The Archeology of Azerbaijan a brief Discourse



Yüklə 4,97 Kb.
Pdf görüntüsü
səhifə40/52
tarix18.06.2018
ölçüsü4,97 Kb.
#49799
1   ...   36   37   38   39   40   41   42   43   ...   52

www.kitabxana.net
  –  Milli Virtual Kitabxana
 
99 
 
salfetka kimi dəyişirdi. Müəssisədə yalnız bir nəfəri - rəisi vaxtı-vaxtında görür, rəisdən üzüaşağı qalanlarına isə 
bayramdan-bayrama  hörmət  edərdi.  Axtarış  və  obxod  zamanı  heç  kim  onu  nara-hat  etməzdi.  Rəis  müavini 
Rasim də onun otağının qarşısından düz keçərdi. 
 
O,  zonda  yox  kimiydi.  Heç  kimə,  heç  nəyə  qarışmaz,  yoxla-malara  da  çıxmazdı.  Görüşdəki  Əbülfəzlə 
razılaşmışdı ki, hər gün çöldən ona qəzet gətirsin, pulunu ikiqat verəcək. Gününü çarpayı-sında uzanıb qəzetləri, 
təzə çıxan kitabları oxumaqla, radioya qulaq asmaqla keçirərdi. Təkcə əvvəllər zavod direktoru olmuş, siyasətə 
qarışan əmisinə görə səhlənkarlıq üstündə nazirlikdəki işindən qovu-lan, dünyanın hər yerini gəzib çox işlərdən 
xəbəri olan İlqarla arabir söhbətləşər, oxuduqlarını müzakirə edər, vaxtilə sponsorluq etdikləri, sonralar tanınan 
müğənni xanımların səsini dinləyib, onlarla yaşa-dıqları macəraları xatırlayardılar. 
Talehin  maddi  cəhətdən  heç  vaxt  çətinliyi  olmazdı.  Dövlətin  milyonlarını  neçə  illər  ərzində 
mənimsəmişdi.  İndi  arxayın-arxayın  taladığını  xərcləyirdi.  Hər  həftə  uşaqları,  ya  da  qohumları  ona  ərzaq  və 
xərclik  gətirirdilər.  Ayda  bir  dəfə  görüş  otağında  yoldaşı  ilə  iki  günlük  görüşə  gedərdi.  Elə  hesab  edərdi  ki, 
mühafizəsi olan pansi-onatda məcburi, uzun müddətli istirahətdədir. 
Ondan  nəsə  qoparmağın  bir  yolu  vardı,  gərək  onun  xoşuna  gələydin.  Başqa  cür,  zorla  heç  nə  ala 
bilməzdin.  Xoşuna  gəldinsə,  la-zım  bildiyi  qədər  səxavət  göstərəcəkdi.  Özü  düzgün  olmasa  da,  düz-lüyü, 
düşdüyü  şəraiti  düz mühakimə  edənləri xoşlayırdı. Həyətdə  İlqarla  gəzişərkən,  işləmiş  olduğu zavodun rəislik 
havası  ilə  hallanıb,  qarşısına  zabit  çıxsa  belə,  ona  salam  verməsələr  heç  kimlə  görüşmür,  kor  öküz  kimi 
saymazyana yanından ötüb keçirdi. 
Lütlərin  ən  aşağı  nümayəndəsi  üzdəniraqlar  idi.  “İnsan  ferma-sında”  alçaq  təbəqə  hesab  edilən,  petux 
çağrılan  bu  binəvaların  nəsi-bi,  səhərdən  gecəyədək  zonun  bütün  ağır  və  çirkli  işlərini  görmək,  söyüş  və 
təhqirləri fasiləsiz qəbul etməkdən ibarət idi. Müəssisəni tərtəmiz saxlamaqlarına baxmayaraq, daim çirkə, toza 
bulaşdıqla-rından,  açıq  havada,  günün  altında  qaraldıqlarından,  əcaib-qəraib  məxluqlara  oxşayırdılar.  Çöldən 
yanlarına bayramdan-bayrama gə-lərdilər. Çoxusunu illərlə axtaran yox idi. İşlədiklərinin haqqı olaraq bir qutu 
papirosdan başlamış, bir neçə dilim kolbasayadək, nə ver-sələr hər şeyi sevincək alardılar. Çünki, möhtac idilər. 
Əks halda təhqirdən başqa heç nə əldə etməyəcəkdilər. Aralarında pul xatirinə özlərini satmağa hazır olanlar da 
var  idi.  Hamamın,  ayaqyolunun  gizli  tin-bucağında  hərlənən  “gəzəyənlər”  çox  vaxt  aldadılırdılar.  Söyüşə, 
təhqirə  o  qədər  vərdiş  etmişdilər  ki,  illər  keçdikcə  üzü  boz-laşmış,  həyasını  itirmiş  bu  şüurlu  canlılara  ən  pis 
sözlər  də  təsir  etmirdi.  Onlar  üçün  toxunulmaz,  müqəddəs  hiss  qalmamışdı.  Sözün  kəsərdən  düşdüyünü 
görəndə,  Topuş  ona  verilən  ixtiyardan  istifadə  edərək  döyməklə,  güc  vasitəsilə  “yetişənlərin”  gözünün  odunu 
alırdı.  Əslində  onları  belə  vəziyyətə  kimsə  düçar  etməmişdi,  layiq  olduqları  həyatı  yaşayırdılar.  Azadlıqda 
törətdikləri namussuz və  dəhşətli  cina-yətlərin  cəzası  ayrı  cür ola bilməzdi. Bu məsələdə  cinayət  aləminin də, 
paqonun da rəyi eyni idi. 
Əzizin  korpusunun  dəhlizi,  ayaqyolusu,  mətbəxi,  bayır  ətrafı-nın  təmizliyi  üzdəniraqlardan  Hüseynə 
tapşırılmışdı.  Gündə  üç  dəfə  səhər,  günorta,  axşam  yüzdən  artıq  adamın  zibilini,  ayağının  altını  təmizləyirdi. 
Doqquz  il  idi süpürgə,  şvabra,  əski  Hüseynin  əlindən  yerə  düşmürdü.  Həmişə  hərəkətdə  olduğundan  əzələləri 
daş  kimi  möhkəm  olsa  da,  günü-gündən  arıqlayırdı.  Qrev  əvəzi  ona  nə  qədər  yemək  versələr  də,  gözü 
doymurdu. Yeməsə işləyə bilməzdi, işləmə-sə korpusda zibil dizə çıxardı, heç kim də ona qrev verməzdi. Bir ili 
qalmışdı Hüseynin. Azadlığa çıxacağı gün yaxınlaşdıqca onu fikir aparırdı. Doqquz il əvvəl zorlayıb öldürdüyü 


www.kitabxana.net
  –  Milli Virtual Kitabxana
 
100 
 
qızcığaza görə alınacaq qisas qorxusu, gecələr də  yuxusunu qaçırırdı. Necə bu cinayəti törət-di, indi də ağlına 
sığışdıra bilmirdi. Bir onu bilir ki, bərk içmişdi.  İşlədiyi  çəkməçidə otura  bilmədi. Budkasının  önündən keçən 
bir  dəs-tə  baldırıaçıq  qızı  görmüşdü,  könlünə  bazlıq  düşdü.  Üstündə  pulu  az  idi.  Evə  dəymək  istədi.  Liftə 
girmişdi,  arxasınca  yeniyetmə  bir  qız  içəri  daxil  oldu.  Qapılar  bağlandı.  Gözlərinə  inanmadı.  Budkanın  qa-
bağından  keçən  baldırıaçıq  qızlardan  biri  qarşısında  dayanmışdı.  Başqasını  axtarınca  bəlkə  elə  bununla 
qurdumu  öldürüm?  -  ani  dü-şündü.  Lift  sürətlə  qalxırdı.  Liftdə  alınmayacaqdı,  dayananda  kimsə  görə  bilərdi. 
Dama,  qızı  yalnız  çardağa  çıxartmaq  lazım  idi.  Lift  dayandı,  qız  düşmək  istədi.  Hüseyn  qapıların  açılmasına 
imkan ver-məyib, bir əililə sonuncu düyməni basdı, o biri ilə cibində gəzdirdiyi bıçağı qızın boğazına dirədi. 
- Maral, səsini çıxartma, yoxsa buynuzlarını kəsib ceyran eylərəm. 
On üç yaşlı qızın rəngi ağardı, canına üşütmə düşdü. Səs-küy salmaması üçün boynundakı balaca şarfı 
açıb  ağzını,  özünün  əl  yay-lığı  ilə  qollarını  burub  bağladı.  Axırıncı  mərtəbəyə  çatdıqdan  sonra  qızı  dama 
çıxardı. Üzüqoylu damın yerinə uzatdı. Səsini çıxara bil-məyən qızın gözlərindən yaş axırdı. 
Şikarından  məst  olan  Hüseyn,  onun  ağrıdan  çapalamasına,  iniltisinə  əhəmiyyət  vermədi.  Qurdunu 
öldürəndən sonra ağlına gəldi ki, qızı belə qoyub getmək olmazdı. Etdiyi işin üstü açıla bilərdi. Heç kimin, heç 
nə  bilməməsi  üçün  onu  mütləq  öldürüb  damda  gizlətməli  idi.  Qollarına  bağladığı  yaylığı  açıb,  əzabdan  huşu 
getmiş  qızın  boğa-zına  doladı.  Gücü  gəldikcə  sıxdı.  Nəfəsinin  gəlmədiyinə  əmin  olanda  yaxınlıqdakı  taxta 
qalaqlarının  altına  sürüdü.  Hiss  edirdi  ki,  içkinin  təsiri  getdikcə  azalır,  yavaş-yavaş  ayılır.  Etdiyi  vəhşiliyin 
dərəcəsini anladıqca, damdan qaçıb canını qurtarmaq istəyirdi. 
Amma,  heç  nədən  qaça  bilmədi.  Nə  məhkəmənin,  nə  də  cina-yət  aləminin  cəzasından.  On  il  iş  alıb 
həbsxanaya  gələn  günün  elə  birinci  gecəsi,  onun  da  əllərini  bağlayıb  üzüqoylu  döşəməyə  yıxdılar.  Sonra 
arxasında dəhşətli ağrı hiss etdi… Səsini güclə boğsa da, göz yaşlarını saxlaya bilmədi. Ölməyinə razı idi, ancaq 
öldürmədilər, alçaltdılar... 
İlk  günlər  özünü  öldürmək  istədi.  Gücü  çatmadı.  Sarsıntı-larına  baxmayaraq,  günlər  ötdükcə,  petux 
həyatına  alışdı.  Demə,  belə  də  yaşamaq  olarmış.  Həm  də  o,  tək  deyildi.  Elə  təkcə  bu  zonda  onun  yüzə  qədər 
oxşarı  vardı.  Əksəriyyəti  zorlamaya  görə  idi.  Onların  içə-risində  kimlər  yox  idi?..  Düşündükcə  həyata  nifrət 
etmək  istəyirdin.  Bacısını,  qızını,  gəlnini,  əmi-dayı,  xala-bibi  qızlarını zorlayanlar.  Hətta  narkoman  kimi  həbs 
olunmuş birisinin hallı vaxtlarında anası ilə “olduğunu” biləndə, onu da petux etmişdilər. Deyilənə görə ailə-də, 
ana-bala - hamısı narkoman imiş… 
Çöldən başqa iş üstündə tutulub “qız” gələnlər də az deyildi. 
Əziz öz aləmində namusa görə verilən bu cəza ilə razılaşırdı. 
Bəs,  niyə  quldurluğa,  soyğunçuluğa  görə  adam  öldürənləri,  ağlagəlməz  vəhşilikləri  törədənləri  petux 
etmirdilər? Cinayət aləmi düzgündürsə, niyə onlara fərq qoyur? 
Bir  də  ki,  çöldə  böyük  adamın,  ya  da  pulun  olandan  sonra  katyol  da,  obşak  da  yumşalır.  Necə  ki, 
üzdəniraq  sayılan  narkoman  Fərhadı  katyol  haqqını  alıb  mujik  elan  etdi.  Onsuz  da  cinayət  aləmi-nin  iştirakı 
olmadan  da  üzdəniraqların  sayı  ilbəildən  artırdı.  Barak-larda  üstü  açılmayan,  gizlicə  bir-birilə  olan  cütlərin, 
xüsusilə,  gecələr  yanaşı  yatanlar  arasında  qız  kimi  öpüşüb,  əmişənlərin  mövcudluğu  sirr  deyildi.  Əməliyyat 
şöbəsinin nəzərindən heç nə yayınmırdı. Hər bir informasiyanın öz xeyirli istifadə anı vardı. 


Yüklə 4,97 Kb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   ...   52




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə