The Archeology of Azerbaijan a brief Discourse



Yüklə 4,97 Kb.
Pdf görüntüsü
səhifə48/52
tarix18.06.2018
ölçüsü4,97 Kb.
#49799
1   ...   44   45   46   47   48   49   50   51   52

www.kitabxana.net
  –  Milli Virtual Kitabxana
 
115 
 
Əziz məktub adlanan bükülmüş kağızı alanda daxilən həya-canlandı. Bacısının yanında oxumaq eybinə 
gəldiyindən kağızı tutan əlini cibinə tərəf apardı: 
- Qalsın, bekarçılıqda oxuyaram. 
- Yox a, bəs mən Zinyətə nə deyəcəyəm? - bacısı etiraz etdi, - indi oxu. Qorxma, mane olmaram. 
- Yaxşı, vacibdirsə, oxuyaram. 
O,  əlini  geri  qaytarıb,  tutduğu  vərəqin  qatlarını  hamarlayıb  daxilindəki  həyacanı  gitzlətməyə  çalışdı. 
Sətirləri  oxuduqca  ürəyində  Zinyətin  səsini  eşidirdi:  “Salam,  Əzizim,  canım-gözüm!  Necəsən?  Məni  bağışla. 
Sənin  bu  gününə  mən  günahkaram.  Kamran  bu  oyunları  sənin  başına  məndən  ötrü  gətirib.  Sən  də  razılaşdın, 
susdun. Bilirəm, mənə görə bütün yükü, ağırlığı öz üzərinə götürdün. Heç demə Kamranı narahat edən qeyrət, 
namus  deyilmiş.  O,  bu  yolla  məni  qorxuzmaq,  atamdan  qalan  vərəsə  payımı  verməkdən  yayındır-maq 
istəyirmiş.  Üzü  qırmızı,  utanmadan  atamın  vəsiyyətini  danır  və  məni  tutdurmadığı  üçün  peşmançılıq  çəkir. 
Ancaq,  bu  belə  qalmaya-caq.  Gec-tez  ondan  qisasımı  alacağam.  Səni  tutdurduğunu  biləndə  mən  buna  and 
içmişəm. Yenidən qurmaq istədiyim taleyimi qara etdiyinə görə onu ömrüm boyu bağışlamayacağam. Nə isə. 
Səndən  sonra  xeyli  vaxt  özümə  gələ  bilmədim.  Bir  dəfə  həyətdə  ananla  üz-üzə  gəldim.  Kədərli  gözlərindən 
utandım.  Onun  kədərində  özümü  günahkar  saydığımdan  başımı  yerə  dikdim.  Görüşməyə  də  cürət  emədim. 
Anan ürəyimdən keçənləri duyubmuş kimi birdən acığını üstümə tökdü: 
- Sən, sən həyasız oğlumu yoldan çıxarıb türməyə saldırdın... 
Yer  yarılsaydı  yerə  girməyə  hazırdım.  Tez  özümü  evə  çatdı-rıb  doyunca  ağladım.  Özüm-özümə  nifrət 
edirdim,  ölmək  istəyirdim.  Bilmirdim  canıma  necə  qəsd  edim.  Əzabsız,  rahat  ölmək  keçirdi  kön-lümdən. 
Güman etdim ki, bir ovuc dərman içsəm rahat ölərəm. Elə də etdim, müxtəlif dərmanlardan ovucumu doldurub 
içdim.  Ölmək  mən  düşündüyüm  qədər  də  asan  deyilmiş.  Allahın  izni  yoxsa,  istəsən  də  ölmək  mümkün 
deyilmiş.  Çapalayıb-çapalayıb  bezdirsə  belə,  son  anda  şirin  olan  həyatdan  iki  əlli  yapışacaqsan.  Məni  təcili 
yardımla xəstəxanaya aparıb, mədəmi  yuyublar. Üç gün sonra halım düzəlib. Zəhərlənmənin əlamətinin qalıb-
qalmamasını  yoxlamaq  üçün  analiz-lər  edən  zaman  mənə  bütün  varlığımı  yerindən  oynadan  qəribə  bir  söz 
dedilər:  Sən  hamiləsən.  Az  qaldı,  yer  ayaqlarımın  altından  qaçsın.  Gizlin  yer  tapıb  sevincimdən  ağladım.  Bir 
daha  ölmək  istəməyəcə-yimə,  yaşayacağıma  söz  verdim.  İndi  əvvəlki  iş  yerimə  qayıtmışam,  işləyirəm.  Birgə 
yaşadığımız  vaxtdan  daim  səni  qəlbimdə,  içərimdə  hiss  edirdim.  Tək  qalandan  sonra  içimdəki  səni 
itirəcəyimdən  qorxurdum.  Allah  üzümə  baxdı,  məni  tənha  qoymadı.  İçimdəki  sevgimə  can  verdi,  qalıb  iki-üç 
aya dünyaya gəlməyi. Ümid edirəm ki, İlahinin bu payından sonra bizim gələcək xoşbəxtliyimizə qarşı çıxmağa 
kimsənin  haqqı  olmayacaq.  Sən  necə,  sevinirsənmi?  Neçə  vaxtdı  Aynura  səninlə  görüşüb  bu  məktubu 
çatdırmağı yalvarıram. Allah xoşbəxt etsin, nə yaxşı ki, o məni başa düşür. Sağ ol. Həyatı-mın son gününədək 
sənin Zinyətin”. 
Əzizi fikir aparmışdı. Sanki, donmuşdu. Demək yaxın aylarda ata olacaqdı! 
- Hə, nə oldu, nə xoşuna gəlmədi? - Aynur səbirsizliklə soruş-du. 
- Belə də, - Əziz qəlbindlikiləri ifadə etməyə çətinlik çəkdi, - xoşa gəlməyən heç nə yoxdur. 
- Başa düşdüm. Oxuduqlarından həyacanlanmısan. Nə deyim Zinyətə? Bəlkə məktub yazasan? 


www.kitabxana.net
  –  Milli Virtual Kitabxana
 
116 
 
- Yox, mən belə ayaqüstü məktub yaza bilmərəm. Qısaca, məndən salam deyərsən. Bir də mənim adımdan 
tapşır, özünü qorusun, vəssalam. 
Bu arada Əbülfəz otağın qapısını açıb içəri boylandı. 
-  Başqa  sözün  yoxdur  ki,  -  Əziz  ətrafda  sezdiyi  yad  nəfəsdən  könlü  bulandığından  görüşü  bitirməyə 
tələsdi. 
- Sənin sağlığın. Gərək ki, nə lazım idi, hamısını dedim, - bacısı onun fikrini başa düşüb ayağa durdu, - eh, 
kaş səni də özümlə aparaydım... 
Əziz gülümsündü. Bacısını qucaqlayıb alnından öpdü. 
-  Darıxma,  pis  günün  ömrü  az  olar,  -  onun  göz  yaşından  islan-mış  yanaqlarını  sildi,  -  mənim  yerimə 
mamanı, atamı da öpərsən. Bundan sonra nə vaxt yanıma gəlsən, tək gəlmə. Lazım olsa, mənə məktub yazarsan
söz verirsən? Arxayın olum? Yaxşı... Sağ ol. 
Əziz bacısını qapıya qədər ötürüb geri qayıdanda qarşısında yolunu kəsmiş Əbülfəzi gördü. Razılaşdığı 
“şirinliyi” vermə vaxtı çatmışdı.  
 
VII 
 
           Bir axşam, günün sonuna yaxın Əliməmməd Şəfini kabineti- nə çağırdı. Adəti üzrə əhvalı kök olan rəisin 
geniş masasının üstünü Quran kitabından başqa (o, bütün əməllərini Quranın “şahidliyi” ilə edirdi) büllur 
qablarda cürbəcür desert təamlar:ləbləbi, meyvələr, şir-niyyatlar bəzəyirdi. 
            -Səndən qulağıma xoşagəlməz söhbətlər gəlir. 
            -Nə barədə, cənab polkovnik? 
            -Zabitə yaraşmayan sözlər danışıbsan. Guya, burada işçini paqonlu məhkum hesab edirlər. Şənbə günləri 
qeyri-qanuni işlədir- lər. Bayram günləri ikiqat zəhməthaqqı ödənilməlidir... 
          Şəfi ötən dəfəki məsul növbətçılık zamanı əməliyyatçı Gərayla etmişdi bu söhbəti. Şübhəsiz, rəisə də, o, 
çatdırmışdı. 
             -Cənab polkovnik, mən qanunda yazılanlardan danışmışam... 
             -Elə bilirsən o qanunu bircə sən bilirsən, bizim xəbərimiz yoxdur? Yoxsa demək istəyirsən ki, biz 
qanunsuz işləyirik? Hələ bu azmış Baş idarənin də işlərinə qarışırsan. Yenə guya, məhkumların cəzasının 
yüngülləşdirilməsi zamanı, məhkəməyə təqdim olunmadan əvvəl razılıq alınması üçün siyahıların Baş idarəyə 
göndərilməsi qa- nuna müvafiq deyil. Sən nə etmək istəyirsən? Məhkumları üstümüzə qaldırmaqmı istəyirsən? 
Çox bilirsən, az danış. Bunları Baş idarədə bilsələr sənin də başın ağrıyar, mənim də. Bildin? Biz dövlətin 
kəbin- li arvadıyıq. Öl desələr ölməliyik, qal desələr qalmalıyıq. Yox, əgər elə olmayacaqsan, atacaqlar işdən 
kənara... Başa düşdün? Bilirəm, cavan oğlansan, görüşə getməyə vaxt tapmırsan. Vacib olanda gəl mənə de, 


Yüklə 4,97 Kb.

Dostları ilə paylaş:
1   ...   44   45   46   47   48   49   50   51   52




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə