144
Milli Qəhrəmanlar
55
illiyi
Yevgeni Karlov
1960-1992
MA
Y
Yevgeni Nikolayeviç Karlov 1960-
cı il may ayının 31-də Tula vilayətinin
Dubovka qəsəbəsində anadan olmuş-
dur. Orta təhsilini doğma yurdunda al-
mış, 1977-ci il avqust ayının 1-də Uzlov
rayon Hərbi Komissarlığı tərəfindən
ordu sıralarına çağırılmışdır. Y.Karlov
ordudan tərxis edildikdən sonra Sız-
ran Ali Hərbi Təyyarəçilər Məktəbinə
daxil olmuşdur. 1984-cü ildə təhsilini
başa vurub təlimatçı-təyyarəçi kimi
çalışmağa başlamışdır. Öz peşəsinin
vurğunu olan Yevgeni Azərbaycan
Respublikası Silahlı Qüvvələri yaran-
dığı vaxt burada xidmət etməyi qərara
almışdır. O, əvvəlcə Səngəçalda, son-
ra isə Bakıdakı “N” saylı hərbi hissədə
təlimatçı pilot işləmişdir.
Milliyyətcə rus olmasına bax-
mayaraq, ermənilərin Azərbaycana
qarşı elan olunmamış müharibəsi
onu da hiddətləndirdiyindən bu ağır
günlərdə Azərbaycan xalqına ba-
cardığı hər cür köməyi göstərməyə
çalışmışdır. O, xidmət etdiyi hərbi
hissənin tərkibində dəfələrlə Ağdam,
Ağdərə, Füzuli bölgələrində gedən
ağır döyüşlərdə iştirak etmiş, igidlik
nümunələri göstərmişdir. 1992-ci il
aprel ayının 11-i kapitan Yevgeni Kar-
lovun həyatının ən faciəli və son günü
oldu. O, Füzuli istiqamətində gedən
döyüşlərdə qəhrəmancasına həlak ol-
muşdur.
Ailəli idi. İki övladı yadigar qalıb.
Azərbaycan Respublikası Preziden-
tinin 7 iyun 1992-ci il tarixli 833 saylı
Fərmanı ilə Karlov Yevgeni Nikolaye-
viç “Azərbaycanın Milli Qəhrəmanı”
fəxri adına layiq görülmüşdür.
Doğulduğu Dubovka qəsəbəsində
dəfn edilmişdir.
Ə d ə b i y y a t
Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin hərbi qulluqçularına “Azərbaycanın Milli Qəhrəmanı” adı verilməsi haqqında:
[Karlov Yevgeni Nikolayeviç – kapitan –Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyünün qorunmasında, dinc əhalinin
təhlükəsizliyinin təmin edilməsində göstərdiyi şəxsi igidlik və şücaətə görə]:Azərbaycan Respublikası Prezidentinin Fərmanı, 7 iyun
1992-ci il //Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı.- 1992.- № 13.- S.25.- (Ölümündən sonra).
Əsgərov, V. Karlov Yevgeni Nikolayeviç /V.Əsgərov //Azərbaycanın Milli Qəhrəmanları.- Yenidən işlənmiş II nəşr.- Bakı, 2010.- S.147.
Karlov Yevgeni Nikolayeviç //Azərbaycanın Milli Qəhrəmanları: biblioqrafiya / Azərbaycan Milli Kitabxanası; tərt.ed. H.Həmidova.-
Bakı, 2008.- S.109-110.
Seyidzadə, M. Karlov Yevgeni Nikolayeviç /M.Seyidzadə //Milli Qəhrəmanlar Zirvəsi.- Bakı, 2010.- S.112.
Süleymanov, M. Yarımçıq qalmış səma ömürləri /M.Süleymanov //Milli Qəhrəmanlar.- Bakı, 1994.- S.168.
Zeynalov, R. Karlov Yevgeniy Nikolayeviç: (1960-1992) /R.Zeynalov //Azərbaycanın Milli Qəhrəmanları.- Bakı, 1996.- S.16.
I n t e r n e t d ə
www.anl.az
www.az.wikipedia.org
www.milliqahraman.az
www.e-qanun.az
31
Milli Qəhrəman
MA
Y
2
145
MA
Y
2
Mədəniyyət.Maarif.Elm
110
illiyi
Əkrəm Cəfər
1905-1991
MA
Y
Əkrəm Səftər oğlu Cəfərov (Əkrəm
Cəfər) 1905-ci il may ayının 5-də İs-
mayıllı rayonunun Lahıc kəndində
anadan olmuşdur. İlk təhsilini molla-
xanada alan Ə.Cəfər sonra yeni üsullu
məktəbdə oxumuşdur.
1920-ci ilin oktyabrında Bakıya
gələrək “Darülmüəllimin”ə daxil ol-
muş, 1925-ci ildə oranı bitirmişdir. Bu
illərdə bir ədəbiyyat həvəskarı kimi
“Maarif və mədəniyyət”, “Şərq qadını”
jurnallarında şeirlərlə çıxış etmişdir.
Əkrəm Cəfər iki ilə yaxın Lənkəran
şəhərində, sonra isə Qazax pedaqoji
texnikumunda dərs demişdir. 1929-cu
ildə o, ali təhsil almaq üçün Moskva-
ya göndərilmişdir. Moskvada ikin-
ci Dövlət Universitetinin rus dili və
ədəbiyyatı şöbəsinə daxil olmuş, 1932-
ci ildə oranı bitirmişdir. Əla oxuduğuna
görə həmin institutda müəllim saxlan-
mış və aspiranturaya qəbul edilmişdir.
Ə.Cəfər təhsil almaqla yanaşı 1929-
1931-ci illərdə Moskva Proletar Yazı-
çılar cəmiyyəti Azərbaycan bölməsinin
katibi olmuşdur. O, M.Qorki adına
Ədəbiyyat İnstitutu, Moskva vilayəti
axşam və qiyabi pedaqoji institutla-
rında da ümumi dilçilik fənnini tədris
etmişdir.
1935-ci ildə aspiranturanı bitirərək
Moskvada iki ilə yaxın elmi işçi
vəzifəsində çalışmışdır. 1937-ci
ildə Bakıya qayıdan Əkrəm Cəfər
əvvəlcə Azərbaycan Pedaqoji İnsti-
tutunda, sonra isə Azərbaycan Dövlət
Universitetində kafedra müdiri olmuş-
dur.
Əkrəm Cəfər Azərbaycan ədəbi dili-
nin tədqiqi sahəsində səmərəli fəaliyyət
göstərmişdir. O, 1941-ci ildə “XX
əsr Azərbaycan ədəbi dilinin inkişaf
mərhələri” adlı namizədlik dissertasi-
yası müdafiə etmişdir. 1969-cu ildə isə
“Əruzun nəzəri əsasları və Azərbaycan
əruzu ərəb, fars, türk, tacik və özbək
əruzları ilə müqayisədə” adlı disserta-
siyanı müvəffəqiyyətlə müdafiə edərək
filoloji elmlər doktoru elmi dərəcəsini
almışdır.
Professor Əkrəm Cəfər “Dilşünaslıq
element-ləri”, “Müasir Azərbaycan dili
oçerk-ləri” kitablarının və bir çox elmi
tədqiqat əsərlərinin və məqalələrin
müəllifidir. “Azərbaycan dilinin izah-
lı lüğəti”nin çapa hazırlanmasında
onun də böyük əməyi vardır. O, bir
şərqşünas alim kimi bir sıra beynəlxalq
simpozium və konfransların iştirakçısı
olmuşdur.
Əkrəm Cəfər 1954-cü ildən
Azərbaycan SSR Elmlər Akademiyası
Nizami adına Ədəbiyyat İnstitutunda,
sonra isə Şərqşünaslıq İnstitutunda baş
elmi işçi vəzifəsində çalışmışdır.
1991-ci il avqustun 18-də Bakıda
vəfat etmişdir.
5
Ədəbiyyatşünas
Ə d ə b i y y a t
Dilşünaslıq elementləri:
orta məktəblərin 8-10-cu
sinifləri üçün /Ə.Cəfər.-
Bakı: Azərnəşr, 1940.- 52 s.
Əruzun nəzəri əsasları və
Azərbaycan əruzu ərəb,
fars, tacik, türk və özbək
əruzları ilə müqayisədə
/Ə.Cəfər.- Bakı: Elm, 1977.-
416 s.
Mirzə Ələkbər Sabir şeiri-
nin qafiyə lüğəti /Ə.Cəfər.-
Bakı: Qanun, 2006.- 128 s.
Müasir Azərbaycan dili
oçerkləri: XX əsr /Ə.Cəfər.-
Bakı: Azərbaycan SSR XMK
nəşri, 1941.- 107 s.
Yandım avazeyi eşqinlə
sənin /Ə.Cəfər.- Bakı: Çaşı-
oğlu, 2010.- 349 s.
Nərimanoğlu, M.
Elmdə Əkrəm Cəfər
zirvəsi:Ədəbiyyat
pərvanəsi /M.Nərimanoğlu
//Azərbaycan.- 2010.- 4
may.- S.7.
Zeynal, M. Şərq aləminin
fəxri: Əkrəm Cəfər-105
/M.Zeynal //Kaspi.- 2011.-
30 aprel-2 may.- S. 20.
www.anl.az
www.az.wikipedia.org
Dostları ilə paylaş: |