türkün sözü
59
USTAD
dərgisi \ Fevral 2016
58
USTAD
dərgisi \ Fevral 2016
barədə düşünür
və sonda bütün təhlükələrə
sinə gərib doğma yerlərə, vətəninə qayıdır.
Müəllif ağ dəvənin timsalında öz xalqının
azadlıq arzularını ölməz bir nəğməyə çevirə
bilib. Bu əsər rus dilinə çevrilib Moskvada
nəşr olunandan sonra müəllifə böyük
şöhrət qazandırıb. Müxtəlif dünya dillərinə
çevrilib. Onun digər əsərləri də öz xalqının
keçmişinin, bu gününün, gələcəyinin ustalıqla
qələmə alınmış canlı, kaloritli lövhələridir.
Xalqının həyat labirintlərinin qaranlıq
dəhlizlərinə səyahət edən Sabit Dosanov, öz
əsərləriylə bu qaranlıqda işıq yandıra bilir.
Onun “Dağ yolu”, “İkinci həyat”, “20-ci
yüz il” kimi romanları qazax xalqının, qazax
cəmiyyətinin şanlı
salnamələridir. “Dağ yolu”
romanında müəllif qazax bozqırlarındakı
həyatı canlı, realist boyalarla təsvir edir.
“İkinci həyat” romanı
məşhur qazax şairi
Kasım Amanjolovun həyatından bəhs edir
və çağdaş qazax ədəbiyyatının ən yaxşı
nümunələrindən sayılır.
Bu il 75 yaşı tamam olan yazıçının
yubileyi Qazaxıstanın bir neçə şəhərində,
Astanada, Almatıda və Kustanayda geniş
şəkildə qeyd edildi. Yubiley tədbirlərinə
dünyanın 20 ölkəsindən, o cümlədən
Azərbaycan və Türkiyədən də qonaqlar
qatılmışdı. Mən Azərbaycan Yazıçılar
Birliyi
adından bu tədbirlərə qatılan Azərbaycan
yazıçısı kimi deyə bilərəm ki, böylə xalq
sevgisini hər bir qələm adamı arzulayar.
Kustanay şölənlərinə qatılmış şair İbrahim
İlyaslı bunun canlı şahididir. Böyük türk
çöllərində yazıçı şərəfinə inanılmaz
şölən verildi. At yarışları təşkil edildi və
Azərbayacan şairi İbrahim İlyaslı bu at
yarışlarının ilk qalibi oldu.
Yəni Sabit
Dosanov öz varlığıyla yalnız yazmır, həm də
türkün ənənəsini yaşadır.
Sonda onu da deyim ki,
Sabit Dosanov
Beynəlxalq M.Şoloxov mükafatı laureatı,
Rusiya Ədəbiyyat Akademiyasının
akademikidir. Amma mənim üçün ən əsası
böyük yazıçı və böyük kişidir.
türkün özü
61
USTAD
dərgisi \ Fevral 2016
60
USTAD
dərgisi \ Fevral 2016
HƏYATIN
KƏNARINA
ATILMIŞLAR
h e k a y ə
Sabit Dosanov
Qazaxıstan
B
oğucu qızmar hava elə bil
duman kimi şəhərin küçələri ilə
axırdı, qabağına çıxan hər şeyi
bürüyür, içinə alırdı. Qaynar hava buruna
soxulur, sinəni yandırır, ciyərləri təngnəfəs
edir, insana dərindən nəfəs alıb özünə
gəlməyə imkan vermirdi. Hər yeni nəfəs
rahatlaşdırmaq yerinə bir pay da qızğın
hava verirdi. Bir ay idi ki,
nə yel əsmişdi,
nə də yağmur çisələmışdi… Yandıran
Günəşin altında yarpaqlar da vaxtından əvvəl
saralmışdı. Torpaq elə quruyub çartlamışdı
ki, hətta ağacların da altında solğun, cod
və cansız görünürdü. Asfalt da dözmürdü –
ayaqqabı dabanı bataqlığa batan kimi təpimiş
asfaltın qırına girirdi. Alatau ətəklərindəki
bu gözəl şəhər boz rəngli ağır toz qatına
bürünürdü. Ancaq səhərin erkən vaxtlarında
dağlardan yüngül təmiz hava axını gələrdi,
onu da az-maz, zorla hiss edərdin.
Aydın hər zaman olduğu kimi səhər
tezdən, yapışqan kimi nəm istilik düşməmış
qəzet köşkünə qaçardı. İllərdi belə adəti
var idi, günə qəzet oxumaqla başlayardı.
Qəzet köşkündəki sarışın rus qadın onu
yaxşı tanıyırdı. Yaşlı bir təqaüdçü olsa da,
əla yaddaşı var idi. Hətta Aydın hansı
qəzetləri alacaq – onu da bilirdi. Köşkdən
uzaqlaşmadan
yenicə qəzetləri vərəqləməyə
başlamışdı ki, birdən çox tanış gələn xırıltılı
bir səs onu çağırdı:
– Aydın!
Sürətlə çevrilib baxdı və gördüyünə
inanmadı.
– Aydın, sənsən?! ...Məni tanımadın? –
ortaboylu, qarabuğdayı, yumru qarnı olan bir
cigit utana-utana Aydına yaxınlaşdı. Bic-bic
qıyılan gözlər diqqətlə onu süzürdü.
– Tanıdım, niyə tanımadım? Qafur! –
Aydın səmimiyyətlə sevinərək əlini uzatdı,
içindən gələn bir istəklə Qafuru bağrına
basdı.
– Heç gözləməzdim ki, sənə rast gələm!...
Neçə il idi itmişdin, nə yaxşı birdən-birə
tapıldın! – Qafurun xışıldayan səsi artıq
başqalarının da diqqətini çəkirdi.
Aydın yaxındakı beşmərtəbə binanı
göstərərək, dedi:
– Niyə burda dayanmışıq? Gedək evə.
Qafur başa düşdü ki, Aydın tək yaşayır.
Mənzil
tərtəmiz idi, amma evə qadın əli
dəymədiyi bəlli idi. Necə deyərlər, ailə
rahatlığı yox idi. Nə vaxtsa göy rənglə
boyanmış, indi solmuş divarlar, boş servant,
əsgərcəsinə səliqə ilə düzəldilmiş yataq
üzündən mənzildən “subaylıq iyi” gəlirdı.
– Bağışla, bəs Rımcan və Aybar hardadı?
Sən niyə təksən?
– İtirdim onları... oğlumu da, yoldaşımı
da, – Aydın bir az ara verib dilə gəldi,
gözləri
doldu, ağlamaqdan özünü zorla saxladı, –
dörd il əvvəl, – ah çəkib dedi. –
Avtomobil qəzası... Rımcanla Aybar
Çimkəndə qonaq gedirdilər. Korday
aşırımında avtobus çevrilir, ikisi də həlak
oldu... – boğazına yığılan qəhər sözünü
bitirməyə imkan vermədi.
Qafur dostunun çiyninə toxunaraq, – O
vaxtdan bəri yalqızsan? Evlənməmisən? –
soruşdu.
– Evlənmək istəmədim, axı bilirsən
Rımcanı necə sevirdim. Yadındadır
da onu
necə aldım?... – Səsindən bəlli idi ki, Aydın
Qafurdan inciyir. – Sən ki, bizim toyumuza
gəlmişdin, özün də sağdış idin...
– Əlbəttə yadımdadır, Aybar anadan
olanda da, məktəbə gedəndə də necə
bayram etmişdiniz...
– Aybar yerindəcə ölmüşdü. Rımcan
isə qəzadan sonra gətirdikləri rayon
xəstəxanasında rəhmətə getdi. Gözünü
əbədiyyətə bağlamazdan əvvəl axırıncı sözü –