The Archeology of Azerbaijan a brief Discourse



Yüklə 4,97 Kb.
Pdf görüntüsü
səhifə16/52
tarix18.06.2018
ölçüsü4,97 Kb.
#49799
1   ...   12   13   14   15   16   17   18   19   ...   52

www.kitabxana.net
  –  Milli Virtual Kitabxana
 
43 
 
dəstəyi götürdü, ürəyi həyəcandan sıxıldı.”Görəsən, Kamran onunla necə danışacaqdı?” 
-  Alo,  -  səsi  titrədi,  sıxıntılı  həyəcan  ağrıya  dönüb,  bütün  vücuduna  yayıldı.  Bir  anlıq  istədi  dəstəyi 
yerinə qoyub, çölə çıxsın. Fərqi yoxdur, çöldə də onu asan olmayan həyat gözləyirdi. Dözmək, tab gətirməkdən 
başqa çarəsi yox idi. Dəstəyin o başından Kamranın səsi gəlirdi: 
- Alo, eşidirəm, alo, eşidirəm, kimdir? 
- Mənəm, Kamran, Zinyətdir. 
- Zinyət?! Sən hardasan, hardan danışırsan? 
- Rayondan... 
- Mən bilirəm, səni o cinayətkar yoldan çıxardıb. Eybi yox, belə qalmaz, əvəzini çıxarıq. 
- Yox, elə deyil. Onun taxsırı yoxdur. Mənlikdir. 
- Sən nə ağılnan ona qoşulmusan? Sən necə anasan, necə ürəyin gəlib, körpə uşaqlarını atıb, düşmüsən 
çöllərə. O uşaqların gələcəyini düşünürsən? 
- Kamran, sən Allah, ürəyimi üzmə. Bu dar macalda sənə cavab verə bilməyəcəyəm. Nə desəm də qəbul 
etməyəcəksən. Sənə başqa sözüm, xahişim var... 
- Nə istəyirsən? 
-  Şəhərə  qayıtmaq,  ev  tutmaq  istəyirik.  Atamın  sənə  tapşırdığı  hesabdan  bir  az  mənə  kömək  etməyini 
istəyirəm. 
- Arvad qaçıran əclaf bilmirdi necə saxlayacaq? 
-  Kamran,  bəsdir.  Sənə  dedim  ki,  mənlikdir.  Sənə  mən  zəng  etmişəm.  Mən  istəyirəm,  o  yox.  Hər  şeyi 
açıb-ağartmağın yeri deyil. 
Kamran  susdu.  Xətdə  bir  anlıq  sükut  yarandı.  Daş  kimi  ağır  sükutun  ağırlığına  dözməyən  Zinyət 
dilləndi: 
-  Kamran,  ömrümdə  birinci  dəfə  səndən  kömək  istəyirəm,  ümi-dimi  qırma.  Hesabdakı  pulun  heç  olmasa 
yarısını nə vaxt ala bilərəm? 
Kamran dinmirdi, nə cavab verəcəyəni düşünürdü. Əsəbi səslə: 
- Bir həftə sonra zəng edərsən, - deyə, cavab gözləmədən əla-qəni kəsdi. Zinyətin qulağına dolan “dud-
dud” siqnalları çəkic kimi beynini döyəclədi. Dəstəyi  yerindən asıb, halsızlaşmış  vəziyyətdə kabinədən çıxdı. 
Bir  neçə  addım  atıb,  zalda  düzülən  oturacaqlardan  birinə  əyləşdi.  Sanki,  onu  döymüşdülər,  azacıq  pörtmüş, 
tərləmişdi. Oturub dincəldikcə yavaş-yavaş özünə gəlirdi. Kamranın səsi, mə-zəmməti qulaqlarından çəkilmirdi. 
Bayaqdan  bəri  çöldə  siqaret  çəkən  Əziz  Zinyətin  halsız  vəziyyətin  görüb  narahat  oldu.  Tələsik  addımla  ona 
yaxınlaşıb, soruşdu: 
- Nə olub, hadisəmi baş verib? 


www.kitabxana.net
  –  Milli Virtual Kitabxana
 
44 
 
- Xeyr, salamatlıqdır, - Zinyətin danışmağa heyi qalmamışdı. 
Həftənin  tamamında  Zinyət  yenidən  zəng  etdi.  İşinin  çoxlu-ğundan,  imkan  tapmamasından  gileylənən 
Kamran üç gün sonra zəng etməyi tapşırdı. 
Əzizin  bu  işdən  gözü  su  içmirdi.  Kamranla  yoldaşlığı  olmasa  da,  onun  haqqında  eşitdiklərindən, 
prokuror  köməkçisi  işləməsindən  duyurdu  ki,  o,  heç  də  insanlara  fərq  qoymayan,  hamıya  eyni  gözlə,  xoş 
niyyətlə  yanaşan adi insanlardan deyildi. Kamran kimi adamların  yaxşılıq etməsi,  Əzrayılın bala  paylamağına 
bənzər hal idi. Bu məsə-lə onlar üçün sürprizsiz ötüşməyəcəkdi. 
Üç  gün  keçdi.  Dördüncü  gün  Zinyət  Kamrana  zəng  vurdu.  Kamran  hələlik  pulun  bir  hissəsini 
götürdüyünü,  onunla  görüşmək  istəməməsini,  birisi  gün  saat  üçdə,  şəhərə  gedən  yolda,  yol  polisi  postunun 
yaxınlığında  Əzizi  gözləyəcəyini  bildirdi.  Elə  bil  çıxış  edirmiş  sayaq,  çıxışını  qurtaran  kimi  mikrofonu 
söndürürmüş tək, əlaqəni kəsdi. Kamranın axırıncı iki danışıqda özünü qəribə aparması Zinyəti təəccübləndirsə 
də, “görünür məndən acığı gəldiyi üçün belə edir”, - hesab etmişdi. Kamranın telefonda dediklərini Zinyətdən 
eşidəndə Əziz etiraz etdi: 
-  Mən  getmirəm.  O  pul  mənim  deyil,  get  özün  al.  Niyə  səni  görmək  istəmir?  Görmək  istəmirsə,  pulu 
niyə verir? Sənə dedim axı, məni bu oyuna qatma... 
Zinyətin  də  qəlbinə  Kamranla  danışıqdan  sonra,  ağrılı  şübhə-lər  dolmuşdu.  Ondan  acığı  gəlirsə,  Əzizi 
ümumiyyətlə görən gözü olmamalı idi. Əzizin də onunla görüşməkdən imtina etməsi, Zinyəti lap çaşdırmışdı. 
Əzizə yalvarmaqdan, dilə tutmaqdan ayrı yolu yox idi. 
- Qurban olum sənə, mən deyənə qulaq as. Get qarşısına, əgər o sənə pislik etsə, mən ömrüm boyu onu 
bağışlamayacağam.  Nə  qədər  belə  yaşayacağıq?  Pulu  götür,  gedək  ev  tutaq.  İnsan  kimi  yaşa-yaq.  Sonra 
istəyərsən, işləyib qaytararsan, yaxşımı? 
Birisi gün Əziz Zinyəti yaxın qohumugildə qoyub, özü saat üçə yaxın Kamranın çağırdığı yerə - şəhərə 
gedən  yolda  yol  polisinin  yaxınlığına  gəldi.  Kamran  yolun  sağındakı  hökumət  nömrəli  ağ  “Volva”da  onu 
gözləyirdi.  Yolun  solunda  mavi  “Jiquli”də  dörd  nəfər  oturub,  nəyisə  gözləyirdilər.  Əziz  Kamranı  yeddi  ildən 
çox  idi  görmürdü.  Onunla  məhlədə,  küçədə,  yolda  rastlaşmışdılar,  lakin  yol-daşlığı  olmamışdı.  Kamran  hər 
adama yovuşmaz, oxumaqdan kənar heç bir işlə məşğul olmaz, ayrı gəzər-dolanar, özünü hamıdan təcrid edərdi. 
Gözündəki eynək, əynindəki şax, qara kostyum ona xüsusi rəsmi görkəm verirdi. 
Əziz maşınını ağ “Volva”nın bərabərində saxladı. Ürəyində heç həvəsi yox idi Kamranla üzləşsin. Bu 
qarşılaşmadan  həmişə  rəsmi  görüşlərdə  deyilən  qarşılıqlı  anlaşma,  dostluq  və  əməkdaşlıq  gözlənilrmirdi. 
Kamran sadəlövhlüklə, mehribanlıqla pulu ona vermə-yəcəkdi. Ya təhqir edəcək, ya da hansısa şərt qoyacaq - nəsə 
edəcəkdi. Bir hiss onu maşından düşməməyə, sürüb uzaqlaşmağa səslədi. Gözünün önünə gələn Zinyətin surəti, 
külək  kimi,  onu  sıxan  fikirləri  qovdu.  Ağ  “Volva”dan  iki  kəsik  siqnal  səsi  gəldi.  Sürücü  əli  ilə  onu  yanına 
çağırırdı. O, maşınından düşüb, yavaş addımlarla həmin maşına yaxınlaşdı. Kamranın səsi gəldi: 
- Keç içəri, arxaya! 
Əziz  Kamranın  arxa  tərəfində,  dal  oturacaqda  əyləşdi.  Kamran  görüşüb  etmədən,  müstəntiq  tonunda 
ciddi səslə soruşdu: 


Yüklə 4,97 Kb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   52




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə