88
Əlavə 2
E.
İnvestisiya imkanlarına dair məlumat
214. İnfrastruktur problemini həll etmək və milli prioritetlərə uyğun olara təmiz nəqliyyat
sektorunun inkişafını təmin etmək məqsədilə, investisiyaya dair bu konspesiya qeydi təbii qaz
şirkəti KazTransGas ASC-ni 10 CNG doldurma məntəqəsi (CNG-FS) şəbəkəsinin tikintisində
dəstəkləməyi təklif edir. Doldurma məntəqələri Qazaxıstanın müxtəlif şəhər və rayonlarında pilot
məntəqələr kimi xidmət göstərəcəkdir. Onlar bu sahədə bazarın inkişafı və gələcəkdə daha 100
CNG doldurma məntəqəsinin tikintisi və Qazaxıstanda təbii qaz doldurma bazarı üçün
infrastrukturun yaradılmasında baza rolunu oynayacaqdır. İnvestisiya konsepsiyasında
institusional dəstək elementlərinə əsaslanan komponentlər də öz əksini tapmışdır. Bura mövcud
nəqliyyat vasitələrinin CNG-yə keçirilməsi üçün tələb olunan texniki biliklərə dair təlimlərin
keçirilməsi, sınaq və sertifikatlaşdırma mərkəzlərinin yaradılması, eləcə də nəqliyyat vasitələrinə
texniki qulluq göstərən texniklər üçün təlimlrin keçirilməsi daxildir.
215. İnvestisiya NAMA-nın icrası ilə bağlı iki mərhələni əhatə edir (2014-2018). Gözlənilən
nəticələr aşağıdakılardır:
(i) Qazaxıstanın müxtəlif yerlərində on CNG-doldurma məntəqəsinin tikintisi
(ii) əlavə 35 CNG (sıxlaşdırılmış təbii qaz) doldurma məntəqəsinin tikintisi üçün texniki-
iqtisadi əsaslandırmanın tamamlanması
(iii) Bazar araşdırmasının aparılması
(iv) İstrifadəsində 260 nəqliyyat vasitəsi olan of KazTransGas ASC-nin korporativ nəqliyyat
parkının modernləşdirilməsi tamamlanıb
(v) Təbii qaz avadanlıqlarının, xüsusilə yüksək təzyiqli CNG silindirlərinin texniki baxışı üçün
mərkəzin yaradılması
(vi) Heyətin təlimləndirilməsi (250 heyət üzvi)
(vii) Yeni standart və normaların tətbiqi, və CNG və LNG (mayeləşdirilmiş təbii qaz) nəqliyyat
vasitələri ilə bağlı qanunvericilik bazasının yaxşılaşdırılması
F.
Texniki Parametrlər
216. İnvesitisiya konsepsiyasında aşağıdakı şəhərlərdə 10 yeni CNG doldurma məntəqəsinin
tikintisi öz əksini tapır (Şəkil):
(i) Kyzylorda, Shymkent, Actobe (2015 – 2017)
(ii) Taraz, Uralsk, Kostanai, Atyrau, Aktau (2016 – 2017)
(iii) Merke və Turkestan (2017 – 2018)
217. Bu, bazar araşdırması və texniki-iqtisadi əsaslandırmanın nəticələrinə əsasən NAMA-nın
bir hissəsi olaraq tikiləcək 35 doldurma məntəqəsindən birinin nümunəsidir.
G.
Maliyyə parametrləri
218. Aşağıdakı bölmədə invesitisiya imkanlarının iqtisadi təhlili verilir. Maliyyə təhlilləri üçün
statistic məlumatlar olmadıqda, KazTransGaz hazırda Kyzylorda, Shymkent, və Actobe
şəhərlərində üç CNG doldurma məntəqələrinin tikintisi zamanı əldə olunan təcrübədən istifadə
edir. Hər hansı sahə üzrə spesifik məlumatlar olmadıqda, tikilməkdə olan hər üç doldurma
məntəqəsi üçün detallı təhlil olunan xərc və məhsuldarlıqla bağlı məlumatların ortaq məxrəci
tapılır və bu investisiya konsepsiyasının bir hissəsi olaraq maliyyələşdiriləcək yeddi CNG-
doldurma məntəqəsi üçün ümumiləşdirilir.
Əlavə 2
89
Şəkil 2: 2100 m3/saat doldurma gücünə malik CNG doldurma məntəqəsinin işçi dizaynı
Qeydlər: 1 – qəbul olunan təbii qazı tənzimləyən blok; 2 – texnoloji boks bloku, o cümlədən compressor və CNG
hazırlıq avadanlığı; 3 – CNG saxlama bloku; 4 – doldurma nasosu kolonkası; və 5 – avtomatlaşdırılmış Nəzarət
Sistemi
Mənbə: KazTransGaz ASC
219. Tikilməkdə olan CNG doldurma məntəqələri üçün xərclər və iqtisadi göstəricilər Cədvəl 2-
də verilmişdir. Dizayn baxımından doldurma məntəqələrinin eyni olmasına baxmayaraq, ayrı-
ayrı alt-layihələrin 18%-dən 26%-ə qədər dəyişən müxtəlif daxili gəlir səviyyəsi vardır. Bu,
quraşdırılmaqda və işləməkdə olan doldurma məntəqələrinin həm sabit, həm də dəyişən
xərclərinin spesifik yerdən asılı olması faktı ilə əsaslanıdırılır. Onlar habelə CNG-nin satış
qiymətlərinə və xam təbii qazın alış qiymətlərinə görə də fərqlənir ki, bu da təbii qaz anbarlarının
və müvafiq infrastrukturun doldurma məntəqəsinə yaxınlığı ilə izah olunur.
220. KazTransGaz ASC xam təbii qaz üçün uzun müddətli müqavilələr bağlamaqla bu qiymət
qeyri-müəyyənliyini müəyyən qədər həll edə bilir. Bu məsələ Bölmə B-də CNG qiymətlərinin
gözlənilən uzunmüddətli stabilliyi ilə birlikdə müzakirə olunur və şirkətə öz marjasını
90
Əlavə 2
proqnozlaşdırmağa imkan verir. Lakin, regional qiymət differensialları yenə də nəzərə alınmalı
olacaq. Ona görə də bu investisiya imkanı üçün tam texniki və iqtisadi əsaslandırmada
KazTransGaz ASC-nin 2015-ci ilin sonuna qədər tamamlamaq niyyətində olduğu bazar
təhlillərinin nəticələri nəzərə alınmalıdır.
Cədvəl 2: Artıq tikilməkdə olan 3 CNG doldurma məntəqəsi üçün iqtisadi və texniki
göstəricilər
Göstərici
Şəhər
Şimkent
Kyzyl-Orda
Actobe
Ümumi investisiya xərcləri, ABŞ$
2,283,345
2,412,934
2,398,700
Doldurma gücü, 1000 m3/saat
2,100
2,100
2,100
Maksimum günd
əlik doldurma potensialı,
1000 m3
12,264
12,264
12,264
CNG-doldurma m
ə
nt
ə
q
ə
sinin orta
yükl
ə
nm
ə
faktoru, %
65
55
53
Layih
ə
müdd
ə
tind
ə
CNG-
nin satış qiymə
ti
(2015 – 2030), ABŞ$/m
3
0.259 – 0.56
0.259 – 0.419
0.288 - 0.420
Layih
ə
dövründ
ə
t
əbii qazın alış qiymə
tl
ə
ri
(2015 –
2030), ABŞ$/m
3
0.138 – 0.362
0.070 – 0.193
0.041 – 0.112
Endirilmiş də
r
ə
c
ə
l
ə
r
əsasında xalis ə
ld
ə
olunan g
əlir 11.5%, ABŞ$
839,465
978,553
1,787,968
Daxili gəlir dərəcəsi, %
18.18
20.12
25.86
Sadə ödəniş müddəti, illər
5
5
4
Endirilmiş ödəniş müddəti, illər
7
6
5
Mənbə: Abt Associates tərəfindən aparılan təhlil.
221. Üç CNG doldurma məntəqəsi üçün, ümumi investisiya xərci 7,095,000 ABŞ $, layihənin
birləşmiş daxili gəlir dərəcəsi isə 18.81%-dir. Layihə üçün sadə ödəmə müddəti 5 ildir, endirilmiş
ödəmə müddəti isə 6 ildir. Bütün 10 doldurma məntəqəsinə təklif olunan investisiya oxşar
nəticələrə gətirib çıxarmalıdır.
222. İnvestisiya konsepsiyasında NAMA-nın bəzi yumşaq komponentlərinə, o cümlədən
aşağıdakılara investisiya qoyuluşu nəzərdə tutulur:
(i) NAMA çərçivəsində nəzərdə tutulmuş bütün 35 CNG (sıxlaşdırılmış təbii qaz) doldurma
məntəqəsinin tikintisi üçün texniki-iqtisadi əsaslandırmanın aparılması
(ii) Qazaxıstanın iqliminə və xüsusiyyətlərinə daha yaxşı uyğun gələn CNG doldurma
məntəqələrinin dizaynının hazırlanması
(iii) CNG yüksək təzyiqli çənləri və digər avadanlıqlar üçün sınaq və sertifikatlaşdırma
mərkəzinin tikintisi
(iv) Mütəxəssislərin təbii qaz sahələrində maarifləndirilməsi və təlimləndirilməsi
(v) Bacarıqların artırılmasına dair ümumi proqram
223. Yumşaq component üçün tələb olunan maliyyənin ümumi məbləği 6.5 milyon ABŞ
dollarıdır. Bu tədbirlər NAMA-nın uğuru və təbii qaza əsaslanan nəqliyyat sektorunun inkişafı
üçün zəruridir. Onlar, ona görə də bu investisiya konsepsiyasına daxil edilmişdir. Yumşaq
komponentlər daxili mənbələr hesabına və ya kreditlə maliyyələşdirilə bilər. Hər iki ssenari
aşağıdakı maliyyə modelində təhlil olunur. Əlavə olaraq, yumşaq komponentlər qismən və ya
tam şəkildə qrantlar və ya donorların texniki yardımları hesabına maliyyələşdirilə bilər. Bu
Dostları ilə paylaş: |