The Archeology of Azerbaijan a brief Discourse



Yüklə 4,97 Kb.
Pdf görüntüsü
səhifə18/52
tarix18.06.2018
ölçüsü4,97 Kb.
#49799
1   ...   14   15   16   17   18   19   20   21   ...   52

www.kitabxana.net
  –  Milli Virtual Kitabxana
 
48 
 
qanunlarını  gözəl  bilən  Kamranın  yazdığı  ərizə  və  ifadələrdən  elə  görsənirdi  ki,  onların  gizlin  razılığa  gəlib, 
rayonda  gizlənmələri,  Kamrana  edilən  telefon  zəngləri,  şəhərdən  kənarda  görüşməyin  -  hamısının  məqsədi 
Kamrandan  böyük  məbləğdə  pul  qopartmaqdır.  Əgər  Əziz  müqəssir  deyilsə,  bəs  onda  günahkar  kimdir? 
Zinyət?!  Belə  çıxır  ki,  Əziz  özünü  təmizə  çıxarmaq  istəsə,  o  halda  Zinyət  də  iştirakçı  kimi  həbs  olunmalıdır. 
Zinyət atasının yazılı vəsiyyəti olmadığı halda, necə sübut edə bilərdi ki, qardaşı ona pul borcludur? 
Müstəntiq  Zalıyevin  incə  eyhamlarla  çatdırdığı  mətləblər  işin  dola-şıqlığını  artırırdı.  Zinyətin  yaxasını  bu 
qansızların əlinə vermək, onu kabinetlərə, məhkəməyə sürükləmək, əclaf qardaşına görə məhbəsə salmaq? Elə 
olanda  gərək  Əziz  yaşamayaydı.  Daha  Kamranla,  onun  nə  fərqi?  O  da  olardı  Kamranın  tayı.  Zinyəti  buna 
görəmi  sevmişdi?  Ölməyə  razı  olardı,  amma,  Zalıyev  kimi  nadürüstlərin  Zinyətə  nəinki  söz  deməsinə,  hətta 
irişə-irişə baxmasına dözməzdi. 
Zalıyev,  elə  Kamran  da  bütün  bunları  gözəl  bilirdilər.  Bilirdilər  ki,  Əziz  çabalamaq  nədir,  heç 
qımıldanmayacaq da. Zinyətə olan sevgisini dəyirman daşı kimi onun boynuna keçirib, yaratdıqları bataqlıqda 
batıracaqlar.  Dolaşıqdan  çıxmağın  bir  yolu  vardı:  O  da  çöldən  danışılmış  qabiliyyətli  vəkilin  işə  qarışması, 
Kamranı  ifşa  etməsi.  Məsələnin  qəlizliyi  də  onda  idi  ki,  o  vəkili  kim  tapıb  danışacaqdı?  Bir  həftəydi 
tutulmuşdu, evlərindən, qohum-larından kimsə onu itirib-axtarmamışdı. Özgəsinin arvadını qaçıran, ad batıran 
adam kimə lazım idi? 
Zinyətin də əlindən gələn deyildi. Nə imkanı vardı, nə də savadı. Bildiyi iş qadın bərbərliyi idi, gördüyü 
yer də gözəllik salonu. 
Əziz  sanki,  qapanmış  dairəyə  düşmüşdü.  Bütün  ittihamları  öz  üstünə  görtürməkdən  başqa  yolu  görünmürdü. 
Kamran torbanı elə nəfis hazırlamışdı ki, Əziz razı olmazdı onu kiməsə qıysın. 
Ona  görə  də  müstəntiq  Zalıyevin  işi  rəvan  gedirdi.  Ayın  tamamında  məhkəmə  quruldu.  Əzizin 
arzuladığı yeganə şey Zinyətin məhkəməyə gətirilməməsi idi. Onların məhkəmədə üzləşdirilməsi ona yaxşı heç 
nə vəd etmirdi. Zinyətə arxayın deyildi. Bütün işləri korlaya bilərdi. Artıq hər şey həll olunmuşdu. Əlavə nə isə 
demək, danışmaq Əzizə görə mənasız idi. 
Hakimin  kabinetində  keçirilən  məhkəmə  iclasında  zərərçəkmiş  qiyafəsində  Kamran  qıp-qırmızı  onun 
üzünə durdu.  İnsan necə də həyasız olarmış,  İlahi! Nə  yollasa  Zinyəti məhkəmədən uzaqlaş-dırmışdı. Tək bu 
işinə  görə  ondan  razı  olan  Əziz,  onun  heç  bir  ira-dına  etiraz  etmədi.  Son  sözə  də  ehtiyac  olmadı.  O,  sözünü 
Kamrana vaxtı gələndə deyəcəkdi. 
Yarım saatlıq iclasın nəticəsi olan iki səhifəlik hökümdə Əzizə beş il iş kəsildi. 
Daha bir həftə keçdi, şikayət verilmədiyi üçün hökm qanuni qüvvəyə mindi. Səhəri gün onu on iki nəfər 
məhkumun sırasına qatıb, konvoy maşınına mindirib, istintaq təcridxanasından İslah Əmək Müəssisəsinə yatab 
etdilər.  Canlarının  bağlı  kameralardan  qur-tarıb,  dustaqlığın  “azadlığı”  saydıqları  cəzaçəkmə  müəssisələrinə 
göndərilmələri məhkumların sevincinə səbəb olmuşdu. 
 
 
IV 
 


www.kitabxana.net
  –  Milli Virtual Kitabxana
 
49 
 
Konvoy maşını İslah Əmək Müəssisəsinin bədheybət əjdaha-ya oxşayan hündür, iri qalın dəmirdən olan 
darvazasının  qarşısındakı  meydançada  yarımdairə  vurub  dayandı.  Hava  isti  olduğundan  məh-kumlar  daşınan 
qaranlıq,  havasız  varanokda  nəfəs  almaq  çətin-ləşmişdi.  Maşının  dayanmasına  məhkumlar  sevinməyə 
bilmədilər.  Nə  yaxşı  ki,  uzaq  yerə  aparmadılar,  leşləri  çıxardı.  Varanok  o  baş,  bu  başa  o  qədər  məhkum 
daşımışdı  ki,  içərinin  divarlarına,  künclərinə  hopmuş  kəsif,  kif  iyinə  oxşayan  dustaq  iyi  Əzizin  burnunu 
acışdırdı. Bu iy təzəcə canından çıxmışdı, yenə beş il doyunca ciyərlərinə çək-məli idi. 
Qapıya  nəzarət  edən  əsgərlər  uzaqdan  konvoy  maşınını  görcək  daxili  telefonla  müəssisə  rəisinin 
növbətçi  köməkçisinə  yata-bın  gəldiyini  xəbər  verdilər.  Növbətçi  köməkçi  rəisə  məruzə  etdi.  Rəis  yatabın 
qəbulunda  iştirakı  vacib  əməkdaşların  idarəyə  yığılma-sını,  ləngidilmədən  yatabın  qəbul  edilməsini  tapşırdı. 
Əslində həftənin bu günü yatab günü olduğundan hamı hazır idi, varanokun gəlmə-sini gözləyirdilər. 
Maşının dayanmasına sevinən məhkumlar az keçmədi peşman oldular. Maşın hərəkət edəndə bilinmirmiş, 
dayananda  dəlmə-deşikdən  külək  gəlmədiyi  üçün  bürkü  daha  dözülməz  olmuşdu.  Məhkumlardan  biri  tab 
gətirməyib, çıxışda dayanmış əlisilahlı əsgərlərə şikayətləndi: 
- Allah xatirinə, qapını açıq qoyun, hava gəlsin. Bizi burada qıracaqsız? Təhvil verin də düşək. 
Əsgər qapını azacıq araladı. 
-  Səbrli  olun,  beş  dəqiqədən  sonra  hamınızı  təhvil  veririk,  istədiyiniz  qədər  zon  havası  alarsınız, 
tələsməyin. 
“Qəribə işdir, - Əziz düşündü, - insan ömrü boyu nə isə əldə etmək naminə tələsir. Əldə edə-edə, tələsə-
tələsə  ölümünə  yetişir.  Yəqin  ölüm  də  məqsədmiş.  Dünyanın  bütün  qayğılarından,  əzab-larından  azad  olmaq 
məqsədi. İndi varanokdan düşməyə, kalona tələ-sirdilər. İki-üç saat sonra karantin korpusuna, yaşayış zonasına, 
baraka, illər keçdikcə azadlığa tələsəcəklər.” 
Beş dəqiqə keçdi. Növbətçi köməkçi əsgərlərə qapını açmaq, varanoku içəri salmaq göstərişi verdi. 
Maşın müəssisənin qabağındakı həyətə daxil oldu. Varanokun qapıları açıldı. Əsgərlərin komandiri içəri 
boylanıb ucadan səsləndi: 
- Düşün! Hərə öz əşyasını götürsün, unudub maşında qoyma-sın. 
Məhkumlar işığa çıxmış yarasalar kimi tənbəl-tənbəl vara-nokdan  yerə tökülüşdülər. Aralıda dayanmış 
xeyli  zabit  və  nəzarətçi  gendən  onları  müşahidə  edirdi.  Orta  boylu,  dolu  bədənli,  qolundakı  qırmızı  sarğıdan 
rəisin  növbətçi  köməkçisi  işlədiyini  bildirən  kapitan  məhkumları  və  şəxsi  iş  qovluqlarını  sayıb,  təhvil  alırdı. 
Təhvil aldıq-larını dəqiqləşdirmək istəyən növbətçi üzünü təzə gələnlərə tərəf tutub, qışqırdı: 
- Cəld olun. Sıraya düzlənin, bir sıra. Bazarda kartof növbəsi-nə durmamısınız. 
Məhkumlar bir-birlərini itələyə-itələyə yan-yana düzüldülər. 
- Əliyev. 
- Burda. 
-  Burda  yox,  mən.  Bunlara  gərək  dərs  keçək  kii...  Məmmə-dov,  Rzayev,..  -  növbətçi  qovluqları, 
familyalarla da yoxladı. 
Darvazanın qapıları  bir də  açıldı. Hamının diqqəti  ora  yönəl-di. Sağda və  soldakı gözətçi  vışkalarında, 
çöldə əli silahlı əsgərlər əmrə müntəzir dayanmışdılar. Məhkumlardan biri yanındakının qula-ğına pıçıldadı: 
- O qapıdan çölə nə çıxardım.... Söhbəti yox, salamat çıxmaz-dım. 


Yüklə 4,97 Kb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   52




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə