The Archeology of Azerbaijan a brief Discourse



Yüklə 4,97 Kb.
Pdf görüntüsü
səhifə45/52
tarix18.06.2018
ölçüsü4,97 Kb.
#49799
1   ...   41   42   43   44   45   46   47   48   ...   52

www.kitabxana.net
  –  Milli Virtual Kitabxana
 
109 
 
əhə-miyyət verilməyib, ötür-ötürə salınırdı. 
Əməliyyatçılar  təcili  Cəlalın  borclu  olduğu  adamları  tapıb  onun  başqa  gizli  niyyəti  olub-olmamasını 
araşdırmağa  başladılar.  Kamerada  isə  köynəyi  qarnına  necə  sıxıb  bağlasalar  da,  qan  dayanmaq  bilmirdi. 
Nəzarətçilərdən  ən  cavanı  həkim  dalısıyca  getdi.  Belə  hadisələrin  çox  şahidi  olan  təcrübəli,  yaşlı  zabit  təmkinini 
pozmadan yanındakı nəza-rətçinin qulağına təcili bir az duz gətirməyi tapşırdı. Nəzarətçi duzu gətirəndən sonra o, 
əlləri bağlı Cəlalın yarasına yenidən diqqətlə baxıb, qəfildən ovcunda saxladığı duzu yaranın üstünə səpdi. Cəlalın 
böyür-tüsü  aləmi  bürüdü.  Bu  müəssisə  rəisi  Əliməmməd  müəllimin  axan  qanın  qarşısını  almaq  üçün  cavanlıqda 
tətbiq  etdiyi  və  işçilərinə  məsləhət  gördüyü  ən  yaxşı  üsul  idi.  Duzun  ləzzətini  görən  məhkum  bir  daha  özünü 
kəsməyi tərgitməli olur. Əvvəllər paqona etirazın dəb halını almış özünükəsmənin qarşısını rəis duzla ala bilmişdi. 
Sifətin gözdən çənəyə-dək hissəsində şıram-çapıq izi qoymağı isə hələ ləğv etmək mümkün olmamışdı. Baxmayaraq 
ki, rəis belə hallarda səbəbkarı güzəşt etmədən məhkəmənin qərarını alıb üç illiyə krıtıya - həbsxanaya göndərirdi. 
Məhkumun,  ya  da  paqonun  sifətinə  çəkilmiş  şram  düşmənçiliyə  gətirib  çıxaran  haqsız  əməlin  ödənci  işarəsi  kimi 
başa düşülürdü. 
Həkimin  məhkum  köməkçisi  Baxış  gələnədək  duz  Cəlalın  qanını  laxtaladıb  kəsmişdi.  Cəlal 
böyürməkdən  yorulub  əvvəlki  tək  zarıyırdı.  Baxış  naranın  açılmasını  məsləhət  bildi.  Cəlalı  açılmış  na-raya 
uzadıb yaranı bintlə sarıdı. 
- Qorxulu heç nə yoxdur. Qoyun bu gün uzansın, iki-üç günə sağalacaq, - deyib onu gətirən nəzarətçinin 
müşayiəti ilə sançasta qayıtdı. Onun ardınca qalanlar da kameradan çıxıb qapısını bağladı-lar. 
*** 
Növbətçilikdən sonrakı gün baş əməliyyatçı Şəfini otağına ça-ğırtdı. 
-  Eşidirəm,  cənab  kapitan!  -  Şəfi  Xəlilin  otağına  daxil  olub  görüşdü.  Xəlil  həmişəkindən  ciddi,  acıqlı 
görsənirdi. 
- Dünən cərimə təcridxanasında məsul növbətçi sən olmusan? 
- Bəli. 
- Cəza çəkən məhkuma sənin iştirakınla yemək ötürülüb? 
- Bəli. 
- Kim sənə ixtiyar verib? 
- Bilirsiz, orada qadağan edilmiş heç bir əşya yox idi. Özüm yoxlamışam. Bir az çörək, pendir... 
-  Sadalamağa  ehtiyac  yoxdur.  Mən  orada  nə  olub,  nə  qədər  olub,  səndən  yaxşı  bilirəm.  Hansı  marağa 
görə  icazə  vermisən?  Ola  bilsin  üçdən-beşdən  hörmət  almısansa,  utanma  de.  Biz  yoldaşıq,  məh-kumun  bu 
söhbətləri bilməməsi üçün hələlik soruşmamışıq. Əgər boynuna almasan, lazım gəlsə, məhkumdan soruşub, hər 
şeyi öyrən-mək olar. 
- Yox, nə danışırsız? Sadəcə dəstənin məhkumudur, baraka nəzarət edir, insan kimi hörmətim var, - Şəfi 
həyəcanından pörtdü, - istəyirsiz öyrənin. 


www.kitabxana.net
  –  Milli Virtual Kitabxana
 
110 
 
Şəfinin haldan-hala düşməsi Xəlili məmnun etdi. Onun səmi-miyyətini başa düşürmüş kimi davam etdi: 
- İş burasındadır ki, sənin insani münasibətini artıq rəis müa-vini Rasim müəllimə başqa cür çatdırıblar. 
Mənə göstəriş verib ki, səni tapıb otağına aparım. 
- Lazımdı gedək, - yaylığını çıxarıb, üzünün tərini silən Şəfi etiraz etmədi. 
-  Gedək.  Görək  nə  deyər,  -  Xəlil  otağının  qapısını  bağlayıb,  Şəfi  ilə  birlikdə  Rasimin  idarənin  ikinci 
mərtəbəsində yerləşən kabi-netinə tərəf yollandı. Bayaqdan Şəfini fikir götürmüşdü: görən əmə-liyyatçılara kim 
xəbər çatdırmışdı. Nəzarətçi, yoxsa Qəqəni? Nəza-rətçinin bükülünün içindəkilərdən xəbəri yox idi axı. Yalnız 
Qəqəni  bilirdi.  Olmaya  Qəqəni  çatdırıb?  Yadına  Cəbrayilin  yaxınlarda  iş  yerini  dəyişmiş,  keçmiş  bir 
əməliyyatçı barəsində danışdığı əhvalat düşdü. Bu hadisə ötən payız baş veribmiş. Ailəsində baş verən bədbəxt 
hadisələrdən sonra əməliyyatçı günahlarını azaltmaq məqsədi ilə içkini atıb namaz qılmağa başlayıbmış. Ancaq, 
onun namaz qılması həmkarları tərəfindən qınaqla, təbəssümlə qarşılanıb: “heç paqonla da namaz olar?” Hətta 
bu  haqda  öz  aralarında  mübahisəlri  də  yaranıb.  Bir  gün  namazqılan  əməliyyatçı  cərimə  təcridxanasına  baş 
çəkərkən  məhkumlardan  birinə  yazığı  gəlib  ağrıkəsici  dərman,  siqaret  verir.  Söz  yayılır  ki,  filan  əməliyyatçı 
“dindaşına”  himayəçilik  edir.  Demə,  həmin  məhkum  vəhabi  imiş.  Dərhal  həmkar  yoldaşları  əməliyyatçını 
divara  dirəyirlər:  ya  yenə  bizimlə  araq  içəcəksən,  ya  da  Baş  İdarəyə  məlumat  çatdıracayıq  ki,  sən  cinayətkar 
vəhabilərə qoşulmusan. İşini itirəcəyindən qorxan biçarə namazı atıb yenidən araq içməli olur… 
- Bir dəqiqə gözlə, - Xəlil əvvəlcə özü müavinin otağına daxil oldu. Çox keçmədi Şəfini də içəri dəvət 
etdi. 
- Gəl görək, - Rasim qalın səslə özünüitirmə dərəcəsinə çat-mış, içəri girməyə tərəddüd edərək ləngiyən 
Şəfini çağırdı. 
- Hər vaxtınız xeyir, cənab mayor, - Şəfi özünü toplayıb hərbi təzim etdi. 
- Aqibətiniz xeyir, - Rasim oturduğu yumşaq kresloda qurca-lanıb əli ilə işarə etdi. 
- Əyləşin. 
Xəlillə Şəfi yaxınlıqdakı divar boyu düzülmüş stullarda yana-şı əyləşdilər. Müavin sərt nəzərlərlə üzünü 
Şəfiyə tərəf tutub soruşdu: 
- Bilirsən, səni niyə çağırtmışam? 
- Bəli. 
- Qanun-qaydaları necə, bilirsənmi? 
Şəfi başını aşağı dikib susdu. 
- Bəs niyə əməl etmirsən? Dustaq cərimə təcridxanasına ona görə salınır ki, etdiyi pozuntuya görə əzab 
çəksin, islah olunsun. Sən isə əksinə, islah olmasına mane olub, şərait yaradırsan ki, harınlasın, qudursun. Kim 
ixtiyar  verib,  kimdən  icazə  almışdın?  Nəyin  xatirinə?  Olmaya  dustaqlarla  xidmətdən  kənar,  qeyri-qanuni 
əlaqəyə girmisən? 
- Xeyr, cənab mayor, - Şəfi etiraz etdi, - elə deyil. Bilmədən səhv etmişəm. 


Yüklə 4,97 Kb.

Dostları ilə paylaş:
1   ...   41   42   43   44   45   46   47   48   ...   52




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə