
76 s.
İsrafilov, İ. Adil
İsgəndərovun teatrı
/İ.İsrafilov.- Bakı:
Mars-Print, 2001.-
208 s.
Adil İsgəndərov
teatrı...: Azərbaycan
Musiqili Komediya
Teatrının qurucusu
//Azadlıq.- 2011.- 19
iyun.- S. 14.
Xəlilzadə, F. Sənətin
nəhəng fədaisi:
Adil İsgəndərov
-100 /F.Xəlilzadə
//Azərbaycan.- 2010.- 5
may.- S.11.
Quliyeva, Z.
Adil İsgəndərov
məktəbi /Z.Quliyeva
//Azərbaycan.- 2011.- 8
may.- S. 11.
www.anl.az
www.az.wikipedia.org
www.mct.gov.az
105
illiyi
Aktyor, rejissor
135
Teatr.Kino
Ramiz Novruzov
1955
MA
Y
Ramiz Qəvvam oğlu Novruzov
1955-ci il may ayının 25-də Biləsuvar
rayonunun Səmədabad qəsəbəsində
anadan olmuşdur.
Orta məktəbi qəsəbədə bitirərək
Bakıya gəlmiş, müxtəlif mətbəə və
tikintilərdə fəhlə işləmişdir.
1974-cü ildə Mirzağa Əliyev adı-
na Azərbaycan Dövlət İncəsənət İns-
titutunun dram və kino aktyorluğu
fakültəsinə daxil olmuşdur. Rejissor
Adil İsgəndərovun rəhbərlik etdiyi
kursda dörd il təhsil alaraq oranı 1978-
ci ildə bitirmişdir.
Təyinatla Hüseyn Ərəblinski adı-
na Sumqayıt Dövlət Dram Teatrına
göndərilmiş, gənc aktyor burada Mi-
xail Lermontovun “Maskarad” (Knyaz
Zvezdiq), Tofiq Kazımovun “Muradın
kələkləri” (Məsxərəci) və Nəriman
Həsənzadənin “Bütün Şərq bilsin”
(General Şıxlinski) dramlarının tama-
şalarında iştirak etmişdir.
Təyinat müddətini Sumqayıt te-
atrında başa vurduqdan sonra Ramiz
Novruzov Bakıya qayıtmış, 16 may
1981-cı ildə Akademik Milli Dram Te-
atrının şöhrətli və müqtədir aktyor trup-
pasına qatılmışdır. Elə ilk günlərdən
kollektivdə hazırlanan tamaşalarda ona
irihəcmli və mürəkkəb xarakterli rollar
tapşırılmışdır.
Ramiz Novruzovun yaradıcılığının
bir sahəsini də kino fəaliyyəti təşkil
edir. İstedadlı aktyor “Azərbaycanfilm”
kinostudiyasının istehsalı olan “Ni-
zami” filmində Dərbənd elçisi, “Sizi
dünyalar qədər sevirdim” kinolentində
general Həzi Aslanov, “Alman klinika-
sına qeyri-rəsmi səfər” və “Sarı gəlin”
əsərlərində Baba Əliyev və Rasim rol-
larına çəkilmişdir.
Hüseyn Cavidin “Topal Teymur”
(Divanbəyi), Lev Tolstoyun “Krey-
ser sonatası” (Musiqi müəllimi), Jan
Pol Sartrın “Dəfn edilməmiş ölülər”
(Anri), Andre Moruanın “Bənövşələr”
(Bertrand), Vilyam Şekspirin “Anto-
ni və Kleopatra” (Antonio), Mövlud
Süleymanlının “Fatehlərin divanı”
(Atilla), Orxan Kamalın “Dodaqdan
qəlbə” (Kənan bəy), “Yad qızı” (Ni-
had), Səməd Behrənginin “Balaca qara
balıq” (Aparıcı) teletamaşalarında ma-
raqlı rollar yaratmışdır.
“Novruz” onun yazıçı təxəllüsüdür.
Teatr sənətindəki xidmətlərinə görə
Ramiz Qəvvam oğlu Novruzov 1993-
cü il fevral ayının 7-də “Azərbaycan
Respublikasının Əməkdar artisti”,
1998-ci il may ayının 24-də “Xalq ar-
tisti” fəxri adlarına layiq görülmüşdür.
Azərbaycan Respublikası Prezi-
dentinin 30 aprel 2014-cü il tarixli
Sərəncamı ilə Ramiz Novruzov səhnə
fəaliyyəti ilə bağlı Prezident mükafatı-
na layiq görülüb.
25
Ə d ə b i y y a t
Rəhimli, İ. Ramiz
Novruz //Rəhimli İ.
Azərbaycan teatr tari-
xi.- Bakı, 2005.- S.385.
Yusifli, V. Bu, Ramiz
Novruzdur... /V.Yusifli
//Ədalət.- 2013.- 23
oktyabr.- S.7.
İ n t e r n e t d ə
www.adam.az
www.anl.az
www.az.wikipedia.org
www.kinozal.az
www.mct.gov.az
60
illiyi
Aktyor
Dostları ilə paylaş: |