136
Milli Qəhrəmanlar
40
illiyi
Rəşad Mirabov
1975-1995
MA
Y
Rəşad Akif oğlu Mirabov 1975-ci il
may ayının 3-də Mingəçevir şəhərində
anadan olmuşdur.
1981-ci ildə 7 saylı orta məktəbdə
orta təhsilə başlamış, həmin məktəbin
9-cu sinfini bitirdikdən sonra Mingəçevir
şəhər axşam məktəbində orta təhsilini
davam etdirməklə dərzilik
sənətinə
yiyələnmişdir.
Ordu sıralarına çağırılana qədər
Mingəçevir Dövlət Dram Teatrında
dərzi işləmişdir.
1993-cü ildə həqiqi hərbi xidmətə ça-
ğırılmışdır. Tərtər cəbhəsində xidmət et-
mişdir. Bir müddət Tərtərdə Ermənistan
işğalçılarına qarşı döyüşmüş, sonra
Füzuli cəbhəsinə göndərilmişdir. Son-
rakı illərdə əvvəlki hərbi hissəsində
xidmətini davam etdirmişdir.
1995-ci il Mart hadisələri zamanı
həlak olmuşdur.
Mingəçevir şəhərinin Şəhidlər Xiya-
banında dəfn edilmişdir.
Azərbaycan Respublikası Preziden-
tinin 4 aprel 1995-ci il tarixli 307 saylı
Fərmanı ilə Mirabov
Rəşad Akif oğlu
ölümündən sonra “Azərbaycanın Milli
Qəhrəmanı” fəxri adına layiq görülmüş-
dür.
Subay idi.
Mingəçevir şəhər 7 saylı orta məktəbin
qarşısında və Şəhidlər muzeyində büstü
qoyulub.
Ə d ə b i y y a t
Azərbaycan Respublikasının hərbi qulluqçularının və polis işçilərinin bir qrupuna “Azərbaycanın Milli Qəhrəmanı” adı verilməsi
haqqında: [Mirabov Rəşad Akif oğlu-Müdafiə Nazirliyi, sıravi-Azərbaycan Respublikasının Konstitusiya, dövlət quruluşunun müdafiəsi,
onun müstəqilliyinin qorunub saxlanılması və dövlət çevrilişi cəhdinin qarşısının alınması zamanı şəxsi qəhrəmanlıq və şücaət
göstərdiyinə görə]: Azərbaycan Respublikası Prezidentinin Fərmanı, 4 aprel 1995-ci il.- S. 1.- (Ölümündən sonra).
Əsgərov, V. Mirabov Rəşad Akif oğlu /V.Əsgərov //Azərbaycanın Milli Qəhrəmanları.- Yenidən işlənmiş II nəşri.- Bakı: Dərələyəz-M,
2010.- S.206.
Mirabov Rəşad Akif oğlu //Azərbaycanın Milli Qəhrəmanları: biblioqrafiya /Azərbaycan Milli Kitabxanası; tərt. ed. H.Həmidova .- Bakı,
2008.- S.145-146.
Seyidzadə, M. Mirabov Rəşad Akif oğlu /M.Seyidzadə //Milli Qəhrəmanlar Zirvəsi.- Bakı, 2010.- S.157.
İ n t e r n e t d ə
www.adam.az
www.anl.az
www.az.wikipedia.org
www.milliqahraman.az
www.e-qanun.az
3
Milli Qəhrəman
MA
Y
1
137
MA
Y
8
Milli Qəhrəmanlar
45
illiyi
Qasım Rzayev
1970-1992
MA
Y
Qasım Qara oğlu Rzayev 1970-ci
il may ayının 5-də Tovuz rayonunun
Əlibəyli kəndində anadan olmuşdur.
1987-ci ildə orta məktəbi bi-
tirmiş, sonra sürücülük ixtisasına
yiyələnmişdir.
1988-ci ildə Sovet ordusu sıralarına
çağırılmışdır. Ukrayna Respublikasının
Nikopol şəhərində hərbi hissədə artille-
riya bölməsində xidmət etmişdir.
1990-cı ildə hərbi
xidməti başa
vuraraq vətənə qayıtmış, könüllü
özünümüdafiə dəstəsinə yazılmışdır.
Muncuqlu, Koxa-Nəbi, Əlibəyli, Ha-
callı kəndlərinin, eləcə də Tovuz rayo-
nunun sərhədlərinin qorunmasında xü-
susi qəhrəmanlıq nümayiş etdirmişdir.
1992-ci il mayın 14-də düşmən Tovu-
zun kəndlərinə hücuma keçərkən Qasım
özünü döyüş nöqtəsinə yetirərək qeyri-
bərabər döyüşdə mərdlik göstərmiş,
gərgin gedən döyüşdə qəhrəmancasına
həlak olmuşdur.
Əlibəyli kənd qəbiristanlığında dəfn
edilmişdir.
Ailəli idi.
Azərbaycan Respublikası Prezi-
dentinin 5 fevral 1993-cü il tarixli 457
saylı Fərmanı ilə Rzayev Qasım Qara
oğlu ölümündən sonra “Azərbaycanın
Milli Qəhrəmanı” fəxri adına
layiq gö-
rülmüşdür.
Hacallı
kənd orta məktəbi
qəhrəmanın adını daşıyır.
Ə d ə b i y y a t
Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin hərbi qulluqçularına “Azərbaycanın Milli Qəhrəmanı” adı verilməsi haq-
qında: [Rzayev Qasım Qara oğlu-sıravi-Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyünün qorunmasında, dinc
əhalinin təhlükəsizliyinin təmin edilməsində şəxsi igidlik və şücaət göstərdiyinə görə]: Azərbaycan Respublikası Prezidentinin
Fərmanı, 5 fevral 1993-cü il //Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı.- 1993.- № 3.- S. 11.- (Ölümündən sonra).
Əsgərov, V. Rzayev Qasım Qara oğlu /V.Əsgərov //Azərbaycanın Milli Qəhrəmanları.- Yenidən işlənmiş II nəşri.- Bakı, 2010.-
S.249.
Rzayev Qasım Qara oğlu //Azərbaycanın Milli Qəhrəmanları: biblioqrafiya / Azərbaycan Milli Kitabxanası; tərt. ed.
H.Həmidova.- Bakı, 2008.- S.180.
Seyidzadə, M. Rzayev Qasım Qara oğlu /M.Seyidzadə //Milli Qəhrəmanlar Zirvəsi.- Bakı, 2010.- S.192.
İ n t e r n e t d ə
www.adam.az
www.anl.az
www.az.wikipedia.org
www.milliqahraman.az
www.e-qanun.az
5
Milli Qəhrəman
138
Milli Qəhrəmanlar
45
illiyi
Pərviz Səmədov
1970-1992
MA
Y
Pərviz Əbdüləhəd oğlu Səmədov
1970-ci il may ayının 5-də Gəncə
şəhərində anadan olmuşdur.
1985-ci ildə səkkizinci sinfi
bitirərək təhsilini 15 saylı texniki peşə
məktəbində davam
etdirmiş və avtomo-
bil çilingəri peşəsinə yiyələnmişdir.
1988-ci ildə ordu sıralarına çağırı-
laraq iki il Çita şəhərində xidmət etmiş
və 1990-cı ildə doğma şəhəri Gəncəyə
qayıtmışdır.
1992-ci ildə könüllü olaraq Ağdam
bölgəsinə gəlmiş və kəşfiyyat bölüyü-
nün komandiri
kimi fəaliyyətə başla-
mışdır. P.Səmədov Şelli, Naxçıvanik,
Aranzəmin Pircamal kəndləri uğrunda
gedən döyüşlərdə misilsiz xidməti ol-
muşdur.
1992-ci il mayın 15-də Ağda-
mın Gülablı kəndində gedən qan-
lı döyüşlərdə qəhrəmanlıq nümayiş
etdirərək, döyüş yoldaşlarına yardım
etmiş və özü qəhrəmancasına həlak
olmuşdur.
Azərbaycan Respublikası Prezi-
dentinin 7 iyun 1992-ci il tarixli 833
saylı Fərmanı ilə Səmədov Pərviz
Əbdüləhəd
oğlu ölümündən sonra
“Azərbaycanın Milli Qəhrəmanı” fəxri
adına layiq görülmüşdür.
Gəncə şəhərində dəfn edilmişdir.
Gəncədəki küçələrdən biri qəhrəmanın
adını daşıyır.
Ə d ə b i y y a t
Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin hərbi qulluqçularına “Azərbaycanın Milli Qəhrəmanı” adı verilməsi haqqında:
[Səmədov Pərviz Əbdüləhəd oğlu-sıravi-Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyünün qorunmasında, dinc əhalinin
təhlükəsizliyinin təmin edilməsində şəxsi igidlik və şücaət göstərdiyinə görə]: Azərbaycan Respublikası Prezidentinin Fərmanı, 7 iyun
1992-ci il //Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı.- 1992.- № 13.- S. 25.- (Ölümündən sonra).
Əsgərov, V. Səmədov Pərviz Əbdüləhəd oğlu /V.Əsgərov //Azərbaycanın Milli Qəhrəmanları.- Yenidən işlənmiş II nəşri.- Bakı, 2010.-
S.263.
Səmədov Pərviz Əbdüləhəd oğlu //Azərbaycanın Milli Qəhrəmanları: biblioqrafiya / Azərbaycan Milli Kitabxanası; tərt.ed.
H.Həmidova.- Bakı, 2008.- S.189-190.
Seyidzadə, M. Səmədov Pərviz Əbdüləhəd oğlu /M.Seyidzadə //Milli Qəhrəmanlar Zirvəsi.- Bakı, 2010.- S.200.
İ n t e r n e t d ə
www.anl.az
www.az.wikipedia.org
www.milliqahraman.az
www.e-qanun.az
5
Milli Qəhrəman