The Archeology of Azerbaijan a brief Discourse



Yüklə 4,97 Kb.
Pdf görüntüsü
səhifə52/52
tarix18.06.2018
ölçüsü4,97 Kb.
#49799
1   ...   44   45   46   47   48   49   50   51   52

www.kitabxana.net
  –  Milli Virtual Kitabxana
 
124 
 
gələn həyat  yoldaşını, çəkdiyi əzab-əziyyətlər bezikdir-mirdi. Uşaqların sayı da hər iki-üç ildən bir artırdı. Bir 
dəfə  nazir-liyin  məsul  qadın  işçilərindən  biri  müəssisəyə,  məhkumlarla  görüşə  gələrkən,  Nurullanın  on  ildən 
çox  həbsdə  ola-ola  yeddi  uşağı  olmasını  eşidib  təəccüblənmişdi:  bəs  bu  uşaqlar  necə  olub?  Nurul-lanın  izah 
etməkdə  çətinlik  çəkdiyini  görən  rəis  tez  məsul  işçinin  qulağına  pıçıldamışdı  ki,  qayda-qanunla  müəssisədə 
yaradılmış şərait yoldaşı ilə görüşə imkan verir. Məsul işçi anlayıb gülümsəmiş, Nurulla isə utanıb başını yerə 
dikmişdi. 
Təzə  evli  olanların  əksəriyyəti  isə,  tutulandan  il  keçməmiş  arvadlarının  məhkəməyə  boşanma  ərizəsi 
verməsi  xəbərini  alırdı.  Etiraz  edəni  az  olurdu.  Cavan  qadının  illərlə  dözüb  xəyanət  etməyə-cəyinə 
inanmayanlar,  arvadlarının  boşanma  üçün  məhkəməyə  etdik-ləri  müraciətə  qeyd-şərtsiz,  həvəslə  razılıq 
verirdilər. Çöldə kimin-ləsə gəzib adımızı batıracaqlarsa, bəri başdan boşamaq sərfəlidir, - düşünürdülər. 
Namus  cinayət  aləmində  hər  şeydən  uca  tutulurdu.  Mehbalı  kişi  ahıl  yaşında  namus  üstündə  yatırdı. 
Nəvələri olan bu kişi  gecə-lərin birində hiss edir ki, qaranlıqdı, yanında yatan arvad ona xəyanət edir. Sakitcə 
ayağa  durub  qonşu  otaqdan  baltanı  götürüb  gəlir.  Balta-nın  küt  tərəfini  yorğan  döşəkdə  yatan  arvadın  başına 
çırpır.  İşığı  yandırandan  sonra tək-tənha uzanmış arvadın öldüyünü  görür. Hadi-sədən neçə illər keçsə də, bu 
günə  kimi  ayırd  edə  bilmirdi  ki,  arvadı  başqası  ilə  yuxuda  görmüşdü,  yoxsa  həqiqət  idi?  Ara  yerdə  ailənin 
nifrətini  qazanmışdı.  Uşaqlar  da,  nəvələr  də  -  hamı  ondan  üz  döndər-mişdi,  heç  kim  yanına  gəlmirdi.  Cəza 
müddətinin  sonu  yaxınlaşsa  da,  çölə  çıxmaq  istəmirdi.  Çöldə  ona  kim  baxacaqdı,  harada  yaşaya-caqdı,  yazıq 
kişini dərd götürmüşdü. 
Əzizin  Zinyətə  görə  narahatlığı  əsasən  Kamran  tərəfindən  idi;  Zinyətin  məktubundan  açıq-aydın 
görünürdü  ki,  bacı-qardaş  arasın-dakı  münasibət  get-gedə  düşmənçiliyə  çevriləcəkdi.  Zinyətin  inadcıl-lığı 
başına  bəla  açacaqdı.  Atasının  vəsiyyətini  danan  Kamran  isə  öz  istəyinə  çatmaq  üçün  hər  yaramazlığa  əl  ata 
bilərdi. Tanıdığı məh-kumlar arasında əmlak bölgüsünə görə, qardaşını, bacısını öldürən-lər az deyildi. Belələri 
nə vaxtsa ürəklərində vicdan əzabı çəksələr də, dillərində özlərini haqlı sayırdılar. 
Son günlər Əzizin gecələr gördüyü qatmaqarışıq yuxular, onu lap hövsələsiz etmişdi. Gah onları bir sürü 
ilan  izləyirdi,  gah  selə  düşürdülər.  Hər  dəfə  də  Zinyət  onu  köməyə  çağırırdı.  Nədənsə,  istək-lisinə  yetişincə 
yuxudan ayılıb özünü qan-tər içində görürdü. Olmaya Zinyətin başına bir iş gəlib? Haradan, kimdən, necə xəbər 
tutsun? Aynur məktub, ya bir xəbər çatdırmırdı ki, bilsin nə var, nə yox, ürə-yi sakitləşsin. 
Bir səhər zonun həyətində onu əməliyyatçı baş leytenant    Orxan səslədi: 
- Əziz, bəri gəl! 
- Xeyirdirmi, cənab baş leytenant? - O, Orxana yaxınlaşıb maraqlandı. 
- Xeyri sənlikdir. Gedək otağa məktubunu verim apar. 
Sevincindən  Əzizin  ürəyi    uçunurdu.  Yəqin  bacısı  yazıb,  söz  vermişdi,  sözünə  əməl  edib.  Görən  nə 
yazıb, ay Allah?! 
Əziz Orxanla otağa daxil oldu. Əməliyyat işinin yazı-pozu-suna, gələn-gedən məktublara Orxan baxırdı. 
Baş leytenant stolun si-yirtməsindən məktubu çıxarıb Əzizə uzatdı: 
- Şirinliyi gəlsin. 


www.kitabxana.net
  –  Milli Virtual Kitabxana
 
125 
 
-  Gəl  belə  danışaq.  Aparım,  oxuyum,  sevinsəm  baş  üstə,  yox  sevinməsəm,  incimə  məndən  şirinlik 
olmayacaq, - Əziz məktubu aldı. 
- Yaxşı, apar oxu, - Orxan razılaşdı. 
Əzizin  məktubu  oxumağa  cürəti  çatmırdı:  ya  sevincindən  qa-nad  açıb  uçacaqdı,  ya  da  yenidən  qəm 
dəryasına  qərq  olacaqdı.  Onun  keçirəcəyi  hisslərin  kimsənin  görməməsi  üçün  sakitliyə,  həmişə  İltifatla  oturub 
dərdləşdiyi oturacağa tərəf addımladı. Tut ağacının köl-gəsində əyləşib, həyacandan əlləri titrəyə-titrəyə məktubu 
açıb  hə-risliklə  oxudu:  “Əziz  qardaşım,  Əziz!  Salam!  Necəsən?  Biz  yaxşıyıq.  Mamanın  sənə  çoxlu  salam-duası 
var. Canının sağ olmasını və tezlik-lə çölə çıxmağını  Allahdan arzu edirik. Sənə məktub  yazmağa tələs-mirdim. 
İstəyirdim vaxtı çatanda xoş xəbər yetirim. Amma, görünür qismətdən qaçmaq mümkün deyilmiş. Narahat olma. 
Zinyət sağ və salamatdır. Ancaq, özü də istəmədən duran yerdə evlərində olan dava-dalaş nəticəsində başı bəlaya 
düşüb.  Hə,  yenə  qardaşı  ilə  sözləri  düz  gəlməyib.  Kamran  ondan  uşağı  məhv  etməyi  tələb  edirmiş.  Mübahisə 
qızışdıqca bir-birini təhqirə keçiblər. Təhqirlərin birində Zinyət əlin-dəki iri, qalın stəkanı Kamranın başına necə 
çırpıbsa,  Kamran  yerə  yıxılıb  özündən  gedib.  Huşu  başına  gələndən  sonra  qayıdıb  evinə,  özünü  yaxşı  hiss 
etməyib. Səhəri günü təcili yardımla xəstəxanaya çatdırılıb. İki gün ötüb, üçüncüsündə elə orda keçinib. Yarım ay 
olar  dəfn  olunub.  Cinayət  işi  açılıb,  müqəssir  Zinyət  sayılır.  Hamiləliyini  nəzərə  alaraq  Zinyəti  hələlik 
məhkəmənin  hökmünədək  həbs  etməmə-yi  qərara  alıblar.  Məhkəmə  yaxın  həftədə  keçiriləcək.  Çoxdan  əlim 
gəlmirdi  bunları  sənə  yazmağa.  Neyləməli,  olacağa  çarə  yoxmuş.  Mə-nim  borcum  isə  baş  verənləri  sənə  ərz 
etməkdir.” Əzizin qəhərdən gözləri dolmuşdu, odu ki, arxasını oxuya bilmədi: Zinyətin tezliklə həbs ediləcəyi gün 
kimi aydın idi! O, Zinyətin adı hallanmaması üçün olmayan cinayəti boynuna götürüb ömrünü həbsdə çürütməyə 
razı olmuşdu. Belə yerdə deyilib: sən saydığını say, gör fələk nə sayır. Onun çalışdığı əbəs imiş, Zinyət türməni 
görməliymiş. Hələ bunlar azmış, ola bilsin ki, onların sevgisinin meyvəsi - balası həbsxanada, dəmir barmaqlıqlar 
içərisində dünyaya göz açacaqdı... Onun nə qəribə taleyi var imiş, ilahi! O belə taleyə layiqdirmi?! Sualına cavab 
axtarırmış  kimi  gözlərini  göyə  dikdi.  Heç  kimə  göstərmək  istəmədiyi,  güclə  saxladığı  göz  yaşları  qəhərə  dönüb 
boğazına doldu. Səmanın göz işlədikcə qüdrətli duruşundan, sonsuz  ənginliklərindən nəsə anlamaq mümkün işə 
oxşamırdı.  Bir  anlıq  nəfəsini  tutan  qəhərdən  boğazını  arıtlayıb,  çatmayan  havanı  sinədolusu  ciyərlərinə  çəkdi. 
Özündən  asılı  olmayaraq,  ulu  yaradana  dua  etdi:  “Şükür,  şükür,  yaratdığın  günə,  verdiyin  nəfəsə...”  Çəkdiyi 
nəfəsdən, gözünün qırpmasınadək - hər şey o uca varlıgın ixtiyarında idi. 
 
*** 
 
Üç  gün  idi,  şəhərdənkənar  müəssisələrin  birində  məhkumların  qiyamının  baş  verməsi  ilə  əlaqədar, 
nazirin  əmri  ilə  bütün  islah  əmək  müəssisələrində  gücləndirilmiş  iş  rejiminə  keçilmişdi.  Gücləndiril-mənin 
səbəbini məhkumlardan hələlik gizləmək tapşırılsa da, sirr saxlamağa hulqumu olmayan zabit və nəzarətçilərin 
hesabına məh-kumların əksəriyyəti məsələdən xəbərdar idi. 
Hadisə  möhkəm  rejimli  müəssisədə  olmuşdu.  Axşam  yoxla-ması  zamanı  əvvəldən  razılaşmış  iki 
məhkum  xasiyyətcə kobud rəisi bilərəkdən  yersiz hərəkətləri ilə  özündən çıxarırlar. Rəisin söyüşün-dən sonra 
təhqirə  dözməmələrini  bəhanə  edərək,  gözlənilmədən  onun  üzərinə  atılıb  bıçaqla  ölümcül  yaralayırlar.  Rəis 
müavininin  tapança-sını  çıxarıb  göyə  atəş  açması  ilə  xaosun,  ağlı  başında  olmayan  küt-lənin  qabağını  almaq 
olur.  Rəisi  təcili  xəstəxanaya  aparıb,  ölməsinə  imkan  vermirlər.  Vəhşiləşmiş  iki  məhkumu  isə  qandallayıb, 


www.kitabxana.net
  –  Milli Virtual Kitabxana
 
126 
 
doyunca  çırpıb  həbsxanaya  göndərirlər.  Çağırılmış  daxili  qoşun  əsgərlərinin  müəssisəyə  daxil  olması  ilə 
adboyadək rejim şəraiti əvvəlki vəziyyə-tinə qaytarılır. Bununla belə, prokuror və müstəntiqlər açılmış cina-yət 
işinə dair fəaliyyətlərini hələ bitirməmişdilər. 
Bu hadisədən hamı mütəəssir olmuşdu. İstintaq başa çatandan sonra nə qədər əməkdaş cəzalandırılacaq, iş 
yeri dəyişdiriləcək, işdən kənarlaşdırılacaqdı! Hər yerdə yoxlamaların sayı çoxalacaqdı. Heç məhkumlara da yaxşı 
olmayacaqdı.  İki  vəhşinin  ardınca,  onlarla  məh-kumun  cəza  müddəti  artırılacaq,  cəza  yerləri  dəyişəcək, 
qalanlarına isə nəzarət gücləndiriləcəkdi. 
Şəfinin  düşüncəsi  ilə  nəticə  məlum  idi.  Bəs  səbəb  nə  olmuşdu  ki,  o,  iki  məhkuma  həmişə  eşitdikləri 
söyüş  bəhanə  olmuşdu?  Qəribə  də  olsa,  səbəb  barədə  dərin  fikirləşmək  istəyən  yox  idi.  Səbəb  adi  qaydada 
qiymətləndirilirdi: məhkumun qudurması. 
Zabitlərin  qəzalı  anlarına  sevinən  məhkumların  bəziləri  isə  öz  aralarında  pıçıldaşırdılar:  “Dustağın 
çörəyini yemək olmur, gec-tezi var…” 
Gücləndirilmənin  dördüncü  günü  rəisi  nazirlikdə  keçirilən  müşavirəyə  çağırmışdılar.  Axşamtərəfi 
müəssisəyə qayıdan rəis iclas keçirmək üçün daxili radio ilə bütün zabitlərin təcili kabinetinə yığış-masını elan 
etdirdi.  Rəisin  müşavirəyə  aid  məlumatı  və  fikirlərini  sabaha  saxlamayıb  tələsməsi,  müşavirənin  ciddiliyindən 
xəbər verirdi. 
İyirmi  dəqiqə  ərzində  hamı  rəisin  otağına  yığışmışdı.  Rəisin  həmişə  məğrur  görünən  çöhrəsi 
dəyişilmişdi. Narahatlıq yağan sərt baxışları dolmuş buludu xatırladırdı, əsəbiləşməyə hazır idi. O, adəti üzrə iti 
baxışları ilə   hamını süzüb sözə başladı: 
- Vəziyyət olduqca ciddidir. Baş verən hadisədən hamının xə-bəri var. Bu günkü müşavirədə məsələ ətraflı 
müzakirə  olundu.  Vəziy-yətin  gərginliyini  nəzərə  alan  hörmətli  nazirimiz  hadisənin  səbəblərini  yaxından 
öyrənmək  üçün  şəxsən  özü  həmin  müəssisəyə  getmiş,  oradakı  əməkdaşlarla,  məhkumlarla  görüşüb  araşdırma 
aparmışdır. Nəticədə islah idarəsinin işindən bütövlükdə narazı qalmışdır. Müşa-virədə idarə rəhbərliyinin yenisi 
ilə  əvəz  olunması  qərara  alındı.  Əv-vəlki  işində  ədalətliliyi  və  rəhbərlik  qabiliyyəti  ilə  fərqlənən  daxili  işlər 
nazirliyinin  əməkdaşı  rəis  təyin  olundu.  Yeni  rəhbərlik  qarşısında  köklü  islahatların  aparılması  tələbi  qoyuldu. 
Hörmətli nazirimizdən sonra çıxış edən idarəmizin təzə rəisi bütün islah  əmək müəssisələrinin rəislərinə müraciət 
edərək  günü  sabahdan  fəaliyyətimizdə  ciddi  dönüşün  yaradılmasını,  bu  vaxtadək  məhkuma  olan  münasibətin 
dəyişilməsini,  onlara  bir  şəxsiyyət  kimi  yanaşılmasını  tələb  etdi.  Yersiz  söyüş  və  təhqirlər,  işgəncə  və  cismani 
cəzalar  yığışdırılmalıdır.  Cəzalar  yalnız  qanun  çərçivəsində  olmalıdır.  Məhkum  həbsdən  cəmiyyətə  fiziki  və 
mənəvi  cəhətdən  sağlam  vətəndaş  olaraq  qayıtmalıdır.  Hələ  yuxarının  göstərişi  olmayanda,  mən  bu  müəssisəyə 
rəis gələn gündən özbaşı-nalığın qarşısını alıb hər şeyi, o cümlədən cəzalandırmanı öz nəzarə-timə götürmüşəm. 
And  olsun  stolumun  üstündəki  Qurana,  bir  də  təkrar  etməyəcəyəm.  Birdəfəlik  qulağınızdan  sırğa  edin: 
məhkumdan məcbur  pul  almaq olmaz.  Bir-iki  nəfərə  güzəştlər etmişdim. Sabahdan onlara,  eyni zamanda bütün 
əməkdaşlara xəbərdarlıq edirəm: tələblərə uyğun işləyə bilməyən əməkdaşlar vaxt itirməyib özlərinə başqa yerdə 
iş tapsınlar. Aramızda rüşvətxorlara yer olmamalıdır. Korrupsiyaya yox deyirik. Qaldı bir məsələ: nazirin göstərişi 
ilə  adı  çəkilən  müəssisəyə  yeni  şəxsi  heyət  yaradılması  üçün  qalan  müəssisələrin  hərəsindən  bir-iki  nümunəvi 
əməkdaş toplanılıb komplektləşdirilməlidir. Yaxın günlərdə, - müavinləri göstərdi, - məsləhətləşib, qərara gəlib, 
iki-üç  nəfəri təqdim edəcəyik.  Könüllü  getmək arzusu olan varsa bildirsin. Rəis  yerindən  gözünüzü çəkin. Yeni 
rəis artıq təyin olunub. 


www.kitabxana.net
  –  Milli Virtual Kitabxana
 
127 
 
-  Müavin  yeri  necə?  -  adəti  üzrə  yerində  sakit  otura  bilməyən  “bozdarın”  -  sex  rəisi  Aqilin  qəfil 
sualından hamının üzünə gülüş qondu. 
- Müavinlik keçir könlündən? Sən müavin olsan qan su yerinə axar, yazıqdı millət, - rəisin azca qırışığı 
açıldı, - yüksək vəzifə deyə bilmərəm, ən azı bərabər vəzifə veriləcək. 
- Rəis, - Aqil yenə dilavərləşdi, - doğrudurmu, deyirlər təzə baş rəisimiz avtomobil müfəttişi olub. Biri 
prokuror idi, prokurorları yığdı başına, digəri idmançı idi, idmançıları topladı. Bu da yol müfət-tişlərini yığacaq 
idarəyə… 
 -  Sənlik  deyil,  get  işinlə  məşğul  ol,  -  rəis  ona  bozardı,  -  yaxşı,  dediklərimi  unutmayın.  Xüsusilə 
məhkumlarla  münasibətlərinizdə  yersiz  hərəkətlərə  yol  verməyin.  Hərə  öz  işini  məsuliyyətlə,  təmiz  vicdanla 
yerinə yetirsin. Gedə bilərsiz. 
Otaqdan çıxan yaşlı zabitlər başlarını bulaya-bulaya təəssüf-lənirdilər: 
-  Gözəl  sözləri  eşitdinizmi?  Təzə  işə  başlayanda  hamısı  belə  tələb  edir.  Azmı  görmüşük?  Qiymət 
artımından qeyri heç nə dəyiş-məyir… 
- Hə, əvvəlki hamıdan turnikə çıxmaq tələb edirdi, bu da sürücülük vəsiqəsi istəyəcək… 
-  Hələ  görəcək  günlərimiz  irəlidədir,  cinayətkar  şəxsiyyət  olub.  Təqaüd  vaxtı  da  çatmadı,  ərizəmizi 
yazaq rədd olaq... 
 
*** 
 
İki  gün sonra rəis, iki müavini və əməliyyat rejim şöbəsinin rəisi ilə məsləhətləşib baş idarəyə təqdim 
ediləcək  əməkdaşları  mü-əyyənləşdirərkən,  Nüsrət  zabitlərdən  Şəfinin  göndərilməsini  təklif  etdi.  Bəhramın 
etirazına baxmayaraq, təklif səs çoxluğu ilə qəbul edildi. Ondan əlavə daha iki nəzarətçinin də təqdim olunması 
qərara alındı. 
Şəfi  bu  xəbəri  sakit  qarşıladı.  Rəis  onu  kabinetinə  çağırıb  xeyli  təriflədi.  Rəhbərliyin  qoyduğu  yeni 
tələblərə başqalarına nisbə-tən daha çox onun uyğun gəlməsini qeyd etməklə yanaşı, ciddi rejimdə bir ilə yaxın 
iş  təcrübəsi  toplayıb,  işləyəcəyi  ağır  olmayan  rejimdə  özünə  layiq  yerlərdən  birini  daha  asan  tutaraq  böyük 
hörmət qazanacağına əmin olduğunu bildirdi. 
Zonda  aparılan  islah  tərbiyəsinin  hər  üzünü  öyrəndikcə,  bəzi  işçiləri  çıxmaq  şərti  ilə,  sözü  ilə  işi  düz 
gəlməyən  bu  adamlarla  işlə-mək  Şəfiyə  onsuz  da  daxili  mənəvi  əzablardan  qeyri  heç  nə  vermirdi.  Bacara 
bilirsənsə həya gözləmədən yalan danışmaq, aldatmaq, atmaq adi hal, qabiliyyət - həyat norması idi. Zarafatla 
deyilən işləmək devizi isə belə idi: Qanacağın olmasa da olar, təki qazanacağın olsun. 
Təzə iş yeri buradan yaxşı olmasa da, pis də olmayacaqdı. Çünki, digər müəssisələrdən də yığılacaq özü 
sayaq “işə yaramayan-larla” işləməkdən əzab çəkməyəcəkdi. 
Şəfi rəisin gözləmədiyi tərzdə razılıq etdi: 


www.kitabxana.net
  –  Milli Virtual Kitabxana
 
128 
 
-  Çox  sağ  olun,  cənab  polkovnik,  mənə  göstərilən  etimada  görə.  Böyük  məmnuniyyətlə  rəhbərliyin 
göstərişinə  əməl  etməyə  ha-zıram.  Ancaq,  bir  xahişim  var.  Əgər  gedirəmsə,  bax  elə  indi,  buradan  məni  yola 
salın. Mən daha iş otağıma qayıtmayım. 
Rəis təəccübləndi: 
- Onun nə fərqi var, sənin üçün? Bəs yoldaşlarınla vidalaş-maq istəmirsən? 
- Xeyr. 
- Özün bil, doğrudan, qəribə oğlansan. İndi tapşıraram, bu saat sənədlərini hazırlayarlar. 
Şəfiyə  kim  inanacaqdı  ki,  o,  özü  getmək  istəyir.  Kənarlaşdı-rıldığını  duyub,  sözlə  deyilməsə  belə  ona 
dikiləcək çoxmənalı baxış-ları görmək, o baxışlardan əzilmək, alçalmaq istəmirdi. 
Yarım  saatdan  sonra  Şəfi  dəmir  qapıları  keçib  çölə  çıxdı.  Müəssisənin  qabağında  onunla  işə  ilk  dəfə 
gəldiyi gün rastlaşan “otdelkadr” Elmira, hazırlanmış sənədləri Şəfiyə verib ah çəkdi: 
- Bura bir işə gələndə sevinirlər, bir də işdən çıxanda. 
Heç nə dəyişməmişdi. Vahiməli qapı da, uca hasarlar da. Vış-kadakı əsgərlər də həmən idi. Bir il əvvəl 
olduğu kimi. Heç o da, de-mək olar ki, dəyişməmişdi. Sadəcə, bir il hasarların o tayında qalan ayrı dünyada - 
təkcə  fiziki  baxımdan  yox,  mənəvi  üzdəniraqlarla  dopdolu  dünyada  qonaq  olmuşdu.  Bu  dünyanın  çöldən  ən 
böyük fər-qi ondaydı ki, burda hər şey öz adı ilə çağırılır: cildini gizlədə bil-məzsən! Paqon da, burjuy da, lüt 
də,  “şusturyak”,  üzdəniraq  da  özü-nü  olduğu  kimi  tanıyır  və  tanıdır.  Onların  içərisində  həyatından,  günündən 
razı qalan bir insan tapa bilməzdin: hərəsi bir cür bədbəxt idi… 
O,  xeyli  getdikdən  sonra  son  dəfə  dönüb  geriyə  baxdı.  Həmi-şə  işdən  çıxanda,  evə  tələsdiyindən 
əhəmiyyət  verməmişdi:  müəssisə  uzaqdan  şəhərin  ortasında  düzbucaqlı  dördkünc  mücərrəd,  yad  adaya 
bənzəyirdi. 
Üzdəniraq ada... Bu adanı bundan doğru necə adlandırmaq olar?! - Şəfi düşündü. Oranın havasını udmuş 
insanın başqa cür düşünməsi mümkün deyildi… 
Onu isə hələ irəlidə, uzun bir xidmət dövrü – keşməkeşli qulluq illəri gözləyirdi...  
 
 
                                                                        
 
 


www.kitabxana.net
  –  Milli Virtual Kitabxana
 
129 
 
Kitabda istifadə edilmiş bəzi sözlərin izahı 
 
 
Adboy - yuxu vaxtı 
Balanda - məhbəs yeməyi 
Bedalaqa - yoxsul, lüt 
Bezoçered - növbəsiz 
Boçka - çəllək 
Burjuy - imkanlı dustaq 
Çepe - qarmaqarışıqlıq 
Çuma - çirkab 
Xlebnik - çörək kəsdiyi yoldaşlar 
Xodka - gəliş, məhkum olunma mənasında 
İnstruktaj - təlimatlandırma 
Kaptorqşik - məhkumların əşyaları və ərzağı saxlanılan otağa nəzarət edən 
Keespe - nəzarət iz zolağı 
Konvoy - dustağı müşayiət edən mühafizə dəstəsi 
Kupe - barakda qatardakı kimi üz-üzə, yanaşı qoyulan çarpayı cütü 
Krıtı - qapalı həbsxana 
Qrev - dar gün üçün toplanmış maddi vəsait və ya könüllü verilən yardım 
Larek - xırda alver üçün köşk 
Lavka - dükan 
Moment - vaxt, an 
MRNK - müəssisə rəisinin növbətçi köməkçisi 
Nadzor - nəzarətçi 
Nara - cərimə təcridxanasında yataq yeri 
Naruşitel - qaydaları pozan 
Obxod - nəzarət məqsədi ilə ərazini gəzmə 
Ofiser - zabit 
Otdelkadr - kadrlar şöbəsi 
Otvetstvenni - məsul 
Piçok - papiros kötüyü 
Polojeniya - vəziyyət 
Pomprokuror- prokuror köməkçisi 
Priklyuçenie - sərgüzəşt 
Priznavat - tanımaq 
Prob - siftə 
Sançast - tibb məntəqəsi 
Srok - cəza müddəti 
Stroqi - ciddi rejim 
Stukaç - gizlin məlumat çatdıranlar 
Sud - məhkəmə 
Suka - arada gəzən, satılmış 
Şizo - cərimə təcridxanası 
Şmon - axtarış 
Varanok - dustaq gəzdirən maşın 
Volnı - azadlıq mənasında 
Voyevat - vuruşmaq, çalışmaq 
Vışka - qarovul qülləsi 
Zameçaniye - məzəmmət 
Zampalit - siyasi işlər üzrə müavin 
Zanit - tutmaq, məşğul etmək 


www.kitabxana.net
  –  Milli Virtual Kitabxana
 
130 
 
 
 
 
 


www.kitabxana.net
  –  Milli Virtual Kitabxana
 
131 
 
 
 
 
MÜNDƏRİCAT 
 
 
 
 
 
Üzdəniraq ada (roman)................................................. 

Kitabda istifadə edilmiş bəzi sözlərin izahı..................  181 
 
 
 
Rövşən Yerfi 
ÜZDƏNİRAQ ADA 
(roman) 
 
Formatı 60x90 
1
/
16 
, Fiziki çap vərəqi 11,5. 
Tirajı 300. 
 
 

Yüklə 4,97 Kb.

Dostları ilə paylaş:
1   ...   44   45   46   47   48   49   50   51   52




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə