polemika köşəsi
9
USTAD
dərgisi \ Fevral 2016
8
USTAD
dərgisi \ Fevral 2016
Üzeyir bəy 1917-ci ilin dekabrında
Y.V.Çəmənzəminlinin
bir mətbu
çağırışına cavab olaraq “Açıq söz”
qəzetində (22 dekabr 1917-ci il) “Millı
marş” başlıqlı məqaləsində bildirirdi ki,
son günlər o, milli nəğmə yaratmaq
üzərində işləməkdədir və hələlik bir
milli qəsidə yazmışdır. Üzeyir bəy himn,
marş və digər istilahlarla yanaşı, həmin
bəstəsinin hansı üsulla yazıldığı barədə
də məsələyə aydınlıq gətirərək yazırdı:
“...Milli bir qəsidə (himnə qəsidə desək,
şərqi sözündən daha düzgün olar)
yazmaq haqqında mən bir müddətdir ki,
çalışıram. Hələlik bir milli marş yazmışam
ki, sözlərini burada dərc etməyi lazım
bilmədim. Ancaq bu sözlərin vəzn
cəhətdən düzgün olmadığının
səbəbini
qabaqca söyləməliyəm”.
Bundan sonra Üzeyir bəy sözünə
davam edərək öz bəstəsində istifadə
etdiyi yeni üsul haqda belə izahat verir:
“Qədim Yevropada və bu gün bizlərdə
musiqinin vəzni şeirin vəzninə tabe olur.
Halbuki bu gün Yevropada musiqiyə
xüsusi bir vəzn verilib, şeiri ona tabe
edirlər. Bunun izaha ehtiyacı vardır
ki, ancaq indi məqamı deyildir. Onu
demək istəyirəm ki, həmin sözlərin vəzni
musiqisinə tabedir”.
Göründüyü kimi, Üzeyir bəy Hacıbəyli
Azərbaycan bəstəkarlığına gətirdiyi bu
yeniliyin əksəriyyət
tərəfindən ilk vaxtlar
başa düşülməyəcəyini və bu üzdən
şeirin mətnində nəzərə çarpa biləcək
məhdudluqla bağlı qüsurları qəbul edə
bilməyəcəyini qabaqcadan duyaraq ona
aydınlıq gətirməyi lazım bilmişdir. Həmin
yeniliyin mahiyyəti və Üzeyir bəyin
izahatı bu gün çoxlarına bəlli olmadığı
üçün onlar Dövlət Himnimizin sözlərində
şeiriyyətcə və ya nəsə qüsur “tapıb”
ona kölgə salmağa çalışır, bununla da
öz naşılıqlarını və məlumatsızlıqlarını
nümayiş etdirmiş olurlar.
Qeyd edək ki, Ü.Hacıbəyli həmin
“Milli marş” məqaləsində yenicə
bəstələdiyi və ilk ifası 1917-ci il dekabrın
23-də “Şənbə günü Tağıyevin teatrında
“O olmasın, bu olsun” oyunundan
qabaq orkestr ilə çalınıb
ümum artistlər
tərəfindən oxunması” nəzərdə tutulan
marşın bütöv mətnini də dərc etdirmişdir.
Rəfiq Zəka Xəndanın “Ulduz” jurnalının
1989-cu il tarixli 7-ci sayında (səh.
90-92) haqqında danışdığı marşlardan
birincisi həmin bu şeirdir. R.Z.Xəndanın
“Türk marşları” kitabından əldə etdiyi,
ancaq altı misradan ibarət həmin parça
bütöv şeirin birinci bəndinin ilk iki
misrası ilə sonuncu-beşinci bəndindən
ibarətdir. “Türk marşlar”ında Üzeyir
bəyin yer alan ikinci marşı isə hazırkı
Dövlət Himnimizin mətnidir. Buradan
bir daha aydın olur ki, Üzeyir bəy
Hacıbəyli hər iki marşı “Milli marş”
məqaləsində
göstərdiyi kimi yeni Avropa
üslubunda bəstələmişdir. Odur ki, Dövlət
Himnimizin sözlərinin mətnində qüsur
axtarışına birdəfəlik son qoyulmalıdır.
O ki qaldı “Cəmo bəy” imzasının
kimə məxsus olmasına, Yaşar müəllim
bu məsələyə elmi aydınlıq gətirilməsi ilə
daim maraqlanır, axtarışa yeni qüvvələr
də cəlb etməyə çalışırdı. Bu məqsədlə o,
“525-ci qəzet”də işləyən aspirantını –
Rövşən Əhədoğlunu da işə cəlb etmişdi.
Rövşən problemlə bağlı öz jurnalist
araşdırmalarında xeyli əhəmiyyətli iş
ÜZEYİR
HACIBƏYLİ
polemika köşəsi
11
USTAD
dərgisi \ Fevral 2016
10
USTAD
dərgisi \ Fevral 2016
gördü, bir neçə adamdan müsahibə aldı.
Məndən müsahibə alarkən (bu
müsahibə qəzetin 18.03.2001-ci il tarixli
sayında dərc edilib.)
Rövşənə məsləhət
gördüm ki, öyrənsin, görsün Himn qəbul
edilərkən Milli Məclisin mədəniyyət
məsələləri üzrə daimi komissiyasının
sədri kim olubsa, ondan da müsahibə
götürsün. O zaman qərar layihəsi
müzakirəyə təqdim edilərkən bildirilmişdi
ki, əlimizdə şeirin mətninin müəllifinin
Əhməd Cavad olduğunu təsdiq edən
sənədlər var.
Ona görə həmin şəxsdən
xahiş etsin ki, o vaxt dediyi sənədlər
barədə informasiya versin. Çox güman
ki, qarşı tərəf bu sualın cavabından
qaçmağa çalışacaq. Ancaq sən
məqsədinə çatmamış onun yaxasından əl
çəkmə.
Rövşən Əhədoğlunun “525-ci
qəzet”də (24.03.2001) dərc etdirdiyi
“Himnin müəllifı məsələsi “ağsaqqalarla
söhbət”ə əsaslanırmış” başlıqlı növbəti
müsahibədən məlum oldu ki, o vaxt bu
layihənin hazırlanmasına keçmiş deputat,
professor
Firidun Cəlilov rəhbərlik
edirmiş.
Gözlənildiyi kimi, F.Cəlilov şeirin
Ə.Cavada aid olmasını təsdiqləyən
sənədin olub-olmaması haqda verilən
suala cavabdan bir neçə dəfə yayınmağa
çalışsa da, nəhayət, etiraf etməyə məcbur
olub ki, guya, belə bir mühüm məsələ
barədə qərar layihəsi hazırlayıb geniş
ictimaiyyətə “əlimizdə bunu təsdiq edən
sənəd var” deyə gözə kül üfürəndə elə bir
elmi mənbəyə ehtiyac da olmayıb. Çünki
heç birimizdə himnin müəllifi ilə bağlı
şübhə yox idi”..
Himnin sözlərinin müəllifı kimi
Əhməd Cavadın adının getməsində
şairin oğlu, həmin dövrdə milli məclisin
üzvü olan Yılmaz Axundzadənin xüsusi
canfəşanlıq göstərdiyi də F.Cəlilovun
söhbətindən bir daha aydın olur. O da
maraqlıdır ki, müsahibə ərzində qarşı
tərəfdən kifayət qədər sıxışdırılan
və bir
qədər də ittiham ruhlu polemikadan öz
günahının miqyasını kifayət qədər geniş
görə bilən F.Cəlilovun əsəbləri sonadək
davam gətirmədiyindən akademiyanın bu
məsələni müzakirəyə çıxaran alimlərini
ittiham edir...
Bu məsələdə tamamilə tərk-silah
olunduğunu görənlərin əksəriyyəti qarşı
tərəfi Ə.Cavadın repressiya qurbanı
olduğu faktı ilə onun ruhunu narahat
etməkdə günahlandırıb, bu cür söhbətləri
bir daha dilinə gətirməməyə çağırırdı.
Əvvəla, müəlliflik, atribusiya
məsələlərinin
həllində bu cür cəhdlər
yolverilməzdir, nadanlıqdır. İkincisi
də, repressiyaya qalsa, Cəmo bəy
Hacınski AXC-ni quranlardan, İstiqlal
Bəyannaməsinə imza atanlardan,
həmçinin, Cümhuriyyətin parlament və
hökumət üzvlərindən biri olmaqla, sovet
dövründə iki dəfə repressiyaya məruz
qalıb; o, 1922-ci ildə həbsə alınaraq üç
il Bakıda, üç il də Sololovki zindanında
dustaq həyatı keçirməli olub. 1938-ci
ildə isə Vyatkaya konslagerinə sürgün
edilərək ömrünü 1942-ci ildə katorqada
başa vurub. Yəni Cəmo bəy Hasınski də
repressiya qurbanıdır.
CƏMO
BƏY HACINSKİ