The Archeology of Azerbaijan a brief Discourse



Yüklə 4,97 Kb.
Pdf görüntüsü
səhifə15/52
tarix18.06.2018
ölçüsü4,97 Kb.
#49799
1   ...   11   12   13   14   15   16   17   18   ...   52

www.kitabxana.net
  –  Milli Virtual Kitabxana
 
41 
 
toranlaşırdı. 
Həmin gün rayona getmədilər. Əziz maşını dəniz sahilindəki çimərliklərin birinə sürdü. 
Ay işığında, ləpədöyəndə, narın, qızılı qumların üzərində, ləpələrin pıçıltısına qulaq asa, ulduzları seyr 
edə, ömür boyu unu-dulmayacaq, sevgi dolu, şirin, romantik gecə yaşandı. 
Zinyət  hələ  qızlığında  bir  dəfə  evlərindən  gizlin  Əzizə  qoşu-lub  çimərliyə  gəldiyi  günü  xatırladı.  Gah 
suda,  gah  qumların  üstündə  hava  qaralanadək  Əzizlə  o  qədər  sevişmişdi,  bədəninə  yayılan  məst-likdən  bütün 
varlığını  Əzizə  tam  təslim  etmişdi.  Əziz  Zinyətə  olan  sevgisindən,  hörmətindən  özünü  yarı  yolda  güclə 
saxlamış, bakirəli-yinə dəyməmişdi. O bir anlıq işi sona çatdırmaq üçün isə Araz üç gün güc toplamış, Zinyətin 
donuq ürəyində daha da büzülüb kiçil-mişdi. 
Rayona  hava  sərinində,  axşamüstü  getməyi  qərara  aldılar.  Şəhərdən  çıxmazdan  qabaq  Zinyət  anasına 
zəng  etdi.  Ötən  gecə  həmişəki  kimi  işdən  evə  gec  qayıdan  Araz  Zinyətin  naməlum  şəkildə  yox  olduğunu 
bilincə,  gümanı  gəldiyi  yerlərə  zəng  vurub  arvadını  axtarmış,  onun  yox  olduğunu  başıalovlu  hamıya 
çatdırmışdı. Heç yerdə tapılmadığını görən Araz polisə müraciət etmək istəyib, Zinyətin qardaşı razı olmayıb, 
bir müddət gözləməyi lazım bilib. 
Anası Zinyətlə əvvəl təlaşla danışdı, sonra onun yox olması-nın mahiyyətini anladıqca səsi sərtləşdi: 
-  Sən  nə  etdiyini  bilirsən?  Hansı  ağılla  evini,  uşaqlarını  atmı-san?  Özün  cəhənnəm,  camaat  içində,  el-
obada başımızı yerə soxursan. Nə qədər gec deyil, at bu fikri başından, gəl evə. Bir günü mən yoluna qoyaram. 
Zinyət susdu, telefonu qapamaqdan başqa çarəsi qalmamışdı. Yaşlanmış anasına təzədən eşq-məhəbbət 
dərsi keçəsi deyildi ki... 
Əziz  də  evlərinə  zəng  etdi.  Ata-anasına  rayona  -  iş  dalınca  getdiyini,  hələlik  evə  qayıtmayacağını 
söyləyən  Əziz  yaxşı  qarşı-lanmayacağını  bildiyi  üçün  əsas  məsələni  onlardan  gizlətdi.  Xətrini  istədiyi  kiçik 
bacısını telefona  çağırdı. O,  Zinyəti  qaçırdığını danışıb,  özünün  üzü gəlmədiyinə  görə,  ata-anasına danışmağı, 
onu  müdafiə  etməyi,  Zinyətgilin  ailəsi  ilə  heç  bir  münaqişə  yaradılmamasını  bacısından  xahiş  etdi.  Bacısı 
Əzizin  danışıqlarından  elə  heyrətlən-mişdi  ki,  deməyə  söz  tapa  bilmirdi.  Qardaşı  ilə  Zinyətin  bir-birlərini 
sevdiyini bilirdi, amma işin bu yerə çatacağına inanmağı gəlmirdi... 
Evlərinə  etdikləri  zənglərdən,  hər  ikisi  mütəəssir  olmuşdu.  Necə  gözləyirdilər,  elə  də  olmuşdu.  Başqa 
cür  olası  da  deyildi.  Kimə  gərək  idi,  onları  özləri  sayaq  duymaq.  Hələ  irəlidə  başlarına  nələr  gələcəkdi,  onlar 
kimi düşünmək istəyən tapılacaqdımı? Dünəndən bəri ilk dəfə atdıqları addımın ağırlığın dərindən dərk etdilər. 
Amma,  fikirləri  qəti  idi,  bu  yoldan  dönməyəcəklər,  uçuruma  aparsa  belə.  Əziz  əvvəl  xalasıgildə,  sonra  başqa 
qohum-əqrəbasında bir aya yaxın keçindi. Və hamıdan Zinyətin keçmişini gizlətmək məcburiyyətində qaldı. Nə 
qədər  üzlərinə  xoş  baxılsa  da,  hər  şeyin  həddi  olduğu  kimi,  qonaqlığın  da  həddi  olmalı  idi.  Şəhər  üçün,  öz 
evlərində sərbəst oturub-durmaq üçün burunlarının ucu göynəyirdi. Özlərini könüllü sürgündə hiss edirdilər. Ən 
başlıcası  isə  Əzizin  üstündə  gətirdiyi  pulun  nəzərdə  tutulduğundan  tez,  sürətlə  tükənməsi  idi.  Tezliklə  şəhərə 
qayıtmaq lazım gələcəkdi. Şəhərdə isə ilk gündən kirayə ev tutmalı idilər. Maşından savayı gecələməyə pənah 
aparacağı, sığına-caqları yer yox idi. Buna görə isə mütləq əlavə pul tapmaq və ya borc götürmək gərək idi. 
Əzizin bəzən bikef oturuşu, gələcəyin fikrini etməsi Zinyəti də qəmləndirirdi. İlk baxışda əvvəllər xırda 
görünən  maliyyə  ilə  bağlı  məsələlər  vaxtı  çatdıqca  həyati  əhəmiyyətli  çətinliklərə  çevrilirdi.  Zinyət  indi 


www.kitabxana.net
  –  Milli Virtual Kitabxana
 
42 
 
anlayırdı  ki,  həqiqətən  sevgi  qaranlıqda  parlayan  işıq  kimi  gözü  kor  edir,  o  işıqdan  kənarı  görmürsən.  Artıq 
arzusuna yetmişdi, ömrünün, taleyinin əzizi daha onun idi. Neçə illərin ayrı-lığından, həsrətindən sonra onunla 
yanaşı yaşamaq xoşbəxtliyinə çatmışdı. Amma, onlar bir-birlərini tapsalar da, əvəzində yaxınlarını itirmişdilər. 
Bu  xoşbəxtliyi  kimsə  qəbul  edən  deyildi.  Keçmişini,  özünü  gizlədə,  cinayət  etmiş  adamlar  kimi  gözükölgəli 
çoxmu  yaşa-yacaqdılar?  Nə  idi  onların  cinayəti?  Sevmək,  ürəyinin  səsi  ilə  yaşa-maq?  Niyə  onları  başa  düşmək 
istəməyəcəkdi adamlar? Öz sevgilərini sübut etmək üçün hər qınağa, tənəyə, çətinliyə tab etmək, duruş gətir-mək, 
yıxılmamaq  lazım  idi.  Ancaq,  lənətə  gəlmiş  dünyanın  işinə  şey-tan  elə  pəl  vurmuşdu  ki,  istənilən  məsələni  ha 
tərəfə  döndərsən  əvvəl-axır  bir  ucu  gəlib  bağlanır  pulun  başına.  Müvəqqəti,  borc  olsa  belə  haradan,  kimdən 
tapacaqdılar, qardaşın-qardaşa çöpünü qıymadığı vaxtda?! 
Yadına qardaşı  Kamran  düşdü.  İndi  yəqin ki,  Əzizə  qoşulub  qaçdığı  üçün  onun da Zinyəti  görən  gözü 
yox  idi.  Niyə  də  olsun,  toxun  acdan  nə  xəbəri?  Onu  ki,  güclə,  göstərişlə  evləndirməmişdilər,  özü  sevdiyini 
seçmişdi. Kamran ondan üç yaş böyük, yeganə, istəkli qardaşıydı. Yaxın rayonların birində prokuror köməkçisi 
işləyirdi. Onu evləndirib, qonşu məhəllədən iki otaqlı ev alanda atasının hələ xəstələnmədiyi, yaxşı vaxtları idi. 
Zinyət  ərə  veriləndə  atası  yataq  xəstəsi  olduğundan  əvvəlkindən  imkansızlaşmışdı.  Cehizin  ürəyi  istə-diyi  kimi 
olmamasından fikir çəkən kişi, qardaşına bankdakı hesabın birini gələcəkdə bacısına verməyi vəsiyyət etmişdi. O 
vaxtı ürəyi qan ağladığından nə cehiz, nə pul, heç nə Zinyəti düşün-dürmürdü. 
Bəlkə,  Əzizin  yada,  özgəyə  ağız  açmasından,  xahiş  etməsin-dənsə,  o,  özü  Kamranla  zəngləşib,  kömək 
istəsin. Əgər unudubsa, atasının vəsiyyətini ona xatırlatsın. 
Zinyət  qardaşına  zəng  edib  pul  istəmək  fikrini  Əzizə  danı-şanda,  Əziz  ilan  vurmuş  kimi  yerindən 
oynadı: 
- Sən nə danışırsan, elə  şey ola bilməz. Camaat nə deyər mə-nə? Qaçırmağı  azmış, hələ pul da istəyir. 
Lazım deyil... 
- Sənlik nə var axı burda, - Zinyət israr etdi, - kim nə deyir-desin, öz haqqımı istəyəcəm. Atamdan qalan 
payımı.  Əvvəl-axır  onu  alasıyam.  Kamrana  deyəcəyəm,  indi  gərəkdir,  mənə  düşəsi  məbləği  hesabdan  çıxarıb 
versin. Bu günkü dar gündə də mənə xeyri dəymə-yəcəksə, o pulun olmağının nə xeyri var? 
Əziz onu fikrindən daşındırmaq istəyirdi.  Lakin, Zinyətin ina-dına, tərsliyinə bələd idi.  Beyninin bərk 
yerinə düşdümü, istəyinə çatmasa sakitləşən deyildi. 
Bu söhbətdən bir neçə  gün də ötdü. Əzizin ümidi gəldiyi  yer-lərdən əli üzüldükcə, vəziyyətin getdikcə 
çətinləşdiyini  hiss  edirdi.  Belə  olan  halda  Zinyətin  inadına  qarşı  müqaviməti  azalır,  onunla  razılaşmaq 
məcburiyyətində qalırdı. 
Nəhayət,  Zinyət  Əzizi  razılığa  gətirdi.  Səhər  gəzmək  bəhanə-siylə  evdən  çıxıb,  rayon  mərkəzinə 
gəldilər. Mərkəzi poçtda Zinyət qardaşının telefonunu sifariş verdi. Üç dəqiqə keçmədi, onu telefon kabinəsinə 
dəvət etdilər. 
- Sən də gəl, - Zinyət Əzizi də çağırdı. 
- Yox, məni qatma, öz işindir, özün bilərsən, - Əziz etiraz etdi. 
Telefon kabinəsinin qapısını örtəndə ona elə gəldi ki, dünya-dan ayrıldı. Çölün səs-səmiri kəsildi. Zinyət 


Yüklə 4,97 Kb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   52




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə