142
Milli Qəhrəmanlar
55
illiyi
Kərəm Mirzəyev
1960-1992
MA
Y
Kərəm Ərşad oğlu Mirzəyev 1960-cı
il may ayının 20-də Qubadlı rayonunun
Xanlıq kəndində doğulmuşdur.
Doğma kəndlərində orta məktəbi
bitirdikdən sonra 1978-ci ildə Azərbaycan
Dövlət İnşaat Mühəndisləri İnstitutuna
daxil olmuşdur.
1983-cü ildə təhsilini başa vuraraq,
Qubadlıya qayıtmışdır.
1983-1985-ci illərdə Sovet Ordusu
sıralarında Arxangelsk və Murmansk
şəhərlərində tank qoşun hissələrində
hərbi xidmətdə olmuşdur. 1990-cı
ilə qədər tikinti idarəsində müxtəlif
vəzifələrdə çalışmışdır.
1990-cı ildə Qubadlı rayon Polis
Şöbəsində sahə müvəkkili kimi işə baş-
lamışdır. DİN gənc polis zabitini Ka-
lininqrad Ali Hüquq Akademiyasına
göndərmişdir. Vətənin başını qara bu-
ludlar alanda Kərəm Mirzəyev də əlinə
silah alaraq vətəninin müdafiəsinə qalx-
mışdır.
1991-ci ildə polis yoldaşları ilə
birlikdə düşmənin Gorus rayonunun
Şurnuxu kəndində yerləşən beş strateji
postunu sıradan çıxarmışdır. “Lələzar”
əməliyyatında da Kərəmin böyük
xidmətləri olmuşdur.
1992-ci il oktyabrın 1-də Laçın rayo-
nunun Mazutlu kəndində iki gün davam
edən şiddətli döyüş nəticəsində Kərəm
döyüş meydanında yoldaşlarını xilas
edərkən özü qəhrəmancasına həlak ol-
muşdur.
Azərbaycan Respublikası Prezidenti-
nin 11 may 1993-cü il tarixli 599 saylı
Fərmanı ilə Mirzəyev Kərəm Ərşad oğ-
luna ölümündən sonra “Azərbaycanın
Milli Qəhrəmanı” fəxri adı verilmişdir
Ailəli idi. Bir oğlu yadigar qalıb.
Qubadlı rayon Xanlıq kəndində dəfn
edilmişdir. Xanlıq kənd orta məktəbi
qəhrəmanın adını daşıyır.
Ə d ə b i y y a t
Azərbaycan Respublikası Daxili işlər orqanlarının əməkdaşlarına “Azərbaycanın Milli Qəhrəmanı” fəxri adı verilməsi haqqında:
[Mirzəyev Kərəm Ərşad oğlu – Qubadlı rayon polis şöbəsinin sahə müvəkkili, polis baş leytenantı –Azərbaycan Respublikasının suve-
renliyinin və ərazi bütövlüyünün qorunmasında, dinc əhalinin təhlükəsizliyinin təmin edilməsində göstərdiyi igidlik və şücaətə görə]:
Azərbaycan Respublikası Prezidentinin Fərmanı, 11 may 1993-cü il //Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı.- 1993.- № 9.-
S.55.- (Ölümündən sonra).
Əsgərov, V. Mirzəyev Kərəm Ərşad oğlu //Əsgərov V. Azərbaycanın Milli Qəhrəmanları.- Yenidən işlənmiş II nəşri.- Bakı, 2010.- S.209.
Mirzəyev Kərəm Ərşad oğlu //Azərbaycanın Milli Qəhrəmanları: biblioqrafiya / Azərbaycan Milli Kitabxanası; tərt. ed. H.Həmidova.-
Bakı, 2008.- S.146-147.
Seyidzadə, M. Mirzəyev Kərəm Ərşad oğlu oğlu /M.Seyidzadə //Milli Qəhrəmanlar Zirvəsi.- Bakı, 2010.- S.159.
Zeynalov R. Mirzəyev Kərəm Ərşad oğlu //Zeynalov R. Azərbaycanın Milli Qəhrəmanları.- Bakı, 1996.- S.62.
İ n t e r n e t d ə
www.anl.az
www.az.wikipedia.org
www.milliqahraman.az
20
Milli Qəhrəman
143
Milli Qəhrəmanlar
65
illiyi
Maşallah Abdullayev
1950
MA
Y
Abdullayev Maşallah Babakişi oğlu
1950-ci il may ayının 27-də Goranboy
rayonunun Kəpənəkçi kəndində anadan
olmuşdur.
Səkkizillik təhsilini doğma kəndlə-
rində almış, sonra fəhlə gənclər məktə-
bində davam etdirmişdir.
1969-cu ildə hərbi xidmətə çağırıl-
mışdır. 1971-ci ildə Kerç şəhərindən
ordudan tərxis olunandan sonra Bakıya
gələrək Neft Daşlarında işə başlamışdır.
1973-cü ildə Bakı Bədən Tərbiyəsi
Texnikumuna qəbul olunmuş, oranı
bitirdikdən sonra 1975-ci ildə təyinatla
təhsil aldığı Kəpənəkçi kənd orta
məktəbinə müəllim göndərilmişdir.
Düşmənlərə qarşı mübarizə başlayanda
Maşallah Abdullayev də erməni qul-
durlarına qarşı mübarizəyə qoşulan ilk
könüllülərdən olmuşdur. Ağcakəndin
ermənilərdən təmizlənməsində xüsusi
xidmətlər göstərmişdir.
Azərbaycan Respublikası Preziden-
tinin 23 iyun 1992-ci il tarixli 6 say-
lı Fərmanı ilə Abdullayev Maşallah
Babakişi oğluna “Azərbaycanın Milli
Qəhrəmanı” fəxri adı verilmişdir.
1992-ci ildə Respublika Müdafiə
Nazirliyi nəzdində briqada komandi-
rinin müavini vəzifəsinə təyin edilmiş,
Tərtər, Goranboy, Yevlax ərazilərinə
nəzarət etmişdir. Mayor rütbəsinə qədər
yüksələn Maşallah Abdullayev 1992-ci
ildən 1993-cü ilə qədər Goranboy Rayon
İcra Hakimiyətinin başçısı vəzifəsində
işləmişdir.
İgidliyə görə general M.Əsədov adı-
na mükafata layiq görülmüşür.
Ə d ə b i y y a t
Azərbaycan Respublikasının Silahlı Qüvvələri hərbi qulluqçularına “Azərbaycanın Milli Qəhrəmanı” adı verilməsi haqqında:
[Abdullayev Maşallah Babakişi oğlu – leytenant – Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyünün qorunma-
sında, dinc əhalinin təhlükəsizliyinin təmin edilməsində göstərdiyi şəxsi igidlik və şücaətə görə]: Azərbaycan Respublikası
Prezidentinin Fərmanı, 23 iyun 1992-ci il //Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı.- 1992.- № 12.- S.35.
Abdullayev Maşallah Babakişi oğlu //Azərbaycanın Milli Qəhrəmanları: biblioqrafiya / Azərbaycan Milli Kitabxanası; tərt.ed.
H.Həmidova.- Bakı, 2008.- S.18-19.
Əsgərov, V. Abdullayev Maşallah Babakişi oğlu /V.Əsgərov //Azərbaycanın Milli Qəhrəmanları.- Yenidən işlənmiş II nəşri.-
Bakı, 2010.- S.14-15.
Seyidzadə, M. Abdullayev Maşallah Babakişi oğlu /M.Seyidzadə //Milli Qəhrəmanlar Zirvəsi.- Bakı, 2010.- S.17.
İ n t e r n e t d ə
www.adam.az
www.anl.az
www.az.wikipedia.org
www.milliqahraman.az
27
Milli Qəhrəman
Dostları ilə paylaş: |