139
Milli Qəhrəmanlar
60
illiyi
Mixail Slesaryov
1955-2014
MA
Y
Mixail Aleksandroviç Slesaryov
1955-ci il may ayının 8-də Rusiyanın
Smolensk şəhərində doğulmuşdur.
1970-ci ildə 4 saylı orta məktəbin
səkkizinci sinfini bitirdikdən son-
ra təhsilini 19 saylı texniki peşə
məktəbində davam etdirmişdir.
1971-ci ildə Smolensk Kənd
Təsərrüfatı Texnikası Birliyində trak-
torçu işləməyə başlamışdır.
1975-ci ildə hərbi xidmətə çağırıl-
mış, 1977-ci ildə xidmətini başa vuraraq
göndərişlə Tbilisi Gizirlər Məktəbinə
daxil olmuşdur.
Məktəbi bitirdikdən sonra 1981-
1986-cı illərdə Bakı şəhərində motoatıcı
tağım komandiri, 1986-1999-cu illərdə
mühafizə tağımının rəisi vəzifəsində
işləmişdir.
7 yanvar 1999-cu il Qobus-
tan həbsxanasında xidmətini yerinə
yetirərkən həbsxanada baş verən hadisə
zamanı qəhrəmanlıq nümayiş etdir-
miş və kiçik leytenant rütbəsi almışdır.
Ədliyyə Nazirliyinin “N” saylı hərbi
hissəsində tağım komandiri vəzifəsində
çalışmışdır.
Azərbaycan Respublikası Prezi-
dentinin 12 yanvar 1999-cu il tarixli
73 saylı Fərmanı ilə Slesaryov Mixail
Aleksandroviç “Azərbaycanın Milli
Qəhrəmanı” fəxri adına layiq görül-
müşdür.
2014-cü il aprel ayının 12-də vəfat
etmişdir.
Ə d ə b i y y a t
Mixail Aleksandrovıç Slesaryova “Azərbaycanın Milli Qəhrəmanı” adı verilməsi haqqında: [kiçik leytenant –Qobustan
həbsxanasında baş vermiş cinayətin qarşısının alınmasında, terrorçuların zərərsizləşdirilməsində, girov götürülmüş in-
sanların həyatının xilas edilməsində, hərbi hissənin qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən göstərdiyi şəxsi
qəhrəmanlıq və şücaətə görə]: Azərbaycan Respublikası Prezidentinin Fərmanı, 12 yanvar 1999-ci il //Azərbaycan.- 1999.- 13
yanvar.
Əsgərov, V. Slesaryov Mixail Aleksandrovıç //V.Əsgərov. Azərbaycanın Milli Qəhrəmanları.- Yenidən işlənmiş II nəşri.- Bakı,
2010.- S.264.
Slesaryov Mixail Aleksandrovıç //Azərbaycanın Milli Qəhrəmanları: biblioqrafiya /Azərbaycan Milli Kitabxanası; tərt. ed.
H.Həmidova.- Bakı, 2008.- S.190.
İ n t e r n e t d ə
www.adam.az
www.anl.az
www.az.wikipedia.org
www.milliqahraman.az
www.e-qanun.az
8
Milli Qəhrəman
140
Milli Qəhrəmanlar
40
illiyi
Natiq Məmmədov
1975-1994
MA
Y
Natiq Bəşir oğlu Məmmədov 1975-
ci il may ayının 11-də Zaqatala rayo-
nunun Əli Bayramlı kəndində anadan
olmuşdur.
1990-cı ildə kənd orta məktəbinin
səkkizinci sinfini bitirərək, təhsilini
Qax rayonundakı 3 saylı texniki-peşə
məktəbində davam etdirmiş, mexani-
zator ixtisasına yiyələnmişdir.
1993-cü il may ayının 13-də Zaqa-
tala rayon hərbi komissarlığı tərəfindən
ordu sıralarına çağırılmışdır. Seyfəlidə
hərbi təlim keçən N.Məmmədov dö-
yüş yolunu Ağdam, Füzuli, Tərtər
bölgələrində davam etdirmişdir.
4 oktyabr 1994-cü ildə xüsusi
təyinatlı dəstənin tərkibində Gəncə
şəhərində qiyamı yatırmaq üçün hərbi
hissənin əsgərləri döyüş hazırlığına
gətirilmişdi. Natiq də bu əməliyyatda
iştirak edirdi. Vəzifə borcunu yerinə
yetirərkən qəhrəmancasına həlak ol-
muşdur.
Subay idi.
Azərbaycan Respublikası Prezi-
dentinin 5 oktyabr 1994-ci il tarix-
li 215 saylı Fərmanı ilə Məmmədov
Natiq Bəşir oğluna ölümündən sonra
“Azərbaycanın Milli Qəhrəmanı” fəxri
adı verilmişdir.
Zaqatala rayonunun Əli Bayramlı
kəndində dəfn edilmişdir.
Əli Bayramlı kəndindəki uşaq
bağ-
çası qəhrəmanın adını daşıyır.
Ə d ə b i y y a t
Azərbaycan Respublikası Silahlı Qüvvələrinin bir qrup hərbi qulluqçusuna “Azərbaycanın Milli Qəhrəmanı” adı verilməsi haqqında:
[Məmmədov Natiq Bəşir oğlu – çavuş –Azərbaycan Respublikasının Konstitusiya, dövlət quruluşunun müdafiəsi zamanı göstərdiyi şəxsi
qəhrəmanlıq və şücaətə görə]: Azərbaycan Respublikası Prezidentinin Fərmanı, 5 oktyabr 1994-cü il //Azərbaycan Respublikası Ali
Sovetinin Məlumatı.- 1994.- № 19.- S.10.- (Ölümündən sonra).
Əsgərov, V. Məmmədov Natiq Bəşir oğlu //V.Əsgərov. Azərbaycanın Milli Qəhrəmanları.- (Yenidən işlənmiş II nəşr).- Bakı:
“Dərələyəz-M”, 2010.- S. 202.
Məmmədov Natiq Bəşir oğlu //Azərbaycanın Milli Qəhrəmanları: biblioqrafiya / Azərbaycan Milli Kitabxanası; tərt.ed. H.Həmidova.-
Bakı, 2008.- S. 140-141.
Seyidzadə, M. Məmmədov Natiq Bəşir oğlu /M.Seyidzadə //Milli Qəhrəmanlar Zirvəsi.- Bakı, 2010.- S.146.
İ n t e r n e t d ə
www.anl.az
www.az.wikipedia.org
www.milliqahraman.az
www.e-qanun.az
11
Milli Qəhrəman
141
Milli Qəhrəmanlar
40
illiyi
Famil İsgəndərov
1975-1995
MA
Y
Famil İsgəndər oğlu İsgəndərov
1975-ci il may ayının 15-də Bakı
şəhərində doğulmuşdur.
1991-ci ildə 157 saylı orta məktəbi
bitirmişdir.
1993-cü ildə Binəqədi rayon Hərbi
Komissarlığı tərəfindən Milli Ordu sı-
ralarına çağırılmış, Ağdərə və Tərtər
bölgələrində gedən qanlı döyüşlərdə
iştirak etmişdir. Murovdağın geri qay-
tarılması zamanı ayağından yaralan-
mışdır.
1995-ci ilin martında dövlət
çevirilişinə cəhdin qarşısını alan dəstənin
tərkibində igidlik göstərmişdir.
1995-ci il martın 17-də döyüş yol-
daşlarını xilas edərkən ağır yaralanmış
və həyatını xilas etmək mümkün olma-
mışdır.
Azərbaycan Respublikası Prezi-
dentinin 4 aprel 1995-ci il tarixli 307
saylı Fərmanı ilə İsgəndərov Famil
İsgəndər oğluna ölümündən sonra
“Azərbaycanın Milli Qəhrəmanı” fəxri
adı verilmişdir.
Subay idi.
Bakı şəhərininin Şəhidlər Xiyaba-
nında dəfn edilmişdir.
Təhsil aldığı 157 saylı orta məktəb
qəhrəmanın adını daşıyır. Məktəbdə
büstü qoyulmuşdur. Yaşadığı binanın
önünə xatirə lövhəsi vurulub.
Dağıstan Muxtar Respublika-
sı Qasımkənd rayonunun Uluqadağ
kəndindəki orta məktəb onun adını da-
şıyır.
Ə d ə b i y y a t
Azərbaycan Respublikasının hərbi qulluqçularının və polis işçilərinin bir qrupuna “Azərbaycanın Milli Qəhrəmanı”adı verilməsi
haqqında: [İsgəndərov Famil İsgəndər oğlu – Müdafiə Nazirliyi, sıravi – Azərbaycan Respublikasının Konstitusiya, dövlət quruluşu-
nun müdafiəsi, onun müstəqilliyinin qorunub saxlanılması və dövlət çevrilişi cəhdinin qarşısının alınması zamanı şəxsi qəhrəmanlıq
və şücaət göstərdiyinə görə]: Azərbaycan Respublikası Prezidentinin Fərmanı, 4 aprel 1995-ci il //Azərbaycan.- 1995.-5 aprel.-
(Ölümündən sonra).
Əsgərov, V. İsgəndərov Famil İsgəndər oğlu //V.Əsgərov. Azərbaycanın Milli Qəhrəmanıları.- Yenidən işlənmiş II nəşri.- Bakı, 2010.-
S.142.
İsgəndərov Famil İsgəndər oğlu //Azərbaycanın Milli Qəhrəmanları: biblioqrafiya / Azərbaycan Milli Kitabxanası; tərt. ed.
H.Həmidova.- Bakı, 2008.- S.105.
Seyidzadə, M. İsgəndərov Famil İsgəndər oğlu /M.Seyidzadə //Milli Qəhrəmanlar Zirvəsi.- Bakı, 2010.- S.108.
İ n t e r n e t d ə
www.adam.az
www.anl.az
www.az.wikipedia.org
www.milliqahraman.az
www.e-qanun.az
15
Milli Qəhrəman
Dostları ilə paylaş: |