146
Mədəniyyət.Maarif.Elm
95
illiyi
Şamil Cəmşid
1920-2008
MA
Y
Şamil
Allahverdi oğlu Cəmşidov
(Şamil Cəmşid) 1920-ci il may ayı-
nın 5-də Ağcabədi rayonunda anadan
olmuşdur. Orta məktəbi Xəlfərəddin
kəndində bitirdikdən sonra 1939-cu
ildə hərbi xidmətə çağırılmış, İkin-
ci Dünya müharibəsində iştirak et-
miş, döyüşlərdə ağır yaralanmış,
müalicədən sonra II dərəcəli əlil kimi
ordudan tərxis edilmişdir. 1943-1944-
cü illərdə radio verilişləri redaksi-
yasında müvəkkil işləmişdir. 1944-
1949-cü illərdə Azərbaycan Dövlət
Universitetində oxumuşdur. Sonra
təyinatla Ağdam ikiillik müəllimlər
institutuna
göndərilmiş, burada baş
müəllim kimi elmi-pedaqoji fəaliyyətə
başlamışdır. 1953-cü ildə bu insti-
tut ləğv olunandan sonra Ağcabədi
rayonunun Xəlfərəddin kənd orta
məktəbində dil-ədəbiyyat müəllimi,
“Ağcabədi pambıqçısı” qəzetinin
məsul katibi olmuşdur. 1957-ci ildə
Azərbaycan Respublikası Elmlər Aka-
demiyası Əlyazmalar Fonduna (indiki
institutuna)
kiçik elmi işçi vəzifəsinə
dəvət olunmuşdur. 1968-1986-cı illər
böyük elmi işçi, 1986-1990-cı illər isə
aparıcı elmi işçi işləmişdir. 1990-cı
ildən ömrünün sonunadək Əlyazmalar
İnstitutunda baş elmi işçi vəzifəsində
çalışmışdır. Onun elmi istiqaməti
qədim yazılı abidələr, klassik irs və
şifahi xalq ədəbiyyatının elmi-tənqidi
mətnini tədqiq etmək olmuşdur. “Kita-
bi Dədə Qorqud” ədəbi abidəsini uzun
illərdən bəri
öz elmi-tədqiqat obyektinə
çevirmişdir. Bu mövzuda 1965-ci ildə
namizədlik, 1985-ci ildə isə doktor-
luq dissertasiyası müdafiə etmişdir.
Elmi araşdırmaları ABŞ, Türkiyə, İran
mətbuatında dərc olunmuşdur. 200-
dən artıq məqaləsi dövri mətbuatda
çap olunmuşdur.
Bədii yaradıcılığa 15-16 yaşla-
rında başlasa da, 50-ci illərdən sati-
rik şeirləri, Sabiranə bəhri-təvilləri
“Ədəbiyyat qəzeti”ndə, “Kirpi” jur-
nalında, “Gənclik” almanaxında və s.
müntəzəm çap edilmişdir. 1990-cı ildən
Türkiyə Respublikası I Millətlərarası
Böyük Azərbaycan Konqresinin iş-
tirakçısıdır. Beynəlxalq konfrans və
elmi simpoziumlarda (Paris, Drezden,
Ankara) çıxış etmişdir. 1999-cu ildə
Atatürk adına
Dil qurumunun fəxri
üzvü seçilmişdir.
1993-cü ildən Yazıçılar Birliyinin
üzvü idi.
Görkəmli alim Vətən və xalq qar-
şısında xidmətlərinə 1999-cu ildə
“Əməkdar elm xadimi” fəxri adına la-
yiq görülmüşdür. Bir çox orden, medal
və Fəxri fərmanlarla təltif edilmişdir.
Şamil Cəmşidov 2008-ci il dekabr
ayının 8-də vəfat etmişdir.
Ə d ə b i y y a t
Azərbaycan yazılı dastan
abidələrinin tədqiqi
/Ş.Cəmşidov.- Bakı: Nur-
lan, 2002.- 187 s.
Elimizin söz boğça-
sı /topl. tərt. və işləyəni
Ş.Cəmşidov.- Bakı:
Azərnəşr, 1997.- 75 s.
“Kitabi Dədəm Qorqud”
/Ş.Cəmşidov.- Bakı: Elm,
1999.- 678 s.
Türk əlyazmaları kataloqu
/təsvir və tərt.: Ş.Cəmşidov,
Ə.Məmmədbağıroğlu.-
Bakı: Elm və təhsil, 2013.-
C.1.- 285 s.
Əhmədov, T. Şamil Cəmşid
/T.Əhmədov //Azərbaycan
yazıçıları (XX-XX1
yüzillikdə).- Bakı: Nurlar,
2011.- S.886-887.
İ n t e r n e t d ə
www.anl.az
www.az.wikipedia.org
5
Ədəbiyyatşünas
147
Mədəniyyət.Maarif.Elm
105
illiyi
Cəfər Xəndan
1910-1961
MA
Y
Cəfər Zeynal oğlu Hacıyev (Cəfər
Xəndan) 1910-cu il may ayının 8-də
İrəvan şəhərində müəllim ailəsində do-
ğulmuşdur. 1918-ci ildə ailəsi Gəncəyə
köçmüş, ata-anasının burada vəfat
etməsi səbəbindən kimsəsiz qalan ki-
çik qardaş və bacısı ilə 1925-ci ilədək
Gəncədəki uşaq evində yaşamışdır.
Gəncə Pedaqoji texnikumunu bi-
tirmişdir. 1925-1929-cu illərdə ADPİ-
nin dil və ədəbiyyat fakültəsində
təhsil almış,
həm də fəhlə fakültəsində
müəllimlik etmişdir. 1932-1941-ci
illərdə aspiranturaya daxil olmuş, eyni
zamanda institutun Ədəbiyyat kafed-
rasının assistenti, sonra dosenti kimi
fəaliyyət göstərmişdir. M.F.Axundov
adına Müəllimlər İnstitutunun Dil
və ədəbiyyat fakültəsinin dekanı,
Azərbaycan Dövlət Pedaqoji İnstitutu-
nun kafedra müdiri, Azərbaycan Elmlər
Akademiyasının Dil və Ədəbiyyat İnsti-
tutunda şöbə müdiri, həm də Azərbaycan
Yazıçılar İttifaqında
təşkilat katibi,
“Ədəbiyyat qəzeti” redaksiyasının
məsul katibi, “Gənc işçi” qəzeti redak-
siyasında ədəbiyyat şöbəsinin müdiri
vəzifələrində işləmişdir.
1938-ci ildən Azərbaycan Yazıçılar
Birliyinin üzvü olmuşdur.
1939-cu ildə filologiya elmləri
namizədi alimlik dərəcəsi almış-
dır. “1906-1946-cı illərdə Cənubi
Azərbaycan xalqının milli azadlıq
mübarizəsi və onun bədii ədəbiyyatda
inikası” mövzusunda doktorluq disser-
tasiyası müdafiə etmişdir.
1941-ci ildə səfərbərliyə alınmış, so-
vet ordusu tərkibində siyasi rəhbər və
jurnalist kimi alman işğalçılarına qarşı
vuruşmuşdur. O, 1944-1946-cı illərdə
Cənub-Qərb, Şimali Qafqaz, Zaqafqa-
ziya cəhbələrində siyasi şöbənin baş
təlimatçısı, cəbhə qəzetlərində (“Vo sla-
vu Rodinı”, “Vpered k pobede”, “Bo-
ets RKKA”, “Vətən yolunda”) məsul
redaktorun müavini olmuşdur. 1946-
1947-ci illərdə ordu sıralarından
tərxis
olunandan sonra Azərbaycan Dövlət
Universitetinin Azərbaycan ədəbiyyatı
kafedrasında dosent, eyni zamanda
“Kommunist” qəzetində Mədəniyyət və
məişət şöbəsinin müdiri işləmişdir.
1947-1950-ci illərdə ADU-nun fi-
lologiya fakültəsinin dekanı, 1954-cü
ilədək rektoru işləmişdir. 1954-1961-
ci illərdə yenidən Azərbaycan Dövlət
Universitetinin Sovet ədəbiyyatı kafed-
rasının müdiri olmuşdur. 1949-cu ildə
professor elmi rütbəsini almışdır.
“Qırmızı ulduz” (1942), “Qırmızı
Əmək Bayrağı” (1946) ordenləri, “Qaf-
qazın müdafıəsinə görə”, “Almaniya
üzərində qələbəyə görə” medalları,
Fəxri fərman və hədiyyələrlə mükafat-
landırılmışdır.
Cəfər Xəndan 1961-ci il avqust ayı-
nın 10-da Bakıda vəfat etmişdir. Bakı
küçələrindən biri onun adını daşıyır.
Ə d ə b i y y a t
Seçilmiş əsərləri: 3 cilddə
/C.Xəndan.- Bakı: Çaşıoğ-
lu, 2010.
Əhmədalılar, T. Şan-
lı adlardan-böyük
elm, mədəniyyət,
ədəbiyyat, ictimaiyyət
və həyat adamı-Cəfər
Xəndan /T.Əhmədalılar
//Mədəniyyət.- 2013.- 8
mart.- S.12.
Əhmədov, T. Cəfər Xəndan
/T.Əhmədov //Azərbaycan
yazıçıları (XX-XX1
yüzillikdə).- Bakı, 2011.-
S.154-155.
Əliyev, R. Cəfər Xəndan
şəxsiyyəti və ədəbiyyat
/R.Əliyev //Ədəbiyyat
qəzeti.- 2011.- 30 dekabr.-
S.5.
Qafarlı, R. “Cəfər Xəndan
Hacıyev: həyatı və yara-
dıcılıq yolu” /R.Qafarlı
//Xalq qəzeti.- 2012.- 5
fevral.- S. 6.
İ n t e r n e t d ə
www.anl.az
www.az.wikipedia.org
8
Ədəbiyyatşünas