138
qüvvətlənmişdi. K.Talıbzadə 1905-1917-ci illərin zəngin
mətbuatında dərc edilən məqalələrə istinadən bu illərin ədəbi
tənqidi haq-qında aydın təsəvvür yarada bilmişdir.»
1
Görkəmli
tənqidçi daha sonra monoqrafiyanın materiala düzgün elmi
müna-sibəti ilə milli ədəbi tənqidimizin həyatdakı tarixi yerini
inandırıcı şəkildə təyin etdiyini, onun bütün nailiyyətlərini
Azərbaycanda ədəbi-tənqidi fikrin sonrakı inkişafı ilə
əlaqələndirdiyini, əsərin öz tarixiliyi, bütövlüyü və elmi
prinsipiallığı ilə fərqləndiyini qeyd edirdi. M. Arif məqa-
ləsində bir mühüm cəhəti – inqilaba qədərki dövrdə Azər-
baycanda ədəbi tənqidin olmaması haqqında nihilistlə- rin
yanlış mülahizələrini K. Talıbzadənin öz qiymətli təd-qiqat
əsəri ilə birdəfəlik cavablandırdığını da xüsusi vurğulayırdı.
Milli ədəbi-estetik fikir tariximiz haqqında bu
monumental tədqiqata öz ədəbi-elmi axtarışlarının on ilini həsr
edən tədqiqatçı həqiqətən də milli tənqidimizin tarixi köklərini
üzə çıxarmaqla sovet ideologiyasının təsirindən doğan bir fikri
– Azərbaycanda ədəbi tənqidin inqilabdan sonra yaranması
fərziyyəsini alt-üst etdi. Sonralar monoqrafiyanın
təkmilləşdirilmiş nəşrinə – «Azərbaycan ədəbi tənqidinin
tarixi» (1984) kitabına yazdığı «Tənqidimizin tarixi» başlıqlı
ön sözdə tanınmış ədəbiy-yatşünas alim Yaşar Qarayev də bu
cəhətə xüsusi qiqqət yetirirdi: «Kitab bizim estetik fikrin
tarixinə münasibətdə nihilist baxışlara tutarlı elmi cavab kimi
səsləndi. Bizim tənqid tarixinin xalqın tarixinə və taleyinə təsiri
problemi belə sistemli və ətraflı şəkildə ilk dəfə bu əsərdə araş-
1
Ариф M. Sənəтkар гожалmыр, Баkы, Yазыçы, 1980, s. 41.
139
dırıldı.»
1
K.Talıbzadə əsəri hələ 1965-ci ildə doktorluq
dissertasiyası kimi müdafiə edərkən görkəmli alim Feyzulla
Qasımzadə əsər haqqında geniş rəyində yazırdı: «Müəllif bir
çox arxiv və kitabxanalarda çalışmış, Respublika Əlyaz-maları
Fondunu diqqətlə nəzərdən keçirmiş, XX əsr Azər-baycan
mətbuatının yüzə yaxın orqanını dərindən öyrən-mişdir. Illərlə
davam edən çox böyük əməyin nəticəsində külli miqdarda
tamamilə yeni, ədəbi fikrimizi zənginləşdirən faktlar, sənədlər
meydana çıxarılmışdır. Bütün bunların nəticəsində ədəbiyyat
tariximiz üçün qaranlıq qalan bir çox məsələlər
aydınlaşdırılmışdır.»
2
Monoqrafiyanı ədəbiy-yatşünaslığımızın
ciddi nailiyyəti hesab edən Feyzulla Qa-sımzadə rəyində
K.Talıbzadəni «ədəbiyyat tariximizin öyrə-nilməsini düzgün
təşkil edən» alim və elm təşkilatçısı kimi yüksək
qiymətləndirirdi.
Əsər haqqında geniş rəy yazan Əziz Şərif «Qiymətli
ədəbi iş» adlı məqaləsində qeyd edirdi ki, sovet filologi-yasının
nailiyyəti olan bu fundamental iş nəinki ədəbi-elmi ictimaiyyət,
habelə geniş oxucu kütləsi tərəfindən məm-nuniyyətlə
qarşılanacaqdır.
3
Ə.Şərif də əsərin türk ədəbiy-yatı ənənələrinin
guya yeni ədəbiyyat ücün yararsızlığını elan edən nihilistlərə
ciddi cavab, inqilaba qədərki tən-qidimizin tarixi haqqında
danılmaz elmi fakt olduğunu vurğulayırdı.
1
Талыбзадə K. Азəрбаyжаn əдəби тənгидиnиn тарихи, Баkы, Mаариф,
1984, s. 4.
2
K.Талыбзадənиn шəхsи архиви, Ф.Гаsыmзадənиn рəyи, 1965.
3
Шариф А. Üennыy литeратuрnыy трuд, газ. «Баku», 1966, 27 оkтəбрə.
140
Yazıçı Mirzə Ibrahimov K.Talıbzadəyə ünvanladığı mək-
tubunda yazırdı: «Bu əsəri oxuyan hər kəs görəcəkdir ki, Mirzə
Fətəlidən sonra Azərbaycan xalqının tənqidi fikri necə zəngin
və maraqlı bir inkişaf dövrü keçirmişdir, este-tikanın və bədii
yaradıcılığın necə vacib, necə böyük məsə-lələrini həll etməyə
çalışmışdır; sən çox yaxşı və çox düz- gün etmisən ki, daima
elmi tədqiqatı XX əsr Azərbaycan realizminin xüsusiyyətlərini
müəyyənləşdirmək istiqamə-tində aparmısan. Antirealist
cərəyanları və meylləri araş-dırmağın da tamamilə doğrudur və
o dövrdə müxtəlif ədəbi-estetik görüşlərin mübarizəsi haqqında
geniş təsəvvür yaradır. Sənin əsərində ən qiymətli cəhət mən
onu hesab edirəm ki, ədəbi-bədii fikrimizin müəyyən və
maraqlı bir dövründəki inkişafı ardıcıl surətdə, diqqətlə tədqiq
olun-muş, sistemləşdirilmişdir. Nəticədə elə zəngin, elə
əhəmiy-yətli bir mənzərə yaranmışdır ki, adamın ürəyi qürurla
dolur. Abdulla Sur və Seyid Hüseyni isə bizim üçün tama-milə
yenidən kəşf etmisən…»
1
Həqiqətən də XX əsr Azərbaycan tənqidinin F.Köcər-li,
S.Hüseyn, A.Sur kimi görkəmli nümayəndələrinin ədəbi-
tənqidi proses fonunda, nəzəri-estetik fikrin tarixi təkamülü
kontekstində tədqiq olunması diqqəti cəlb edən cəhətlər- dən
idi. Bu cəhət Türkiyəli alim, Azərbaycan ədəbiyyatı
mütəxəssisi Əhməd Cəfəroğlunun da nəzərindən yayınma-
mışdır. O, əsər haqqında məqaləsində yazırdı: «Əsərin ikinci
hissəsi mərhum Firudun bəy Köçərliyə təhsis edilmişdir.
Xatirəsi pək əziz olan bu dəyərli azəri ədəbiyyatçısı haq-qında
1
K.Талыбзадənиn шəхsи архиви, M.Ибращиmовun məkтuбu, 1965.
141
nə söylənsə azdır. Xatirəsi əziz olduğu qədər əsərləri və
görüşləri də cana yaxındır. Eyni şey yazarın əsərində müstəqil
yer ayırdığı Seyid Hüseyn haqqında da söylənilə bilər. Əsərdə
bu kişini yaşatdığı üçün Talıbzadəyə haq vermək gərəkdir.»
1
Azərbaycan ədəbiyyatşünaslığının bu ciddi nailiyyəti – «XX
əsr Azərbaycan ədəbi tənqidi» əsəri keçmiş Sovet Şərqində də
ədəbi ictimaiyyət tərəfindən yüksək rəylə qarşılandı. Tacikistan
SSR EA-nın müxbir üzvü S.Tabarev K.Ta-lıbzadənin Şərq
xalqlarının estetik fikir və tənqid tarixi- nin öyrənilməsi
sahəsindəki əvəzsiz xidmətlərini layiqincə dəyərləndirərək
yazırdı: «Onun əsərləri nəinki Şərq filo-logiyasının bu az
öyrənilmiş problemlərini tədqiq edir, həm də Azərbaycan
ədəbiyyatşünaslığında məktəb yaradır ki, onun gələcəkdə
inkişaf imkanları da vardır.»
2
Qazaxıstan SSR EA-nın
akademiki Y.A.Coldasbəyov əsər haqqında rəyində bu
monoqrafiyanı nəinki SSRI-də, eləcə də xarici ölkələrdə
yaşayan türkdilli xalqların ədəbiyyatlarında estetik fikri
araşdıran ilk fundamental tədqiqat hesab edirdi.
3
Istanbulda çıxan «Türkiyyat» məcmuəsində monoq-rafiya
haqqında dərc olunmuş məqalədə mövzunun türkdilli xalqların
ədəbiyyatşünaslığında ilk dəfə araşdırılması gös-tərilir,
problemin doğru, zəngin faktik material əsasında işlənməsi,
ədəbi fikrin milli ictimai, siyasi, fəlsəfi həyat ilə vəhdətdə
işıqlandırılması qeyd olunurdu. Məqalənin müəl-lifi
1
Жəфəроьлu Ə. ХХ əsр Азəрбаyжаn əдəби тənгиди (1905-1917), Тüрkиyyат
məжmuəsи, Иsтаnбuл, 1972, ХY11 ж., s. 277.
2
K.Талыбзадənиn шəхsи архиви, S.Табарeвиn рəyи..
3
Yenə орада, Y.А.Жолдаsбəyовun рəyи.
Dostları ilə paylaş: |