The Archeology of Azerbaijan a brief Discourse



Yüklə 4,97 Kb.
Pdf görüntüsü
səhifə47/52
tarix18.06.2018
ölçüsü4,97 Kb.
#49799
1   ...   44   45   46   47   48   49   50   51   52

www.kitabxana.net
  –  Milli Virtual Kitabxana
 
113 
 
- Elə isə get, başını sal aşağı, səndən tələb olunan dərəcədə cəzanı çək. 
Əziz bilirdi ki, günahı olub-olmamasından asılı olmayaraq günahsızlığını dilinə gətirən məhkuma paqon 
xoş  üz  göstərmir.  Belə  çıxırdı  ki,  onların  ən  böyük  günahı  məhkum  olmasındadır.  O,  rəisin  kabinetindən 
çıxanda qəbul otağındakı iri bədənnüma güzgüdə özünü görəndə duruxdu: beş gündə xeyli sınıxmış, bir az da 
yaşlaşmışdı.  Hamısı  fikirdəndir,  -  düşündü.  Fikirsiz  də  yaşamaq  mümkün  idimi?  İkinci  mərtəbədən  yaşayış 
sahəsinə  enəndə,  ürəyində  sevinirdi,  evinə,  elinə  qayıdan  insan  kimi.  Şəfi  düz  deyirmiş  -  pis  günü  görməsən, 
yaxşının qədrini bilməzsən. Bu vaxta qədər qaldığı kupenin, yatdığı çarpayının səfasını, rahatlığını bilməyibmiş. 
Əziz  baraka  girib,  hamı  ilə  görüşüb  hal-əhval  tutandan  sonra  uzaq  yoldan  dönmüş  sayaq,  tab  gətirə 
bilməyərək axşamdan yerinə girib, səhər yoxlamasınadək yatdı. 
Ertəsi gün günortaya yaxın onu vaxtaya çağırdılar. Xeyir ola, - Əziz təəccübləndi. Görüşə baxan çavuş 
Əbülfəz idi çağıran. 
- Yanına gələn var. 
Əzizin ürəyi sevinclə döyündü: 
- Kimdi? 
- Bacın. 
- Tək gəlib? Anam gəlməyib? 
- Hə də, təkdi. 
Əzizin sevinci narahatlıqla əvəz olundu. On yeddi yaşlı qız uşağının tək görüşə gəlməsi xoşuna gəlmədi. 
- Əbülfəz, qardaşım, elə isə məni tez görüşdür, getsin evə, qapıların qabağında asılıb qalmasın. 
- Görkəmindən xəbərin var? Üz-gözüvü tük basıb, - Əbülfəz ona eyib edirmiş təki güldü, - rəis tapşırıb 
ki, heç kimi görüşə üzü-tüklü buraxmayım. Get beş-on dəqiqəyə üzünü qırx gəl. 
-  Qardaşımsan,  hörmətini  edərəm,  məni  yoldan  qaytarma.  Rəis  özü  axşam  məni  şizodan  buraxıb.  Beş 
sutka  yatmışam,  hələ  də  tam  özümə  gəlməmişəm.  Üz  qırxmaq  heç  yadıma  düşməyib.  Sən  narahat  olma,  rəis 
təsadüfən bu halda məni görüşdə görsə, bütün mə-suliyyəti mənlikdir. Xahiş edirəm, məni görüşdür, qızı tez evə 
yola salım, çox gözləməsin. 
- Deyirsən, sənlikdir? 
- Bəli. 
- Gəl onda. 
Bacısı son yarım ildə elə bil bir az da böyümüş, gözəlləş-mişdi. Ömrünün gül qönçəsi kimi açılan vaxtı 
onu həyatın dibinə, türməyə  görüşə tək göndərmək Əzizin fikrincə düzgün iş deyildi.  Narahatlığı da səbəbsiz 
deyildi.  Nahaq  deməyiblər:  Od  olmayan  yer-dən  tüstü  çıxmaz.  Hələ  birinci  məhkumluğu  dövründən  bəri 
görüşdə  işləyənlərin  əxlaqsızlığına  dair  qulağına  söhbətlər  çatmışdı.  Doğru-dur,  əsli-qanı,  əxlaqı  təmiz  olan 
qadını  bir  kimsə  yolundan  çıxara  bil-məz.  Amma  əzizinin  yanına  görüşə  gələn,  tutaq  ki,  mayası  boş  olan, 


www.kitabxana.net
  –  Milli Virtual Kitabxana
 
114 
 
atmacalara laqeyd olmayan qadının düşdüyü vəziyyətindən istifadə edib, fürsət olarsa, görüş otaqlarının birində, 
ya da işdən sonra hara-dasa görüşərək yaxınlıq etmək heç bir mizan-tərəziyə uyğun gələn, mənliyi olan bəndəyə 
yaraşan iş sayıla da bilməz. Əbülfəzdən əvvəl görüşdə işləyən, bu sayaq fəaliyyətinin qurbanı olmuşdu. O, nəşə 
alveri  üstündə  yatan  məhkumun  görüşə  gələn  cavan  anasını  ələ  almış,  elə  görüş  yerində  mütəmadi  olaraq 
çağırıb, yaxınlıq edirmiş. El misalında deyilən “əyriliyin” müddətinin qırx gün olması” çölə aiddir. Zon olsun, 
kimsə  bilsin,  uzağı  bir  həftəyə  gizlin  iş  üzə  çıxma-sın,  mümkün  deyil.  Görüşdə  “peredaça  taçkası”  -  gətirilən 
ərzağı  ara-bada  daşıyan  “taksi”  hamballardan  birisi  işin  nə  yerdə  olduğunu  bilər.  Günlərin  birində  mübahisə 
zamanı  həmin  məhkuma  rişxəndlə  “anasının  dərdini  çəkməyi”  tövsiyyə  edər.  Məsələdən  hali  olan  məh-kum 
növbəti  görüşə  çıxanda  işçinin  üzünə  lezva  ilə  nişanə  çəkir.  Məhkumu  il  yarım  müddətə  krıtıya  göndərirlər. 
İşçinin isə ərizəsini alıb paqondan çölə atırlar. 
Bu hadisə hamının yadında olsa da, kimi arxayın edə bilər ki, daha görüşdə işləyənlər gəlib-gedən qadınlara 
öz ana-bacısı gözü ilə baxıb, bir daha pis xəyallara düşməyəcəklər. Bu səbəbdən bacısı tək gəldiyinə görə tez yola 
salıb, bəd gözlərin onu çox görməyini istə-mirdi. 
Bacısı  Əzizi  görəndə  kövrəldi.  Addımlarını  yeyinlədib,  boy-nunu  qucaqladı.  Gözlərinin  yaşını  saxlaya 
bilmədi,  yanaqları  islandı.  Qardaşı  necə  də  dəyişmiş,  qocalmış,  arıqlamışdı.  Saçı  ilə  yanaşı  üzündə  çıxan 
tüklərin də xeylisi ağarmışdı. Gözlərinin dərinliyində yatmış kədər hiss olunurdu. 
- Aynur, nə yaxşı gəlmisən? Bəs mama hanı, niyə gəlmədi? 
-  Darıxma,  -  o,  qardaşının  boynunu  buraxmaq  istəmir,  saçları-nı  sığallayır,  dolmuş  gözlərinin  yaşını 
silirdi, - hamısını danışaca-ğam, tələsmə. 
İki bağlama ərzaq gətirmişdi bacısı. İkinci bağlamanı Zinyət vermişdi. Əslində onun görüşə gəlməsinə 
səbəb Zinyət olmuşdu. O, özünün görüşə buraxılmayacağını bilib, Aynura yalvarmış, Əzizin yanına getməsini 
xahiş  etmişdi.  Aynur  isə  ata-anasının  Zinyəti  gör-məyə  gözləri  olmadığından  adını  çəkməyib,  öz  tərəfindən 
qardaşını  görmək  istəməsini  anasına  bildirmiş,  görüşə  gəlməyə  icazə  almaq  üçün  günlərlə  dilə  tutmuşdu. 
Nəhayət, anası çox götür-qoydan sonra ərinin yanında qızına tərəf durmuşdu. 
- Ay kişi, özün getmirsən, məni qoymursan. İndi neynək, uşaqdan təmiz əlimizi üzək? Qoy heç olmasa 
bacısı da olsa gedib baş çəksin. 
Yenə  var  olsun  balası  üçün  hamıdan  çox  yanan  ana  ürəyi.  Kişidən  xəbərsiz  topladığı  puldan  Əzizə 
verməyə bir az xərclik də göndərmişdi. 
Otaqda  onlardan  savayı  kimsə  yox  idi.  Həmişə  kənardan  müşaiyət  edən  gizir  və  ya  əməliyyatçı  zabit 
nədənsə gözə görünmür-dülər. Pulları alanda Əzizin burnu doğma xoş iy duydu. Manatlıq-lardan birini iylədi, 
ürəyi gizildədi, az qaldı kövrəlsin. Manatdan evlərinin iyi, anasının paltarının ətri gəlirdi... Bir anın içində atası, 
anası,  evləri  gözlərinin  önündən  gəlib  keçdi.  Allah  ağlını  alanda  niyə  bunları  düşünməmişdi?  Ağlı  olmadığı 
halda necə düşünə bilərdi? 
Bacısı  Əzizin  qəmləndiyini  hiss  edib,  könlünü  almaq  istədi.  Yadına  nə  düşdüsə,  tez  qoluna  keçirdiyi 
balaca çantanı açıb axtardı: 
- Bay, başım söhbətə qarışıb, unutmuşdum. Sonra heç bilirsən Zinyət məni neylər? Əsas məsələ burada 
qalıb, - o, iki-üç yerdən qat-lanmış dəftər vərəqini çıxarıb, Əzizə uzatdı, - al oxu. Sənə məktub yazıb. 


Yüklə 4,97 Kb.

Dostları ilə paylaş:
1   ...   44   45   46   47   48   49   50   51   52




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə