126
Milli ədəbiyyat
MA
Y
19
Rəsul İbrahim oğlu Rzayev (Rəsul
Rza) 1910-cu il may ayının 19-da Göy-
çay şəhərində anadan olmuşdur.
İbtidai təhsilini Göyçayda I dərəcəli
məktəbdə almışdır. Kiçik yaşlarından
şeir yazır, mahnı qoşurdu. O, Göyçayın
ictimai həyatında fəal iştirak etmiş, dram
dərnəyi yaratmış, şəhərdə, kəndlərdə ta-
maşalar vermişdir.
1924-cü ildə Göyçay şəhər kitabxa-
nasında müdir, 1925-ci ildə həmkarlar
klubunda gənclər bölməsinin müdiri
işləmişdir.
1926-1927-ci illərdə Tbilisidə Za-
qafqaziya Kommunist Universitetinin
kooperasiya şöbəsində təhsil almışdır.
Bu dövrdə ilk şeirini “Qığılcım” alma-
naxında çap etdirmişdir. “Dan ulduzu”
jurnalında “Oğul qatili”, “Arvadbaz”,
“Dilarə” hekayələri, “Yeni fikir” və
“Zarya Vostoka” qəzetlərində bir neçə
şeiri dərc olunmuşdur.
1930-cu ildə Bakı şəhərinə köçməsi
onun yaradıcılığında dönüş yarat-
mış, “Gənc işçi” qəzeti redaksiya-
sında tərcüməçi kimi işə düzəlmiş,
məqalə, oçerk və şeirlərini müntəzəm
dərc etdirməyə başlamışdır. Nizami
Gəncəvinin “Xosrov və Şirin” poeması-
nı tərcümə etmiş, 1983-cü ildə nəşr et-
dirmişdir.
1931-1933-cü illərdə Azərbaycan
Elmi Tədqiqat İnstitutunun aspirantura-
sında, 1934-1937-ci illərdə Moskvada
Kinematoqrafiya İnstitutunda təhsilini
davam etdirmişdir.
1934-cü ildən Azərbaycan Yazıçılar
Birliyinin üzvü olmuşdur.
1937-1938-ci illərdə Bakı kinos-
tudiyasında Ssenari şöbəsinin rəisi,
Azərbaycan Dövlət Filarmoniyasının
müdiri (1938), 1938-1939-cu illərdə
Azərbaycan Sovet Yazıçıları İttifaqının
sədri, 1942-1944-cü illərdə kinematoq-
rafiya idarəsində rəis, 1946-1949-cu
illərdə Azərbaycan SSR kinematoqra-
fiya naziri, Azərbaycan Sovet Ensiklo-
pediyasının baş redaksiyasının baş re-
daktoru, Ümumdünya Sülhü Müdafiə
Komitəsi rəyasət heyətinin üzvü və res-
publika üzrə sədri, SSRİ Yazıçılar İtti-
faqı rəyasət heyətinin üzvü, “Novosti”
Mətbuat Agentliyinin Azərbaycan şöbəsi
idarəsinin sədri, Azərbaycan Respubli-
kası Ali Sovetinin (VII çağırış) deputa-
tı, Azərbaycan KP təftiş komissiyasının
üzvü seçilmiş, Lenin və SSRİ Dövlət
mükafatları komitəsinin üzvü olmuşdur.
Xidmələri yüksək qiymələndirilmiş,
1945-ci ildə “Azərbaycanın Əməkdar
incəsənət xadimi”, 1980-ci ildə “Sosia-
list Əməyi Qəhrəmanı” fəxri adlarına la-
yiq görülmüş, 1951-ci ildə SSRİ Dövlət
mükafatı laureatı olmuşdur. 1960-cı ildə
“Azərbaycanın Xalq şairi” fəxri adına və
mükafatlara layiq görülmüş, 3 dəfə Le-
nin ordeni və medallarla təltif edilmiş-
dir.
Rəsul Rza 1981-ci il aprel ayının
1-də Bakıda vəfat etmiş, Fəxri Xiyaban-
da dəfn olunmuşdur. Bakı küçələrinin
biri onun adını daşıyır.
Ə d ə b i y y a t
Seçilmiş əsərləri: 5 cilddə
/R.Rza.- Bakı: Öndər,
2005.
Anar. Mübarizə bu gün
də var: (Rəsul Rzanın
yaradıcılığı haqqında
düşüncələr) /Anar.- Bakı:
Nurlan, 2002.- 531 s.
Pənah, G. Sənətkar və
poeziya /G.Pənah.- Bakı:
Sabah, 2010.- 314 s.
Rəsul Rza. Ömrün bi-
rinci yüz ili /tərt. və red.
B.Əlibəyli.- Bakı: Elm və
təhsil, 2011.- 274 s.
Yusifli, V. Rəsul Rza
və müasir Azərbaycan
poeziyası /V.Yusifli.- Bakı:
Letter-press, 2011.- 159 s.
Cavanşir, C. Rəsul Rzanın
istedadlara qayğısı
/C.Cavanşir //Ədalət.-
2013.- 4 oktyabr.- S.7.
Əhmədov, T. Rəsul Rza
/T.Əhmədov //Azərbaycan
yazıçıları (XX-XX1
yüzillikdə).- Bakı, 2011.-
S.784-785.
Təkləli, M. Rəsul Rza
və milli dil /M.Təkləli
//Kaspi.- 2013.- 27 fev-
ral.- S. 12.
www.anl.az
www.az.wikipedia.org
Rəsul Rza
1910-1981
105
illiyi
Şair
127
Milli ədəbiyyat
Vaqif Bəhmənli
1955
MA
Y
Vaqif İttifaq оğlu Quliyev 1955-ci il
may ayının 23-də Füzuli rayоnunun Bö-
yük Bəhmənli kəndində anadan оlmuşdur.
1972-ci ildə оrta məktəbi bitirmiş, bir il
Bakı şin zavоdunda fəhlə işləmiş, 1973-
1978-ci illərdə ADU-nun (indiki BDU)
jurnalistika fakültəsində təhsil almış-
dır. Tələbəlik dövründə ilk oçerk və
şeirlərini dərc etdirmişdir. 1978-ci ildə
“Sоvet kəndi” qəzetində müxbir kimi
fəaliyyətə başlamış, sonra 1988-ci ilədək
Mədəniyyət şöbəsinin müdiri vəzifəsində
işləmişdir. “Kоmmunist” qəzetində şöbə
müdiri işləmiş, 1991-ci ildə “Vətən”
Cəmiyyətinin “Оdlar yurdu” qəzetinin
baş redaktоru vəzifəsinə təyin edilmiş,
1992-1993-cü illərdə “Bərəkət”, sоnra isə
“Həyat” qəzetinin baş redaktоru, 1993-
1994-cü illərdə “Yazıçı” nəşriyyatında
redaktоr vəzifəsində çalışmışdır. 1995-
1997-ci illərdə Azərbaycan Respublikası
Gənclər və İdman Nazirliyində şöbə mü-
diri, 1997-ci ildə “Ədalət” qəzetində baş
redaktоrun müavini, 1998-ci ildə “ХХI-
gənclik dərgisi”nə redaktоr təyin edil-
mişdir. 2000-ci ildən “ХХI Yeni Nəşrlər
Evi”nin baş redaktоru, 2003-cü ildə
“Mars” jurnalında baş redaktоr müavini
işləmişdir.
2003-cü ildə Beynəlхalq Avrasiya
Mətbuat Fоndunda departament rəhbəri
vəzifəsində çalışmışdır. Hal-hazırda
Azərbaycan Respublikası Mədəniyyət və
Turizm Nazirliyində Nəşriyyat, reklamın
təşkili və infоrmasiya şöbəsinin müdiri-
dir.
V.Bəhmənli 1983-cü ildən Azərbaycan
Yazıçılar və Azərbaycan Jurnalistlər Bir-
liyinin üzvüdür.
О, mətbuatda çохsaylı publisistik yazı-
larla çıхış etmişdir. Şeir və məqalələrdən
ibarət 35 kitabı işıq üzü görüb.
1970-ci illərin əvvəllərindən şai-
rin - “Bahar-payız arası”, “Dünya ayaq
üstədir”, “Bar ver, ümid ağacım”, “Yоlum
üstə bitən gül”, “Ömürdən uzun gecə”,
“Qırхıncı оtaq”, “Yaz naхışları”, “Dörd
divar”, “Uzaqda bir işıq”, “Sevgimə
aхşam düşür” kitabları çap оlunmuşdur.
Şairin
əsərləri dünya xalqları
mətbuatında işıq üzü görmüşdür.
Sоn illər şairin uşaqlar üçün “Qı-
zıl Qala” kitabı, “Sınıq güzgü” (2005),
“Dоnbagözün hekayələri” (2005),
“Pоeziya” (3 cilddə 2006) kitabları,
“Hamı” (2012) şeirlər kitabı işıq üzü gör-
müşdür.
1986-cı ildə Respublika Kоmsоmоlu
mükafatına, 1989-cu ildə Azərbaycan
Ali Sovetinin Fəxri fərmanına layiq
görülmüşdür. Bir neçə dəfə jurnalist
müsabiqələrinin laureatı оlmuş, Rəsul
Rza adına Beynəlхalq mükafatın, Şah-
mar Əkbərzadə və İsa İsmayılzadə adı-
na peоziya mükafatlarının laureatıdır.
Azərbaycan Yazıçılar Birliyinin “Yad-
daş” ödülünü qazanmışdır.
Azərbaycan Respublikası Prezidenti-
nin 21 iyul 2005-ci il tarixli Sərəncamı ilə
Vaqif Bəhmənli “Əməkdar mədəniyyət
işçisi” fəxri adına layiq görülmüşdür.
23
Ə d ə b i y y a t
Seçilmiş şeirlər və
poemalar /V.Bəhmənli;
tərt. R.Gülgün; red.
U.Rəhimoğlu.- Bakı:
Avrasiya-Press, 2006.-
C.I.-416 s.; C.II.- 424 s.;
C.III.- 432 s.
Hamı: şeirlər
/V.Bəhmənli; na-
şir B.Axundov; red.
R.Gülgün.- Bakı: Çağdaş,
2012.- 398 s.
İlin beşinci fəsli. Kam-
ran: [sənədli roman]
/V.Bəhmənli; məsl.
H.Hüseynova; red.
Ə.Əsədzadə; tərt. və
dizayn Xəyyam; Azərb.
Resp. Mədəniyyət və
Turizm Nazirliyi.- Bakı:
Renessans, 2013.-547 s.
Maqomayev plane-
ti /V.Bəhmənli; red.
N.Məmmədli; Azərb.
Resp. Mədəniyyət və Tu-
rizm Nazirliyi.-Bakı: Elm
və təhsil, 2012.- 119 s.
Vətənin İlhamı: ömürdən
reportaj /V.Bəhmənli;
layihənin rəhbəri və ön
sözün müəl. Ə.Qarayev;
red. U.Rəhimoğlu.- Bakı:
Çağdaş As, 2011.-310 s.
İ n t e r n e t d ə
www.anl.azwww.
az.wikipedia.org
60
illiyi
Şair
Dostları ilə paylaş: |