148
Mədəniyyət.Maarif.Elm
85
illiyi
Qara Namazov
1930
MA
Y
Qara Mustafa oğlu Namazov 1930-cu
il may ayının 8-də Qərbi Azərbaycanın
Dilican qəzasının (indiki Krasnoselo
rayonunun) Əmirxeyir kəndində ana-
dan olmuşdur. İlk təhsilini Əmirxeyir
və Gölkənd məktəblərində almış, orta
məktəbi Qazax rayonunun Dağkəsəmən
kəndində bitirmişdir. Ordu sıraların-
da xidmət edərkən Suxumi şəhərində
təyyarəçilik məktəbini bitirmiş, 1951-
1955-ci illərdə Türkmənistanın Nebit-
dağ şəhərində Qırıcı Təyyarə Alayının
gizli şöbəsinin rəisi işləmişdir. 1956-
1961-ci illərdə ADU-nun filologiya
fakültəsinin kitabxanaçılıq şöbəsini
bitirmişdir. 1959-1967-ci illərdə uni-
versitetin mərkəzi kitabxanasında şöbə
müdiri, sonra AEA-nın Tarix İnstitutu
kitabxanası və arxivinin direktoru ol-
muşdur. Eyni zamanda AEA-nın Ni-
zami adına Ədəbiyyat İnstitutu şifahi
ədəbiyyat şöbəsinin qiyabi aspirantu-
rasında təhsilini davam etdirmişdir.
1968-ci ildə “Azərbaycan aşıq şei-
rinin inkişafı tarixindən (1920-1950)”
mövzusunda namizədlik dissertasiyası
müdafiə etmişdir. 1966-1970-ci illərdə
ADU-nun kitabxanaçılıq fakültəsində
müəllim, baş müəllim işləmiş, sonra
filologiya fakültəsinin Azərbaycan
Sovet ədəbiyyatı kafedrasına dosent
keçmişdir. 1987-ci ildə “Azərbaycan
Sovet uşaq və gənclər ədəbiyyatının
inkişaf mərhələləri (1920-1985)”
mövzusunda doktorluq dissertasiyası
müdafiə etmişdir. 1989-cu ildən BDU-
nun professorudur.
Əsas yaradıcılıq istiqaməti-şifahi
xalq ədəbiyyatı, aşıq yaradıcılığı,
ədəbiyyat tarixi, müasir Azərbaycan
ədəbiyyatı və ədəbiyyatşünaslığın
ayrı-ayrı problemləri olmuşdur.
1983-cü ildən Azərbaycan Yazıçılar
Birliyinin, 1987-ci ildən Aşıqlar Bir-
liyinin üzvüdür. 10 monoqrafiyanın,
30 kitabın, 300 elmi-kütləvi əsərin
müəllifidir. İndiyə qədər 20 elmlər
namizədi yetişdirmişdir.
Ədəbi fəaliyyətə 1956-cı ildə çap
olunan “Vətən”, “Kəndimizin qız-
ları” adlı ilk şeirləri ilə başlayan
Q.Namazovun silsilə şeirləri, “Bir
qərinədə” poeması dərc olunmuşdur.
Azərbaycan, Türkiyə, Türkmənistan,
İsveç və digər ölkələrdə keçirilmiş
beynəlxalq seminar, simpozium və
konfranslarda iştirak etmişdir.
Qara Namazov 2002-ci ildə
“Əməkdar müəllim” fəxri adına layiq
görülmüşdür. 2006-cı ildə Türkiyədə
keçirilən uluslararası simpoziumda
türk sözünün açımına və Türkmən-
Azərbaycan-oğuz folklor əlaqələrinə
görə mükafat almışdır. 2008-ci ildə
Mir Cəlal adına mükafata, “Vətən
andı” diplomuna layiq görülmüşdür.
2009-cu ildən “Qızıl qələm” mükafatı
laureatı, “Şöhrət” ordeni təltifçisidir.
Ə d ə b i y y a t
Azərbaycan uşaq
ədəbiyyatı: ali məktəblər
üçün dərslik /Q.Namazov.-
Bakı: Bakı Universiteti,
2007.- 444 s.
Gecikmiş nəğmələr
/Q.Namazov.- Bakı: Nurlan;
Günəş, 2008.- 349 s.
Ozan-aşıq sənətinin tarixi:
monoqrafiya /Q.Namazov.-
Bakı: Elm və təhsil, 2013.-
479 s.
Qara Mustafa oğlu Nama-
zov: biblioqrafiya /tərt.-
müəl. Ş.Tahirqızı.- Bakı:
Elm, 2011.- 101 s.
Əhmədov, T. Qara Namazov
/T.Əhmədov //Azərbaycan
yazıçıları (XX-XX1
yüzillikdə).- Bakı, 2011.-
S.527-528.
İ n t e r n e t d ə
www.anl.az
www.folklorinstitutu.com
philology.bsu.edu.az
www.az.wikipedia.org
www.qaraqoyunlu.com
8
Ədəbiyyatşünas
MA
Y
3
149
MA
Y
1
Kimya.Biologiya.Tibb
90
illiyi
Cavad Heyət
1925-2014
MA
Y
Cavad Mirzəli oğlu Heyət 1925-ci il
mayın 24-də Təbrizdə anadan olmuş-
dur.
İlk və orta təhsilini Təbriz,
Həmədan və Tehranda almış, daha
sonra tibb təhsilinə başlamış, ancaq
üçüncu sinifdən sonra təhsilini da-
vam etdirmək üçün İstanbula yollan-
mışdır. 1946-cı ildə Türkiyənin İs-
tanbul Universitetini bitirib, həmin
universitetdə 3 il işlədikdən sonra
təhsilini 4 il müddətində Fransadakı
Paris universitetində davam etdirmiş-
dir. Yüksək dərəcəli cərrah ixtisasına
yiyələnərək İrana qayıtmışdır.
Tibb sahəsindəki elmi yazıları ilə ya-
naşı o, Azərbaycan türkcəsi, ədəbiyyatı,
tarixi ilə bağlı sanballı əsərlər
müəllifi kimi də tanınır. “Azərbaycan
ədəbiyyatı tarixinə bir baxış” (2 cilddə),
“Müqayisətül-lüğəteyn”, “Azərbaycan
şifahi xalq ədəbiyyatı”, “Türklərin ta-
rix və mədəniyyətinə bir baxış”, “Türk
dili və ləhcələrinin tarixinə bir baxış”,
“Ədəbiyyatşünaslıq” kimi əsərləri
yüksək tirajla nəşr edilmişdir.
Görkəmli alim Azərbaycan elm
və mədəniyyənin inkişafındakı, İran-
Azərbaycan ədəbi-mədəni, ictimai
əlaqələrinin möhkəmləndirilməsindəki
böyük xidmətlərinə görə Azərbaycan
Milli Yaradıcılıq Akademiyasının fəxri
akademiki, Bakı Dövlət Universiteti-
nin, Azərbaycan Tibb Universitetinin,
Xəzər Universitetinin fəxri doktoru,
Azərbaycan Milli Elmlər Akademiya-
sının, Azərbaycan Pedaqoji Universi-
tetinin fəxri professoru, Azərbaycan
Cərrahları Elmi Cəmiyyətinin fəxri
üzvü seçilmişdir. Azərbaycan Yazı-
çılar Birliyinin “M.F.Axundov adına
mükafat”ına və “Dədə Qorqud” As-
sosasiyasının təsis etdiyi “Məmməd
Araz” mükafatına layiq görülmüş,
həmin mükafatlardan aldığı pulu qaç-
qınlara bağışlamışdır.
40 ildən artıq Tehran Universitetində
calışmışdır. İranda ilk dəfə açıq
ürək əməliyyatı (koronar şuntlama)
gerçəkləşdirmişdir. Bu və digər uğur-
larına görə Beynəlxalq Cərrahlar
Cəmiyyətinin idarə heyətinin və Paris
Cərrahlar Akademiyasının üzvü seçil-
mişdir.
O, 12 il ərzində “Daneşe pezeşki”
(Tibb Elmi) adlı jurnal dərc etdirmiş və
yüzlərcə elmi məqalənin, cərrahiyyəyə
aid uç kitabın müəllifi olmuşdur. 1979-
cu il İran islam inqilabından sonra,
professor Həmid Nitqi, Məhəmmədəli
Fərzanə, Həsən Məcidzadə Savalan,
Kərim Məşrutəçi (Sönməz), Mənzuri
Xamneyi, Səməd Sərdarniya, Qulam-
hüseyn Beqdeli ilə birlikdə Tehran-
da “Varlıq” jurnalını təsisçi kimi nəşr
etdirən Cavad Heyət türkologiyaya aid
yeddicildlik kitabın müəllifidir. Cavad
Heyət eyni zamanda Azərbaycanın
müxtəlif universitetlərinin fəxri dokto-
ru və professoru, Türk Dil Qurumunun
fəxri sədri, eləcə də İstanbul Universi-
tetinin fəxri doktorudur (həm tibb, həm
də türkologiya sahəsi üzrə).
O, Azərbaycan, ingilis, fars, türk və
s. dilləri mükəmməl bilirdi.
Görkəmli alim Cavad Heyət 2014-
cü il avqust ayının 12-də Bakıda vəfat
etmiş, II Fəxri Xiyabanda dəfn edil-
mişdir.
24
6
Həkim
Ə d ə b i y y a t
Dilimiz, ədəbiyyatımız
və kimliyimiz uğrunda:
(məqalələr toplusu) /Cavad
Heyət.- Bakı: Elm və təhsil,
2011.- 703 s.
Türk dilləri və ləhcələrinin
tarixi: 2 kitabda /Cavad
Heyət.- Bakı: Təhsil, 2011.
Türklərin tarix və
mədəniyyətinə bir baxış:
İslamdan əvvəl və islam
dövrü. Başlanğıcından XVI
əsrə qədər /Cavad Heyət.-
Bakı: Azərnəşr, 1993.- 176 s.
Heydər Əliyev dahi şəxsiyyət
idi /Cavad Heyət //İki sahil.-
2011.- 17 noyabr.- S.14.
Xudiyev, N. Cavad Heyət
möcüzəsi /N.Xudiyev.- Bakı
Azərnəşr, 2005.- 167 s.
Məmmədli, P. Özünü millətə
həsr edən vətən sevdalısı-
Doktor Cavad Heyət
/P.Məmmədli //525-ci qəzet.-
2011.- 24 may.- S.4.
Tofiq, H. BSU-da Dr.Cavad
Heyətlə görüş /H.Tofiq
//Azad Azərbaycan.- 2012.-
17 oktyabr.- S.7.
İ n t e r n e t d ə
www.anl.az
az.wikipedia.org
Dostları ilə paylaş: |