türkün özü
65
USTAD
dərgisi \ Fevral 2016
64
USTAD
dərgisi \ Fevral 2016
***
Canı
əldən düşmüş, özünü itirmiş Aydın
özünü Almatıya çatdırana qədər üç ay keçdi.
Neçə il yaşadığı mənzilin önündə isə onu
bir bəla daha gözləyirdi. Taxta qapını dəmir
qapı ilə dəyişmişdilər. Bir qıfıl yerinə iki qıfıl
qoyulmuşdu. Nə olduğunu başa düşmədən
qapının zəngini çaldı. Dəmir sürgülü qapı
açıldı.
– Sizə kim lazımdı? – gombul yanaqlı
saçları dağılmış cavan oğlan soruşdu.
– Qapını açın, – dedi Aydın, – bu mənim
mənzilimdir.
Ağlınız başınızdadır?.. Çıxın gedin
burdan! Yoxsa, polis çağıraram!.. – qapını
üzünə bağladılar.
Bu işdə bir zibil olduğunu hiss edən
Aydının ürəyi döyündü, qan kəlləsinə vurdu
və həmin o qonşu tatarın evinə yollandı
.
Qapını Rafiq özü açdı. Aydın mənzilini başqa
adamlar tutduğunu həyəcanla ona söylədi.
– Bəli, – Rafiq soyuqqanlıqla cavab verdi,
– Sizin gedişinizdən sonra bəzi adamlar
gəldilər, evinizi başdan ayağa təmir etdilər.
Bu yaxınlarda da köçdülər. Onlardan
soruşdum, bu nə məsələdir, dedilər ki: “Biz
bu mənzili satın almışıq”.
– Bəs mən neyləyim?
– Gedin polisə.
Rafiqin məsləhəti ilə Aydın
polis şöbəsinə
gəldi. Sağ olsun cavan polis işçisi, onunla
birlikdə mənzilə gəldi, Aydının yanındaca
yekə başlı heyvərə adamı sorğuladı. Heyif
ki, sənədlərin hamısının qaydasında olduğu
ortaya çıxdı. Sonra onlar ikisi birlikdə Mülk
sənədləşdirmə idarəsinə getdilər. Orada da
sənədlərin düzgün rəsmiləşdirildiyi aydın
oldu.
Bu sənədlərə görə Aydının makler vasitəsi
ilə öz evini üç min dollara satdığı görsənirdi.
– Ağsaqqal, bağışlayın, sizə heç cür
kömək edə bilməyəcəm, – deyən polis öz
yoluyla getdi.
“Göydən yağsa xırda şişlər, bəxtsiz
Makarın üstünə düşər”, “Bəla təkbaşına
gəlməz”, – düşündü Aydın,
bir yandan da
inanmaq istəmirdi. “Necə yəni, mən indi
küçədə qalacağam? Mən indi kiməm?.. İnsan
bu qədər vicdansız ola bilər?.. Allahdan
da qorxmurlar! Niyə? Nəyə görə belə bir
şey məhz mənim başıma gəldi? Təqsirim
nə idi? Ya Rəbbi, nəyə görə məni belə
cəzalandırırsan? Sənə nə pislik etdim? Yəni
sən insanı belə vəziyyətdə qoya bilərsən?...
Görəsən necə bir günah işlədim ki, məni
bağışlamırsan? Niyə, nədən, səbəbi nədir?...”
Ağır-ağır düşüncələrdən başı hərləndi,
gözləri qaraldı. Dizləri əsdi, ayaqlarını zorla
sürüyərək özünü skamyaya çatdırdı və bitmiş-
tükənmiş halda çökdü.
Günəş enirdi...
***
Səhər tezdən hərəsi şəhərin bir
tərəfinə dağılır, axşam isə yenə də bir yerə
toplanırdılar. Əsl beynəlmiləl qruplaşma idi.
Müxtəlif xalqların
təmsilçilərindən ibarət çox
rəngli bir qrup.... Həmişə sərxoş olan, burnu
qıpqırmızı İvanın qrupun başçısı olduğu hiss
olunurdu. Onun sağ əli, möhkəm bədənli, bir
gözü kor Şavxat tatar idi. Ortaboylu, hər yeri
göy qançırlı Toxtaxun isə uyqur... Qısaboylu,
qüvvətli Pak əslən koreyalı, arıq, amma iri
sümüklü, boşboğaz Yuldaş özbəkdi. Hamıdan
hündür, uzun ayaqlı, arıq olduğuna görə
“Antena” ləqəbi almış Timofey ukraynalı...
Bir zamanlar nurüzlü, indi isə solmuş Aydın
da indi onlarla birlikdə yaşayırdı.
Onların kiçik yaşayış yeri, bir zamanlar
anbar kimi istifadə olunmuş mikrorayon
evlərindən birinin zirzəmisi idi. Bir
vaxtlar binaların damlarında,
kanalizasiya
quyularında yatan dostlarını Şavxat indi bu
zirzəmiyə gətirmişdi.
– İy götürən köpək kimisən, Şavxat,
sən nələr tapa bilirsən, – İvan belə demişdi
bu yeri görəndə. – Sən olmasaydın bu
yaramazların heç vaxt belə evi ola bilməzdi.
– İvan səs-küylə tüpürmüş, tüpürcəyi
qarşısında oturan Aydının başının üstündən
uçmuşdu.
– Düz deyir Ağa, – başçının hər sözünü
dəstəkləməyə alışmış Yuldaş bu dəfə də onu
təsdiqlədi, – bəyəm burdan yaxşı bir yer tapa
bilərdik ki, başımızı ora soxaq?
türkün özü
67
USTAD
dərgisi \ Fevral 2016
66
USTAD
dərgisi \ Fevral 2016
– Nəyimizə lazımdı buradan yaxşı?
– Niyə lazım deyil?
– Bundan yaxşı
olan yerdə bizə yaşamağa
imkan verməzlər.
– Hə, düz deyirsən.
– Kommersantlar əlimizdən alardılar.
– Bəsdir! Susun, yetər!... – dedi İvan.
Sifəti qara buluddan da betər bozarmışdı.
Arı pətəyi kimi uğuldayan mərəkə o dəqiqə
susdu.
Camaatın “bomjlar” dediyi bu qrupun
özünün yazılmamış qanunları var. Təkbaşına
sağ qalmaq mümkün olmadığını başa düşən
bu insanlar, birlikdə icma kimi yaşamağa
başlayırlar. Gündüz milyonyarımlıq şəhərin
bütün künc-bucağını gəzib, axşam isə
zirzəmidə toplanırlar. Evsiz-eşiksiz səfillər
üçün bu zirzəmi xan sarayı kimi bir yer idi.
Yaşantılarının gündəlik ritmi bu gün də
eyni qaydada idi. Axşam düşüncə, hava
qaraldıqca bir-bir “evlərinə” qayıtmağa
başladılar.
– Hey, Alik, şamı yandır, – Toxtaxun
aşağıda
duran qazağa əmr elədi, burun
dəliklərini qalın barmaqları ilə tutub burnunu
təmizlədi.
– Mənim adım Alik deyil, Aydındır, –
narazı cavab verdi.
– Kəs səsini, bunun anasını!... Ağa gəlir,
əgər işıqlı olmasa, o sənə göstərər gününü.
Öz adını da yaddan çıxararsan! – Toxtaxun
Aydını hədələdi.
Aydın şamı yenicə yandırmışdı ki, İvan
içəri girdi, baş barmağı ilə burnunun üstünü
qaşıdı.
– Necəsiniz burda, qartallarım mənim,
hamı yerindədi?
“Həə, deməli bugün Ağanın kefi
yerindədi, çünki içki içməyə imkan tapa
bilib. – Aydın düşündü. – Kefi pis olanda,
içə bilməyəndə hamıya çığırıb-bağırır, ağzını
“donuzlar-itlər” deyə açır.
– Hamı yerindədi, – ağzına sığışmayan dili
ilə çatlayan dodaqlarını yalayan Şavxat tez
cavab verdi.
– Yaxşı, əlinizə nə keçib?... Ortaya atın
görək!... Antena, orda kran partlamaz ki?
Sən axı santexniksən! – İvan
bunu deyəndə
yüksəkdən və istehza ilə güldü. – Bomba
kimi partlamasın sonra!...
– Hə, Mənzil istismar idarəsində santexnik
işləmişəm, – Timofey qamətini düzəldib
cavab verdi. – Qorxmayın! Partlamaz!..
– Yaxşı, bəs niyə çıxdın işdən?
– Qəpik-quruş verirdilər, onu da vaxtı-
vaxtında verə bilmirdilər!.. Mən də iki dənə
sayğacı götürüb, qabağa saydırdım. Buna
görə tutub dama basdılar. Dörd illik cəzamı
günbəgün çəkdim... Arvadım ilan çıxdı, evi
satıb, özünə başqa kişi tapıb, başqa şəhərə
qaçıb. Beləcə oldum sərgərdan..
– Mən isə Tatarıstanda bir iş tapa
bilmədim, Qazaxıstana gəldim. Deyirdilər
ki, burada pul qazanmaq olar..., –
Şaxvat söhbətə dəstək oldu. – Gəl indi
inan kiməsə... Düzdür, birinci il iş tapıb,
“Kamaz”a minə bildim. Çinə əlvan metal
apardıq. Amma hər şeyimızı lənətə gəlmiş
gömrükçülər soyub, əlimizdən aldılar.
Hər şey tərsinə getdi – işimi də itirdim,
sənədlərimi də.
– Deməli, biznes eləmək istəyirdin?
– koreyalı Pak söhbətə qoşuldu. – Mən
də bizneslə məşğul idim,
evi də girov
qoymuşdum. Hər şey batdı getdi, əlimdən
çıxdı, biznes də, girovda qalan evim də!...
Daha doğrusu bic bir alçağın əlinə keçdi!
Arvadımı da ələ keçirdi!.. Bəli!.. Qadınlar
hamısı iblisdirlər! Onlara ancaq pul
lazımdır!..
Yuldaş sözünə qüvvət verdi:
– Bu kolbitlər düz deyirlər, – barmağı ilə
Aydını göstərərək dedi, – “arvadına və atına
arxayın olma”. Sibirdən qayıtmışam evimə,
nə görsəm yaxşıdır? Arvadım öz məşuqu ilə
yataq otağında, ikisi də çılpaq uzanıblar.
– Sonra nə oldu? – Timofey tüpürcək
saçaraq soruşdu.
– Ay eşşək, sözümü kəsmə, – Şaxvat
acıqlandı.
– Hansı kişi bu cür alçaldılmağa dözər,
– Yuldaş sözünə davam etdi. – Əlimi
atdım bıçağı götürüm, ikisini də doğramaq
istəyirdim.
Amma iblis arvad tez tərpəndi,
qaçıb gizləndi qonşunun mənzilində. O
biri yaramaz da ki, elə bil ayağına konki
geyinmişdi, sürüşüb aradan çıxdı. Məni də
öldürməyə təşəbbüs göstərdiyim üçün həbs