The Archeology of Azerbaijan a brief Discourse



Yüklə 4,97 Kb.
Pdf görüntüsü
səhifə12/52
tarix18.06.2018
ölçüsü4,97 Kb.
#49799
1   ...   8   9   10   11   12   13   14   15   ...   52

www.kitabxana.net
  –  Milli Virtual Kitabxana
 
35 
 
- Xanım, tələsdiz, səbr etsəydiniz artıq əziyyət çəkməzdiniz, - Əziz üzrxahlıq mənasında dilləndi. 
- Eybi yox, qismət deyil, - qız gülümsəyərək yanından ötüb həyətə çıxdı. 
Həyatda da elə oldu. Birlikdə olmaq istədilər. Liftsayağı bəxti onu ləngitdi, yolları ayrıldı... 
Əziz əsgərlikdən təzə qayıtmışdı, ürəyi  arzularla  dolu  idi. Arzuların sahilinə  yön  alması üçün mayaka 
ehtiyacı  vardı.  Zinyət  ömür  kəşmekeşlərində  ona  yol  göstərən  mayak  olmalı  idi.  O  gündən  Zinyətin  ardınca 
düşdü, ürəyini açdı. Heç nə özü-özünə asan əmələ gəlmədiyi kimi, onların sevgisi də rahat başa gəlmədi. Bir il 
çəkən uzun əzab-əziyyətdən sonra Zinyət də ona bağlandı. Qarşılıqlı isti münasibət getdikcə evlənmək tələbatını 
yaradırdı.  Əziz  ürəyində  toyu  götür-qoy  edir,  elçilərin  göndərməyə  hazırlaşırdı.  Əgər  o  müdhiş  gecədə 
arzularının üstündən qələm çəkən yol qəzası olmasaydı... 
Əsgərlikdən  sonra  nə  qədər  axtardısa  gəlirli,  könlünə  yatan  iş  tapa  bilmədi.  Atasının  minik  maşınını 
götürüb,  rayonlara  adam  apa-rıb-gətirməklə  başını  qarışdırmaq  istədi.  Yolların  vərdişini  aldıqca  günü-gündən 
bu  işə  bağlandığını  hiss  edirdi.  Gündüzlər  azmış,  yor-ğunluğuna  baxmayaraq,  çörək  pulu  qazanmaq  adı  ilə 
gecələr  də  yola  çıxıb  özünü  təhlükəyə  atırdı.  Ruzi  qədərmiş,  boş  yerə  deyilməyib.  Çox  qazandıqca,  çox  da 
xərcləyəcəyi  işlər  çıxırdı.  Hay-hayla  gələn,  vay-vayla  gedər.  Ara  yerdə  ona  artıq  əziyyət  qalırdı.  Amma,  o, 
qədərdən əlavə üçün çalışmaqdan həzz alırdı. 
Olacaq hər şey heç nədən yaranmır. Yəqin onun, bəlkə də atası-nın nə vaxtsa Allah qarşısında günahı olub. 
Yoxsa bir anın içində gözünü qapayıb, maşını yolundan çıxardıb, qarşıdan gələn yük maşını ilə toqquşmazdı. Hər 
dəfə o anı fikirləşəndə heyrətlənir, hadisənin necə baş verdiyini anlaya bilmirdi. Elə bil, kimsə sükanı onun əlindən 
alıb,  üzbəüz  gələn  yük  maşınının  üstünə  sürdü.  Bu  yoldan  dəfələrlə,  həmişəkindən  də  yorğun,  yuxulu  keçmişdi. 
Düşünürdü  ki,  bütün  yolu  gözübağlı  maşın  sürə  bilər.  Allah  isə  sübut  etdi  ki,  O,  istəyəndə  heç  gözüaçıq  da  sürə 
bilməz. 
Başı,  bədəni  əzildi.  Özü  sağ  qalsa  da,  maşında  apardığı  iki  nəfər  xəstəxanada  keçindi.  İki  insanın 
həyatdan tez köçməsinə bais oldu. 
Qol-qıçı təzəcə sağalmışdı. Məhkəmənin qərarı ilə ona beş il iş kəsdilər. Beləcə Zinyətdən ayrı düşdü, bütün 
planları alt-üst oldu. 
Cəzanın üçüncü ilində Zinyətin ərə verildiyini eşitdi. Xəbər onu sar-sıtdı, ürəyini için-için yandırdı. Zinyət nə tez onu 
unutdu?  Ondan  başqa  heç  kimi  sevməyəcəyinə  and  içmişdi.  Belə  əhd-peymandan  sonra,  başqası  ilə  xoşbəxt  ola 
bilməzdi. O xoşbəxtlik yalnız Əzizin nəsibi olmalı idi. Onlar nə vaxtsa mütləq yenə üz-üzə gələcək, görüşəcəkdilər. 
Onun sevgisi özündən ixtiyarsız, elə-belə qurtara bilməzdi. 
Cəzası  başa  çatanadək  Əziz  hər  gün  Zinyəti  xatırladı.  Onu  bağışlamaqdan  başqa  çarəsi  qalmamışdı. 
Ötən illər ərzində Zinyətin iki uşağı da olmuşdu. Daha özünə görə Zinyətin ailəsini dağıda bil-məzdi. Azmı belə 
olur?  Birinə  söz  verirsən,  sonra  bir  əmma  çıxır  ortaya,  səbrin  çatmır,  başqası  ilə  evlənirsən.  Bəlkə  də  o, 
xoşbəxtdir. Münasibətlərin bu sayaq qırılması daha xeyirlisindəndir. 
Azadlığa çıxıb yenə həmin təmir olunmuş maşınla uzağa deyil, şəhər ətrafına sərnişin daşımağa başladı. 
Arabir  alverə  də  giriş-di.  Çox  keçmədi,  maşını  köhnəliyi  bilinməyən  qara  “Mersedes”lə  dəyişdi.  Gözəl, 
yaraşıqlı  maşın  Zinyəti  az  qala  unutdurmuşdu.  Eyni  blokda  yaşadıqlarından,  atasının  ölümündən  sonra,  ata 
evinə gec-gec gəldiyini evdəki söhbətlərdən eşitmişdi. Ürəyinin dərinliyində onu elə görmək istəyirdi, bir içim 


www.kitabxana.net
  –  Milli Virtual Kitabxana
 
36 
 
sərin su kimi. Ancaq, bu suyun təkcə boğazında deyil, ürəyində qalıb yaralarını ağrıdacağından qorxub, onunla 
qarşılaşmağı arzulamırdı. 
Ürəyinə gələn, başına gəlməliydi, yazıya pozu yoxmuş. Bir axşam qayıdarkən evlərinin yaxınlığındakı 
dayanacaqda  Zinyətin  da-yandığını  gördü.  Əvvəlkindən  yaşlaşmışdı,  amma,  gözəlliyi  itməmiş-di,  əksinə,  ətə-
cana  dolmuşdu.  Özündən  ixtiyarsız  maşını  əylədi,  hey-ran-heyran  ona  tərəf  baxdı,  illərdən  bəri  xəyalından 
çəkilməyən insana etinasız qala bilmədi. 
Zinyət  qara  “Mersedes”dəki  kişinin  maşını  dayandırıb  ona  tərəf  baxmağına  əvvəl  əhəmiyyət  vermədi. 
Əzizi tanıdıqda isə çöhrə-si güldü. 
- Hə, indi gülərsən, - Əziz dilləndi, - Mənə gülürsən, yoxsa öz vəfasızlığına? 
Zinyət  bilmədi nə  cavab versin. Əslində  deməyə o qədər sözü  vardı. Bura məhəlləyə  yaxın  idi. Tanış-
bilişdən ehtiyat edərək, ətra-fına göz gəzdirdi. Sonra, taksiyə minirmiş kimi, yaxınlaşıb arxa qapını açıb əyləşdi. 
Səsi titrəyə-titrəyə “salam” dedi. 
Əzizin  yadına  keçmiş  günləri  düşdü.  Qəlbinə  həmin  anların  sevinci  yayıldı.  O  vaxt  da  Zinyət  ərklə 
qapını açıb maşına əyləşərdi. 
- Əleykim, beş də artıq, - arxaya qanrılıb, həyəcandan haldan-hala düşən Zinyətə baxdı, - sualıma cavab 
vermədin, xanım qız? 
- İki daşın arasında nə deyim, sür, çıxaq burdan. 
“Mersedes”  dayanacaqdan  uzaqlaşdı.  O,  özgəsinin  arvadını  hara  aparırdı?  Görüb  eləyən  nə  deyərdi  ona? 
Zinyətin nə danışacağından asılı olmayaraq, indi nə əhəmiyyəti vardı? Olan olub, keçən keçmişdi. 
Gözü arxanı göstərən güzgüyə sataşdı. Zinyət üzünü çölə tutub baxmaqla nəmlənmiş gözlərindən axan 
yaşları gizlətməyə çalışırdı. 
Əzizin  yadına  qarşıdakı  məhəllənin  içərisindəki  uşaq  bağça-sının  həyəti  düşdü.  Sakit,  diqqətdən  kənar 
olduğu üçün Zinyəti əvvəllər də ora aparmışdı. Maşını həyətin sakit guşəsində, ağacların altında saxladı. 
- Yenə bura gəldin? - Zinyətin halsız səsi eşidildi. 
- Bəs hara gedim? Deməzlər özgəsinin arvadını hara aparır-san? 
Zinyət  dinmədi.  Dinəsi  halı  da  yox  idi.  Gözlərinin  kənarında-kı  qara  boya  göz  yaşlarına  qarışıb 
üzüaşağı, yanaqlarına axıb yayıl-mışdı. 
Tez yaylığını çıxarıb, üzündəki ləkələri sildi. Özünü toxdaq göstərmək üçün gülümsəməyə çalışdı. 
- Mən heç, sən danış görüm necəsən? 
Əziz  ötən  illər  ərzində  bu  anı  çox  gözləmişdi.  Ürəyində  üzü-nü  Zinyətə  tutub,  gecə-gündüz  o  qədər 
danışmışdı ki, indi elə bil danışmağa sözü qalmamışdı. 
-  Türmədən  çıxdığını  çoxdan  bilirdim.  Hər  dəfə  bacınla  rast-laşanda  səni  soruşurdum.  Xeyr, 


Yüklə 4,97 Kb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   52




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə