şeir zamanı
71
USTAD
dərgisi \ Fevral 2016
70
USTAD
dərgisi \ Fevral 2016
İLAHİ
Sən tökdüyün dərdləri,
Mən yığıram, İlahi.
Qəlbimdə qəm çoxalır,
Sıxılıram, İlahi.
Bir
ömürdə min bir sirr,
Ahım daşları dəlir,
Dərdim üst-üstə gəlir,
Sıxılıram, İlahi.
Zamansız yağdı qarın,
Saçıma narın-narın,
Soyuyur insanların,
Yaxılıram, İlahi.
Səni duyduğum andan,
Razıydım keçəm candan,
Çıxdığım nərdivandan,
Yıxılıram, İlahi.
SÖZÜN BİTDİYİ YER
Dünya, sənədir sualım,
Ədalətin harda qalıb?
Bülbül ağzına su alıb,
Qarğa ötdüyü yerdəyik.
Nə deyək zalım fələyə,
Salıb mərdləri tələyə,
Vicdanlar kor olub deyə,
Haqqın itdiyi yerdəyik.
Həyat bizi edib çaş-baş,
İçimizdə min bir təlaş,
İnsanlığın yavaş-yavaş,
Əldən getdiyi yerdəyik.
Az deyildir sənin yaşın,
Nə çilələr çəkib başın,
Sus, dədəmoğlu qardaşım,
Sözün bitdiyi yerdəyik.
Bəxt
gülməyir üzümüzə,
Gün doğmaz ki, ömrümüzə,
Kəfən biçir tale bizə,
Dünya adlı qəbirdəyik.
GÖRÜNÜR
Getdiyim haqqın yoludur,
Yoluma duman bürünür.
Mən yürüyürəm, arxamca,
Cansız kölgələr sürünür.
Torpaq ayağımdan çəkir,
Gözlərim qanlı yaş tökür,
Ömrümə qaranlıq çökür,
Bəxtimin ulduzu sönür.
Dünyada bunca adam var,
Dərdimdən dərdlilər anlar,
Uzaqlaşdıqca insanlar,
Tək, uca Allah görünür...
ALLAH
Üz tutdum dünyaya,
yolum çən oldu,
Səadət dediyin məndən gen oldu,
Dərdimi saxladım, biri min oldu,
Öz-özümü yeyib bitirdim, Allah.
İndi gördüklərim dərin yuxumu,
Ayılıb yenmişəm zəif qorxumu,
Özümdən alaraq ölməz ruhumu,
Yenə dərgahına gətirdim, Allah.
Ömür dedikləri bir anlıq imiş,
Bəxtimin sarayı viranlıq imiş,
Dünya başdan-başa qaranlıq imiş,
Yıxılıb özümü itirdim, Allah.
tam ciddi
73
USTAD
dərgisi \ Fevral 2016
72
USTAD
dərgisi \ Fevral 2016
naŞİR
İ
ş saatının ilk çayından ikicə udum alıb
bir az soyuması üçün kənara itələdim.
Yerinə dünəndən yarımçıq qalan nəşrə
hazırladığım kitabın
çap olunmuş qaralama
vərəqlərini çəkdim. İki gündü kefim yox idi.
Ədəbiyyatın çəmini-çümünü bilən bir nəfər
“Solmaz” dərgisi üçün yazdığım hekayəni
amansızca tənqid eləmişdi. Xeyli adlı-sanlı
adamdı – Xudu Fərəcovu deyirəm. Zənn
etmirəm ki, hansınızsa bu professoru
tanımasın. İndi qarşımdakı vərəqlərdə sətirlər
yerində oynaşdıqca hiss elədim ki, fikrim
yenə də burda deyil – srağagün başıma
gələn o hadisədə ilişib qalıb. Ölkədə gerçək
ədəbiyyatın yiyələri, sahib çıxanları var,
tənqid eləməlilər də – uzun-uzadı özümə
təskinlik verib düşüncələrimə bu sözlərlə
nöqtə qoydum.
Ancaq bundan sonra fikrimi
əlimdəki yazıya cəmləyə bildim.
Qapı döyülmədi, amma içəri biri girdi.
Məşğul olduğumu göstərməkçün və bir az da
əsəbiləşdiyimə görə laqeyd davranıb başımı
qaldırmadım.
– Gözünün nuru getdi, az oxu! – qonağım
otağa girdiyi kimi də tələm-tələsik halda
başımın üstünü kəsdirib hırıldamağa başladı.
Gözlərimə inanmadım, Qədir idi. Onu
axırıncı dəfə universiteti bitirdiyimiz gün
görmüşdüm – on beş il əvvəl. Elə o vaxt da
belə düşüncəsiz adam idi. Amma nə yalan
deyim, gəlişinə çox sevindim.
Xoş-beş edib oturduq. Öləndən-itəndən,
keçəndən-qalandan danışıb cibindən iki dənə
fləş kart çıxardaraq
həvəslə stolun üstünə
tulladı.
naşirin
bir günü...
– Ağzına kimi şeirlə doludu. Al qoşginən
ora, sən mənim canım. Gör qardaşın sənnən
sonra nələr yaradıb ey!
Qədirin birinci kursda oxuyanda
dekanımıza dalbadal dörd şeir həsr edib qrup
nümayəndəsi seçildiyi gün yadıma düşdü.
– Özün necəsən e? Bə burda işlədiyini
mənə niyə xəbər eləməyibsən? Qardaşın da
düşüb dağa-dərəyə nəşriyyat axtarır!
Bir-iki dəqiqə məni danlayıb yanıma –
kompüterimin başına keçdi.
– Hə, odu, odu. Bütün şeirlərim ordadı,
– faylları tapdığımı görüb uşaq kimi sevincək
yerində atılıb-düşməyə başladı. – Birini də
indicənə – yolda gələ-gələ sənə yazmışam!
Göstərdiyi “Qədir Qiymət” adlı qovluğu
açdım. Dilim dinc dayanmadı:
– “Qiymət” yeni təxəllüsündü?
– Yox, əşşi. Qiymətlər qalxandan bınnan
yazıram də, – gözünü monitordan ayırıb
üzümə baxmadan pis-pis güldü. – Bu gün
çapa versək, neçə günə hazır olar?
Sizə kiçik bir sirr açım, nəşriyyatda
işlədiyim
ötən doqquz il müddətində ən
çox nifrət elədiyim sual elə bu “neçə günə
hazır olar”dı. O səbəbdən ki, bizim mötəbər
Müşfiq XAN
tam ciddi
73
USTAD
dərgisi \ Fevral 2016
72
USTAD
dərgisi \ Fevral 2016
müəlliflər yarımçıq, ya da yazmağa niyyət
elədikləri kitablar üçün də bu sualı verirlər.
Qısası, bu sualdan çiyrənmişəm. Tərs-tərs
üzünə baxdım. Amma bu dəfə də fikri
məndə deyildi.
Əlqərəz, üç saat sonra Qədir Qiyməti
birtəhər yola salıb yerimə təzəcə
oturmuşdum ki, bu dəfə də zəng elədi:
– Yadımnan çıxdı deyəm, orda bir
ağ fləşim qaldı. İçi ləbələb şəkillərimnən
doludu. Hamısını dünən çəkdirmişəm. İlk
fotosessiyamdı,
sən canun, birini kitabın
əvvəlinə, birini axırına, qalanını da şeirlərin
arasına verərsən. Sən allahun, uşaqlara
tapşır, qəşəng dizayn-zad eləsinlər.
Sağollaşıb əlaqəni kəsdim. Doğrudan
da Qədirin otuz iki geqabaytlıq ağ fləş kartı
stolumun bir küncündə – təzə qəndqabımın
yanında dururdu.
Oxuduğum səhifənin ortasına çataçatda
qapı yenə açıldı. Daha doğrusu bu dəfə
əvvəlcə taqqıldatdılar, dalınca açdılar. Gələnin
üzünü və bədənini görə bilmirdim – adam
qucağında beş dənə stulu iç-içə yığıb içəri
girməyə çalışırdı. Qeyri-ixtiyari yan-yörəmə
nəzər saldım. Gətirdiklərindən əlavə daha iki
boş
stul var idi, həmişəki kimi. Düz otağın
ortasına çatanda başını stulların arxasından
çıxarıb tanışlıq verməyə çalışdı. Sözəgəlməz
dərəcədə gərgin və gülməli vəziyyət almışdı.
– İcazə olar, məllim. Mənəm e, dünən
səhərə yaxın sizə feysbukda kitab çapı ilə
bağlı yazmışdım ha – Qəzənfər. Əslində adım
Qənbərdi.
İşarə elədim ki, stulları yerə qoya bilər.
Yalnız bundan sonra Qənbər qucağını
boşaldıb cəld hərəkətlə təzədən çölə sıçradı.
– Gəlin, – deyib, qapının ağzında
dayananlara hövlnak işarə verdi. Tez də
qayıtdı.
Otaqda heç kim yox idi, özümüzdük –
mən, Qənbər, Qənbərin anası, Qənbərin
atası, Qənbərin qardaşı, Qənbərin gələcək
nişanlısı, Bakıya maşın almaqçün rayondan
dünən gələn Qənbərin bibioğlusu və
Qənbərin bu dünyada varı-yoxu yeganə