Əlavə 2
103
I.
Həssaslıq təhlilləri və Risklərin İdarə olunması
261. Tuyabuguzskaya SHP-in təxmini hesablanmış nağd pul dövriyyəsinin sadələşdirilmiş
həssaslıq təhlili göstərir ki, xərc modelində hər hansı ciddi neqativ dəyişikliyin edilməsi layihəyə
problem yarada bilər (Cədvəl 2). Ən həssas parametrlər, təbii olaraq, tariff və ümumi elektrik
enerjisi istehsalıdır: onlardan hər hansı birində +- 10% civarında dəyişiklik layihənin daxili gəlir
dərəcəsində +33% və ya -31% dəyişikliyə, eləcə də 10%-lik endirim dərəcəsi ilə xalis əldə
olunan gəlirdə + -203% dəyikliyə səbəb olacaqdır.
262. Layihə eyni zamanda ümumi investisiya xərclərinə çox həssasdır. Belə ki, 10% tərpəniş
layihənin daxili gəlir dərəcəsində +34% və ya -27% dəyişikliyə, eləcə də xalis əldə olunan
gəlirdə +-183% dəyişikliyə səbəb olacaqdır. Digər tərəfdən, mənfəət vergisində və ya itkilərin
səviyyəsində 10%-lik dəyişiklik daxili gəlir dərəcəsində yalnız 3% və ya 2% dəyişikliyə, xalis
gəlirdə isə müvafiq olaraq 16% və ya 10% dəyişikliyə səbəb olacaqdır.
Cədvəl 2: Tuyabuguzskaya SHP-nin İnvestisiya İmkanlarının Həssaslığına dair Təhlil
Parametr
(+- 10%-ə qədər dəyişiklik)
N
ə
tic
ə
d
ə
d
əyişiklik(%)
H
əssaslıq
IRR (daxili g
ə
lir
dəcəsəi), %
NPV (xalis
ə
ld
ə
olunan gəlir), $
IRR, %
NPV , %
Tarif
+3.914 or -3.677
+- 1,370,250
+-32
+-203
Ümumi elektrik enerjisi isehsalı
+3.914 or -3.677
+- 1,370,250
+-32
+-203
Ümumi investisiya x
ə
rci
+4.032 or -3.202
+- 1,235,250
+-31
+-183
Faiz dərəcəsi
+- 0.712
+- 249,750
+-6
+-37
M
ə
nf
əə
t vergisi
+- 0.356
+- 108,000
+2.5
+-16
İtkilərin səviyyəsi
+- 0.356
+- 67,500
+-1.5
+-8
Qeyd: 10%-lik endirim dərəcəsi nəzərə alınır
Mənbə: Abt Associates tərəfindən aparılmış təhlili.
263. Layihə kredit şərtlərində nisbətən daha az həssasdır. Belə ki, faiz dərəcələrində 10%-lik
dəyişiklik daxili gəlir dərəcəsində 6%, xalis əldə olunan gəlirdə isə 37% dəyişikliyə səbəb olur.
Özbəkistan Milli Bankının marjası və təminatsız zəmnət haqqlarına eyni dəyişikliyin edilməsi,
eynilə az təsirə səbəb olur – daxili gəlir dərəcəsində 1-2%, əldə olunan xalis gəlirdə isə 6%-10%
dəyiikliyə səbəb olur.
264. Bu rəqəmlər göstərir ki, kiçik vergi endirimlərinin edilməsi və ya investisiya kreditləri üçün
ödənişsiz dövlət zəmanətinin təmin edilməsi layihənin iqtisadi baxımdan mümkünlüyünə hər
hansı təsir etməyəcəkdir. Digər tərəfdən, idxal olunan avadanlıqlara vergi rüsumlarının aradan
qaldırılmasının, xüsusilə avadanlıq xərcləri ümumi xərclərdə əhəmiyyətli paya malik olarsa,
mühim müsbət təsirləri ola bilər. Bu yanaşma, SHP-nin yeni bəndin, qapıların və ya kanalların
tikintisinin tələb olunmadığı mövcud hidro-texniki infrastruktrun əsasında tilkilməsi zamanı daha
münasibdir.
265. Avadanlıq xərcinin çoxalması riski dəqiq dizayn və tam əhatəli texniki-iqtisadi əsaslandırma
aparmaqla, təchizatçılar üçün rəqabətə əsaslanan tenderlər keçirməklə və qalib ilə müvafiq alış
müqaviləsi imzalamaqla (zədələnməyə görə böyük likvid öhdəliklər və zəmanət haqqında
maddələr daxil etməklə) aradan qaldırıla bilər. Tikintinin yubanması və xərclərin artması riskləri
də eyni qaydada həll edilə bilər. Tikinti işləri qismən daxili müəssisələr tərəfindən həyata
keçiriləcəyindən Uzsuvenergonun burada daha çox nəzarəti ola bilər. Tariflərdəki dəyişikliklərlə
bağlı risklər nisbətən şəffaf və proqnozlaşdırıla bilən. Elektrik enerjisi istehsalında dəyişiklik riski
ən çətin idarəolunan risk hesab olunur, çünki o daha çox hidroloji vəziyyətdən, eləcə də kənd
təsərrüfatı sənayesinin suvarma ehtiyaclarından asılıdır. Tuyabuguzskaya SHP-də enerji
generasiyası (istehsalı) Tuyabuguz Su Anbarının suvarma funksiyası ilə müqayisədə ikinci
104
Əlavə 2
dərəcəli hesab olunursa, bu zaman belə riskləri proqnozlaşdırmaq üçün heç də çox iş görməyə
ehtiyac yoxdur.
J.
Digər
266.
Tuyabuguzskaya SHP (kişik hidroenerji qurğususu) ilə istehsal olunan enerji milli şəbəkəyə
qoşulacaq və yerli enerji təchizatını artırmaq üçün istifadə ediləcəkdir.
267.
Elektrik təchizatına etibarın yaxşılaşması kənd təsərrüfatı istehsalının artması, kiçik və orta
sahibkarlığın genişlənməsi imkanlarının çoxalması, məktəb, klinika, kiçik biznes, yerli işıqlandırma
xidmətləri, kommunikasiya və hava keyfiyyətinin yaxşılaşdırılması vasitəsilə yüksək yaşayış
səviyyəsinin təmin edilməsinə gətirib çıxaracaqdır. Digər faydalara kiçik hidro enerji qurğularının
tikintisi və fəaliyyəti zamanı yeni iş yerlərinin yaradılması daxildir.
268.
Sosial və ətraf mühit faydaları milli iqtisadiyyata aid faydalardır, məsələn elektrik enerjisi
generasiyası üçün təbii qazdan istifadəyə qənaət edilməsi. 30 il işlədikdən sonra Tuyabuguzskaya
SHP təxminən 405M kub metr təbii qaza qənaət edəcəklər ki, bu da xarici bazarlarda satıla bilər.
Təbii qazdan istifadənin elektrik enerjisi ilə əvəz olunması ilə, Tuyabuguzskaya SHP By displacing
the use of natural gas for electricity generation, the Tuyabuguzskaya SHP il ərzində
22,238 tCO
2
e
emissiyasının azaldılmasına gətirib çıxaracaqdır.
5
5
BMT Çərçivə Konvensiyası, Təmiz İnkişaf Mexanizmi. 2013b. ASB0003. Standartlaşdırılmış Baza: Özbəkistan
Respublilkası üzrə Şəbəkə Emissiya Faktoru. Versiya 01.0
https://cdm.unfccc.int/methodologies/standard_base/Standardized_Baseline_PSB005_ver01.0.pdf
Dostları ilə paylaş: |