Texnologiya 8 Derslik 2017+ Layout 1



Yüklə 0,54 Mb.
Pdf görüntüsü
səhifə17/28
tarix14.01.2018
ölçüsü0,54 Mb.
#20719
1   ...   13   14   15   16   17   18   19   20   ...   28

55

Avtomatika nədir?

Avtomatika elmin və texnikanın avtomatlaşdırılmış qurğuların quruluş

prin sipləri və işləmə nəzəriyyəsini öyrənən sahəsidir. Maddələrin istilik təz ­

yiqinin azacıq dəyişməsi nəticəsində qəzalar, itkilər və qüsurlarla nəti cələnən

böyük sürət tələb edən texnoloji proseslərin də avtomatlaşdırılması zəruridir.



Avtomatlaşdırılmış qurğuların hansı növləri mövcuddur?

Avtomatlaşdırılmış qurğuların aşağıdakı növləri var: mexaniki, elektro ­



me xaniki, elektron və termoelektrik. Onlardan ən çox yayılanı elektrome ­

xa niki və elektron cihazlar – kompüterlərdir.

İnsan əməyinin məhsulu olan çoxsaylı avtomatik qurğular dörd əsas qrupa

ayrılır: avtomat nəzarət, avtomat müdafiə, avtomat tənzimləmə və av­



tomat idarə qurğuları.

Bu qurğulara ayrı­ayrılıqda baxaq:



1. Avtomat nəzarət qurğuları istehsal prosesinə, maşın və mexanizm ­

lərin işinə nəzarət edir və nəzərə çarpan dəyişikliklər haqqında xəbərdarlıq

siqnalı ötürür. 

Avtomat nəzarət istənilən avtomatlaşdırılmış prosesin ilk pilləsidir. Nəza ­

rətin əsasında müqayisə durur. Məsələn, hazır detalın ölçüləri ilə çert yojda

verilənləri. Nəzarət əməliyyatlarına istehsal edilən məhsulun və sərf edi lən

ener jinin hesablanması, hərarətə, dövretmə tezliyinə, gərginliyə, bir sözlə, tex ­

noloji prosesdə əhəmiyyətli hesab edilən hər sahəyə nəzarət aid edilir.

Avtomat nəzarət cihaz ­

ları bəzən məmulatların

növlərə ayrılması və mar­

kalanması kimi işləri də

yerinə yetirir. Diyircəkli

yas tıq üçün kürəciklərə av ­

tomat nəzarət və ölçü lə rinə

görə çeşidlənməsi sxe 

mi

şəkil 2­də göstərilmişdir.



Kü  rəciklərin  diyirləndiyi

na 


valça boyu nəzarət və

çe şidləmə qurğuları quraş ­

dı rılıb. Әgər kürəciyin dia ­

 metri normadan artıqdırsa,



Şəkil 2. Kürəciklərin ölçülərinə 

avtomatlaşdırılmış nəzarət və çeşidləmə sxemi

1

2



3

4

5



6

7

8



 Çap üçün deyil


56

ştok (qol) (6) vasitəsilə elastiki kontakta (8) basır və onu kənarlaşdırır. Elek­

trik zənciri siyirməsi (1) dağılır, lingi (2) və qapağı (4) buraxır. Kürəciyin

kütləsinin təsiri altında qa paq açılır və kürəcik toplayıcıya düşür. Kiçik ölçülü

kürəciklər növbəti nə zarət qurğusuna qədər sərbəst diyirlənir. Yay (3) qapağı

başlanğıc halına gətirir. Qayka (7) kürəciklərin nəzarət edilən ölçüsünü

nizamlamağa kömək edir.

2. Avtomat mühafizə qur ­

ğuları  avadanlığı (dəzgahları,

mühərrikləri, generatorları, məi ­

şət cihazlarını) və cihazları zədə ­

lənmədən qoruyur. Bu qur ğular

normal prosesdən azacıq yayın ­

ma zamanı maşın və dəz gah la rın

işini dayandırır. Sadə av  to mat hər

bir mənzildə vardır – bunlar elek­

trik qoruyucularıdır (şəkil 3).

3Avtomat idarəetmə qur ­

ğuları in 

sanı müxtəlif mexa 

­

nizm 



lərin işə salınması və

da   yan dı rıl ma sı  əməliyyatlarında

iştirakdan azad edir. Bu qur ğular

tex no loji  əməliyyatları  əvvəl cə ­

dən tutulmuş plan üzrə həyata

ke çirməyə  imkan  ya ra dır.  Məsə ­

lən, elektrik  işıqlan dı rıcılarını

(reklam lövhəsi, işıq for) idarə ­

etmə qurğular (şəkil 4). Xüsusi

lentdə (1) (deşilmiş, yaxud maq ­

nit) müəyyən ardıcıllıqla qoyul muş xüsusi işarələrlə (dəliklər) proqram «yazılır».

Lent yerini dəyişir və xüsusi kontaktlar (2) şəklində «ələ də yir». Kontakt lentin

üzə rin dəki dəliklərə düşdükdə dövrəni kontakt lövhəsi (3) va sitəsilə bağ layır.

Bu zaman reklam lövhəsi və işıqforun elektrik lampaları işıqlanır.



4. Avtomatlaşdırılmış tənzimləmə qurğuları maşın və cihazlara

verilmiş iş rejimini insan mü da xiləsi olmadan qoruyub saxlayır. Məsələn, adi

elektrik ütü sündə hərarətin avtomat idarəedilməsi tənzimləyici vasitəsilə

həyata keçiri lir. Ütünün iş prinsipi ilə siz VII sinifdə tanış olmusunuz. Av­

tomat tən zim ləmə sənayedə və kənd təsərrüfatında geniş tətbiq edilir.

Şəkil 3. Elektrik qoruyucuları

Şəkil 4. İşıqlandırıcıları avtomatlaşdırılmış

idarəetmə qurğularının sxemi

 Çap üçün deyil



57

Avtomat qurğular hansı hissələrdən ibarətdir?

Müasir cihazlar nə qədər mürəkkəb quruluşa malik olsalar da, əsasən,

eyni tərkib hissələrindən ibarətdirlər. Hər bir avtomatlaşdırılmış qurğuda

ötürücü, gücləndirici, icraedici və istehsal mexanizmləri var. Ötürücü avtomat

qurğunun işığa, istiliyə, təzyiqə, səsə, rütubətə, sürətə reaksiya verən

hissiyyatlı elementidir. Әksər hallarda onlar bu təsirləri ölçüyə, ötürülməyə

və idarəetməyə rahat gələn elektrik siqnallarına çevirir.

Ötürücüləri müasir ma şınların özünəməxsus «göz ləri», «qulaqları» və həssas

«bar maqları» adlandırmaq olar. Әgər siqnallar zəif dir sə, onları xüsusi qurğular

– güc ləndiricilər artırır. Elektrik siqnallarının güclən di ril məsi üçün elektron

güc lən  dirici lər dən  istifadə  edilir.

Pilləvarı gücləndirmə elektromaqnit rele vasitəsilə icra edilir. Avtomat

idarəetmə və tənzimləmə qurğularında siqnallar gücləndiricilərdən icraedici

mexanizmlərə daxil olur. Onların köməyi ilə maşın və cihazların işçi

orqanları hərəkətə gətirilir. İşçi orqanların hərəkətə gətirilməsi elektromaqnit

və elektrik mühərrikləri vasitəsilə həyata keçirilir. Avtomat nəzarətdə siqnal

müşahidə və qavrama üçün rahatlaşır.

Avtomatlaşdırılmış qurğuların elementləri ilə daha yaxından tanış olmaq

üçün avtomat nəzarət qurğusunun modeli üzərində mayenin səviyyəsinə

nəzarət mexanizmi ilə tanış olaq (şəkil 5).



Şəkil 5. Mayenin səviyyəsinə avtomat nəzarət modeli

1

3

6

4

5

2

 Çap üçün deyil


Yüklə 0,54 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə