114. Hansılar Azərbaycan Respublikasının Prezidentinin aktlarıdır:
A) Fərmanlar
B) Sərəncamlar
C) Qanunlar
D) Qərarlar
E) Hökmlər
115. Hansılar Azərbaycan Respublikası Nazirlər Kabinetinin aktlarıdır:
A) Qərarlar
B) Sərəncamlar
C) Qanunlar
D) Fərmanlar
E) Hökmlər
116. Azərbaycan Respublikası ərazisində fövqəladə vəziyyətin tətbiq edilməsi qaydası:
A) Azərbaycan Respublikası Prezidenti tərəfindən tətbiq edilir və bu barədə qəbul edilmiş fərman 24 saat müddətində Milli Məclisin təsdiqinə verilir
B) Azərbaycan Respublikası Milli Məclisi tərəfindən tətbiq edilir və bu barədə qəbul edilmiş qərar məlumat üçün Prezidentə göndərilir
C) Azərbaycan Respublikasının Baş naziri tərəfindən tətbiq edilir və 24 saat müddətində Azərbaycan Respublikası Prezidentinə məlumat verilir
D) Azərbaycan Respublikasının Baş naziri tərəfindən tətbiq edilir və sərəncam müzakirə üçün Milli Məclisə təqdim edilir
E) Azərbaycan Respublikasının Baş naziri və Milli Məclis sədrinin birgə imzaladığı qərar əsasında tətbiq edilir və bu barədə 24 saat ərzində Azərbaycan Respublikası Prezidentinə məlumat verilir
Dostları ilə paylaş: |