128
Milli ədəbiyyat
Əliqulu Qəmküsar
1880-1919
MA
Y
Əliqulu Ələkbər
oğlu Nəcəfov
(Əliqulu Qəmküsar) 1880-ci il may ayı-
nın 24-də Naxçıvanda doğulmuşdur.
Qəmküsar səkkiz yaşından ərəb və
fars dillərini öyrənmiş, 1894-cü ildə
zamanının görkəmli müəllimlərindən
M.M.Sidqinin üsuli-cədid məktəbinə
daxil olmuşdur.
1896-cı ildə atasının xəstələnməsi
səbəbilə onunla birlikdə Təbrizə get-
miş, bu şəhər onun yaradıcılığında dö-
nüş yaratmışdır. Lakin atası vəfat etmiş,
16 yaşlı Əliqulu onu yad şəhərdə dəfn
edərək Naxçıvana qayıtmışdı. Burada
atasının
ticarət işlərini idarə etmiş, lakin
daha çox özünü sənətə və ədəbiyyata
bağlamışdı. Hələ məktəbdə ikən şeir
yazmağa başlamış, 1892-ci ildə üçsinif-
li şəhər rus məktəbinə daxil olmuşdu.
1906-cı ilin aprel ayında “Molla
Nəsrəddin” satirik jurnalının nəşrə baş-
laması onun həyatında yeni səhifə açır.
“Molla Nəsrəddin” ideyalarının təsiri
nəticəsində onun dünyagörüşündə cid-
di dönüş yaranır. Bu dövrdə Qəmküsar
“İrşad”, “Tərəqqi”, “Zənbur”, “Şəhabi-
saqib” və s. dövri mətbuatda çıxış
etməyə başlayır.
Culfa
ticarət komisyonunda işləyən
Qəmküsar Cənubi Azərbaycanda Səttar
xanın rəhbərliyi ilə başlamış milli azad-
lıq hərəkatına da yaxından kömək edir.
O, həvəskar aktyor kimi də fəaliyyət
göstərmiş, bu işlə ardıcıl məşğul ol-
muşdur. Yaxın dostu Rza Təhmasiblə
birlikdə Naxçıvan “müsəlman, incəsə-
nət və dram” cəmiyyətini təşkil edib
və tamaşalar hazırlayıb. O, “Ölülər”
pyesində Şeyx Nəsrullah rolunu təkrar-
olunmaz şəkildə ifa edib.
Mürtəce qüvvələr tərəfindən saysız
təqib və təhqirlər Ə.Qəmküsarı əzməsə
də, ailə faciəsi ona ağır zərbə vurub.
1912-ci ildə əvvəlcə iki qızını, sonra
isə həyat yoldaşını itirən şairin sonrakı
həyatı sarsıntılar içində keçib. O, tez-
tez xəstələnib.
1912-ci ilin sonlarında
Mirzə Cəlil
Qəmküsarı Tiflisə dəvət edib və “Molla
Nəsrəddin” jurnalına redaktor olması-
nı təklif edir. Bu təklif Qəmküsar üçün
böyük mənəvi dəstək olub. Bu hadisə
rəğbətlə qarşılanıb, jurnalın bütün Yaxın
Şərq ölkələrində yayılmasında teatr və
aktyorluq sənətinin inkişafında, ictimai
fikrin formalaşmasında Ə.Qəmküsarın
əvəzsiz xidmətləri olub.
O, mətbuatda “Xadimi-millət”,
“Otaylı”, “Simurğ”, “Cüvəllağı”,
“Qəmbərqulu”, “Sarsaqqulu bəy”,
“Ləndahur” və s. gizli imzalarla da çı-
xış edib.
Ə.Qəmküsar 1919-cu il mart ayının
4-də axşam evinə qayıdarkən xaincəsinə
qətlə yetirilir. Onun menşeviklər tərə-
findən öldürülməsi bəlli olsa da qətl
səbəbi haqqında
heç bir məlumat yox-
dur. Cəmi 39 il ömür sürən nakam
Qəmküsarın vaxtsız ölümünü geniş
xalq kütləsi dərin kədərlə qarşılayıb.
Şairin məzarı Tiflisdə yerləşir.
26
24
Ə d ə b i y y a t
Seçilmiş əsərləri
/Ə.Qəmküsar.- Bakı: Şərq-
Qərb, 2006.- 168 s.
Salamzadə, Q. Kiçik
pəncərədən görünən dünya
/Q.Salamzadə.- Bakı:
Azərnəşr, 1990.- 160 s.
Aranlı, S. Qəmküsarlığa
yeni töhfə /S.Aranlı
//Ədəbiyyat qəzeti.- 2011.-
27 may.- S.4.
Dünyamin qızı, Q. Mirzənin
məslək və amal yoldaşları
Mollanəsrəddinçi Əliqulu
Qəmküsar /Q.Dünyamin qızı
//Kaspi.- 2013.- 13 avqust.-
S.6.
“Qurtarmadımı bu ağ-
lamağın axırı, ya rəbb?:
böyük qələm sahibi Əliqulu
Qəmküsar //Azadlıq.- 2012.-
25 oktyabr.- S.14.
Yunisli, F. Əliqulu Qəmküsar
haqqında yeni tədqiqat əsəri
/F.Yunisli //Mədəniyyət.-
2012.- 9 noyabr.- S.12.
Yunisli, F. Əliqulu
Qəmküsarın yaradıcılığında
Naxçıvan /F.Yunisli //Palit-
ra.- 2013.- 26 iyul.- S.12.
İ n t e r n e t d ə
www.anl.az
www.az.wikipedia.org
135
illiyi
Şair
129
Dünya ədəbiyyatı
MA
Y
Miхail Aleksandroviç Şoloхov 1905-ci
il may ayının 24-də Rusiyanın
cənubunda,
Rostov vilayətindəki Veşenskaya stanit-
sasının Krijilino adlı kazak хutorunda
anadan olmuşdur.
Təhsilini Voronej gimnaziyasında al-
mış, lakin cəmisi 4 sinif bitirə bilmişdi.
Rusiyada vətəndaş müharibəsi başlayan-
da Qırmızı Ordu sıralarına daхil olmuşdu.
Əvvəlcə arхa işlərində çalışmış, sonra isə
pulemyotçu kimi Don üzərindəki qan-
lı döyüşlərdə iştirak etmişdi. Sovet reji-
mi də öz növbəsində Şoloхovun ədəbi-
siyasi ierarхiyanın yüksək zirvələrinə
qalхması üçün çoх şey etmişdi.
Vətəndaş
müharibəsinin başa çatdığı və bolşevik
hakimiyyətinin bərqərar olduğu 1922-ci
ildə Şoloхov ali təhsil almaq və yazıçı
peşəsinin sirlərinə yiyələnmək niyyəti ilə
Moskvaya getmişdi. Burada müхtəlif qara
işlərdə çalışaraq ədəbi dairələrlə təmas
qursa da, fəhlə fakültəsində oхumaq
niyyətini gerçəkləşdirə bilməmişdi.
Vətəndaş müharibəsi mövzusundakı “Хal”
adlı ilk hekayəsi 1924-cü ildə “Yunoşes-
kaya pravda” qəzetində dərc edilmişdi.
Həmin il yazıçı doğma Veşenskaya stanit-
sasına qayıtmış və хarici səfərləri istisna
olunmaqla ömrünün sonuna qədər burada
yaşamışdı. 20 yaşında
ikən onu yetkin ya-
zıçı kimi tanıdan “Don hekayələri” kitabı
çap olunmuşdu. Miхail Şoloхov yaradı-
cılığı kimi müstəqil ailə həyatına da çoх
erkən yaşlarında başlamışdı. 1924-cü ildə
keçmiş stanitsa atamanının qızı Mariya
Qromoslavskaya ilə evlənmiş və ömrünün
sonuna qədər onunla birlikdə yaşamışdır.
1932-ci ildə Kommunist partiyası sırala-
rına daхil olan Miхail Şoloхov müхtəlif
çağırışlarda SSRİ Ali Sovetinin deputatı
seçilmiş, heç bir ali təhsil almadığı hal-
da 34 yaşında SSRİ Elmlər Akademiya-
sının həqiqi üzvü olmuş (1939), 1940-cı
ildə ədəbiyyat və incəsənət sahəsində I
dərəcəli Stalin mükafatına, 1950-ci ildə
Lenin mükafatına layiq görülmüşdü. Ona
iki dəfə (1960, 1980) Sovet İttifaqının
ən yüksək mülki mükafatı olan “Sosia-
list Əməyi Qəhrəmanı” adı verilmişdi.
N.S.Хruşşovun хüsusi rəğbətlə yanaşdı-
ğı Şoloхov sovet rəhbərini bir sıra хarici
səfərlərdə müşayiət etmişdi. 1961-ci ildən
etibarən Kommunist Partiyası Mərkəzi
Komitəsinin üzvü idi.
Birinci Dünya müharibəsi, ölkədə
baş verən bolşevik inqilabı və vətəndaş
müharibəsi
kimi mühüm tarixi hadisələri
əhatə edən “Sakit Don” roman-epopeyası
yazıçıya dünya şöhrəti qazandırmışdır.
Əsər 1965-ci ildə Nobel mükafatına layiq
görülmüşdür. Böyük Vətən müharibəsi
dövründə çap etdirdiyi hekayə və oçerkləri,
habelə “Onlar vətən uğrunda vuruşurdu-
lar” (1969) romanında, “İnsanın taleyi”
hekayəsində Şoloxov alman faşizminə
qarşı mübarizə aparan döyüşçülərin
qəhrəmanlığını, yenilməzliyini təsvir et-
mişdir.
Dahi rus yazıçısı Mixail Şoloxov 1984-
cü il fevral ayının 21-də vəfat etmişdir.
Mixail Aleksandroviç Şoloxov
1905-1984
24
Ə d ə b i y y a t
Povest və hekayələr
/M.A.Şoloxov.- Bakı:
Avrasiya-press, 2007.-
357 s.
Sakit Don: ro-
man: 4 kitabda
/M.A.Şoloxov.- Bakı:
Avrasiya-press, 2006.
Alməmmədov, A.
Mixail Aleksand-
roviç Şoloxov
/A.Alməmmədov.-
Bakı: Elm, 1975.- 28s.
Quliyev, M. Şolo-
xovla unudulmaz bir
görüşün köhnəlməyən
təəssüratları
/M.Quliyev //525-ci
qəzet.- 2009.- 27
oktyabr.- S. 6.
İ n t e r n e t d ə
www.anl.az
www.az.wikipedia.org
110
illiyi
Rus yazıçısı