The Archeology of Azerbaijan a brief Discourse



Yüklə 4,97 Kb.
Pdf görüntüsü
səhifə14/52
tarix18.06.2018
ölçüsü4,97 Kb.
#49799
1   ...   10   11   12   13   14   15   16   17   ...   52

www.kitabxana.net
  –  Milli Virtual Kitabxana
 
39 
 
- Sevməsəydim burada nə başım qalıb. 
-  Bəs  onda  problem  nədir?  Mənim  ərdə  olmağım?  Bu  mənim  günahımdır.  Bilsəm  ki,  sənin  sevgin 
yalandan deyil, həqiqətdir, mən səhvimi düzəltməyə hazıram. 
- Necə? Çatmadı mənə, - Əziz təəccübləndi, - nə edə bilər-sən? 
- Sənin ürəyin istəsə hər şey, - sözünə ara verdi. Əziz bilmədi nə desin. 
- Bütün gizlənqaçları kənara qoyub, qorxmadan, çəkinmədən səninlə yaşayardım. 
- Onda ailən necə olacaq? 
-  Olmayan  şeyin  nəyini  itirəcəyəm.  Səni  itirməkdən  ağır  deyil  ki...  Gəl  belə  edək.  Hər  şeyi  təzədən 
başlayaq. Mən sənə qoşulub qaçıram, bir müddət başqa şəhərdə yaşayırıq. Çünki, bizim tale düzə-lişimizi hamı 
anlamayacaq,  pis  qəbul  edəcəklər.  Bunun  üçün  də  iki-üç  ayın  keçməsi  lazımdır.  Adiləşəndən,  köhnələndən 
sonra, kim nə deyəcək? 
- Bəs uşaqlarını neyləyəcəksən? 
Zinyət uşaqlarını unutmuşdu, səsi titrədi: 
- Hələlik qalarlar, boşanma vaxtı alaram. 
- Verməsələr? 
-  Verməsələr,  neynim.  Onlardan  da  qəşəng  balalarım  olar,  -  başını  Əzizin  çiyninə  qoyub,  qucağına 
sığındı. Sonra, dərindən ah çəkdi: 
- Heç bilmirəm Allah o qızları mənə nə cür qismət etdi... 
Əziz  anlaşılmaz  vəziyyətə  düşmüşdü.  O,  Zinyəti  sevirdi.  Həm  də  bir  ailəni  dağıdacağından  vicdanı 
ağrıyırdı. 
Zinyətin  saçlarından,  boynundan  yayılan  bihuşedici  ətrin  iyi  ciyərlərinə  yayıldıqca  Əzizin  ağlını  alır, 
qanını  oynadırdı.  O,  Zinyə-tin  başını  sinəsinə  sıxdı,  saçlarını  sığalladı.  Bu  tellərin  həsrətini  azmı  çəkmişdi? 
Üzünə sürtdü, öpdü. Nəvazişdən Zinyətin gözləri yumul-muşdu. Hər dəfə şəhərdən aralı şossenin kənarındakı 
kafenin  bənöv-şəyi  kabinetində  Zinyətlə  söhbət  edə,  yeyib-içə  istirahət  edər,  amma,  yaxın  olmağa  cürət 
etməzdi. Daha səbri tükənmişdi. Əvvəl yumulu gözlərindən öpdü, sonra dodaqlarından. Bir-birlərinə sarıldıqca, 
öpə-öpə sinəsini açmaq, ora girmək, Zinyətin təngənəfəs vurduğu ürəyin-də özünü görmək, özünü tapmaq, bir 
bədəndə qovuşmaq, birləşmək istəyirdi. Heç zaman ayrılmamaq üçün. 
Zinyət  onun  idi.  Bütün  cismi  ilə,  ruhu  ilə.  Vüsalın  şirinliyin-dən  aləmi  unutmuşdular.  Yer  nədi,  göyün 
yeddinci qatında idilər. İlahi, insa-na anlatdığın elə budumu? Şirin olduğu qədər ötəri, qısa... 
Göylərdən  enərək  özünü  yerdə  hiss  edəndə  insan  olduğuna  peş-man  olursan,  o  canalan  aləmdən  ayrılmaq 
istəmirsən. Mümkün olsaydı, ayrılmazdılar da... 
Aldıqları  ləzzətdən  məsti-xumar  olsalar  da,  yenə  vaxt  kabus  kimi  ortaya  girdi.  Zinyət  evə  vaxtında 


www.kitabxana.net
  –  Milli Virtual Kitabxana
 
40 
 
qayıtmalı idi. 
Əziz  Zinyəti  evinə  yaxın  döngədə  düşürdü.  Könlündən  onu  yenə  qucaqlamaq,  öpmək  keçdi.  Zinyətin 
bədəninin  istisi  canından  çıxmamışdı.  Heç  doymamışdı.  Bayaqkı  xoşbəxt  anları  təkrar  yaşama-ğa  hazır  idi. 
Harada olsa, lap elə maşında da. Ancaq, yox, bu lap ağılsızlıq olardı, bəd gözlər görərdi. O, Zinyətin söhbətini 
xatırladı. Zinyət haqlı idi, onun ərindən ayrılıb Əzizlə yaşamaqdan savayı yolu yox idi. Daha vicdanı ağrımırdı, 
şəhvani hissləri onu keyitmişdi. 
Növbəti  görüşdə  Zinyətin  inadı  Əzizə  üstün  gəldi.  Əziz  Zin-yətin  təkidi  ilə  onu  qaçırıb,  rayona  - 
xalasıgilə aparmağı qərara aldı. Hazırlaşdılar, vədələşdilər. 
Yay  axşamı  idi.  Saat  doqquzu  ötsə  də  hava  işıqlı  idi.  Zinyət  uşaqları  erkən  yatırdıb,  qaynanasından 
onlara  göz  olmağı  xahiş  etdi.  Araz  hələ  işdən  qayıtmamışdı.  Zinyət  bir  neçə  gün  əvvəl  paltarlarını,  boxçasını 
Əzizə  çatdırmışdı.  Odur  ki,  qaynanasının  şübhələnməməsi  üçün,  adi  ev  paltarında  çörək  almaq  bəhanəsi  ilə 
evdən  küçəyə  çıxdı.  Vədələşdikləri  vaxt  çatmışdı.  Göz  işlədikcə  uzanan  küçədə,  gözü  ona  əziz  olan  qara 
“Mersedes”i  tapmadıqca,  həyəcanı  daha  da  artır,  nəfəsini  kəsirdi.  “Görəsən  nə  oldu,  gəlib  çıxmadı,  olmaya 
fikrindən daşındı?” 
Saniyələr ona saatlar qədər uzun göründü. Oğurluq edən adam kimi tez-tez dönüb ətrafına göz gəzdirir, 
sanki,  kiminsə  onu  izləyəcəyindən,  cinayət  üstündə  yaxalayacağından  qorxaraq,  ürəyi  yerindən  çıxırdı. 
Qarşılaşdığı  adamların  üzünə  ehtiyatla  baxırdı.  Ona  elə  gəlirdi  ki,  uşaqlarını,  ailəsini,  evini  atıb  qaçmasını 
duyarlar, bar-maqla göstərib, gülərlər. 
Zinyət  evdən  çıxdığı  bəhanəyə  uyğun,  çörək  mağazasına  tərəf  getdi.  Ağlına  qəribə  müqayisə  gəldi, 
çörək, yoxsa məhəbbət? Mədə, yoxsa ürək? Gülümsədi, hansını seçməlidir? 
Uzaqdan, qəlbindəki  qaranlığı  qovan  işıq şüasına bənzər  Əzizin maşınının  yaxınlaşdığını  gördü.  Ürəyi 
sevincdən  döyündü,  işığa  tərəf  can  atdı.  Gəlin  gəldiyi  gün  yadına  düşdü.  Ağ  avtomobildə  qaranlığa  gəlmişdi, 
evi, çörəyi olsa belə. Görən qara “Meresedes” onu hara aparacaqdı? 
Adəti üzrə arxa qapını açıb əyləşdi: 
- Çox gözlədin? - Əziz soruşdu. 
Zinyət  istədi  desin,  çox,  illərlə  gözlədim.  Gözləri  dolmuşdu.  Kövrələcəyindən  ehtiyatlanaraq  hisslərini 
bildirməməkçin səsini çıxarmayıb başını tərpətdi. 
- Yolda tıxac yaranmışdı. Onun üçün ləngidim, - Əziz əlavə etdi. 
“Keçmə sənin ləngiməyindən, - Zinyət düşündü, - ömrümün neçə ilini itirdim”. 
O, yenə gəlin gedirdi, ev paltarında, təntənəsiz, çalğısız. Bax-mayaraq ki, zurnanın səsi sonra çıxacaqdı. 
Evini-eşiyini  atıb  qaçırdı,  ilk  eşqi,  sevgisi  ilə  bir  olması  üçün.  Gözləri  yaşarmışdı.  Nə  danışa-cağını  bilmirdi. 
Əziz də qayğılı görsənirdi. Az getdikdən sonra, Zinyət narahatlıqla dilləndi: 
- Münasib yerdə saxla, paltarımı dəyişim. 
-  Lazım  deyil,  belə  də  gözəlsən,  -  Əziz  ona  tərəf  baxıb,  xoşbəxtcəsinə  gülümsədi.  Hava  getdikcə 


Yüklə 4,97 Kb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   52




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə