Texniki Yardım üzrə Hesabatı



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə30/48
tarix15.03.2018
ölçüsü5,01 Kb.
#32514
1   ...   26   27   28   29   30   31   32   33   ...   48

62
Faza 4
.  Mövcud  bilik  platformasına  enerji  səmərəliliyi  ilə  bağlı  məhsul  və  xidmətlərin, 
məsələn,  mövcud  ESCO-lar  və  məsələhətçi  şirkətlərlə  bağlı  əlaqə  məlumatların, 
avadanlıq təchizatçılarında axtarış  aparılması mümkün olan məlumat bazalarının və ya 
enerji xidmətləri provayderləri üçün tender keçirilən məkanların daxil edilməsi. Layihənin 
icrası  üçün  EESS  tərəfindən  verilən  dəstəyin  effektivliyini  yoxlamaq  məqsədilə 
oblastların birində bir-iki pilot layihənin həyata keçirilməsi 
148.  Faza  1-in  icrası  ilə  birbaşa  İEYQ  emissiyalarının  bir  il  üçün  1,607  tCO
2
e  həcmində 
azaldılması təxmin edilir.  
149. NAMA-nın ümumi icra xərci 3,552,800 ABŞ Dollarıdır. Bu xərcin 2,730,000 ABŞ Dollarının 
beynəlxalq  mənbələrdən,  o  cümlədən  texniki  yaradım  və  bacarıqlarının  artırılması  proqramları 
şəklində əldə olunması gözlənilir. 
4. 
Özbəkistanda 
kiçik 
miqyası 
Hidroenerji 
qurğularının 
tikintisinin 
sürətləndirilməsi 
150.  Ötən  il  ərzində,  bərpaolunan  enerjidən  istifadənin  artırılması  strategiyasının  bir  hissəsi 
olaraq,  Özbəkistan  hökuməti  hidroenerji  sahəsinə,  o  cümlədən  kiçik  hidroenerji  qurğularının 
(ümumi  gücü  30MV-dan  az)  quraşdırılmasına  investisiya  qoyuluşlarını  təşviq  etməyə 
başlamışdır.  2015-ci  ilin  may  ayının  5-də  Özbəkistan  Prezidenti  İ.Kərimov  “2015-2019-cu  illər 
ərzində  İqtisadi  və  Sosial  sferada  Enerji  intensivliyinin  aşağı  salınması  və  Enerji  baxımdan 
səmərəli  texnologiya  və  sistemlərin  həyata  keçirilməsinə  dair  Tədbirlər  Proqramı”  haqqında 
2343  saylı  Qərar  imzalamışdır.  Qərarın  birinci  paraqrafında,  bərpaolunan  enerjinin  əhəmiyyəti 
vurğulanır.  İkinci  paraqrafda,  33  tədbirlə  bağlı  Yol  Xəritəsi  təsdiq  olunur.  Yox  xəritəsinin  20-ci 
bəndində İqtisadiyyat, Maliyyə, Kənd təsərrüfatı və Su Resursları, Uzbekenergo və “Hidrolayihə” 
İnstitutuna  2016-2020-ci  illər  üçün  Hidroenerjinin  İnkişafına  dair Dövlət Proqramını  hazırlamaq 
tapşırılır.  Proqram  2015-ci  ilin  üçüncü  rübünə  qədər  təsdiqlənməlidir.  Proqramın  Uzbekenergo 
tərəfindən hazırlanmış mövcud layihəsində ümumi gücü 2,512 MV-a bərabər olan 76 yeni Hidro 
enerji  qurğularının  tikintisi  və  mövcud  potensialı  1,973  MV-a  çatdıra  biləcək  33  mövcud 
hidroenerji qurğularının rehabilitasiyası nəzərdə tutulur. 
151.  Bu  yaxınlarda  Kənd  təsərrüfatı  və  Su  Resursları  Nazirliyi  tərəfindən  2015-2030-cu  illər 
üçün Kiçik Hidroenerji qurğularının inkişafına dair yeni proqram işlənib hazırlanmışdır. Proqram 
hazırda  Hökumət  daxilində  müvafiq  qurumları  rəyinin  əldə  edilməsi  prosesindədir.  Bu  yeni 
proqram ümumi gücü 210 MVt-a bərabər olan 19 kiçik hidroenerji qurğularının quraşdırılmasını 
nəzərdə  tutur  ki,  bunun  üçün  də  727.2  milyon  ABŞ  dolları  investisiya  tələb  olunur.  2343  saylı 
qərarın  qəbul  olunması  və  Yol  xəritəsinin  təsdiqlənməsi  ilə,  bu  proqram  2016-2020-ci  illərdə 
hidroenerjinin inkişafına dari daha geniş proqramın bir hissəsi olacaqdır
39
.
152.  Bu  NAMA-nın  məqsədi  invesitisiyaların  artırılması,  bacarıqların  inkişaf  etdirilməsi  və 
institusional  rolları  aydınlaşdırılması,  eləcə  də  hüquqi  və  tənzimləyici  normaların 
təkmilləşdirilməsi  ilə  hökumətin  kiçik  hidro  enerji  qurğularının  tikintisi  və  rehabilitasiyası 
təşəbbüslərini  dəstəkləməkdir.  NAMA  onun  icrasına  mane  olan  boşluqları  təhlil  və  ətraflı 
müəyyən  etməklə  hökumətin  planlarını  tamamlayacaqdır.  Bura  kiçik  hidro  qurğuların 
qiymətləndirilməsi,  planlaşdırılması  və  tikintisi  üçün  tələb  olunan  texniki  bacarıqların 
39
Bax: Review.uz, Aylıq “İqtisadi Baxış” bülleteninin onlayn versiyası: Özbəkistan 2016-2020-ci  illərdə  hidroenerjinn 
inkişafı  üçün  proqram  həyata  keçirəcəkdir
6 May, 2015.
http://www.review.uz/index.php/novosti-main/item/2505-v-
uzbekistane-poyavitsya-programma-razvitiya-gidroenergetiki-na-2016-2020-gody


63
yaxşılaşdırılması,  eləcə  də  dövlət  və  özəl  kapitaldan  planlaşdırılan  hidroenerji  potensialının 
istifadə olunmasını sürətləndirmək üçün müvafiq tədbirlərin icrası daxildir.  
153. Bu NAMA Kiçik Hidroenerji qurğularının İnkişaf etdirilməsinə dair Dövlət Proqramına uyğun 
olaraq  2015-2030-cu  illəri  əhatə  edən  müddətə  həyata  keçiriləcəkdir.  Bu  NAMA  üçün  təklif 
olunan fəaliyyətlər aşağıdakılardır: 
(i)  İnstitusional  məsələlərin  təhlili  və  kiçik  hidroenerji  qurğularının  inkişaf  etdirilməsi  ilə 
əlaqədar  institusional  strukturların  optimallaşdırılması  məqsədilə  təkliflərin  işlənib 
hazırlanması. 
(ii)  Hüquqi məsələlərin, əsasən də hidroenerji generasiya edən obyektlər üzərində mülkiyyət 
problemlərinin və özəl investisiyalara maneə olan əngəllərin detallı şəkildə araşdırılması. 
(iii) Hidroenerjinin ötürülməsinin aydınlaşdırılması və potensial investorlara istehsal etdikləri 
elektrik  enerjisinin  iqtisadi  baxımdan  mümkün  olduğu  halda  alınacağına  təminatın  
verilməsi. 
(iv) Kiçik hidroenerji istehsalı üçün xüsusi tariflər də daxil olmaqla təkliflərin hazırlanması və 
təhlili.  
(v)  Kiçik  hidrəenerki  avadanlıqlarının  idxalının  stimullaşdırılması  və  onun  daxildə 
istehsalının təşviqi üçün spesifik addımların atılması. 
(vi) Sektora  xarici  və  yerli  özəl  investisiyaların  cəlb  edilməsi  üçün  təkliflərin  işlənib 
hazırlanması. 
(vii) Kiçik  hidro  enerji  sahəsində  maarifləndirmə,  təlim  və  bacarıqların  artırılması  işlərinin 
təşviq  olunması:  tədris  kurrikulumun  hazırlanması,  tələbə  mübadiləsinin  təşkili,  xaricə 
tanışlıq  səfərlərinin  həyata  keçirilməsi  və  konkret  auditoriya  üçün  seminar  və 
konfransların keçirilməsi. 
(viii) Özbəkistanda kiçik hidroenerji qurğularının yenilənmiş atlasının işlənib hazırlanması. 
(ix) Kiçik hidroenerji qurğularının tikintisi və modernləşdirilməsinə investisiyaların yatırılması. 
Bu  NAMA  nəticəsində  2030-cu  ilə  qədər  İEYQ  emissiyasının  hər  il  üçün  təxminən  918,715 
tCO
2
e azaldılacağı gözlənilir. 
154. Bu NAMA-nın icra xərci 728.65 milyon ABŞ dolları təşkil edir ki, bura 19 kiçik hidroenerji 
qurğularının  tikintisi  və  3  mövcud  hidro  enerji  qurğularının  rehabilitasiyası  daxildir.  Ümumi 
məbləğin 82.47 milyon ABŞ dolları beynəlxalq yardım vasitəsilə bacarıqların artırılması, texniki 
yardım və yeni kiçik hidroenerji qurğularının tikintisi üçün əldə ediləcəkdir.  
155. Bu NAMA üçün təklif olunan icraçı qurumlar Kənd Təsərrüfatı və Su Resursları Nazirliyi və 
Uzbekenergo-dur.
E. 
İqlim  Dəyişmələri  sahəsində  İnvestisiya  Qoyuluşu  Konsepsiyalarının  İşlənib 
Hazırlanması (Nəticə 2) 
156. Bu TY layihəsinin 2-ci Nəticəsi iqlim dəyişmələri sahəsində üç investisiya konsepsiyasının 
müəyyənləşdirilməsi  və  işlənib  hazırlanması  ilə  bağlıdır.  AİB  və  aidiyyətitərəflərlə  birlikdə, 
müəyyən  edilmişdir  ki,  bu  konsepsiyalar  təklif  olunan  NAMA-ların  ayrı-ayrı  komponentləri 
əsasında  hazırlanmalıdır.  Habelə  qeyd  olunmuşdur  ki,  NAMA-nın  spesifik  hissələrinə 
ivesitisiyaların yatırılması NAMA üçün müəyyən edilmiş ümumi siyasətin uğurla nəticələnməsinə 
gətirib çıxara bilər.  


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   48




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə