The Archeology of Azerbaijan a brief Discourse



Yüklə 4,97 Kb.
Pdf görüntüsü
səhifə41/52
tarix18.06.2018
ölçüsü4,97 Kb.
#49799
1   ...   37   38   39   40   41   42   43   44   ...   52

www.kitabxana.net
  –  Milli Virtual Kitabxana
 
101 
 
Hüseyn  neçə  il  idi  çöldən  “qız”  gələn  İlhamla,  -  Cəbrayıl  onu  İlhamə  çağırırdı,  -  cüt  aylanırdı.  Yeri 
gələndə münasibətlərini gizlət-mirdilər, Topuş da bilirdi. Kim nə istəyirdi desin. Onlara olan onsuz da olmuşdu, 
bundan artıq daha nə ola bilərdi? 
Əziz eşitmişdi ki, çöldə də eyni cinsli cütlərin sayı durmadan çoxalır. Bu gedişlə çox keçmədən dünya 
üzdəniraqlarla dolacaqdı. 
Üzdəniraq olmayan, zorlanmamalarına baxmayaraq, onlara oxşar sayılan çortlar bir neçə dəstədə yığcam 
halda yaşayırdılar. Ara-larında şusturyak olanı da vardı. Şusturyaklar ev qulluqçusu və yaxud buyruq yerinə yetirən 
vəzifəsini icra edirdilər. Kupeni silib süpürmək, xörək bişirmək, çay qoymaq, qab-qacaq, paltar yumaq, ütüləmək və 
bəzi  ədəbazlar  üçün  ayaqyoluna  aftafa  da  aparmaq,  onların  adi  gündəlik  iş  rejiminə  daxil  idi.  Yaş  fərqi  yox  idi, 
aralarında yaşlı da var idi. Belə adamlar əsasən döyülməkdən və aclıqdan qorxanlar olurdu. 
Mujiklər  -  maddi  imkanı  olmasa  da  bir  qarın  çörəkdən  ötrü  özünü  sındırmayan,  ləyaqətini  gözləyən, 
adına ləkə gətirən işlərə baş qoşmayan məhkumlar hesab edilirdi. 
Yerin qiymətini ödəyib, ondan əlavə hər ay rəisə haqq verən dərzi, çəkməçi, dəllək, hamamçı və başqa 
xırda çax-çuxu olan toçka-lar, katyolun büdcəsindən faydalanan bratvalar, burjuy kimi yaşama-salar da, onları 
lütlərə  aid  etmək  də  düzgün  olmazdı.  Lütlüyün  bir  addımlığında  olan  bu  adamlar  daim  “katastrofa”  düşüb 
yerlərini itir-mək qorxusu altında yaşayırdılar. 
Adamı  katastrofa  -  tələyə  salan,  ən  çoxu  əməliyyat-rejimin  gözəgörünməz  hörümçək  toru  kimi  zonu 
bürüyən xəbər daşıyıcıları  - üzbəüz,  gözbəgöz oturub  çay  içən,  çörək  yeyən məhkum  yoldaşları  olardı. Dişini 
qurtdaladığın  çöpün  ölçüsünəcən  çatdırılırdı.  Şübhəsiz,  paqonla  gizli  əməkdaşlıq  edənlər  katyolda  da  yox 
deyildi. 
Doğru söz imiş, mərdimazarı axtarmaqla tapmazlar, özü səni haqlayar. 
Bir axşam adboya xeyli qalmış Əziz çarpayısında oturub qar-şı çarpayıdakı Kərimlə söhbət edərək çay 
içirdilər. Barakda adam seyrək idi. Çoxu klubda televizora baxırdı, ya da həyətdə gəzinib vaxtını öldürürdü. 
Heç  bir  yerdə  vaxt  burdakı  kimi  ucuz  və  dəyərsiz  ola  bil-məzdi.  Nə  bağışlanması  mümkündü,  nə 
satılması.  Vaxt  ölçüsü  ilə  cə-zalanmış,  vaxtının  hər  hansı  yolla  tez  ötüb  keçməsini  istəyən  bu  insanlar, 
ömürlərinin azalmasına çalışdıqlarını anlamırdılar. 
Kərim gödək boylu, enlikürək, orta yaşlı, həmişə fikirli gəzən qarayanız adam idi. Uzun illər “Kamaz” 
markalı yük maşınında sürücü işləmiş Kərim, yükünü boşaldıb, haqqını alıb, yola düzəlmək istəyərkən, maşını 
irəli-geri  verən  zaman  yaxınlıqda  oynayan  beş  yaşlı  uşağı  əzib  öldürmüşdü.  O  gündən  fikirsiz  günü  yox  idi. 
Başını  ağartmışdı.  Cəzasının  yarısını  çəksə  də  həmin  müdhiş  anı  elə  xatırlayırdı,  elə  bil  dünən  olub.  Başını 
qatmaq üçün məmnuniyyətlə nərd oynayar, çay içər, başı çıxan hər mövzuda söhbətləşərdi. 
Söhbətin  maraqlı  yerində  digər  korpusda  yaşayan  Adilin  baraka  girib  onlara  tərəf  gəldiyini  gördülər. 
Çöldə etdiyi dələduz-luqlar üstündə cəzalanmasına baxmayaraq, burada da adətindən qalmırdı. Göy bozumtul 
gözlərində nə qədər istəsən hiylə vardı. O, kupeyə yaxınlaşıb salamlaşmadan qınayıcı baxışlarla Kərimi süzüb 
bozardı: 
- Ayə, Kərim, niyə borcumu vermirsən? 


www.kitabxana.net
  –  Milli Virtual Kitabxana
 
102 
 
Kərim təəccübləndi: 
- Nə borc, sənə borcum var? 
- Yadından çıxıb? Bir onluq borclusan. Ötən həftə aşağı barakda nərddə mənə uduzdun, yadındamı? 
-  Ə,  yeri  get  işinin  dalınca,  hərif  axtarırsan,  deyəsən.  Birin-cisi,  mən  heç  vaxt  mərclə  oynamıram, 
ikincisi oyun bitmədi, yerlin gəlib səni harasa apardı. 
- Sən nə danışırsan? - Adil səsini ucaltdı, - Həzrət Abbas haqqı düz demirsən. Mən ömrümdə dədəmlə 
də  elə-belə  oyun  oyna-maram,  sonrası  da  üstünlük  mənim  tərəfimdə  idi.  Özün  uduzacağını  bilib  mənim 
getməyimə razı oldun. Onu da bil ki, hələ mənə atan anasından olmayıb. Mənə atış gəlirsən? 
-  Adil,  -  Əziz  söhbətə  qarışdı,  -  hay-küy  nəyə  lazım.  Başımı-zın  üstünü  kəsmə,  gəl  otur  aşağı,  sakitcə 
söhbətini eylə. 
- Yox, oturmuram, - Adil əli ilə etirazını bildirdi, - oturmağa həvəs qoydu ki, oturum... 
-  Adil,  -  Kərimin  də  səsi  dəyişildi,  ötkəmləşdi,  -  atışın  yekəsi  özünsən,  çaşma,  mən  sən  fikirləşəndən 
deyiləm. Mənə belə şeylər keçməz. Sənin kimiləri çox görmüşəm.  Yox, əgər onluğa umacağın varsa, gəl açıq 
de, verim. Elə bilərəm kiməsə sədəqə vermişəm. 
- Dilənçi özünsən, - Adil qızışdı, - sənin peşəndi, “çuma”, “bedalaqa”nın biri. 
Kərim dözməyib ayağa qalxdı. Qalxmağı ilə Adilin sifətinə şillə açıldı. Özündən bir az hündür olsa da 
onun yaxasından bərk-bərk yapışdı: 
- Cıraram ağzını, danışığını bil. 
Gözləmədiyi  qeyri-adi  vəziyyətdən  Adil  özünü  itirmişdi.  Yaxasını  Kərimin  əlindən  qurtarıb  cavab 
zərbəsi  vurmaq  üçün  çaba-layırdı.  Bayaqdan  kənardan  seyr  edən  beş-altı  məhkum  bir  anda  dalaşanların  yan-
yörəsinə yığışdı. Vəziyyətin gərginləşməsini görən Əziz münaqişəni sakitləşdirmək naminə, özünü dalaşanların 
arasına saldı: 
- Qurtarın, bəsdi. Ayıbdı, uşaq deyilsüz… 
Əzizin araya girməsiylə ətrafda dayananlar dalaşanları ayır-maq üçün hərəkətə gəldilər. Kərim yaxasını 
buraxmışdı, Adil nəsə edə biləcək kimi onu tutanların əlindən  çıxıb irəli atılmaq istədi. Bu an dönüb Kərimin 
qarşısını  tutmaq  istəyən  Əzizin  dirsəyi  necə  oldusa  zərblə  Adilin  uzun  burnuna  toxundu.  O,  ufuldayıb  əli  ilə 
burnunu  tut-du.  Ovcuna  tökülən  isti  qan  damlaları  onu  sakitləşdirsə  də,  Kərimlə  Əzizi  nifrətlə  süzüb  əli 
burnunda  dodaqaltı  mızıldana  barakdan  çıxdı.  Adil  barakdan  çıxan  kimi  ağzına  su  alıb  baxanlar  dilə 
gəlmişdilər: 
- Əcəb oldu. Ona nə olsa azdı. 
Yarım  saat  keçmişdi.  Adillə  Kərimi  vaxtaya  -  növbətçi  otağı-na  çağırdılar.  Artıq  hadisənin  sorağı 
zabitlərə çatmışdı. Rəisin növ-bətçi köməkçisi onları diqqətlə süzüb, aramla danışmağa başladı: 
- Bu nə söhbətdir, nə baş verib? 


Yüklə 4,97 Kb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   ...   52




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə