132
MA
Y
Sürəyya Qacar
1910-1992
Ə d ə b i y y a t
Çəmənli, M. Sürəyya Qacar //Çəmənli M. “Leyli və Məcnun” 100 il səhnədə.- Bakı, 2008.- S.114.
Qacar Sürəyya Sədrəddin qızı (1910-1992) //Üzeyir Hacıbəyli ensiklopediyası.- Bakı, 2008.- S.131.
Sürəyya Qacar //Qadınlar Azərbaycanın musiqi həyatında.- Bakı, 2004.- S.24-25.
İ n t e r n e t d ə
www.anl.az
www.az.wikipedia.org
Sürəyya Sədrəddin qızı Qacar
(messo-soprano) 1910-cu il may ayı-
nın 1-də Şuşa şəhərində anadan ol-
muşdur.
O, 1927-ci ildə Bakı Pedaqoji Tex-
nikumunu bitirmişdir.
1927-1939-cu illərdə Azərbaycan
Opera və Balet Teatrının solisti olmuş-
dur. Onu teatra Hüseynqulu Sarabski
dəvət etmişdi. Sürəyya Qacarın teat-
ra gəlişi bir bayram əhvali-ruhiyyəsi
yaratmışdı. Çünki o zaman teatrda
Leylini, Əslini, Gülçöhrəni... oynaya
biləcək aktrisalara böyük ehtiyac var-
dı. Dahi Azərbaycan bəstəkarı Üzeyir
Hacıbəylinin “Leyli və Məcnun”unda
Leyli obrazı onun teatrda ilk rolu
olmuşdur. Daha sonra o, “Əsli və
Kərəm”də Əsli, “O olmasın, bu
olsun”da Gülnaz, “Arşın mal alan”da
Asya, Zülfüqar Hacıbəylinin “Aşıq
Qərib” operasında Sahsənəm partiya-
larını ifa etmişdir.
1927-ci ildən 1932-ci ilədək
Sürəyya Qacarın səhnəmizdəki
müvəffəqiyyəti və onun yaratdığı Ley-
li, Əsli kimi lirik surətlər xatirələrdən
silinməzdir. Sürəyya Qacar obrazın da-
xili həyəcanlarını ifadəli hərəkətlərlə
oxuduğu muğamlarda dərin təsir
qüvvəsi ilə göstərirdi.
Sürəyya xanım Qacar 1940-cı ildən
Azərbaycan Dövlət Filarmoniyasın-
da fasilələrlə solist olmuş, 1968-ci
ildən vokal üzrə məsləhətçi-müəllim
işləmişdir.
Onun repertuarında Azərbaycan
xalq mahnıları, muğamlar, eləcə də
keçmiş SSRİ xalqlarının mahnıları
əsas yer tutmuşdur.
Sürəyya Qacarın ifaçılıq sənəti
üçün sadəlik, səmimiyyət, incə zövq
səciyyəvidir.
O, SSRİ-nin bir sıra şəhərlərində,
eləcə də İranda qastrol səfərlərində
olmuşdur.
Azərbaycanın görkəmli müğənnisi
Sürəyya Qacar 1954-cü ildə
“Azərbaycan Respublikasının Xalq
artisti” fəxri adına layiq görülmüşdür.
İki “Şərəf nişanı” ordeni və medal-
larla təltif edilmişdir.
Görkəmli müğənni Sürəyya xanım
Qacar 1992-ci ildə vəfat etmişdir.
105
illiyi
1
Müğənni
Musiqi.Opera.Balet
133
MA
Y
Yaqub Məmmədov
1930-2002
Ə d ə b i y y a t
Mehdi, D. El xanəndəsi Ya-
qub Məmmədov /D.Mehdi.-
Bakı: Təbib, 1998.- 80 s.
Çəmənli, M. “Mənsuriyyə”
harayı /M.Çəmənli
//Çəmənli M. Sənət
hekayələri.- Bakı, 2014.-
S.315-325.
Qiymətli səs xəzinəsi:
Yaqub Məmmədov muğam
tariximizin şərəfli səhifəsini
yazıb //Şərq.- 2011.- 5
may.- S. 22.
Məhərrəmova, T. İfa-
sı tarixləşən xanəndə
/T.Məhərrəmova //Kaspi.-
2010.- 28 may.- S. 15.
Məmmədov, V. Ölməz
sənətkar /V.Məmmədov
//525-ci qəzet.- 2011.- 23
fevral.- S. 7.
Yusifli, V. Mənsuriyyə:
Ustad Xanəndə Ya-
qub Məmmədovu
xatırlayarkən... /V.Yusifli
//525-ci qəzet.- 2013.- 9
noyabr.- S.16; 29.
İ n t e r n e t d ə
www.anl.az
www.az.wikipedia.org
Yaqub Məhəmməd oğlu Məmmədov
1930-cu il may ayının 5-də Ağcabədi
rayonunda anadan olmuşdur. Qarabağ
xanəndəlik məktəbinin XX əsrin II ya-
rısında yetişmiş orta nəslinin görkəmli
nümayəndəsi idi.
1956-cı ildə rayonda Bakıda
keçiriləcək Gənclərin Ümumrespublika
Festivalına ifaçı toplanarkən birinci Ya-
qubun adı qeyd olunur. Beləliklə, o, Ba-
kıya festivala gəlir. Münsiflər heyətində
görkəmli sənətkarlar - Həqiqət Rzaye-
va, Xan Şuşinski, Əfrasiyab Bədəlbəyli
və başqaları yer almışdı. Gənc Yaqubun
səhnə görünüşü və ifası onları qane
edir. İfa hamının xoşuna gəlir və Ya-
qub Məmmədov festivalın laureatı olur.
İlk müvəffəqiyyət gənc ifaçıya uğurlar
gətirir. Həmin festivaldan sonra ustad
tarzən Əhməd Bakıxanov onu radioya
gətirib öz ansamblı ilə bir neçə ifasını
lentə yazdırır.
Qarabağ torpağında boya-başa çat-
mış Yaqub Məmmədov professional
musiqi təhsilini Asəf Zeynallı adına
Azərbaycan Dövlət Musiqi məktəbində
Seyid Şuşinskidən almışdır. Cabbar, Se-
yid, Xan, Zülfü məktəbinin ənənələrinə
sadiq qalan xanəndə öz oxu tərzi ilə
klassik muğam ifaçılığı üslubunu qo-
ruyub saxlayıb. Eyni zamanda Yaqub
Məmmədovun özünün ifa məziyyətləri,
dəst-xətti var idi. Klassik muğam ifa-
çılığı çərçivəsindən kənara çıxmayan
xanəndə məlahətli səsi ilə muğama yeni
xallar, zəngulələr gətirmişdi. Onun yadi-
gar qalan lent yazıları muğam tariximi-
zin qiymətli səs yaddaşıdır. Azərbaycan
ifaçılıq sənətinin görkəmli simalarından
olan Yaqub Məmmədov sələflərinin yo-
lunu layiqincə davam etdirib. Görkəmli
xanəndə Seyid Şuşinskidən mu-
ğam dəsgahları, xanəndəlik sənətinin
sirlərini öyrənmiş, həmçinin musiqi və
poeziya sahəsində dərin biliklər qazan-
mışdır. Yüksək ifaçılıq mədəniyyətinə
malik xanəndə gözəl səsi, təkraredilməz
oxuma tərzi ilə diqqəti cəlb etmişdir.
O, bütün muğam dəstgahlarının
gözəl bilicisi olmaqla yanaşı, həm də
Azərbaycan poeziyasını dərindən bi-
lirdi. Yaqub Məmmədov uzun illər
Azərbaycan Dövlət Filarmoniyasında
solist olmuş, konsertlərdə çıxış etmiş-
dir. Onun ifasında qrammafon vallarına
yazılmış muğam dəstgahları bütün Ya-
xın və Orta Şərqdə yayılmışdır.
Ustad xanəndə kimi püxtələşmiş
Yaqub Məmmədov sənətdə öz
ənənələrini yaratmışdır. Öz dövrünün
bir çox xanəndələri, eyni zamanda,
yeni gələn nəsil onun yaradıcılığından
bəhrələnmişlər.
Xanəndənin fəaliyyəti dövlət
tərəfindən qiymətləndirilmiş, ona 1991-
ci ildə “Azərbaycan Respublikası-
nın Xalq artisti” fəxri adı verilmişdir.
Müxtəlif fəxri fərmanlarla təltif edilmiş,
ulu öndər Heydər Əliyevin sərəncamı
ilə Prezident təqaüdçüsü olmuşdur.
Azərbaycan Respublikası Prezi-
dentinin 4 dekabr 2001-ci il tarixli
Sərəncamı ilə “Şöhrət” ordeninə layiq
görülmüşdür.
Yaqub Məmmədov 2002-ci il iyul
ayının 7-də vəfat etmişdir.
85
illiyi
5
Xanəndə
Musiqi.Opera.Balet
Dostları ilə paylaş: |